FHN rəsmisi: “Diqlas”da yanğın tam söndürülüb, yaxın günlərdə söküntü işlərinə başlanılacaq”

“Diqlas” Ticarət Mərkəzinin yerləşdiyi binada söküntü işlərinə başlanılacaq”.

Bunu “Report”a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı deyib.

O bildirib ki, söküntü işləri yaxın günlərdə həyata keçiriləcək: “Bina tam söndürülüb. Soyutma işləri yekunlaşdırılıb. Hazırda binanın aidiyyatı üzrə təhvil-təslimi ilə bağlı işlər aparılır”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey