Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni ad günü münasibətilə təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə telefon danışığı aparıb.
Dövlətimizin başçısı İrakli Kobaxidzeni ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və fəaliyyətində yeni uğurlar arzulayıb.
Baş nazir İrakli Kobaxidze göstərilən diqqətə və səmimi təbrikə görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib.
Telefon danışığı zamanı Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin dostluq və strateji tərəfdaşlıq xarakteri daşıdığı vurğulanıb, əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.