İran ABŞ-nin Bəhreyn və BƏƏ-dəki hərbi bazalarına hücum edib

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərində yerləşən hərbi bazalarına zərbələr endirildiyini bəyan edib.

Bu barədə SEPAH-a istinadən “Fars” xəbər agentliyi məlumat yayıb. Bildirilir ki, hücumlar Bəhreynin cənubunda yerləşən “Şeyx İsa” hərbi bazasını və BƏƏ-nin paytaxtı Əbu-Dabidən təxminən 32 kilometr məsafədə yerləşən “Əl-Dəfra” hərbi hava bazasını hədəf alıb.

Məlumata görə, hücumlar zamanı ABŞ hərbi aviasiyasına məxsus qırıcı təyyarələrin yerləşdiyi anqarlar qanadlı raketlərlə vurulub.

SEPAH bəyan edib ki, əməliyyatlar hərbi obyektlərin tam şəkildə sıradan çıxarılmasına qədər davam etdirilə bilər.

Hazırda hadisə ilə bağlı ABŞ və ya digər rəsmi mənbələr tərəfindən təsdiqləyici açıqlama verilməyib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey