Tokayev: Xəzərin dayazlaşması geridönməz və ciddi nəticələrə səbəb ola bilər

templə davam etməsi onun geridönməz xarakter almasına və ciddi fəsadlar doğurmasına səbəb ola bilər.

“Dalğatv” TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Aşqabadda keçirilən Beynəlxalq Sülh və Etimad Forumunda çıxışı zamanı bəyan edib.

Prezident Tokayev bildirib ki, Xəzər dənizində müşahidə olunan dayazlaşma prosesi nəzarətdən çıxacağı təqdirdə ekoloji, sosial-iqtisadi və hətta siyasi nəticələrə gətirib çıxara biləcək zəncirvari reaksiyaya səbəb ola bilər. Onun sözlərinə görə, Qazaxıstan Xəzər dənizi ekosisteminin qorunması və dayazlaşmanın qarşısının alınması məqsədilə xüsusi dövlətlərarası proqramın hazırlanması təşəbbüsü ilə çıxış edib.

Qazaxıstan Prezidenti beynəlxalq ictimaiyyəti Xəzər dənizinin mühafizəsinə yönəlmiş səyləri dəstəkləməyə çağırıb. O vurğulayıb ki, su resursları ilə bağlı problemlərin həlli dövlətlər arasında daha sıx koordinasiya və əməkdaşlıq tələb edir.

“Ümumilikdə hesab edirəm ki, su diplomatiyası dövlətlər arasında əlaqələndirilmiş yanaşma tələb edir. Mövcud beynəlxalq institutlar isə, bir qayda olaraq, pərakəndə şəkildə və məhdud mandatlar çərçivəsində fəaliyyət göstərirlər ki, bu da artan su problemlərinin miqyasına adekvat deyil”, – deyə Kasım-Jomart Tokayev əlavə edib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey