Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün860
DünənDünən3331
Bu həftəBu həftə10292
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8466891

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


M.Saakaşvili: “Məmurlara münasib maaş verilməsə dövlət aparatı dağılacaq”

Ukraynada məmurlara münasib maaşların verilməsinə başlanmasa, dövlət aparatı yaxın aylar ərzində dağılacaq.

APA-nın məlumatına görə, bunu Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili “112 Ukrayna” telekanalına müsahibəsində bəyan edib.

Onun sözlərinə görə, Ukraynada dövlət aparatı demək olar ki, dağılıb: “O, artıq nüfuzunu itirib. Hətta artıq oğurlaya da bilmir. Büdcə pulları əvvəlcədən, büdcəyə daxil olmadan oğurlanır”, deyə M.Saakaşvili bildirib.

“Əgər yaxın 5-6 ərzində gömrükdə ciddi dəyişikliklər baş verməsə, “qara deşik”lər tutulmasa, vergilər azaldılmasa, vergi daxilolmaları artmasa dövlət aparatı dağılacaq. Özü də tam şəkildə. Bununla da hakimiyyət iflic vəziyyətinə düşəcək”, M.Saakaşvili əlavə edib.

İlham Əliyev “Böyük iyirmilik”in sammitində iştirak edəcək

Prezident İlham Əliyev Türkiyədə keçiriləcək "Böyük iyirmilik" ölkələrinin sammitində iştirak edəcək.

Dalga TV-nin  anspress-ə istinadən məlumatına görə, Türkiyə mətbuatında sammitdə iştirak edəcək ölkə liderlərinin adları açıqlanıb.

Antalyanın truzim mərkəzi hesab edilən Belek rayonunda noyabrın 15-16-da keçiriləcək "Böyük iyirmilik" ölkələrinin sammitində iktirak edəcək dünyanın ən böyük iqtisadiyyatına malik 19 ölkə lideri və Avropa Birliyindən (AB) başqa bir sıra dövlət başçıları da zirvəyə dəvət olunub.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sammitdə iştirak etmək üçün prezident İlham Əliyevə də dəvət göndərib.

Sammitdə ABŞ, Rusiya və Fransa prezidentləri Barak Obama, Vladimir Putin, Fransua Olland, Almaniya kansleri Angela Merkel, Səudiyyə ərəbistanı kralı Salman bin Əbdüləziz, Türkiyə və Böyük Britaniyanın baş nazirləri Əhməd Davudoğlu, Devid Kemeron, Avropa Birliyi Şurasının prezidenti Donald Tusk və başqaları iştirak edəcək.

Türkiyədə ilk dəfə keçiriləcək sammitə görə bir neçə gündür ki, təhlükəsizlik qüvvələri ölkə ərazisində antiterror əməliyyatları həyata keçirir. Onlarla terrorçunun saxlanıldığı bildirilir.

Sammit zamanı təhlükəsizliyin təmin olunması üçün 12 min polis iş başında olacaq.

"Böyük iyirmilik" ölkələrinin zirvə toplantısı 2013-cü ildə Rusiyanın Sankt Peterburq şəhərində, 2014-cü ildə isə Avstraliyanın Brisben şəhərində keçirilib. G20 ölkələrinin 2016-cı ildəki sammiti isə Çin Xalq respublikasında keçiriləcək.

G20 dünyanın ən böyük iqtisadiyyatına malik 19 ölkəsindən və Avropa Birliyindən (AB) ibarətdir. "Böyük iyirmilik" ABŞ, AB, İngiltərə, Türkiyə, Yaponiya, Kanada, Almaniya, Fransa, İtaliya, Rusiya, Avstraliya, Braziliya, Hindistan, Çin, İndoneziya, Meksika, Səudiyyə Ərəbistanı, Cənubi Afrika, Argentina və Cənubi Koreyanın daxil olduğu qrupdur.

Lukaşenko rəsmən Belarusun prezidenti oldu

Aleksandr Lukaşenko Minskdə rəsmi olaraq Belarusun prezidenti vəzifəsinin icrasına başladı.

"Dalğa TV" xəbər verir ki, andiçmə mərasimi Müstəqillik sarayında baş tutub.

Aleksandr Lukaşenko əlini Konstitusiyanın üzərinə qoyaraq and içib. Daha sonra o, andiçmə haqqında akt imzalayıb.

Belarusun Seçkilər və respublika referendumunun keçirilməsi üzrə Mərkəzi Komissiyasının sədri Lidiya Yermoşina ona Belarus respublikasının prezidenti vəsiqəsini təqdim edib.

Andiçmə mərasimi mindən çox dəvətlinin qarşısında həyata keçib, onların arasında yüksək vəzifəli şəxslər, Nümayəndələr Palatasının deputatları və respublikanın Milli Məclisinin Şura üzvləri, müxtəlif səviyyəli rəhbərlər, diplomatik korpusun nümayəndələri və xarici qonaqlar olub.

Rusiya Çinin torpağının bir hissəsini geri qaytardı

Danışıqlar aparılır.

"China Daily" qəzeti 19-cu əsrdə ikinci Opium müharibəsində Tsinsk imperiyasının məğlubiyyətindən sonra Rusiyanın tərkibinə keçən, Ussuriysk yaxınlığında yerləşən, sahəsi təxminən 5 kvadrat km olan torpaq hissəsini ÇXR-nın (Çin Xalq Respublikası) tərkibinə qaytarılması barədə məlumat yayıb.

"Dalğa TV" informing.ru-ya istinadən xəbər verir ki, ərazidən Hubutu çayı axır, onun məcrası isə Çin yüklərinin gəldiyi Rusiyanın ən böyük limanı Ussuriyskdən 60 km uzaqlıqda yerləşir.

İndi ÇXR hakimiyyəti Rusiya hökuməti ilə şəhərdə daha bir limanın açılması haqqında danışıqlar aparırlar.

1858-ci ildən 1915-ci ilə qədər Çin Rusiya imperiyasına öz ərazisinin təxminən 1,5 milyon kvadrat km-ni verib.

Leyla Əliyeva Sergey Pospelovla görüşdü

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyeva noyabrın 5-də Moskvada Rusiya Federasiyasının Gənclər Məsələləri üzrə Federal Agentliyinin rəhbəri Sergey Pospelovla görüşüb. Modern.az Azərtac-a istinadən məlumat verir ki, görüşdə könüllülük və skaut hərəkatları, ekologiya, istedadlı gənclərin, Azərbaycanda rus dilinin və Rusiyada Azərbaycan dilinin dəstəklənməsi üzrə müştərək layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib. RAGB-nin sədri Leyla Əliyeva qeyd edib ki, Azərbaycanda tədrisin rus dilində olduğu bütün məktəblər qorunub saxlanıb, Rusiya mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə beynəlxalq tədbirlər keçirilir. Bakıda Mixail Lermontovun anadan olmasının 200 illiyinə həsr edilmiş xatirə gecəsi keçirilib. Sergey Yeseninin xatirə gecəsinin keçirilməsi planlaşdırılır. Leyla Əliyeva onu da qeyd edib ki, RAGB Rusiyanın ali məktəblərində təhsil alan əlaçı tələbələr üçün xüsusi təqaüd ayırır. Sergey Pospelov isə qeyd edib ki, Azərbaycan və Rusiya gəncləri bir sıra beynəlxalq məkanlarda vahid mövqedən çıxış edirlər və bu, sevindirici haldır. O, Soçidə F1 yarışlarının keçirilməsi üzrə təşkilat komitəsinin könüllülər korpusunun köməyini təklif edib. Bu təcrübə 2016-cı ildə Bakıda keçiriləcək yarışlar üçün faydalı ola bilər. Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, Rusiya Federasiyasının Gənclər Məsələləri üzrə Federal Agentliyinin rəhbərinin müşavirləri Denis Zavarzin və İlya Yarmanov, habelə RAGB idarə heyətinin üzvü Emin Hacıyev görüşdə iştirak ediblər. Tərəflər görüşdə Rusiya Federasiyasının Gənclər Məsələləri üzrə Federal Agentliyi, Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu arasında əməkdaşlıq haqqında razılığa gəliblər.

Bakı və Tbilisi ikitərəfli münasibətləri dərinləşdirəcəklər – BƏYANNAMƏ

Sənədi iki ölkə prezidentləri imzalayıblar.

Azərbaycan və Gürcüstan prezidentləri ikitərəfli münasibətlərin dərinləşdirilməsinə dair Bəyannamə imzalayıblar.

Bəyannamədə siyasət, təhlükəsizlik, ticarət və iqtisadiyyat, tranzit, mədəniyyət, təhsil və elm sahələrində münasibətlərin dərinləşdirilməsi nəzərdə tutulur, Oxu.Az Qruziya-onlayn-a istinadən xəbər verir.

Bəyannamədə qeyd edilib ki, tərəflər regional və qlobal məsələlər üzrə strateji dialoqa davam edəcəklər, BMT-də, ATƏT-in ixtisaslaşdırılmış orqan və institutlarında, Avropa Şurasında, GUAM, eləcə də Aİ və NATO ilə əlaqədar məsələlərdə əməkdaşlığı gücləndirəcəklər; ekspert və tədqiqat institutlarının sıx əlaqələrini təşviq edəcək, qarşılıqlı mübadiləni fəallaşdıracaqlar; münaqişələrin sülh yolu ilə həll edilməsinə, sülh və təhlükəsizlik məsələlərinə dair səyləri fəallaşdıracaqlar; Abxaziya, Tsxinvali regionunda və Dağlıq Qarabağda münaqişələrin tezliklə həll edilməsinin vacibliyini, eləcə də yaşayış yerindən məcburi köçürülmüş şəxslərin və qaçqınların öz yaşayış yerlərinə qaytarılmasını vurğulayacaqlar; iqtisadiyyat sahəsində əməkdaşlığı dərinləşdirəcək, investisiyaların artmasına vasitəçilik edəcək, energetika məsələləri üzrə dialoqu, lazım olduğu halda biznes-dairələrin iştirakı ilə yüksək səviyyədə aparacaq, Cənubi enerji dəhlizini inkişaf etdirəcək, Gürcüstanın qazlaşdırmasını, Elektrik ötürücü xəttinin inşasını, İpək yolunun inkişaf etdirilməsinə və genişləndirilməsinə davam edəcək, turizmin inkişafına, kiçik və orta müəssisələrin inkişafına vasitəçilik edəcəklər.

Tərəflər həmçinin müdafiə və hərbi-texniki sahədə əməkdaşlığı gücləndirməyi, hərbi-siyasi məsələlər üzrə konsultasiyalar aparmağı, terrorizm, ekstremizm, separatizm, transmilli cinayətkarlığa, narkotiklərin qanunsuz dövriyyəsinə, qaçaqmalçılıqla, qanunsuz silah alveri, insan alveri, mədəniyyət və tarixi abidələrə qarşı cinayətlərə, pulların yuyulması və digər cinayətkar fəaliyyətə qarşı mübarizədə əməkdaşlığa dair razılığa gəliblər.

Tərəflər elm, təhsil, mədəniyyət sahəsində əməkdaşlıq etmək, tədris, elmi və tədqiqat institutları arasında, o cümlədən tələbə və doktor qrantları sayəsində mübadilələrin artırılmasına, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqların dəstəklənməsi, sərgilərin, mədəni tədbirlərin keçirilməsi, səhiyyə, sosial müdafiə, idman, KİV sahəsində əlaqələrin möhkəmləndirilməsi; iki ölkənin şəhərləri, regionları arasında təşəbbüslərə vasitəçilik etmək, insan haqlarının müdafiəsi və populyarlaşdırılması üzrə fəaliyyəti dəstəkləmək barədə razılığa gəliblər.

Putin Leyla Əliyevaya medal verdi

Rusiya Prezidenti Vladimir Putin bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevaya "Puşkin" medalını təqdim edib.

Leyla Əliyeva Rusiya Federasiyası ilə dostluq və əməkdaşlığın möhkəmləndirilməsinə, iqtisadi əlaqələrin inkişafına, xaricdə rus dili və mədəniyyətinin qorunması və populyarlaşmasına verdiyi böyük töhfəyə görə bu mükafata layiq görülüb.

Mükafatlandırma Xalq Birliyi Gününə həsr edilmiş təntənəli qəbul zamanı baş tutub.

Rusiyalı sərnişinlərin ölümünü ələ salan ukraynalı blogger öldürüldü

Onu xəstə, abırsız adlandırıblar.

Sinay yarımadasında qəzaya uğrayan A321 sərnişin təyyarəsində həlak olan sərnişinlərin ələ salındığı videonu çəkərək şəbəkədə yerləşdirən blogger Maksim Volox Kiyevdə öz mənizilində ölü tapılıb, uralpolit.ru məlumat yayıb.

 

"Dalğa TV" xəbər verir ki, ilkin məlumata əsasən, naməlum şəxslər qapını sındıraraq Voloxovun mənzilinə daxil olublar və ona çoxsaylı bıçaq zərbələri vurublar, aldığı zərbələrdən o, hadisə yerində ölüb.

Ukrayna hüquq-mühafizə orqanı əməkdaşları vətəndaş Voloxovun qətlinə dair cinayət işinin açılması faktını hələlik təsdiqləməyiblər.

 

Bu günlərdə internet-şəbəkədə "Xoşbəxtliyim hədsizdir. A321 aerobusunun qəzasına dair əclafın fikirləri” adlı video yerləşdirilib. Bu videoda blogger 20 dəqiqə ərzində bayağı leksikadan istifadə edərək "Koqalımavia" şirkətinə məxsus laynerin Sinay yarımadası üzərində qəzasına dair sevincini ifadə edir.

 

Videoçarxın peyda olmasından dərhal sonra istifadəçilərin qəzəbli şərhləri və onun blok olunmasına dair tələbləri irəli sürülüb. Hətta Ukraynada Maksim Voloxovu xəstə, abırsız adlandırıblar.

Sonra isə naməlum şəxs onun şəxsi məlumatlarını, doğulduğu yeri, yaşayış yerini və bütün telefon nömrələrini internet-şəbəkədə yerləşdirib.

 

Rusiya Federasiyası İstintaq Komissiyası tərəfindən Voloxova qarşı millətlərarası münaqişəni qızışdırmaq faktı üzrə cinayət işi açılıb.

Daha bir təyyarə faciəsi - VİDEO

Rusiya sərnişin təyyarəsi uçuşdan 30 dəqiqə sonra radarlardan itib

Misirdən havaya qalxan və içərisində 224 sərnişinin olduğu Rusiya Hava Yollarına aid "Airbus A-321" təyyarəsi, uçuşdan 30 dəqiqə sonra Kipr yaxınlığında radarlardan itib. Bizimyol.info xəbər verir ki, təyyarə Misirin Şarm-əl-Şeyx şəhərindən havaya qalxıb.

Radarlardan itən təyyarənin az öncə qəzaya uğradığı məlum olub. Təyyarənin qalıqları Sinay yarımadasında tapılıb. Ölənlərin sayı ilə bağlı dəqiq məlumat yoxdur.

 

Rusiya təyyarəsnin qəza yeri: ayaqqabılar, çantalar, telefonla...

Rusiya təyyarəsnin qəza yeri: ayaqqabılar, çantalar, telefonlar...

Posted by Milli.Az - Xəbər Portalı on Monday, 2 November 2015

Abdulla Gül AKP-ni təbrik etdi

11-ci prezident Abdullah Gül Twitter hesabından Ədalət və İnkişaf Partiyasını (AKP) noyabrın 1-də keçirilən təkrar parlament seçkilərində qazandığı uğura görə təbrik edib.

"DalğaTV"nin Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, keçmiş prezident Twitter ünvanından bu mesajları paylaşıb:
"AKP-ni bu böyük müvəffəqiyyətdən ötəri təbrik edirəm. Seçkinin nəticələri millətimizə və ölkəmizə xeyirli olsun. Bu nəticənin ölkəmizdə dinclik və sabitliyin təsisi üçün əhəmiyyətli bir fürsət olduğuna inanıram. Parlamentə və qurulacaq yeni hökumətə, məmləkətə xidmət yolunda böyük vəzifə düşür. Yeni AKP dövründə əhatə edici və uzlaşdırıcı bir üslubla Türkiyəni daha irəliyə daşıyacaq bir islahat və inkişaf müddətinin başladılmasını xahiş edirəm".

Tiflisdə gender bərabərliyi prinsiplərinə həsr olunan konfrans keçirilib

Tiflisdə BMT-nin"Qadınların bərabərliyi, Sülh və İnkişaf" proqramı və Norveç hökumətinin maliyyə dəstəyi ilə gender bərabərliyinin prinsiplərinə həsr olunan ikigünlük konfrans keçirilib.

"Dalğa TV"nin məlumatına görə, tədbirdə Gürcüstanın Sameqrelo, Şida Kartli, Kvemo Kartli, Quriya, Kaxeti və İmereti bölgələrinin yerli icra nümayəndələri və münaqişə zamanı zərər çəkən qadınlar, qaçqınlar, etnik azlıq nümayəndələri olan fəal qadınlar qatılıblar.

Konfrans Qadın İnformasiya Mərkəzi və "Taso" QHT rəhbərliyi tərəfindən təşkil edilib. Konfransda Gürcüstan parlamenti sədrinin birinci müavini Manana Kobaxidze gender bərabərliyi prosesində dövlətin rolunu vurğulayıb. Sonra BMT-nin Qadınlar nümayəndəsi Erika Kvapilova və başqaları yerli özünüidarəetmə orqanlarında gender bərabərliyi üçün zəruri institusional mexanizmlərin, mövzu ilə bağlı layihələrin, həmçinin büdcənin qəbul olunmasında gender bərabərliyi aspektləri, bu sahədə əldə edilən təcrübənin müzakirəsini aparıblar. Tədbirdə vahid pəncərə prinsipinin tətbiqinin nəticələri yekunlaşdırılıb.

Tədbirə azərbaycanlıların kompakt yaşadığı Marneuli, Bolnisi və Dmansi rayonlarından gələn azərbaycanlı qadınlar da qatılaraq sual-cavab prosesində fəal iştirak ediblər.

Konfransda Gürcüstanın baş nazirinin köməkçisi Savalan Mirzəyev, parlament deputatları, bir sıra nazirliklərin rəsmiləri, rayon rəhbərləri və bələdiyyə üzvləri iştirak ediblər.

İŞİD 12 uşağı edam etdi

“İslam Dövləti” (İŞİD) terror qruplaşması İraqın Mosul şəhərindəki təlim düşərgəsindən qaçmağa cəhd edən 12 uşağı edam edib. Modern.az bildirir ki, bu haqda kürdlərə məxsus Rudaw televiziya kanalı məlumat yayıb.

“Ən azı 12 uşağı İŞİD radikalları öldürüblər. Uşaqlar hərbi düşərgədə təlim keçirdilər və oradan qaçmağa cəhd edəndə yaxalanıblar. Öldürülənlərin yaşları 12-dən 16-ya qədər olub”, - Kürdüstan Demokratik Partiyasının sədri Said Mamuzini deyib.

Fevral ayında İŞİD terror qruplaşması Rakka şəhəri ətrafında uşaqlar üçün nəzərdə tutulan hərbi düşərgədən video yayıb. Həmin kadrlarda hərbi geyimdə olan oğlanların cərgələrdə dayandığı və verilən komandaları yerinə yetirdikləri əks olunurdu.

Saytda Axtarış

ახალი ამბები