Gürcüstandan Azərbaycan vətəndaşları da daxil olmaqla 78 əcnəbi deportasiya edilib

Son günlər ərzində Gürcüstanda 78 nəfər qeyri-qanuni miqrant saxlanılıb. Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, saxlanılan şəxslər Azərbaycan, Belarus, Almaniya, Misir, Zimbabve, Türkiyə, Türkmənistan, Yəmən, Hindistan, Konqo, Nigeriya, Rusiya, Cənubi Afrika Respublikası, Ermənistan, Qırğızıstan və Çin vətəndaşlarıdır.

Qeyd olunub ki, həmin şəxslər ölkə qanunvericiliyinə uyğun olaraq Gürcüstandan deportasiya ediliblər. Eyni zamanda, onların müəyyən müddət ərzində Gürcüstan ərazisinə girişinə qadağa qoyulub.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey