Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün822
DünənDünən3331
Bu həftəBu həftə10254
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8466853

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Putindən şok addım – “Türk axını” layihəsi dayandırıldı

Rusiya “Türk axını” qaz kəmərinin tikintisini dayandırıb.
AzNews.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak məlumat verib. Bu addım Rusiya Federasiyasının dekabrın 1-də ticarət-iqtisadi əməkdaşlıq üzrə Rusiya-Türkiyə hökumətlərarası komissiyasının fəaliyyətinin dayandırılması barədə qərarı ilə bağlıdır.

Xatırladaq ki, noyabrın 24-də Rusiyanın Su-24 qırıcı təyyarəsi Türkiyənin hava sərhədini pozduğu üçün Türkiyə tərəfindən vurulub. Rusiya tərəfi Türkiyəni üzr istəməyə və təzminat ödəməyə çağırsa da, Türkiyə bu məsələdə haqlı olduğunu və sərhədi keçdiyi üçün Rusiyanın üzr istəməli olduğunu bildirib. Bu isə iki dövlət arasında gərginliyin yaranmasına səbəb olub.

Rusiya İrana müdafiə sistemləri göndərir

Rusiya Irana S-300 raketlərini ixrac etməyə başladığını rəsmən açıqladı.


Musavat.com TASS agentliyinə istinadən xəbər verir ki, Rusiya baş nazirinin hərbi əməkdaşlıqla məsuliyyətli köməkçisi Vladimir Kojin İrana S-300 raketindən müdafiə sistemi ixracının başladığını bildirib.

Rusiya və İran noyabrın əvvəlində 5 ədəd S-300 raket batareyasının ixracına davam edilməsi üçün yeni bir müqavilə imzalamışdı.

Qeyd edək ki, S-300 dünyanın ən güclü müdafiə sistemlərindəndir.

NATO baş katibi: “Gürcüstanın alyansa üzv olmaq istəyini dəstəkləyirik”

"NATO Gürcüstanın alyansa üzv olmaq istəyini dəstəkləyir".

"Dalğa TV"nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu NATO baş katibi Yens Stoltenberq bəyan edib.

O, rəhbərlik etdiyi qurumun Gürcüstanla siyasi dialoqu genişləndirdiyini qeyd edib.

"Biz əvvəlki kimi Gürcüstanın NATO üzvlüyünə cəhdlərini dəstəkləyirik. Bu gün biz gördük ki, NATO-nun qapıları yenə açıqdır. Gürcüstanla bir sıra sahələr üzrə birgə çalışırıq. Biz kommünike çap edəcəyik, üzərimizə yeni öhdəliklər götürəcəyik və dəstəyimizi ifadə edəcəyik", - deyə o vurğulayıb.

Rusiya universitetləri də Türkiyə ilə əlaqələri kəsdi

Rusiyada 44 universitet və yüksək təhsil qurumları Türkiyə ilə akademik əlaqələri dondurub.

AzNews.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə məlumat Rusiya mətbuatında yer alıb.

Məlumata görə, Təhsil Nazirliyindən verilən açıqlamada "Türkiyədəki təhsil qurumları ilə əməkdaşlığı olan 44 universitet Türkiyədəki həmkarlarına əməkdaşlıq müqavilələrini təktərəfli olaraq, ləğv etdiklərini bildirdilər " - deyə qeyd edilib.

"Akademik dəyişim" proqramı çərçivəsində Türkiyədə təhsil alan rus tələbələr də Rusiyaya qayıtmağa başlayıblar.

Avropa İttifaqından Türkiyəyə jest: Viza rejimi ləğv edilir

Avropa İttifaqı ilə Türkiyə arasındakı viza rejimi ləğv edilir.


"Dalğa TV" Türkiyə mətbuatına istinadən xəbər verir ki, viza rejiminin ləğvi gələn ilin oktyabr ayında həyata keçiriləcək.

Qərar 11 il sonra ilk dəfə keçirilən Avropa İttifaqı və Türkiyə zirvə görüşündə qəbul olunub. Belə bir qərarın qəbul olunması Türkiyənin Avropa İttifaqı tərəfindən 2012-ci ildə irəli sürdüyü 79 öhdəliyin yerinə yetirilməsi şərti ilə bağlıdır. İttifaqın həmçinin Türkiyəyə 3 milyard avro yardım edəcəyi bildirib. Bu yardım Türkiyəyə suriyalı qaçqınlara görə veriləcək. Amma yardımın nə vaxt veriləcəyi açıqlanmayıb.

Rusiya polisi türk tələbələrin yataqxanasına basqın etdi - 20-si həbs olundu

Rusiya- Türkiyə arasında baş verən gərginlik səngimək bilmir.


AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, polis əməkdaşları Saratov şəhərində türk tələbələrin qaldığı yataqxanaya basqın edib.

Saratov Dövlət Universitetində təhsil alan 100 türk tələbə sorğu-sual edilib, şəxsiyyət vəsiqələri yoxlanılıb.

Tələbələrin sözlərinə görə, onlara zorla müxtəlif sənədlərə imza atdırıblar.

Nakotik istifadəsində şübhəli bilinən 20 türk tələbə həbs olunub.

Ana iki azyaşlı uşağını səkkizinci mərtəbədən atdı

İrkutskun 32 yaşlı sakini 2 və 4 yaşlı uşaqlarını yaşayış binasının 8-ci mərtəbəsindən atıb. Daha sonra isə intihar edib. Bu barədə TASS-a İrkustk vilayətinin Daxili İşlər Nazirliyinin idarəsindən bildiriblər.

AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, uşaqlardan biri ölüb, digəri isə ağır vəziyyətdədir.

“Uşaqlardan biri İvano-Matreninski uşaq kliniki xəstəxanasının reanimasiya şöbəsində ölüb. Həkimlər ikinci uşağın həyatını xilas etmək üçün əllərindən gələni edirlər. O, çox ağır vəziyyətdədir”, - İrkutsk vilayətinin Səhiyyə Nazirliyinin nümayəndəsi bildirib.

Rusiyanın İstintaq Komitəsinin İstintaq idarəsinin ilkin versiyasına görə, qadının psixi vəziyyəti normal olub.

“İntihar edən qadın psixi-nevroloji dispanserdə qeydiyyatda olmayıb, heç bir xəstəlikdən əziyyət çəkməyib”, İK İD nümayəndəsi TASS-ın müxbirinə bildirib.

İstintaqın məlumatına əsasən, o, bir neçə gün bundan öncə bronxitdən müalicə alan kiçik oğlu ilə bərabər xəstəxanadan çıxıb.

“İndi müstəntiqlər uşaqların atasını dindirirlər. Onun sözlərinə görə, ailədə mübahisə olmayıb. Kişi baş verənlərdən şoka düşüb və arvadının hərəkətinin səbəbini anlaya bilmir”, - agentliyin həmsöhbəti bildirib.

“Komsomolskaya pravda” ailənin yaxınlarına istinadən dəfn mərasiminin Azərbaycanda baş tutacağı barədə məlumat yayıb. Ailə İrkutska 2011-ci ildə toylarından sonra gəliblər.

Müstəntiqlər baş verənlərin səbəblərini araşdırmağa davam edirlər.

Rusiyanın Türkiyədən - Üç tələbi

 

Rusiya Prezidentinin səlahiyyətli nümayəndəsi, RF-nin İctimai Palatasının üzvü, politoloq Sergey Markov Ankara ilə Moskva arasında gərginliyin azaldılması üçün 3 tələb irəli sürüb.

AzNews.az-ın ans press-ə istinadən məlumatına görə, Sergey Markov iki ölkə arasındakı buzların nə zaman əriyəcəyi barədə ciddi açıqlamalar verib.

Su-24 təyyarəsinin vurulmasından sonra çox şeyin 180 dərəcə dəyişdiyini deyən Markov bildirib ki, Moskva bu hadisəyə qədər Ankaranı dost ölkə olaraq görürdü.

"Ancaq təyyarəmiz vurulursa, pilotumuz öldürülürsə, biz bunu dost olaraq deyil, düşmən addımı kimi dəyərləndiririk. Türkiyəni idarə edənlərin bir çox səhvlərinin olduğunu biz daha öncə də görürdük. Lakin Türkiyə ilə çox yaxın münasibətlərimiz olduğu üçün bunları açıq şəkildə dilə gətirmirdik. Arıtq bu atmoster pozulduğu üçün, Türkiyə rəhbərliyinin səhvlərini açıq-aşkar deməymiz üçün heç bir maneə yoxdur", deyə Markov bildirib.

Bununla yanaşı, Putinin yaxın adamı Markov Rusiya ilə Türkiyə arasında mövcud olan gərginliyin müharibə ilə nəticələnməyəcəyini deyib.

"Türkiyə və Rusiya arasında müharibənin olmasını heç kim istəmir. Digər tərəfdən isə təhlükəli vəziyyət yaranıb. Suriyada həm Türkiyə, həm də Rusiya öz varlığını göstərməyə çalışır. Hətta Türkiyədə bəzi siyasətçilər Azərbaycanı Dağlıq Qarabağa hərbi müdaxilə etməyə təşviq edir. Halbuki, Azərbaycan və Ermənistan arasında müharibə başlayarsa, Rusiya Ermənistanla bağladığı müqavilələr çərçivəsində Dağlıq Qarabağa müdaxilə etmək məcburiyyətində qalacaq. Bu təhlükələr qarşısında son dərəcə soyuqqanlı olmaq lazımdır", deyə Markov bildirib.

Rusiyanın Türkiyədən 3 tələbi:

1. Təyyarənin Suriya hava məkanında vurulması qəbul edilməlidir. Təyyarənin pilotları katapult edərək paraşütlə Suriya torpaqlarına düşüblər. Bu, təyyarənin Suriyada olarkən vurulduğunu isbat edir.

2. Türkiyə bu hadisədən dolayı üzr istəməlidir

3. Təyyarənin vurulmasında məsuliyyətli olan şəxslər cəzalandırılmalıdır.

Markov deyib ki, Putinin bu təklifi Rusiya və Türkiyə arasında iqtisadi və siyasi müharibəni dayanmasına səbəb olacaq. Siyasətçi sözlərinə onu da əlavə edib ki, iki ölkə arasındakı münasibətlər əvvəlki səviyyəsinə qayıtmayacaq.

Rusiya Türkiyə ilə vizasız rejimi dayandırır

Rusiya 2016-cı il yanvarın 1-dən Türkiyə ilə vizasız rejimi dayandırır

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

"Rusiya rəhbərliyi tərəfindən iki ölkə arasında olan vizasız rejimin dayandırılması qərara alınıb. Bu qərar gələn il yanvarın 1-dən qüvvəyə minəcək", - deyə S. Lavrov suriyalı həmkarı Valid Muallimlə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Nazir əlavə edib ki, bu uydurma təhlükə deyil, əksinə bu təhlükələr olduqca realdır: "Biz tam məsuliyyətlə bunu deyirik".

Putin Ərdoğanın görüşmək istəyini rədd edib

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanın görüşmək istəyini rədd edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

Y. Uşakov bunun səbəbini Ankaranın Rusiyaya məxsus Su-24 təyyarəsinin vurulmasına görə üzr istəməməsi ilə əlaqələndirib: "Təyyarə insidentindən sonra Türkiyənin üzr istəməkdə istəksiz olduğunu görürük".

O, Putinin Parisdə keçiriləcək beynəlxalq iqlim konfransı çərçivəsində İsrail baş naziri Benyamin Netanyahu və Almaniya kansleri Angela Merkellə görüşəcəyini bildirib.

Rusiya Türkiyədən üzr istəməlidir - Ərdoğan

Türkiyə məlum insidentlə əlaqədar Rusiyadan üzr istəməyəcək.

Dalga TV-nin Trend-ə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, əksinə, Rusiya Türkiyədən üzr istəməlidir.

Xatırladaq ki, RF Prezidenti Vladimir Putin Türkiyənin Rusiyadan üzr istəməli olduğunu bildirmişdi.

Qeyd edək ki, Türkiyə Hərbi Hava Qüvvələrinin Rusiyaya məxsus "Su-24" qırıcı təyyarəsini vurmasından sonra iki ölkə arasında münasibətlər pisləşib.

“Şərq tərəfdaşlığı” ölkələri xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü başa çatıb

Gürcüstanda “Şərq tərəfdaşlığı” proqramının iştirakçısı olan ölkələrin xarici işlər nazirlərinin 6-cı qeyri-rəsmi görüşü başa çatıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüşün yekunları ilə bağlı mətbuat konfransı keçirilib.

Gürcüstanın xarici işlər naziri Georgi Kvirikaşvili son illər “Şərq tərəfdaşlığı” ölkələrinin iştirakı ilə həyata keçirilən bir sıra beynəlxalq layihələrin, o cümlədən nəqliyyat, eləcə də regional təhlükəsizlik məsələlərinin müzakirə edildiyini deyib.


Avropa Qonşuluq Siyasəti və genişlənmə üzrə komissar Yohannes Han isə Gürcüstanda həyata keçirilən islahatları alqışlayıb.


Mətbuat konfransından sonra Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Aİ-nin komissarı Yohannes Han arasında görüş keçirilib. Görüş jurnalistlər üçün qapalı olub.

Gürcüstanın xarici işlər naziri Georgi Kvirikaşvili APA-ya açıqlamasında görüşdə Avropa İttifaqının bir həftə əvvəl açıqladığı “Qonşuluq üzrə yeni siyasətdə Şərq tərəfdaşlığının rolu” adlı sənədin müzakirə olunduğunu söyləyib: “Biz bu barədə plan və “Şərq tərəfdaşlığı”nın bundan sonra inkişafını müzakirə etdik. Bu, ən əsas məsələ idi. Biz həmçinin regionda baş verən situasiyanı və tərəfdaş ölkələrlə Aİ formatında əməkdaşlığı müzakirə etdik”.

Saytda Axtarış

ახალი ამბები