Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyini ziyarət edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyini ziyarət edib.
Dalğatv “Azərtac”a istinadən xəbər verir ki, dövlətimizin başçısı İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və bir sıra mülki şəxsin həlak olması ilə əlaqədar başsağlığı verib.
İranın ölkəmizdəki səfiri Müctəba Dəmirçilu Prezident İlham Əliyevi qarşılayıb. Dövlətimizin başçısı səfirlikdə açılmış matəm kitabına ürək sözlərini yazıb.
Daha sonra Prezident İlham Əliyev səfirlə söhbət edib. Dövlətimizin başçısı İrana səfərləri zamanı Ayətullah Seyid Əli Xamenei ilə görüşlərini həmişə ən xoş təəssüratlarla xatırlayacağını bildirib.
Səfir Müctəba Dəmirçilu səfirliyə gələrək başsağlığı verdiyinə görə Azərbaycan Prezidentinə minnətdarlığını ifadə edib.
