İlham Əliyev: Azərbaycanın əsas xarici siyasət prioritetlərindən biri Türk dünyasıdır

Azərbaycan Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir.

Dalgatv AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik məsələlərinə məsul yüksəkvəzifəli şəxslərini qəbul edərkən bildirib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb, qarşılıqlı investisiyaların cəlb edilməsi istiqamətində işlər fəal şəkildə davam etdirilir.

“Ölkəmizin ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib. Bu, açıq çıxışlarımda dəfələrlə ifadə etdiyim kimi, bizim əsas xarici siyasət prioritetimizdir”, – Prezident İlham Əliyev bildirib.

Dövlət başçısı Türk dünyası ölkələri ilə münasibətlərin Azərbaycan üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

“Türk dünyası bizim ailəmizdir və bizim başqa ailəmiz yoxdur”, – deyə Prezident  Ilham Əliyev qeyd edib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey