Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün81
DünənDünən3331
Bu həftəBu həftə9513
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8466112

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstan və Türkiyə prezidentləri Bakı-Tiflis-Qars dəmiryolu layihəsinin tezləşdirilməsini müzakirə edib

Gürcüstan prezidenti Georgi Marqvelaşvili Türkmənistana səfəri çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla görüşüb. APA-nın “Georgia Online”-ya istinadən verdiyi xəbərə görə, Gürcüstan prezidenti administrasiyasının məlumatına əsasən, dövlət başçıları görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktual məsələlərini - Bakı-Tiflis-Qars dəmiryolu layihəsinin reallaşdırılmasının tezləşdirilməsi, Şərq-Qərb nəqliyyat dəhlizinin buraxılış qabiliyyətinin artırılması, Xəzər enerji resurlarının daşınmasında yeni imkanlara dair mövzuları müzakirə ediblər.

Gürcüstan prezidenti Azərbaycan, Türkmənistan, Gürcüstan və Türkiyə arasında əməkdaşlığın genişləndirilməsinə dair öz fikirlərini bölüşüb.

Tərəflər həmçinin regional təhlükəsizliyə dair məsələləri müzakirə ediblər.

Türkiyə prezidenti Gürcüstanın ərazi bütövlüyünü bir daha dəstəkləyərək, Rusiyanın Abxaziya və Cənubi Osetiyanın separatçı rejimləri ilə sazişlər imzalamasını pisləyib.

“Türkiyə NATO-nun üzvü və Gürcüstanın tərəfdaşı olaraq, Gürcüstanın Alyansa üzv seçilməsinə dəstək verəcək”, deyə Ərdoğan görüşdə vəd edib.

ABŞ Gürcüstana hərbi helikopterlər verəcək

 ABŞ hökuməti Gürcüstana iki hərbi helikopter verəcək. APA-nın “Georgia Online” saytına istinadən verdiyi xəbərə görə, Gürcüstan hökumətinin təsdiq etdiyi qərara əsasən, 50 mln dollarlıq qrant çərçivəsində Gürcüstan 18 608 036 dollar dəyərində iki “HUEY II” helikopteri əldə edəcək.

Xilasetmə əməliyyatlarına da cəlb ediləcəyi nəzərdə tutulan hərbi helikopterlər Gürcüstana 2018-ci ildə təhvil veriləcək. Layihədə helikopterlərin ehtiyat hissələrinin verilməsi və pilotlara təlim keçirilməsi nəzərdə tutulub.

Türkiyə vətəndaşı olan mindən çox tələbə Rusiya universitetlərindən çıxarılır

Türkiyə vətəndaşı 1030 tələbə Rusiyadan çıxmağa məcbur edilir.


"Dalğa TV" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda Rusiyada təhsil alan Türkiyə vətəndaşı olan tələbələr və Rusiyada işləyən təhsil üzrə mütəxəssislər öz ölkələrinin Təhsil Nazirliyi və Ali Təhsil Şurasına göndərdikləri şikayət məktubunda bildiriblər.
Məlumata görə, onlar Rusiyada təhsillə bağlı müxtəlif təzyiqlərlə qarşılaşdıqlarını yazıblar.
Universitetlərin rəhbərlikləri Türkiyə vətəndaşları olan tələbələrə məcburi şəkildə "təhsili öz istəyimlə buraxmaq istəyirəm" məzmunlu ərizə yazdırırlar.
İnformasiyaya əsasən, türk tələbələrinin yaşadıqları yataqxanalarda polis gecələr itlərlə pasport yoxlaması keçirir. Bəzi universitetlərdə rusiyalı professorlar "türklərə dərs vermirik"- deyərək, dərsləri boykot edirlər.
Rusiyanın Voronej Texnologiya İnstitutunun rəhbərliyi türk tələbələrdən tələb edirlər ki, Rusiyadan gedin.
Tələbələrin təhsil haqqını ödəməsinə, oxuduqları ali təhsil müəssisəsinin rəhbərliyi ilə uyğun müqavilə bağlamalarına baxmayaraq, onların vizalarının müddəti uzadılmır.
Türkiyə tərəfi tələbələrin təhsil müəssisələrindən müxtəlif bəhanələrlə çıxarılmasının qarşısını almaq istiqamətində fəaliyyət göstərildiyi bildirilib.

Həlak olan Azərbaycan neftçiləri Gürcüstanda anılıb

SOCAR-ın Gürcüstan nümayəndəliyinin ofisi qarşısında dinc aksiya keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr və QHT nümayəndələrinin iştirakı ilə SOCAR-ın nümayəndəliyinin qarşısında “Günəşli” yatağının 10-cu platformasında baş vermiş qəza nəticəsində həyatını itirmiş Azərbaycan neftçilərinin xatirəsi anılıb. Faciədə həlak olanlar bir dəqiqəlik sükutla yad edilib.

Anım mərasimində Azərbaycanlıların Mədəniyyət Mərkəzinin gənclər şöbəsinin müdiri Nərgiz Əliyeva dekabrın 4-də baş verən faciə ilə bağlı ətraflı məlumat verib və həlak olanların ailələrinə, yaxınlarına başsağlığı verib, xəsarət alan neftçilərə şəfa arzulayıb. Tələbələr əllərində "Başın sağ olsun, Azərbaycan!", "Biz həmişə səninləyik!" şüarları tutublar. Onlar əllərindəki gül-çiçək dəstələrini SOCAR-ın binası önünə qoyublar.

Anım mərasiminə qatılan SOCAR-ın Gürcüstan nümayəndəliyinin təmsilçisi tələbələrə minnətdarlığını bildirib.

Qeyd edək ki, Azərbaycandakı matəm günündə Gürcüstan ərazisində fəaliyyət göstərən SOCAR-ın bütün yanacaqdoldurma və qazpaylama məntəqələrində Azərbaycan bayrağı yarıya qədər endirilib.

ABŞ-da naməlum şəxslər donuz başını məscidin qapısına atdılar – VİDEO

Hadisə müşahidə kameraları vasitəsilə qeydə alınıb.

ABŞ-ın Pensilvaniya ştatında naməlum şəxslər kəsilmiş donuz başını Filadelfiyada şəhər məscidinin qapısının qarşısına atıblar, Associated Press agentliyi məlumat yayıb.

"Dalğa TV" Lifenews-a istinadən xəbər verir ki, baş verən hadisə dini məbədin yanında quraşdırılmış müşahidə kameraları vasitəsilə qeydə alınıb.

Şəbəkədə yayılan kadrlarda pikapın məscidin binasının yanından keçdiyi görünür. Bir anda sərnişin oturacağı tərəfdən bir əşya atılır, daha sonra onun donuz başı olduğu müəyyənləşdirilir. Onu atan insanı müəyyən etmək mümkün deyil.

Məscid nümayəndələri baş verənləri "nifrət aktı" adlandırıblar və qeyd ediblər ki, əslində kəsilən baş problem deyil, amma bu, ismarıcdır.

"Onu atan insanlar gələcəkdə daha böyük bir əməl törədə bilərlər", - məscidin mətbuat katibi qeyd edib.

Polis hadisəni araşdırmağa başlayıb, şəhər sakinləri isə bu əməli törədənlər, dini nifrət yaratmaq istəyənlər barədə istənilən məlumata görə mükafat vəd ediblər.

 

Azәrbaycan, Gürcüstan vә Türkiyә xarici işlәr nazirlәrinin görüşü keçirilәcәk

Azәrbaycan, Gürcüstan vә Türkiyә xarici işlәr nazirlәrinin görüşü yaxın zamanlarda keçirilәcәk.

APA-nın mәlumatına görә, bu sözlәri Türkiyәnin Azәrbaycandakı sәfiri İsmayıl Alper Coşkun deyib.

Onun sözlәrinә görә, görüşün dəqiq tam müәyyәn edilmәyib: "Bizim Azәrbaycanla birlikdә hәyata keçirdiyimiz Gürcüstanla, İranla vә Türkmәnistanla üçlü formatlarımız var. Bu hәm hәr 3 ölkә üçün hәm dә regional әhәmiyyәt daşıyır. Görüşün mütәmadi tәşkili daim hәdәfimizdir".

Tbilisidə 7 nəfər "donuz qripi"nə yoluxub

Tbilisidə A/H1N1 qripi (“donuz qripi") ilə 7 yoluxma halı qeydə alınıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstanda fəaliyyət göstərən Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin rəhbərinin müavini Paata İmnadze bildirib. Onun sözlərinə görə, bu fakt laboratoriyada yoxlanılıb və təsdiqini tapıb: “Regionlarda isə hələlik bu virusa yoluxma halı qeydə alınmayıb".


P. İmnadze əhalini qripə yoluxmamaq üçün təmizliyə riayət etməyə çağırıb və xəstələnən şəxslərə isə evdən çıxmamağı və sonadək müalicə almağı tövsiyə edib.


Xatırladaq ki, Gürcüstanda A/H1N1 qripinə yoluxma halı 2009-cu ildə baş verib.

ABŞ prezidentliyinə namizəd: “Müsəlmanlar ölkəyə buraxılmasın”

ABŞ prezidentliyinə namizəd Respublikaçılar Partiyasının üzvü milyarder Donald Tramp Kaliforniyanın San Bernardino şəhərində baş vermiş terrora görə yeni təkliflə çıxış edib.

Dalga TV Türkiyə KİV-nə istinadən xəbər verir ki, ABŞ-da 2016-ci ilin noyabr ayında keçiriləcək prezident seçkiləri üçün yarışan əmlak imperatoru Donald Tramp müsəlmanların əleyhinə fikirlər səsləndirib. Donald Tramp ABŞ rəhbərliyini müsəlmanların ölkəyə girişinin qadağan edilməsi ilə bağlı qərar qəbul etməyə dəvət edib: “Nifrətin ağıl almaz ölçülərə çatdığı çox açıqdır. Bu nifrətin haradan gəldiyini və səbəbini təyin etmək məcburiyyətindəyik. Ölkəmiz cihada inanan, insan həyatına heç hörmət etməyən şəxslərə qurban edilməməlidir".

Trampın seçki kampaniyası üzrə nümayəndəsi Corey Levandovski isə namizədin təklif etdiyi qadağanın ABŞ-a immiqrant ya da turist olaraq girmək istəyən hər kəs üçün etibarlı olduğunu söyləyib.

ABŞ prezidenti Barak Obama Trampın hədsiz dərəcədə nifrət dolu dini ayrı-seçkilik şərhinə anında reaksiya verib. Ağ Evdən edilən şərhdə Trampın açıqlamasında dilə gətirdiyi yanaşmanın Amerika dəyərlərinə zidd olduğu bildirilib.

Davudoğlu: “Azərbaycandakı faciəni dərin kədər hissi ilə öyrəndim”

Türkiyənin Baş naziri Əhməd Davudoğlu Azərbaycanın Baş naziri Artur Rasizadəyə başsağlığı verib.

Başsağlığında deyilir: "Dekabrın 4-də meydana gələn şiddətli fırtınanın Xəzər dənizinin “Günəşli” yatağındakı 10 saylı platformada qaz xəttinin sıradan çıxmasına səbəb olaraq yanğının baş verməsinə yol açdığını və həmin gün rəsmi səfərdə olduğum qardaş Azərbaycanda baş verən yanğının insan tələfatı ilə nəticələndiyini dərin kədər hissi ilə öyrəndim.

Hökumətim adından və şəxsən öz adımdan yanğında həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa, Zati-alinizə, həyatını itirənlərin ailələrinə və Azərbaycan xalqına başsağlığı diləyirəm.

Fürsətdən istifadə edərək, Zati-alinizə və dost Azərbaycan xalqına cansağlığı və xoşbəxtlik arzu edirəm".

Türkiyə boğazdan keçən Rusiya gəmisinin göyərtəsindəki əsgərin silah tutması ilə bağlı Moskvaya etirazını bildirib

Türkiyə hökuməti dekabrın 6-da İstanbul (Bosfor) boğazından keçən Rusiya hərbi gəmisinin göyərtəsində bir əsgərin çiynində daşınan zenit-raket kompleksi tutması faktı ilə bağlı Rusiyaya rəsmi etirazını bildirib.

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. “Lazımi addımlar atıldı”, - deyə o, söyləyib.

Qeyd edək ki, Rusiya Hərbi Dəniz Donanmasının Qara dəniz donanmasına məxsus “Sezar Kunikov” adlı desant gəmisi dekabrın 6-da İstanbuldan keçərkən gəminin göyərtəsində bir rus əsgəri çiynində hava hədəflərini vurmaq üçün nəzərdə tutulan silah tutub. Bu silahın “Strela” və ya “İqla” daşınan zenit-raket kompleksi (PZRK) olduğu güman edilir. Əsgərin fotoları Türkiyə mediasında yayıldıqdan sonra xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya hərbçilərinin bu hərəkətini provokasiya adlandırıb. Dənizçilik, kommunikasiya və rabitə naziri Binəli Yıldırım isə bu addımı 1936-cı ildə imzalanmış və Türkiyə boğazlarındakı hüquqi rejimi müəyyən edən Montrö Konvensiyasının pozulması kimi qiymətləndirib. Xatırladaq ki, həmin sənədə əsasən Türkiyə özünə qarşı hər hansı ölkədən hərbi təhlükə hiss edərsə, boğazları həmin ölkənin hərbi gəmiləri üçün bağlaya bilər.

Hadisədən sonra NATO-ya məxsus 3 hərbi gəmi boğazda lövbər salıb.

Gürcüstandan Rusiyaya — Böyük ittiham

Gürcüstan Rusiyanı beynəlxalq öhdəlirlərini yerinə yetirməməkdə ittiham edib.

Gürcüstanın xarici işlər naziri Georgi Kvirikaşvili separatçı Abxaziya və Cənubi Osetiya ilə müqavilələr imzalayan Rusiyanı beynəlxalq qanunları pozmaqda günahlandırıb.

Ölkə.azxəbər verir ki, bu haqda Gürcüstanın XİN başçısı Belqradda keçirilən ATƏT ölkələri XİN başçıları Şurasının 22-ci iclasındakı çıxışı zamanı deyib.

Kvirikaşvilinin sözlərinə görə, Rusiya Gürcüstanın ərazisindəki qanunsuz separatçı rejimlərlə əlaqələrini genişləndirərək bununla bütün beynəlxalq hüquq normalarını və qanunları çeynəyir.

Xatırladırıq ki, Gürcüstanın ərazisi olan Abxaziya və Cənubi Osetiya faktiki olaraq Rusiya tərəfindən işğal olunmuş vəziyyətdir. Buradakı separatçı rejimlər Moskvanın nəzarəti altındadır.

Rusiyanın təqdim etdiyi fotolardakı yanacaq daşıyan avtomobillər İraq kürdlərinə məxsusdur

Rusiya Müdafiə Nazirliyi tərəfindən İŞİD-in Türkiyəyə neft göndərməsinin sübutu kimi təqdim etdiyi görüntülərdə əks olunan yanacaq daşıyan avtomobillər İraq kürdlərinə məxsusdur.


"Dalğa TV"nin “Daily Sabah” nəşrinə istinadən verdiyi xəbərə görə, bunu İraq Kürdüstanı parlamentinin rəhbəri Şerko Cavdat deyib.

Ş. Cavdatın sözlərinə görə, sözügedən avtomobillər İraq Kürdüstanından Türkiyənin Ceyhan terminalına doğru hərəkət edir. “Bu, sirr deyil”, - deyə o vurğulayıb.

Parlament spikeri Rusiyanın təqdim etdiyi sübutların etibarlı mənbələrə əsaslanmadığını qeyd edərək, kürd peşmərgələrinin İŞİD-lə mübarizə aparan əsas qruplardan biri olduğunu və Rusiyanın neft şirkətləri İraq Kürdüstanında fəaliyyət göstərdiyini xatırladıb: “Ümid edirik, Rusiya Türkiyənin İŞİD-lə neft sövdələşməsinə dair məlumatları dəqiqləşdirməyə çalışacaq”.

Qeyd edək ki, dekabrın 2-də Rusiya Baş Qərargah rəisinin müavini Sergey Rudskoy İŞİD-in nəzarətində olan ərazilərdən Türkiyəyə neft daşındığını təsdiqləyən faktlara malik olduqlarını bildirib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə ittihamları rədd edərək heç kimin Türkiyəyə iftira atmağa haqqı olmadığını bəyan edib.

Saytda Axtarış

ახალი ამბები