Son Dəqiqə! Bolnisinin mərkəzi və Racisubani kəndi bağlanılır – Qubernatordan açıqlama
Bolnisi Bələdiyyəsində koronavirusun geniş şəkildə yayılması qeydə alınır. Bu vəziyyətə görə ölçülər götürmək məcburiyyətində qalırıq. Bələdiyyənin mərkəzi, Bolnisi və Racisubani kəndinin bağlanılması qərarı aldıq”.
Bu sözləri Kvemo-Kartli qubernatoru, Şota Rexviaşvili bildirib.
O, yaranan vəziyyətlə bağlı vətəndaşlara müraciət edib:
“Təbiidir ki, əlaqələr təsbit edilir və hər bir ölçü götürülür ki, bu şəxslər sərt karantin rejimində olsunlar. Ancaq, gördüyümüz kimi, xəstəlik demək olarki sürətlə yayılır. Əhaliyə bir daha müraciət edirəm ki, əgər evdə qalmasaq bu prosesləri üstələyə bilməyəcəyik və məcbur qalaraq qadağaları davam etidərəcyik, hətda deyerdim daha da sərtləşəcək”, – deyə Rexviaşvili bildirib.
Qubernator son 24 saat ərzində Bolnisidə 15 yeni yoluxma halının qeydə alındığını bildirib.
Qeyd edək ki, koronavirus səbəbi ilə dünən Bolnisinin Kazreti qəsəbəsi va Balıç kəndinə giriş-çıxış tamamilə bağlanılarq, sərt karantinə alınıb.