Son Dəqiqə! – Azərbaycan ordusu bütün cəbhə boyu əks-hücum əməliyyatına başladı

“Bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başlayıb”.

Bu barədə məlumatı Azərbaycanın Müdafiə Nazirliyi yayıb.

Məlumatlara görə hazırda Azərbaycan ordusu Ermənistanın bir sıra mövcud ön xəttini yarıb və qarşıya doğru hərəkət edir.

Qeyd edək ki, bu gün Azərbaycan Ordusu əks-hücum əməliyyatı həyata keçirərək işğalçı Ermənistanın ön xəttini yarıb və 7 kəndi eyni zamanda Murov dağı silsiləsindəki Murov zirvəsini işğaldan azad edib.

Xatırladaq ki, bu gün səhər saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Azərbaycan silahlı qüvvələri isə cavab olaraq cəbhənin Tərtər-Ağdam, Füzuli-Cəbrayıl və Murovdağı istiqamətlərində Ermənistan qoşunlarının işğalı altında olan vacib yüksəkliklər uğrunda döyüşlər aparırlar. Hazırda 7 kəndin alındığı bildirilir və hər iki tərəfin itki verdiyi qeyd olunur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey