Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri martın 29-da Vyanada görüşəcək
Azərbaycan Prezidenti İlham Əliyevvə Ermənistanın Baş naziri Nikol Paşinyan martın 29-da Avstriyanın paytaxtı Vyana şəhərində görüşəcək.
Bu barədə “Report”a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında razılaşdırılıb. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müzakirələr aparılacaq.