Mark Rutte: NATO İranla münaqişə fonunda kollektiv müdafiə mexanizmini istisna etmir

NATO İranla bağlı mümkün münaqişə fonunda kollektiv müdafiə mexanizminin tətbiqini istisna etmir.

Dalgatv „APA“ ya istinadən xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rutte açıqlama verib.

Rutte bildirib ki, NATO-ya üzv ölkələr hərbi əməliyyatlarda birbaşa iştirak etməsələr də, ABŞ-a əsas dəstək göstərirlər. Onun sözlərinə görə, Alyans ölkələri İrana qarşı hərbi əməliyyatlara müəyyən dəstək verir, çünki Avropada da İranın mənfi təsiri hiss olunur.

Baş katib qeyd edib ki, bir sıra NATO ölkələrində, o cümlədən Avropada yaşayan iranlı mühacirlərə qarşı sui-qəsd cəhdləri qeydə alınıb. Rutte vurğulayıb ki, onun ölkəsi olan Niderland da Tehran rejimi tərəfindən daimi təhlükə ilə üz-üzədir.

O, NATO-nun kollektiv müdafiə mexanizmi olan 5-ci maddənin tətbiqini istisna etmədiyini bildirib. Rutte əlavə edib ki, bu maddənin nə vaxt və hansı şəraitdə istifadə olunacağı ilə bağlı qeyri-müəyyənliyin qorunması üçün ciddi səbəblər mövcuddur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey