Gürcü deputat: Bəzi qüvvələr “Keşikçidağ” məsələsini qabartmaqla diqqəti Gürcüstanın əsas problemlərindən yayındırmağa çalışırlar

Bəzi qüvvələr diqqəti Gürcüstanın əsas problemlərindən yayındırmaq məqsədilə ortaya “Keşikçidağ” və ya “David Qareci” məbədi məsələsini atıblar.
AZƏRTAC xəbər verir ki, bu bəyanatla Gürcüstan parlamentinin deputatı, “Avropalı Gürcüstan” partiyasının üzvü Giorgi Kandelaki çıxış edib.
Deputat bildirib ki, keçmiş SSRİ dövründə sərhəd zonalarında bu cür uyğunsuzluqlar yaratmaq və bu yolla ölkələr arasında narazılıq toxumu səpiblər. İndi bəzi qüvvələr də bundan istifadə edərək Azərbaycan ilə Gürcüstan arasında narazılıq yaratmağa, dostluq münasibətlərini pozmağa çalışırlar. Əvvəlki illərdə iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı çox məhsuldar iş gedib. Lakin 2011-ci ildən sonra Gürcüstan hökumətinin təqsiri ucbatından proses dayanıb. İndi bəzi qüvvələr düşünülmüş şəkildə bu məsələni yenidən qabardaraq başqa istiqamətə yönəltməklə diqqəti Gürcüstanın əsas problemlərindən yayındırmaq istəyirlər.
Deputat sağlam qüvvələri təxribatlara uymamağa çağırıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey