Paşinyan: Qarabağ hərəkatı başa çatıb, onu yenidən diriltmək cəhdləri fayda verməyəcək
Ermənistanın Baş naziri Nikol Paşinyan Bakıya Qarabağ məsələsinin gündəmdən çıxarılmasını təmin edəcək birgə yol xəritəsi hazırlamağı təklif edib. O, bu mövzunun qapanmasının uzunmüddətli sülh və münaqişə risklərinin aradan qaldırılması üçün vacib olduğunu bildirib.
Paşinyan Ermənistanın “Qərbi Azərbaycan” narrativini qəbul etmədiyini qeyd edərək, tərəflərin bir-birinin ərazi bütövlüyünü tam şəkildə tanımasının zəruri olduğunu vurğulayıb.
Baş nazir həmçinin Ermənistan müxalifətinin “Qarabağ məsələsi bağlanmayıb” iddialarını tənqid edib və Qarabağdan olan ermənilərin qayıdışının real olmadığını deyib. Onun sözlərinə görə, bu mövzunun gündəmdə saxlanılması yeni müharibə və fəsadlar riski yaradır.
Paşinyanın açıqlamaları Azərbaycanın XİN-in İrəvan–Brüssel tərəfdaşlıq sənədində “Qarabağ ermənilərinin qaçqın vəziyyəti” ifadəsinin yer almasına etiraz etdiyi bir vaxtda səslənib.
