Gürcüstan Daxili İşlər Nazirliyi Sərhəd Polisinin Taktiki Qrupu NATO-nun “SEA GUARDIAN” Əməliyyatında İştirak Edəcək

Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin Sahil Mühafizəsi Departamentinin Hüquq Mühafizə Taktiki Qrupunun əməkdaşları NATO-nun Aralıq dənizində həyata keçirdiyi “SEA GUARDIAN” dəniz təhlükəsizliyi əməliyyatında iştirak edəcəklər.

“Dalğatv” xəbər verir ki, 12 nəfərlik heyət Tbilisi şəhərindəki Şota Rustaveli adına Beynəlxalq Hava Limanından rəsmi şəkildə yola salınıb. Sərhəd Polisinin rəisi Davit Tamazaşvili çıxış edərək şəxsi heyətə uğurlar arzulayıb və vurğulayıb ki, Gürcüstan bu əməliyyatda artıq üçüncü dəfə NATO-nun əməliyyat tərəfdaşı qismində iştirak edir. O, bu əməkdaşlığın regional təhlükəsizlik və beynəlxalq tərəfdaşlıq baxımından əhəmiyyətini xüsusi qeyd edib.

Tədbirdə, həmçinin Sərhəd Polisi rəisinin birinci müavini Giorgi Qureşidze, NATO–Gürcüstan Əsas Paket Proqramının rəhbər müavini David Bitskinaşvili, polkovnik Georgi Pelesteanu, proqram meneceri Tamila Teliaşvili, Beynəlxalq Əlaqələr Şöbəsinin rəhbəri Ramaz Papidze və Administrasiya rəhbəri Vladimir Bunturidze iştirak ediblər.

Qeyd edək ki, “SEA GUARDIAN” NATO-nun Aralıq dənizində həyata keçirdiyi və regional sabitliyin, dəniz nəqliyyatının təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş strateji əhəmiyyətli dəniz təhlükəsizliyi missiyasıdır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey