Qubada meşə-kolluq ərazidə yanğın davam edir
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, yanğın meşə fondu ərazisində deyil, Quba və Şabran rayonları arasındakı bələdiyyə fonduna aid torpaqlarda müşahidə olunur.
O deyib: “Lakin buna baxmayaraq, hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının bütün əməkdaşları ərazidədir və yanğının söndürülməsi üçün səfərbər olunub”.