Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün848
DünənDünən3331
Bu həftəBu həftə10280
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8466879

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


​Türkiyədə zəlzələ olub - FOTO

Türkiyənin Antalya əyalətinin Dəmrə (Kale) rayonunda 5,5 bal gücündə zəlzələ baş verib.

"Dalğa TV" xəbər verir ki, bu haqda Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, hadisən yerli vaxtla saat 00.27-də (Bakı vaxtı ilə saat 02.27) baş verib.

Zəlzələnin ocağı 34,92 km dərinlikdə yerləşib.

İlkin məlumata əsasən, yeraltı təkanlar nəticəsində xəsarət alan və dağıntı olmayıb.

Lakin təşvişə düşən insanlar küçələrə axışıb.

110 yaşlı qaçqın Əfqanıstandan Almaniyaya piyada getdi - FOTO

Almaniyanın Pasau şəhərində ən yaşlı qaçqın qeydə alınıb.

110 yaşlı Abdul Kader Əzizi Əfqanıstanın şimalındakı doğma şəhərində yaşamaq təhlükəli olduğundan ailəsi ilə birlikdə Almaniyaya getmək məcburiyyətində qalıb. “Taliban” qruplaşmasının yaraqlıları onun üç oğlunu öldürüblər.

Yaşının çox, eləcə də kar və kor olmasına baxmayaraq 8 nəfərlik ailəsinin müşayiəti ilə Abdul demək olar 6 min kilometrlik yolu sona qədər gedə bilib.

Rusiya telekanalı verilişində erməniləri və Ermənistan tarixini məsxərəyə qoyub.

Rusiyanın "Ren TV" telekanalı "Hərbi sirr günü" verilişində erməniləri və Ermənistan tarixini məsxərəyə qoyub.

"Dalğa TV" xəbər verir ki, həm aparıcı, həm də efirdə nümayiş olunan süjetdə ermənilər və Ermənistan tarixi ələ salınıb. Verilişdə kinayə ilə belə bir fikir də səslənib ki, Misir piramidalarının tikilməsini misirlilərə ermənilər öyrədib. Daha sonra ermənilərin beynəlxalq səviyyəli iddialarını məsxərəyə qoyan aparıcı deyib ki, Musa peyğəmbər misirliləri İsrailə aparanda ermənilər də İngiltərəyə köç edib. Hazırkı ingilislər isə əslində ermənilərdir. Satirik sözlərlə fikrini ifadə edən aparıcı İqor Prokopenko bütün bunların lətifə yox, keçmiş sovet tarixçilərindən sitat olduğunu xatırladıb.

Hətta İrəvanda yerləşən Ermənistan tarixi muzeyində xalqın tarixinin 500 min il əvvələ gedib çıxdığı qeyd edilib. Muzeyin rəsmi saytında göstərilib ki, qədim insanın ancaq heyvan ovlayıb yediyi bir vaxtda, yəni təqribən 12 min il bundan əvvəl ermənilər ağır daşları hərəkət etdirə, kənd təsərrüfatı işləri görə bilirdilər.

Həmin verilişin videosunu təqdim edirik.

 

​Elm adamları heç vaxt xərçəng xəstəliyinə tutulmayan Hunza türkləri ilə bağlı araşdırma aparır

Hunza xalqı heç vaxt əsəbləşmir, səbirsizlik göstərmir, heç bir hadisə qarşısında üzüntü və təəssüf hissi keçirmir.

"Dalğa TV" xarici mətbuata istinadən məlumat verir ki, Hindistan və Pakistanın sərhəd ərazilərində yaşayan Hunza türkləri elm adamları tərəfindən öyrənilir. Alimlərin marağına səbəb olan hunzaların 110-120 il yaşaması, yaşadığı illər ərzində ciddi xəstəliklərə tutulmamasıdır. Hamısı müsəlman olan hunzalılar üçün 65-70 yaş ömür yolunun yarısı hesab olunur. Onların qadınları 65-70 yaşlarında övlad dünyaya gətirirlər. 100 yaşında ölənlərin gənc yaşda vəfat etdiyini deyirlər.

Hunza türklərinin alimlərin marağını cəlb edən ən maraqlı tərəflərindən biri bu xalqın nümayəndələrinin heç bir zaman xərçəng xəstəliyinə tutulmaması ilə bağlıdır. Onlar tez-tez rast gəlinən digər xəstəliklərə də tutulmurlar. Elm adamları buna səbəb kimi onların dəniz səviyyəsindən 6 min metr yüksəklikdə bol oksigenli bir yerdə yaşamalarını da göstərirlər. Onlar ancaq öz əkib-biçdikləri məhsullardan istifadə edirlər.

Qeyd edək ki, Hunza vadisi 7900 kvadratmetrdir.

​Rusiyada Azərbaycan vətəndaşı silah və narkotik ilə tutulub

Rusiyanın Narkotiklərin Dövriyyəsinə Nəzarət Federal Xidmətinin (NNFX) əməkdaşları tərəfindən Primorski vilayətinin Xorolosk rayonu ərazisində marixuana satışı ilə məşğul olan Azərbaycan vətəndaşı saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə çərşənbə günü "İnterfaks - Dalni Vostok" agentliyinə NNFX-nın Primorye üzrə İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

"32 yaşlı işsiz kişidən ümumilikdə təqribən 14 kq. marixuana götürülüb. O, Rusiya ərazisində qeydiyyat və şəxsiyyətini təsdiq edən heç bir sənəd olmadan yaşayıb", - deyə məlumatda bildirilir.

Həmçinin qeyd olunub ki, axtarış zamanı kişidən tapança, güllə və ov tüfəngi götürülüb.

"Hazırda əcnəbi həbs olunub. İri həcmdə narkotik vasitələrin satışı və saxlanılması faktları üzrə cinayət işi qaldırılıb, istintaq hərəkətləri aparılır", - deyə mətbuat xidmətindən vurğulanıb.

Kanalizasiyaya atılan körpə belə xilas edildi - VİDEO

 Kanalizasiyadan çıxarılan körpə bütün çirkab içində olub. Lakin həkimlərin sözlərinə əsasən, onun vəziyyəti qənaətbəxşdir.

"Dalğa TV" sözügedən videonu təqdim edir:

 

Ərəb şeyxi Bakıda 10 min dollar “çayavoy” verdi

18 milyard sərvəti olan Dubay əmirinin varisi, bu yaxınlarda qardaşı dünyasını dəyişən şahzadə Hamdan bin Məhəmməd bin Rəşid əl-Məktum bir neçə gün öncə Azərbaycana səfərə gəlib.

Şahzadə və qonaqları Hacıqabula gəlməzdən öncə Bakıda "Fairmont Baku, Flame Towers" otelinin ən lüks nömrəsində gecələyiblər. Bu zaman maraqlı bir hadisə baş verib.
"Dalğa TV" xəbər veriri ki, oteldə çalışanların azvision.az-a verdiyi məlumata görə, şahzadə işçilərdən birinə sürpriz edib.

Oteldə çalışanların bildirdiyinə görə, şahzadə xanım işçilərdən birinə yaxşı xidmət göstərdiyinə görə yüksək məbləğdə ənam ("çayavoy") verib.

Pulun məbləğinin 10 min dollar olduğu bildirilir. Sayt məsələ ilə əlaqədar otellə əlaqə saxlayıb. Oradan bildirilib ki, həmin xanımın kim olması barədə onlarda heç bir məlumat yoxdur. Qeyd edək ki, ərəb zəngin Hamdan bin Muhammed bin Rəşid əl-Maktum bir neçə dəfə Azərbaycana səfərə gəlib. O sonuncu səfərində Hacıqabul rayonunda olub.

Rusiyalı turistlərin Cıdır düzündəki qeyri-adi macəraları - VİDEO

Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edən rusiyalı ekstremallar Şuşa yaxınlığında yerləşən Cıdır düzünün üstündən kanatla keçiblər.

"Dalğa TV" xəbər verir ki, Facebook sosial şəbəkəsində yayılan videoda professional olduqları görünən turistlər “kaska”larına bərkidilmiş kamera vasitəsilə öz təhlükəli priyomlarını izləyicilərə də sərgiləyiblər. 

 

 

Dalğa TV!

Posted by Made in CCCP on Thursday, 1 October 2015

Suriyada ilk Rusiya qırıcısı vuruldu - VİDEO

Kremlin reaksiyası.

 

İnternetdə guya suriyalı qiyamçıların Bəşər Əsəd qüvvələrini dəstəkləyən Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Su-25 hücum təyyarəsini vurduqlarını əks etdirən görüntülər yayılıb.

 

Oxu.Az xəbər verir ki, videokadrlarda hansısa zədə aldığı görünməsə də, yüksəkliyi sürətlə itirən təyyarə yer alıb.

Videoya əlavə edilən yazıda Suriya qiyamçılarının təyyarəni Rusiya Hərbi-Hava Qüvvələri tərəfindən bombardmana məruz qalan Hama səmasında vurduqları bildirilir.

Kadr arxasında ərəb nitqi aydın eşidilir, amma videonun doğruluğunu hələlik müəyyənləşdirmək mümkün olmayıb.

Kremldə YouTube-də yerləşdirilmiş, guya suriyalı yaraqlılar tərəfindən vurulmuş Rusiya hərbi təyyarəsini əks etdirən kadrları şərh etmirlər, RİA Novosti xəbər verir.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Bilirsiz, mən YouTube-da peyda olan videoçarxları şərh etmirəm. Burada Rusiya Müdafiə Nazirliyinin verdiyi məlumata əsaslanmağı təklif edirəm - Peskov sualı cavablandırarkən bildirib.

 

Rusiya aviasiyası İŞİD-i bombaladı - 70 dinc sakin öldü - VİDEO

Ötən gün Suriyada yerləşdirilən Rusiya aviasiyası rəsmi Dəməşqin sanksiyası ilə ilk dəfə İslam övləti terror qruplaşmasının mövqelərinə zərbələr endirib.

"Dalğa TV"saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, Rusiya ordusunun general-leytenantı İqor Konaşenkov aviasiya zərbələri barədə ətraflı məlumat verib. Ötən gün aviasiyamız İslam övləti qruplşamasının 8 mövqeyinə zərbələr endirib. Uçuşda Su-24M və Su-25 qırıcı təyyarələri iştirak edib. Əldə etdiyimiz məlumata görə, İslam övləti qruplaşmasının Əl-Latamna səmtindəki komanda idarəsi və Tell-Bisadakı silah anbarı məhv edilib.Rusiya Müdafiə Nazirliyi zərbələrin sübutu olaraq videokadrlar sərgiləyib. Azad Suriya Ordusunun rəsmiləri isə hava zərbələri nəticəsində İslam övləti deyil, adıçəkilən qruplaşmanın mövqelərinin bombalandığını və nəticədə 70 dinc sakinin həlak olduğunu bildirib.

Yapon baş nazir Putinin yanına qaçaraq gəldi - VİDEO

Yaponiyanın baş naziri Şinzo Abe Rusiya prezidenti Vladimir Putinlə görüşə qaçaraq gəlib.

Bu hadisə ətrafdakı insanların böyük təəccübünə səbəb olub.

Belə ki, baş nazir Şinzo Abe və prezident Vladimir Putin BMT Təhlükəsizlik Şurasının toplantısına gecikiblərmiş. Bu arada Yaponiya baş naziri Putini də bir qədər gözlədib. Daha sonra Şinzo Abe Putini görən kimi onun yanına qaçaraq gedib və üzr istəyib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası çərçivəsində Yaponiyanın baş naziri Şinzo Abe ABŞ prezidenti Barak Obama və Çinin dövlət başçısı Şi Çinpinglə görüşməkdən imtina edib. Bu hadisə dünya mediasının böyük müzakirə mövzusuna çevrilib.

İrandan iddia: “Məkkədə azı 4700 adam ölüb”

İran Həcc Ziyarət Qurumunun rəhbəri Səid Əvhədi Mina dağında baş verən izdihamda ölənlərin sayının 4700 olduğunu deyib.

"Dalğa TV" xəbər verir ki, İran televiziyasına müsahibə verən qurum rəhbəri izdihamda ölən iranlıların sayının artıq 228-ə yüksəldiyini bildirib: Aqibətlərindən xəbər tuta bilmədiyimiz 248 iranlı var. Ölü sayının artacağından narahatıq.

Həyatını itirən hacıların onlarla ölkədən olduğuna diqqət çəkən Əvhədi, hadisə zamanı ölən zəvvarların sayının ən azı 4 min 7000 nəfər olduğu qənaətindədir: "Hələ 21TIR-da azı 3 min cəsəd təxliyə üçün gözlədilir.

Səudiyyə Ərəbistanı rəhbərliyinin cənazələri ölkələrinə göndərməyərək, kütləvi şəkildə dəfn etmək istəyi xəbərinə münasibət bildirən İran Xarici İşlər nazirinin müavini Əmir Hüseyn Abdullahian isə bu məsələyə birmənalı mövqe sərgilədiklərini açıqlayıb: Biz buna qəti şəkildə qarşıyıq. Heç bir halda Səudiyyə Ərəbistanına belə bir icazə verməyəcəyik.

Saytda Axtarış

ახალი ამბები