İraqda etiraz aksiyalarında ölənlərin sayı 30 nəfəri ötüb
İraqda hökumətə qarşı keçirilən etiraz nümayişləri zamanı ölənlərin sayı artıb.
Bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.
Qeyd edilir ki, ölkənin müxtəlif regionlarında polislə qarşıdurmalarda 30-dan çox insan öldürülüb.
Xatırladaq ki, oktyabrın 1-dən etibarən ölkədə işsizliyə, korrupsiyaya, dövlət xidmətlərinin fəaliyyətinə qarşı etiraz nümayişləri getdikcə hökumətə qarşı çevrilib.