Livan İsraillə sərhəddə kontingentini artırır

Livan hökuməti İsraillə sərhəd bölgəsində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə əlavə 4 500 hərbçinin silahlı qüvvələrə çağırılması barədə qərar qəbul edib. “Dalğatv” xəbər verir ki,  bu barədə Livan Prezidentinin administrasiyası məlumat yayıb.

Bildirilib ki, qərar təxminən üç həftə əvvəl qəbul olunub və ölkənin cənub hissəsində hərbi mövcudluğun artırılmasını nəzərdə tutur. Prezident Cozef Aun bu addımın BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə uyğun şəkildə atıldığını vurğulayıb və Livan Silahlı Qüvvələrinin BMT-nin müvəqqəti qüvvələri (UNIFIL) ilə qarşılıqlı fəaliyyətinin səmərəliliyini qeyd edib.

Dövlət başçısı eyni zamanda İsrail ordusunun atəşkəs rejimini mütəmadi şəkildə pozduğunu və Livan ərazisinə zərbələr endirdiyini bildirib.

Prezident Aun “Hizbullah” hərəkatının silahsızlaşdırılması məsələsinə də toxunaraq, bu kimi həssas mövzuların yalnız dialoq yolu ilə həll edilə biləcəyini bəyan edib. O, Livanda qanuni silahlanma hüququnun yalnız Silahlı Qüvvələrə məxsus olduğunu xüsusi vurğulayıb

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey