Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün841
DünənDünən3331
Bu həftəBu həftə10273
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8466872

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Ankara faciəsində 16 şübhəlinin FOTOLARI

Türkiyənin paytaxtı Ankarada şənbə günü iki "canlı bomba" tərəfindən gerçəkləşdirilən terror aktının araşdırmaları davam edir.


Aralarında 3 saniyə fərqlə törədilən iki partlayışda 97 nəfər həlak olub, 246 nəfər yaralanıb.
Partlayışı törədən "canlı bomba"ların kimliyini müəyyənləşdirmək üçün Türkiyədən İŞİD-ə qatılan və "canlı bomba" hazırlığı keçdiyi müəyyənləşdirilən 16 nəfər axtarışdadır.

Partlayış yerindəki iki cəsədin teraktı törədən "canlı bomba"lar olduğu deyilir.
Axtarılan şəxslər Mustafa Dokumacı, Hacı Yusuf Kızılbay, Kasım Dere, Mahmut Gazi Dündar, Mehmet Mustafa Çevik, Ömer Deniz Dündar, Yakup Aktulum, Mehmet İşik, Mehmet Taşar, Muhammet Zana Alkan, Ersal Ocak, Mahmut Gazi Tatar, Recep Yaman, Memet İşbar və Salih Küçüktaşdır.

Moskvada terror aktının qarşısı alınıb

Saxlanılan şəxslərin gizləndiyi evdə əldəqayırma partlayıcı qurğu aşkar edilib


Rusiya paytaxında terror aktının qarşısı alınıb. APA-nın Moskva müxbirinin verdiyi xəbər görə, bu barədə Milli Antiterror Komitəsi (MAK) məlumat yayıb.

Məlumatda bildirilir ki, hüquq-mühafizə orqanlarının Strelbişenski döngəsində yerləşən mənzillərin birində keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində paytaxtda terror aktı törətməyi planlaşdıran bir qrup şəxs yaxalanıb.

MAK-ın məlumatına görə, saxlanılan şəxslərin gizləndiyi evdə əldəqayırma partlayıcı qurğu aşkar edilib.

Antiterror əməliyyatının keçirildiyi yaşayış binasından 80-dən artıq sakin təxliyə olunub.

Şahidlərin bildirdiyinə görə, antiterror əməliyyatı Strelbişenki döngəsi ev 5, 3-cü korpusda keçirilib. Bina mühasirəyə alınıb. Hadisə yerində xüsusi xidmət orqanlarının əməkdaşları araşdırma aparırlar. Binanın ətrafında yanğınsöndürən maşınlar da var.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

16 ədəd Türk "F16"-sı havaya qalxdı - SON DƏQİQƏ

Türkiyədə PKK terrorçularına qarşı əməliyyatların yeni dalğası başlayıb.

"Dalğa TV" xəbər verir ki, 16 ədəd "F16" təyyarəsi əməliyyata başlayıb. Şimali İraqda PKK hədəfləri bombalanıb. Bombalanan ərazilərin Zap və Metina olduğu deyilir. Bombardman zamanı 35 terrorçu öldürülüb.

Qeyd edək ki, dünən Türkiyədə 14 terrorçu öldürülmüşdü.

Türkiyədə etiraz dalğası baş qaldırdı - FOTOLAR

Istanbulda minlərlə insanın iştirakı ilə terrora qarşı etiraz aksiyası keçirilib.

"Dalğa TV"nin məlumatına görə ötən gün Ankarada baş verən dəhşətli partlayış nəticəsində 100-ə yaxın insanın ölməsi Türkiyənin iri şəhərlərində etirazlara yol açıb. İstambuldan savayı etiraz dalğası Batman, İzmit, Diyarbəkirdə də qeydə alınıb.
İstambul küçələrinə çıxan on minlərlə aksiya iştirakçısının əllərində hökümətə qarşı plakatlar olub. Aksiyaya toplaşanların təhlükəsizliyini yüzlərlə polis əməkdaşı qoruyub. Diyarbəkirdə isə polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
Ankarada baş verən terror aktına qarşı çoxsaylı etiraz aksiyaları bir sıra Avropaşəhərlərində də baş tutub.
Franse Press agentliyinin məlumatına görə Paris Respublika meydanında keçirilən aksiyaya 1000 yaxın insan qatılıb ki, onların çoxsu kürdlər olub. Aksiyanı Kürdlərin Fransadakı demokratik şurası təşkil edib. Təşkilat nümayəndələri bu qorxaq və iyrənc cinayəti qətiyyətlə pislədiklərini bildiriblər.
Daha 400 nəfər Fransanın Strasburq şəhərində küçələrə çıxıb. Marseldə yüzlərlə insanın iştirakı ilə keçuirilən aksiyada isə bir neçə nəfər əllərində Qatil Ərdoğan plakatları tutublar.
Türkiyədə terrora qarşı etiraz aksiyaları həmçinin İsveçrənin Sürix şəhərindədə baş tutub. Şəhər mərkəzinə 1000-ə yaxın insan toplaşıb.
Oktyabrın 10-nu Ankarada mərkəzi dəmiryolu vağzalında ardıcıl olaraq iki partlayış baş verib. Həmin zaman vağzal yaxınlığında Əmək, sülh, demokratiya adı altında kürdlərlə anlaşılmazlıq və terrora qarşı keçirilən mitinq iştirakçıları toplaşmışdılar. Nəticə partlayış zamanı 95 nəfər həlak olub 200-dən çox insan yaralanıb.
Türkiyə xüsusi xidmətlərinin məlumatına görə partlayış iki terrorçu-kamikadze tərəfindən həyata keçirilib.
Ölkənin Baş naziri Əhməd Davudoğlu hadisədən sonra verdiyi bəyanatda terrorun təşkilində İŞİD silahlıları, Kürdüstan Fəhlə Partiyası ( PKK) fəallarının və radikal solçuların şübhəli bilindiyi bildirib.
Hücuma görə heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.
İyulun sonunda Türkiyə hakimiyyəti PKK nümayəndələrinə qarşı geniş əməliyyatlara başlayıb. Ankara və Vaşinqton bu partiyanı terror təşkilatı kimi tanıyır.
Sentyabrın 6-da Türkiyənin Hakkari vilayətində PKK silahlılarının hücümu nəticəsində 16 türk əsgərinin həlak olması sentyabrın 8-də isə öklənin şərqində avtobusun partlaması nəticəsində 14 türk polisinin ölməsi Türkiyəni İraq ərazisində kürdlərə qarşı geniş əməliyyatlara başlamağa məcbur edib

Ankarada partlayışda ölənlərin sayı artdı - 95 ölü, 246 yaralı

Ötən gün Ankarada törədilmiş partlayışda ölənlərin sayı 95 nəfərə çatıb.
Bu barədə Türkiyə Koordinasiya Mərkəzi məlumat yayıb. 
Partlayışda ölənlərin syı 95 nəfərə çatıb, 246 nəfər isə yaralanıb.
Terror hücumunda həyatını itirən 52 nəfərin adları açıqlanıb. Xəsarət alanlar Ankaranın 29 xəstəxanasında müalicə aldığı qeyd olunub.

Ankarada dəhşətli partlayış: Çoxlu sayda ölən və yaralananlar var VIDEO + FOTOLAR

Türkiyənin paytaxtı Ankarada qatar stansiyasına gedən körpünün altında dəhşətli partlayış baş verib.

"Dalğa TV" xəbər verir ki, yaralıların olduğu bölgəyə çoxlu sayda təcli yardım maşınları cəlb edilib.

Qeyd edək ki, bu gün Ankarada "Savaşa inad, Sülh həmən indi" şüarı ilə Əmək, Sülh və Demokratiya mitinqi keçirilir.

Türkiyə mətbuatı xəbər verir ki, mitinqdən əvvəl partlayış səsi eşidilib. Çoxlu sayda yaralı olduğu bildirilir.

"Doğan" xəbər aganetliyi xəbər verib ki, partlayış 2 ayrı yerlərdə baş verib, çoxlu sayda ölü və yaralı var.
Başqa bir xəbərdə isə 1 nəfərin öldüyü bildirilir.

Verilən son məlumatlarda partlayışda ən azı 20 nəfərin öldüyü, 100 nəfərin yaralandığı qeyd olunur. İlkin məlumatlara görə, partlayışı kamikadzenin törətdiyi xəbər verilir.

 

“Əl-Qaidə” Rusiyanı HƏDƏLƏDİ: “Övladlarınız Suriyadan tabutda qayıdacaq!”

“Əl-Qaidə” qruplaşmasının Suriyadakı filialı olan “Əl Nüsrə Cəbhəsi” qruplaşması Rusiyanın bölgədə Bəşər Əsəd hakimiyyətini qorumaq üçün başlatdığı hava hücumu əməliyyatına görə hədələyib və rus dilində videomüraciət ünvanlayıb.  

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, videoda “Əl-Qaidə”nin 24 yaşlı səhra komandiri Əbu Übeyd əl-Madani və 24 yaşlı təlimatçısı Rafiq Əbu Mustafa çıxış edir.

Terrorçular Bəşər Əsədi “Allahın düşməni" adlandırırlar və onu müdafiə edən rus qoşunları ilə döyüşməkdən çəkinmədiklərini deyirlər: 

“Bəs, rus əsgərləri Putinin eqoizmi, kaprizləri naminə ölməyə hazırdılar? Əgər ruslar bu torpaqlara gəliblərsə, biz onlara rüsvayçılıqla qaçıdıqları Əfqanıstanı xatırladacağıq”.

Mücahidlər Suriyaya gələn rusiyalı əsgərlərin yalınz tabutda bu torpaqları tərk edəcəklərinə söz verirlər.“Sizin övladlarınız Suriyadan tabutda qayıdacaq”, - deyə 2 dəqiqəlik videoda mücahidlər vurğulayırlar.

Sentyabrın 30-dan Rusiya hərbi hava qüvvələri Suriyada vuruşan terrorçu qruplaşmaların mövqelərinə havadan zərbələr endirir.

Rusiya Suriyada 60 hədəfi bombaladı-300 terrorçu öldürüldü

Rusiya Müdafiə Nazirliyi son  24 saat ərzində Rus hərbi təyyarələrinin Suriya üzərindən 67 uçuş həyata keçirdiyini və 60 hədəfi vurduğunu bildirib. Modern.az xarici mətbuata istinadən bildirir ki, İŞİD-ə aid hədəflərin vurulduğunu açıqlayan nazirlik əməliyyatların SU-34M və SU-25SM təyyarələri tərəfindən reallaşdırıldığını açıqlayıb.

Rusiya Müdafiə Nazirliyinin açıqlamasında Liva əl-Hak mərkəzinə hazırlanan əməliyyatlarda  200 terrorçu ilə yanaşı İŞİD-in iki  liderinin də öldürüldüyü bildirilir. Digər tərəfdən Hələb bölgəsinə  hücumda isə daha 100 terrorçunun öldürüldüyü bəyan edilib.

Türkiyə Ermənistana əsgər göndərir

Türkiyə diplomatik əlaqələrinin olmadığı və sərhədini bağlı saxladığı Ermənistana beynəlxalq bir razılaşma uyğun olaraq əsgər göndərir.

 Bu barədə məlumat Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı açıqlamada qeyd olunub. Türk əsgəri Ermənistana Avropa Şərti Silahlı Qüvvələr Müqaviləsi əsasında gedəcək. Heyət Ermənistanda üç gün qalacaq. 

Baş qərargahın elanı: "Avropa Şərti Silahlı Qüvvələr Müqaviləsi çərçivəsində, Türkiyənin rəhbərliyi ilə oktyabrın 11-dən başlayaraq Ermənistanda Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə çərçivəsində nəzarət həyata keçiriləcək. Razılaşmaya görə, həmin nəzarət qrupunda Slovakiyadan olan əsgərlər də iştirak edəcək. Türk əsgərləri oktyabrın 14-də geri qayıdacaq".

ŞOK İDDİA: şeytan daşlama faciəsinə görə 28 nəfərin başı kəsiləcək

Livan qəzeti Həccdəki faciənin səbəblərindən yazıb


Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı baş verən faciəyə görə məsuliyyət daşıyan şəxslərlə bağlı müzakirələr və iddialar davam edir."Dalğa TV" "Cihan" xəbər agentliyinə istinadən bildirir ki, kral Salman faciəyə səbəb olduğu deyilən 28 nəfərin edamına qərar verib. Lakin iddia edilir ki, həmin 28 nəfərin məlum hadisələrin baş verməsində günahı olmayıb.

Belə ki, Livanın"El Diyar" qəzeti xəbər verir ki, mindən çox adamın ölümünə səbəb olan izdiham kral Salmanın oğlu şahzadə Məhəmmədin həmin gün öz korteji ilə yaxınlıqdan keçməsi və bu səbəbdən yolların bağlanmasına görə baş verib. Lakin Səudiyyə hakimiyyəti bu faktı gizlətməkdə maraqlıdır və tez-tələsik 28 nəfəri edam etməklə aranın sakitləşməsinə çalışır.

O da bildirilir ki, həbs edilən 28 nəfərin başı tez bir zamanda kəsiləcək.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı məlum hadisələr zamanı 769 nəfərin öldüyünü bildirsə də, İran bu rəqəmin 4700 olduğunu bəyan edib.

Suriyada Rusiyaya böyük zərbə: 10 rus tankı vuruldu - VİDEO

Rusiyanın Suriyada 10 tankının vurulması haqda məlumatlar yayılıb.

"Dalğa TV" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün səhər saatlarında Suriya müxaliflərinə qarşı başladılan hücuma Rusiya tankları da qoşulub.

Məlumatlara görə, 10 rus tankı müxaliflər tərəfindən vurulub.

Qeyd edək ki, rus tanklarının vurulduğu iddia edilən video görüntü də yayılıb.

 

Rusiyanın İŞİD-i Xəzərdən vurması: Azərbaycanı nə gözləyir?

“Rusiyanın hərbi təyyarələrinin Suriya ərazisini bombalaması Moskvanın ərəb dünyası, Qərb və Türkiyə ilə münasibətlərini bir qədər də gərginləşdirib.

Rusiya hərbi təyyarələrinin Türkiyə sərhədini pozması təsadüfi deyil. Kreml sərhəd pozuntusunu hava şəraiti ilə izah etsə də, Ankara və NATO buna inanmır. Çünki hərbi təyyarələr iki dəfə sərhədi pozub və bir neçə dəqiqə Türkiyə ərazisi üzərində hava uçuşları həyata keçiriblər”.

AzNews.az-ın modern.az-a istinadən məlumatına görə “Atlas” Araşdırmalar Mərkəzinin analizində bu barədə bildirilir.

Rusiyanın ərəb dünyası, Qərb ölkələri və Türkiyəyə göndərdiyi mesajın mahiyyətindən söz açan analitik yazıda bunun səbəbləri belə izah edilir.

Suriya ərazisini ABŞ, Fransa və Türkiyə təyyarələri bombalaya bilirsə, Rusiya da eyni işi görmək hüququna malikdir. İkincisi, Rusiya bununla Suriyada hərbi varlığını təsdiq edir.

Qeyd olunur ki, bunun fonunda Rusiya Xəzər dənizindən də Suriya ərazisini bombaladı.

“Buna Rusiyanın hərbi gəmiləri Suriyadakı məntəqələri Aralıq Dənizi sahilindən də bombalaya bilərdi. Deməli Kremlin Suriyanı Xəzər dənizi üzərindən bombalanmasının geostrateji səbəbləri var:

Birinci səbəb

Rusiya Xəzər dənizindən Suriya ərazisini raket atəşinə tutmaqla Xəzər dənizindəki hərbi hegemonluğunu ortaya qoydu. Rusiya Qərb dövlətlərinin Xəzərdəki fəaliyyətlərinin əleyhinə çıxır.

Kreml bu bombardmanla Qərb ölkələrinin və Xəzər sahili ölkələrin diqqətinə çatdırır ki, Xəzərdə Rusiyanın hərbi qüdrəti ilə hesablaşmalıdırlar. Halbuki, bugünə qədər Rusiyalı rəsmilər deyirdilər ki, Xəzər sülh dənizi olmalıdır. Deməli bu prinsipi birinci elə özləri pozdular.

İkinci səbəb

Rusiya bu bombardmanla hərbi dəniz donanmasının gücünü göstərdi. Uzun illərdir ki, Rusiyanın hərbi gəmiləri yaxın və uzaq ölkələrdə hansısa hədəfə raket zərbəsi endirməmişdi. Rusiyada yeni hərbi texnologiyalar və yeni nəsil raketlər istehsal olunub.

Xəzərdən Suriyanın bombalanması Rusiyaya imkan verdi ki, müasir hərbi dəniz donanmasını və yeni raketlərini dünyaya nümayiş etdirə bilsin.

Üçüncü səbəb

Rusiyanın Xəzər dənizindən Suriyanı bombalaması Azərbaycana da mesajdır ki, rəsmi Bakı dənizin dibi ilə Türkmənistana boru xətti tikintisi layihəsinə dəstək verməsin.

Türkmənistanla Azərbaycan arasında Xəzərin dibi ilə boru xəttinin tikintisinə ən çox lobbiçilik edənlər Türkiyə, Avropa Birliyi və ABŞ-dır.

Ancaq əgər rəsmi Bakı bu layihəyə maraq göstərməsə Transxəzər layihəsi alınmayacaq. Rusiyanın məqsədi rəsmi Bakını Xəzərin dibi ilə bağlı layihədə geri addım atmağa məcbur etməkdir”,deyə təhlildə bildirilib.

Bununla yanaşı göstərilib ki, Rusiyanın Xəzər dənizində Suriyanı raket atəşinə tutması Azərbaycanın enerji maraqlarına da təhlükə yaradır.

“Rusiya Xəzər dənizindən Suriyanı raket atəşinə tutacağını əvvəlcədən İran və İraqla razılaşdırıb. Çünki, raketlər bu iki ölkənin ərazisindən keçib Suruyadakı hədəfləri vurmalı idi.

Onsuz da həm İran, həm də İraq hakimiyyəti Rusiyanın Bəşər Əsədə hərbi dəstək verməsini alqışlayırlar. Moskva İran və İraq xaricində Xəzər sahili ölkələrə əvvəlcədən xəbər verməyib. Halbuki, sahilyanı ölkə olan Qazaxıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Rusiyanın hərbi müttəfiqidir.

Azərbaycanın Xəzər dənizində neft və qaz yataqları var. Rusiya raketlərindən hər hansı birinin Suriya ərazisi əvəzinə yanlış hədəfi vurması bölgədə mürəkkəb vəziyyət yarada bilər.

Ümumiyyətlə Suriyaya görə Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi Azərbaycanın maraqlarına toxunur.

Rəsmi Bakı Rusiyanın Suriya siyasətinə qarışmır, bu barədə açıqlama vermir. Ankara isə əksinə Rusiyanın Suriya siyasətini kəskin tənqid edir. Türkiyə Azərbaycanın strateji müttəfiqidir, rəsmi Bakı Rusiyanı isə strateji tərəfdaş adlandırır. Bu baxımdan rəsmi Bakı çətin seçim qarşısında qala bilər”.

Saytda Axtarış

ახალი ამბები