İrakli Kobaxidze: “Yeni standartla bütün qaz layihələri yerin altında həyata keçiriləcək”

Gürcüstanın Baş Nazirö İrakli Kobaxidze hökumətin bugünkü iclasında qaz infrastrukturunun yenilənməsi ilə bağlı yeni qərar barədə məlumat verib.

Baş nazirin sözlərinə görə, ölkədə yeni standart tətbiq ediləcək və bundan sonra bütün yeni qaz layihələri yerin altında icra olunacaq:

“Sakin məntəqələrdən, xüsusilə kəndlərdən keçən açıq qaz boruları ərazilərin estetik görünüşünü pozur. Bu səbəbdən yeni standart çərçivəsində boruların yerin altına yerləşdirilməsi nəzərdə tutulur”, – Kobaxidze bildirib.

O əlavə edib ki, mövcud qaz borularının hamısını eyni anda yerin altına köçürmək mümkün deyil. Bununla belə, qəbul edilən yeni standartlara uyğun olaraq, bütün gələcək layihələr yalnız yerin altında həyata keçiriləcək.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey