Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında Gürcüstanla bağlı məsələlər müzakirə olunacaq.
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında Gürcüstanla bağlı məsələlər müzakirə olunacaq. Sessiya 7–11 aprel tarixlərində Strasburqda keçiriləcək.
Sessiya çərçivəsində Gürcüstan nümayəndə heyətinin mandatlarının ratifikasiyası ilə əlaqədar qəbul olunmuş qətnamə və bu sənədlə bağlı atılacaq növbəti addımlar da gündəlikdə yer alacaq.
Qeyd edək ki, AŞPA bu ilin yanvar ayında Gürcüstanda yaxın aylarda yeni parlament seçkilərinin keçirilməsini tələb edən qətnamə qəbul etmişdi. Bu baxımdan yaz sessiyasında Gürcüstan üzrə aparılacaq müzakirələr xüsusi əhəmiyyət daşıyır.