Bakıda Azərbaycan–Gürcüstan Media Forumu keçirilib

Bakıda “İctimai etimadın formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi” mövzusunda Azərbaycan–Gürcüstan Media Forumu təşkil olunub. Tədbir Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə baş tutub.

Forumdan əvvəl Gürcüstanın müxtəlif media qurumlarını təmsil edən 50-yə yaxın jurnalist üçün Bakı şəhəri üzrə ekskursiya təşkil edilib. Qonaqlar Zəfər Muzeyi və Qənimətlər Parkına baş çəkib, şəhərin memarlıq nümunələri ilə tanış olublar.

Forum çərçivəsində “İnformasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə media ekosisteminin gücləndirilməsi” və “Jurnalistlərin peşəkarlığının və cəmiyyətin media savadlılığının artırılmasında birgə əməkdaşlıq” mövzularında panel sessiyalar keçirilib. Sessiyalarda media mühitində texnoloji dəyişikliklər, etibarlı informasiya mühitinin qorunması, sosial medianın rolu və peşəkar jurnalistikanın inkişafı müzakirə olunub.

Açılışda Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov iki ölkə arasında informasiya mübadiləsinin genişləndirilməsinin və media əməkdaşlığının gücləndirilməsinin regional sabitlik üçün vacibliyini qeyd edib.

Tədbir Gürcüstan media nümayəndələri üçün keçirilən rəsmi ziyafətlə yekunlaşıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey