Qamkrelidze Qardabani sakinlərindən şikayətləndi: “Belə etsələr üç kənd bağlana bilər”
“Təəssüf ki, əhali arasında araşdırmalara zəif dözümlülük mövcuddur. Əgər kəndlilər bu qəsəbədə araşdırma və geniş miqyaslı tədqiqatlar aparmağımıza icazə vermirlərsə, yeganə addım Qaracalar, Ağtəhlə və Qaratəhlə kəndlərini təcrid edib bağlamaqdır”.
Bu sözləri Xəstəliklərə Milli Nəzarət Mərkəzinin rəhbəri, Amiran Qamkrelidze deyib.
Onun sözlərinə görə, əhali geniş miqyaslı tədqiqatlar aparmağa imkan yaratmayıb və nəticədə dünən altı briqada 700 və ya 1000 nümunə götürmək imkanına sahib olduqları halda, yalnız 350 nümunə götürə biliblər.
Qamqrelidze bu halda sərt tədbirlərin olacağını istisna etmir:
“Bu həftə 7000 sakindən nümunə götürmək istədik. Dünən altı briqada 700 və ya 1000 nümunə götürmək imkanına sahib olduqları halda, vətəndaşların yanlış addımları nəticəsində 350 civarında nümunə götürə bildilər. Buna görə də sərt tədbirlərin görülməsini istisna etmirəm. Əgər kəndlilər bu qəsəbədə araşdırma aparmağımıza, geniş miqyaslı tədqiqatlar aparmağımıza imkan yaratmasalar, yeganə addım bu üç kəndi təcrid edib bağlamaqdır. Bu mövzu Koordinasiya Şurası tərəfindən müzakirə ediləcək və qərar veriləcək. Lakin biz bundan əvvəl əhaliyə bir daha dözümlü olmağı və şərait yaratmağı xahiş edirik”, – deyə Qamqrelidze bildirib.