Gürcüstanda mitinq və nümayişlərin keçirilməsi ilə bağlı qanunvericiliyə edilən dəyişikliklər Prezident seçilmiş Mixeil Kavelaşvili tərəfindən imzalanıb.
Gürcüstanda mitinq və nümayişlərin keçirilməsi ilə bağlı qanunvericiliyə edilən dəyişikliklər Prezident seçilmiş Mixeil Kavelaşvili tərəfindən imzalanıb.
“Dalğatv”xəbər verir ki, Gürcüstan Parlamenti tərəfindən qəbul olunmuş müvafiq qanunlar “Qanunvericilik Bülleteni”ndə dərc edilib və dərc olunduğu andan etibarən qüvvəyə minib.
Qeyd olunur ki, parlament sözügedən qanun layihəsini bu həftə sürətləndirilmiş prosedurla müzakirə edərək təsdiqləyib. Dəyişikliklərin qüvvəyə minməsi ilə mitinq və nümayişlərin keçirilməsi ilə bağlı mövcud məhdudiyyətlər artıq piyada hərəkəti üçün nəzərdə tutulan ərazilərə də şamil olunacaq.
Yeni tənzimləmələrə əsasən, mitinq və ya nümayiş insanların intensiv hərəkət etdiyi ərazilərdə keçirilərsə, Daxili İşlər Nazirliyinin əvvəlcədən xəbərdarlıq etməsi tələbi müəyyən edilib. Eyni zamanda, avtomobil yollarının bağlanmasına dair qaydalara uyğun olaraq, iştirakçıların sayı bunu zəruri etmədiyi hallarda insanların hərəkət zolağının süni şəkildə bağlanması yolverilməz sayılır.
Qanunda həmçinin insanların hərəkət zolaqlarının avtomobillər, müxtəlif konstruksiyalar və digər əşyalar vasitəsilə bağlanmasının qadağan edildiyi vurğulanır.
