Ukrayna PUA-larının Çeboksarı şəhərinə hücumu nəticəsində 9 nəfər yaralanıb

Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının Rusiyanın Çeboksarı şəhərinə hücumu nəticəsində 9 nəfər xəsarət alıb, bir neçə yaşayış binası zədələnib. Hadisə barədə məlumatı Çuvaşiya hökumətinin rəsmiləri açıqlayıb.

Çuvaşiya Baş nazirinin müavini Vladimir Stepanov bildirib ki, yaralananlar arasında bir uşaq da var və hücum nəticəsində yaşayış binalarına ciddi ziyan dəyib.

Məlumata əsasən, hücumun nəticələri ilə əlaqədar olaraq Çeboksarı şəhərinin bir sıra əsas magistral yollarında müvəqqəti hərəkət məhdudiyyətləri tətbiq edilib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey