Giorgi Şinjikaşvili “Gürcü Arzusu”nun Rustavidəki regional ofisinə rəhbər təyin olunub.
Kvemo Kartli qubernatorunun keçmiş müavini Giorgi Şinjikaşvili yeni vəzifəyə təyin edilib. O, Rustavidə fəaliyyətə başlayan “Gürcü Arzusu” partiyasının regional ofisinin rəhbəri olub.
Xatırladaq ki, Giorgi Şinjikaşvili bu ilin may ayında dördillik fəaliyyətinin ardından şəxsi qərarı ilə qubernator müavini vəzifəsindən istefa verdiyini açıqlamışdı.