Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün839
DünənDünən3331
Bu həftəBu həftə10271
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8466870

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Rusiya təyyarəsi havada parçalanıb - RƏSMİ

Beynəlxalq Aviasiya Komitəsinin icraçı direktoru Viktor Soroçenko bəyan edib ki, Misirdə qəzaya uğrayan “Koqalımavia” şirkətinə məxsus Airbus A321 təyyarəsi havada ikən parçalanıb.
Modern.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, o deyib ki, səbələri barədə danışmaq hələ tezdir: “Parçalanma havada baş verib və təyyarənin hissələri böyük əraziyə səpələnib”.
Şarm-əl-Şeyxdən Sankt-Peterburqa uçan təyyarə oktyabrın 31-də havaya qalxdıqdan 23 dəqiqə sonra radarlardan yoxa çıxıb. Sonradan məlum olub ki, Airbus A321 Snay yarımadasında qəzaya uğrayıb.

Qəza zamanı təyyarədə 224 nəfər olub. Onların 217 nəfəri sərnişin, 7 nəfəri ekipaj üzvüdür. Qəza nəticəsində sağ qalan olmayıb.

İŞİD-dən Rusiya təyyarəsinin vurulması ilə bağlı daha bir fakt

Xəbər verdiyimiz kimi, İraq Şam İslam Dövləti (İŞİD) oktyabrın 31-də Misirdə baş verən dəhşətli təyyarə qəzası ilə bağlı məsuliyyəti öz üzərinə götürüb. Rusiya Nəqliyyat Nazirliyi faktı təkzib etsə də, son yayılan videolar hadisəni İŞİD-in törətdiyi ilə bağlı məlumatları təsdiqləyir.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, İŞİD üzvləri təyyarənin vurulduğu yerdən lentə alınmış video yayıblar. Ekstremist döyüşçülər Sinay yarımadası səmasında rusların təyyarəsini vurduqları anı yerindəcə lentə alıblar. Bu da bir daha təyyarənin onlar tərəfindən vurulduğunu təsdiq edir.

Təşkilat videonu artıq İŞİD-in qeyri-rəsmi saytı olan “Amaq”da da yerləşdirilib.

Qeyd edək ki, Misirdə vurulan Rusiyaya məxsus А-320 təyyarəsinin göyərtəsində 217 sərnişin, 7 ekipaj üzvü olmaqla, ümumilikdə 224 nəfər olub. Onlardan heç biri sağ qalmayıb. Təyyarə Misirin kurort zonası olan Şarm-aş-Şeyxdən Sankt-Peterburda uçurmuş. Misir xilasediciləri isə Rusiya təyyarəsinin texniki nasazlıq səbəbindən qəzaya düşdüyünü bildirib.

Hadisə ilə əlaqədar olaraq Rusiya prezident Vladimir Putin ölkədə bir günlük matəm elan edib.

Rusiyada binada partlayış nəticəsində 5 nəfər ölüb - VİDEO

Rusiyanın Xabarovsk vilayətinin Korfovski qəsəbəsində yerləşən üçmərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində 5 nəfər həyatını itirib.

"Dalğa TV" TASS-a istinadən xəbər verir ki, sonuncu olaraq dağıntılar altından uşaq meyiti çıxarılıb.

Bina sakinlərinin sözlərinə görə, binada partlayışa mənzillərdən birinin qanunsuz olaraq mərkəziləşdirilmiş qaz təchizatı sisteminə qoşulması səbəb ola bilər.

Hadisə oktyabrın 29-da axşam baş verib. Partlayış nəticəsində üçüncü girişin konstruksiyası uçub. Xilasedicilər dağıntılar altından iki yaşlı qız uşağını çıxartmağa müvəffəq olublar. Hazırda insanların axtarışı davam etdirilir.

 

Gürcüstan BMT-nin İnsan Haqları Şurasına yeni üzv seçilib

BMT Baş Assambleyasının (BA) İnsan Haqları Şurasına 18 yeni üzv seçilib.
"Dalğa TV"nin qurumun saytına istinadən verdiyi xəbərə görə, Şərqi Avropa ölkələri qrupundan Sloveniya və Gürcüstan müvafiq olaraq 179 və 177 səs toplayaraq üzvlüyə haqq qazanıb.

Qərbi Avropa və digər ölkələr qrupundan isə Şuraya İsveçrə, Almaniya və Belçika seçilib. Afrika ölkələri üçün olan 5 vakant yer Toqo, Efiopiya, Kot d-İvuar, Keniya və Burundi tərəfindən tutulub.

Asiya ölkələri qrupundan Şuraya Monqolustan, Qırğızıstan, Koreya respublikası, Filippin, Latın Amerikası və Karib hövzəsindən Panama, Ekvador və Venesuela Şuraya daxil olub.

Qeyd edək ki, İnsan haqları üzrə Şuranın yaradılması barədə qərar 2005-ci ildə qəbul edilib. Şuranın səlahiyyətləri və onun yaradılması barədə qətnamə isə BMT BA-nın 15 mart 2006-cı il qətnaməsi ilə qəbul edilib.

İnsan Haqları üzrə Şuranın tərkibinə 47 dövlət daxildir.

Şuranın üzvləri 3 illiyə seçilir və iki dəfə ard-arda seçilə bilməz.

Şuranın hər üzvü Baş Assambleya üzvləri tərəfindən gizli səsvermə yolu ilə seçilir, üzvlər insan haqlarının müdafiə standartlarına nəzarət etməlidirlər. Üzvlərin fəaliyyətində insan haqlarının kütləvi və sistematik pozulması halları müşahidə olunduğu halda, onların Şurada iştiraklarına Baş Assambleya üzvlərinin 2/3 səs çoxluğu ilə xitam verilə bilər.

Rusiya ordusu Suriyada itki verdi - VİDEO

"Məndə Suriyada müqavilə əsasında xidmət edən Rusiya hərbi qulluqçusunun həlak olması ilə bağlı məlumat yoxdur".

"Dalğa TV" Anspress-ə istinadən məlumatına görə, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bu məlumatı ölkənin Müdafiə Nazirliyindən dəqiqləşdirmək lazımdır.

Sentyabrın 30-dan əməliyyatlara başlayan Rusiya ordusunun əsgərlərinin döyüşlərdə öldürüldüyü barədə dəfələrlə məlumatlar yayılıb. Amma bu məlumatları təsdiq etmək mümkün olmayıb.

Rusiya rəsmisi təsdiqləməsə də sosial şəbəkələrdə hərbi qulluqçunun döyüşlərdən birində öldürülməsi ilə bağlı şəkillər yayılıb. Sosial şəbəkələrdə yayılan şəkillərdə Rusiyanın Krasnodar vilayətindən olan 19 yaşlı Vadim Kostenkonun Suriyada həlak olduğu bildirilir. Kostenko iyun ayında həqiqi hərbi xidmətini başa vurub. Amma Vadim Kostenko müqavilə əsasında yenidən hərbi xidmətə qayıdıb. Məlumata görə, Kostenko pilot kimi deyil, hərbi aerodromda texniki xidmət əməkdaşı kimi fəaliyyət göstərib.

Digər bir məlumata görə, əsgərlərdən biri sevdiyi qızla aralarında baş verən münaqişəyə görə intihar edib. Rusiyanın Müdafiə Nazirliyi Xmeymim təyyarə bazasında baş verən intiharı təstiq edib.

Rusiya sentyabrın 30-dan etibarən Suriya ərazisini bombalayır. Hava hücumları Su-24M, Su-30SM, Su-25 və Su-34 daxil olmaqla aviaqrup tərkibində 50 təyyarə və vertolyot var.

Rusiya Suriya ərazisində terrorçulara qarşı sentyabrın 30-dan başlatdığı əməliyyatlarda Xmeymim hərbi bazasından 934 hərbi uçuş edilib və terrorçuların 819 obyekti dağıdılıb. Həmçinin bir müddət əvvəl yayılan məlumatlarda Rusiyanın Suriyaya dəniz yolu ilə silah-sursat və ərzaq yardımı aparan gəmilərinin sayının 100-dən çox olduğu bildirirdi.

Rusiyanın bu qədər silah göndərməsinə baxmayaraq, ölkənin Müdafiə Nazirliyi yerüstü əməliyyatlara başlamaqla bağlı açıqlama verməyib. Amma Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov quru əməliyyatları aparılmadan terrorçulara qalib gəlməyin mümkün olmadığını açıqlayıb.

Rusiya əsgərlərinin Suriya əazisindən ölməsi və mütamadi olaraq orada sosial şəbəkələrdə yayılan videolarda quru əməliyyatların aparıldığı görünür. Yayılan videolarda Rusiyaya məxsus TOS-1A "Solntsepyok" raket qurğularının terrorçuların mövqelərini bombaladığı məlum olur.

Pilot olmayan əsgərlərin ölümü və ağır silahlarla terrorçuların mövqelərinin bombalanması ilə bağlı yayılan videolar Rusiyanın Suriya ərazisində quru əməliyyatlara başladığını sübut edir. Hətta Rusiya Suriyada hərbi əməliyyatlarda muzdlu döyüşçülərdən belə istifadə edir.

 

Paraşütlə sərhədi keçdi - İŞİD-ə qoşulmaq üçün

Ərəb əsilli 23-yaşlı İsrail vətəndaşı Nida Saleh İŞİD-ə qoşulmaq üçün paraşütlə Suriya ərazisinə uçub.

"Dalğa TV" Oxu.Az-a istinadən xəbər verir ki, o İzrail ordusunun nəzarət etdiyi Qolan yüksəkliklərini keçərək İŞİD-in tərkibinə daxil olan "Şuhad əl-Yarmuk" terrorçu qruplaşmasına qoşulmağa gedib.

"Biz bilmirik, onu o tərəfdə kimsə gözləyirdi, ya yox. Lakin əgər kimsə paraşütlə yanlış istiqamətdə uçursa, o bunu bilərəkdən edir", - jurnalistlərə açıqlamasında İzrail ordusunun nümayəndəsi Moti Almoz bildirib. O qeyd edib ki, hərbçilərin məlumatına görə, Saleh oktybarın 25-də uçuşa başlayıb.

CNN isə xəbər verir ki, əvvəlcə hərbçilər vətəndaşın təxliyyə edilməsi üçün geniş miqyaslı əməliyyata başlayıblar, lakin sonr qərara gəliblər ki, sərhəddən qaçış könüllü olub.

İsrailin baş naziri Salehin vətəndaşlıqdan məhrum ediləcəyinə söz verib.

"İsrailin düşmənlərinə qoşulan və İsrailə qarşı döyüşən hər kəs ölkə vətəndaşlığından məhrum ediləcək", - baş nazir qeyd edib.

Minlərlə alman müsəlmanlara qarşı etiraz edir

Xəsarət alanlar var.

Bazar ertəsi axşam minlərlə insan "Avropalı vətənpərvərlər köhnə dünyanın islamlaşdırılmasına qarşıdır" (PEGİDA) anti-islam hərəkatının Drezden, Leyptsiq və Hemnitsdə təşkil etdiyi nümayişlərdə iştirak ediblər, tass.ru məlumat yayıb.

 

"Dalğa TV" xəbər verir ki, bəzi məlumatlara əsasən, yalnız Drezdendə PEGİDA aksiyasına 12 min adam toplaşıb. Eyni zamanda anti-islam hərəkatının rəqibləri küçəyə yalnız 1,3 min adam çıxartmağa müvəffəq olublar.

Hüquq-mühafizə orqanlarında qeyd ediblər ki, Saksoniya administrativ mərkəzdə PEGİDA marşından fərqli olaraq keçən həftə asayiş pozuntusu qeyd olunmayıb, vəziyyət sakit olub.

Bu dəfə toqquşmalar Leyptsiqdə olub, PEGİDA və yaxud da LEGİDA adlandırılan Leyptsiq filialının düşərgəsinin tərəfdaşlarından iki nəfər xəsarət alıb.

Keçən həftə oktyabrın 19-da Drezdendə nümayişə çıxan qruplar arasında baş verən toqquşma zamanı bir neçə adam, o cümlədən də müxbirlər xəsarət alıb. Daşdan istifadə olunub, pirotexniki vasitələr işə salınıb, hətta polislərə hücumlar da olub.

Keçən bazar günü Frayberqdə 200-ə yaxın polis şəhərə qatarla gələn və Drezden, Leyptsiqdə ilkin yerləşdirmə mərkəzlərinə yola düşmək üçün avtobuslara oturmalı olan 700 qaçqının təhlükəsizliyini təmin etməli olub.

ABŞ-dan proqnoz: 60 il sonra Həcc ziyarəti mümkün olmayacaq

ABŞ meteoroloqları Yaxın Şərqdə 60 il sonra insanların yaşayış şəraitini proqnozlaşdırıblar.

Onların fikrincə, İran körfəzi ölkələrində həmin vaxtda kondisionerlə təchiz edilməmiş yerlərdə qalmaq mümkün olmayacaq, əsasən də bu Məkkəyə həcc ziyarətində öz təsirini göstərəcək. Müəlliflər tədqiqatlarının nəticələrini Nature Climate Change jurnalında dərc ediblər.

"Dalğa TV" xəbər verir ki, alimlərin fikrincə, qlobal istiləşmə nəticəsində temperatur və nəmişlik o qədər artacaq ki, bir neçə saat ərzində kondisionerlə təchiz edilməmiş yerdə qalmaq həyat üçün təhlükəli olacaq.

Meteoroloqlar öz işlərində yaş termometr temperaturunun təsəvvüründən istifadə ediblər. Prosesin sonunda havada buxarlanan su bu temperaturu alır.

Bu temperatur xüsusi cihaz psixrometr ilə ölçülür. İnsan orqanizmi səthindən mayenin buxarlanması nəticəsində soyuyur. Yaş termometrin kritik temperatur həddində bu mümkünsüz olacaq.

Alimlərin fikrincə, 2071 və 2100-cü illər arasında yaş termometrin temperaturu İran körfəzi ölkələrinin bəzilərində, məsələn, Qətər, BƏƏ və İranda 35 dərəcə selsiyə çatacaq. Risk zonasına əsasən Dubay, Doha və Abu-Dabi düşür. Artıq bu gün bu və digər yaşayış məntəqələrində temperatur kritik həddə yaxındır.

Belə ki, İran körfəzi yaxınlığında yerləşən İran və İraq ərazisində gündüz hava temperaturu 50, gecə isə 30 dərəcədən yüksək olur. Bu göstəricilər yaş termometrin göstəricilərinə çevrildikdə 34,6 dərəcə selsi deməkdir.

Alimlər ehtimal edirlər ki, ölkələrin istixana qazlarının tullantılarının azaldılması halında yaranan iqlim şəraitinin saxlanılması və Yaxın Şərqdə orta illik temperaturun saxlanılması mümkündür. Bu regionun potensial boşluğunun qarşısını ala bilər.

Bütün bunlarla yanaşı, Məkkəyə Həcc ziyarəti də mümkünsüz olacaq.

Mərkəzi Asiya ölkələrində güclü zəlzələ olub

"Daşkənd" Seysmoloji Stansiyasının yaydığı məlumata görə, yerli vaxtla saat 14.10-da Özbəkistan ərazisində 5,5 bal gücündə zəlzələ olub.

Qazaxıstan, Qırğızıstan və Tacikistanda da 5-6 bal gücündə zəlzələnin baş verdiyi bildirilir.

Zəlzələnin episentri Əfqanıstanın Hindquş dağlarında olub. Burada 7,7 bal gücündə yeraltı təkan qeydə alınıb.

Pakistanın İslamabad, Laxor, Ravalpindi, Peşavar və digər şəhərlərində də 7 bal gücündə zəlzələ baş verib. İlkin məlumata görə Pakistanda on nəfərin həlak olduğu bildirilir, yaralananlar var.

Türkiyədə İŞİD-lə qanlı toqquşma: 2 polis şəhid oldu, 7 terrorçu öldürüldü

Türkiyənin Diyarbəkir şəhərinin Kayapınar rayonunda İŞİD üzvlərinin cəmləşdiyi evə polis əməliyyat keçirib.

"Dalğa Tv" Doğan xəbər agentliyinə istinadən xəbər verir ki, səhər saatlarında təşkil edilən əməliyyat zamanı evdə cəmləşmiş terrorçular polisə müqavimət göstərib və atışma olub.

Silahlı toqquşma nəticəsində 2 polis şəhid olub, daha 2 polis əməkdaşı isə yaralanıb.

İŞİD-çilərin qaldığı evə polis basqını zamanı öldürülən terrorçuların sayının 7 olduğu açıqlanıb. 3 nəfər İŞİD üzvü isə sağ ələ keçirilib.

Bildirilir ki, polis əməliyyata sübh çağlarında start verib və evin ətrafı zirehli texnika ilə əhatəyə alınıb. Buna baxmayaraq, terrorçular polisin müdaxiləsinə sürətlə reaksiya veriblər və atəş açmağa başlayıblar.

Gürcüstan prezidenti bir daha “Qazprom”la əməkdaşlığı müzakirə etməyi tələb edib

Gürcüstan prezidenti Georgi Marqvelaşvili hökumətin növbəti iclasının gündəliyinə Rusiyanın “Qazprom” şirkəti ilə əməkdaşlıq və danışıqlar məsələsini daxil etməyi növbəti dəfə tələb edib.

Qeyd edək ki, prezidentin bundan əvvəl irəli sürdüyü analoji tələbi KİV və müxalifət tərəfindən kəskin etiraza səbəb olmuşdu. Bu barədə APA “RİA Novosti”yə istinadən xəbər verir.

Qeyd edək ki, sentyabrda Gürcüstanın energetika naziri Kaxa Kaladze “Qazprom” nümayəndələri ilə görüş keçirib. O, Gürcüstana Azərbaycandan ölkəyə olunan tədarüklə rəqabət edə biləcək qiymətin təklif ediləcəyi təqdirdə Rusiya qazının tədarük həcminin artırıla biləcəyini istisna etməmişdi. Lakin bu danışıqlar Gürcüstan müxalifəti və bəzi KİV-lər tərəfindən ciddi tənqid atəşinə tutulmuşdu. Gürcüstan müxalifəti etiraz aksiyası keçirərək dərhal “Qazprom”la danışıqlara son qoymağı tələb etmişdi.

“Biz yüksək vəzifəli məmurlardan bu məsələ ilə bağlı çoxlu bir-birinə zidd olan versiyalar eşitdik. Biz bu strateji əhəmiyyətli məsələyə dair məlumatın açıqlanmasını istəyirik. Bizə müəyyən yüksək vəzifəli şəxslərlə danışıqların aparılmasına və məsələyə aydınlıq gətirilməsinə dair çağırış olundu. Belə danışıqlar çox olub, lakin məsələ bizim üçün hələ də aydınlaşmayıb. Bu səbəbdən “Qazprom” məsələsinə hökumətin iclasında baxılmasına dair tələbimiz qüvvədə qalmaqdadır”, deyə prezidentin müşaviri Pikriya Çixradze bildirib.

Qeyd edək ki, oktyabrın ortalarında Gürcüstan prezidenti Georgi Marqvelaşvili hökumət administrasiyasına müraciət edərək hökumətin iclasında enerji təhlükəsizliyi və enerji daşıyıcıların tranziti məsələsinə baxılmasını xahiş edib. Energetika naziri Kaxa Kaladze isə məsələnin müzakirəyə çıxarılmasına ehtiyac olmadığını bildirib.

Rusiyada evdə baş verən yanğında üç uşaq yanaraq ölüb

Rusiyanın Kalmıkiya Respublikasında baş verən yanğında üç uşaq ölüb.
"Dalğa TV"nin xəbərinə görə, Kalmıkiya Respublikası daxili işlər orqanlarından bildirilib ki, oktyabrın 25-nə keçən gecə Laqan şəhərində fərdi evdə yanğın baş verib.

Yanğının söndürülməsinə 33 yanğınsöndürən və 10 texnika cəlb olunub.

Yanğının lokallaşdırılması zamanı 2005, 2006 və 2012-ci il təvəllüdlü üç uşağın meyiti çıxarılıb.

Məlum olub ki, 9 yaşlı qız və 3 yaşlı oğlan evin sakinləri, 10 yaşlı qız isə qonşunun uşağı olub.

Hüquq-mühafizə orqanları yoxlamalara başlayıb. Hadisənin başvermə səbəbləri araşdırılır. Yanğın baş verən anda böyüklərin hansı səbəbdən evdə olmamaları barədə hələlik məlumat verilmir.

Saytda Axtarış

ახალი ამბები