Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün824
DünənDünən3331
Bu həftəBu həftə10256
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8466855

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Ərdoğan: “Təəssüf ki, dünya Putin-Əsəd görüşünə şahid olub”

“Sizcə 370 min insanın qanına əli batmış şəxsi qırmızı xalça üzərində qarşılamağın dövlətlərarası diplomatiyada yeri ola bilər?! Təəssüf ki, dünya bunun şahidi olub”.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya prezidenti Bəşər Əsədin Rusiyaya səfərinə münasibət bildirərkən deyib.

Türkiyə prezidenti hazırda Suriya böhranının beynəlxalq aləmin əsas problemi olduğunu qeyd edib: “Əslində məqsəd Türkiyəni parçalamaqdır. Suriya ilə 911, İraqla isə 350 kilometr sərhədi olan bir ölkədən başqa kim real vəziyyəti daha yaxşı dəyərləndirə bilər?! Bacara bilmədilər, bacara bilmirlər və bacara bilməyəcəklər. Gec-tez bizimlə razılaşmalı olacaqlar. Əks təqdirdə biz zəruri addımlar atmaq məcburiyyətində qalacağıq”.

Obama xüsusi nümayəndə təyin etdi - İŞİD-lə mübarizə üçün

ABŞ prezidenti Barak Obama İŞID terror qruplaşması ilə mübarizə üzrə xüsusi nümayəndə təyin edib.

AzNews.az-ın musavat.com-a istinadən verdiyi xəbərə görə, bu, Brett Maqerkdir. Bu barədə “Reuters” Ağ Evdəki mənbəyə istinadən xəbər yayıb.

Bu təyinat Rusiyanın Suriyada hava əməliyyatlarına başlamasından az sonraya və İŞİD-lə mübarizdə srağagün ilk amerikalı hərbçinin həlak olmasından bir gün sonraya təsadüf etməsi ilə diqqət çəkir.

Obama Ukraynaya silah verilməsi qanununa veto qoydu

ABŞ prezidenti Barak Obama ölkənin 2016-cı il üçün müdafiə büdcəsinin layihəsinə veto qoyub.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin məlumatında bildirilir.

Qeyd edək ki, bundan əvvəl sənəd hər iki palata tərəfindən qəbul edilib, lakin dövlət başçısı onu imzalamayacağını bəyan etmişdi. Obama bu qərarını sənəddə müdafiə xərclərinin 90 mlrd dollaradək artırılmasının nəzərdə tutulması ilə əlaqələndirib.

Qeyd edək ki, ABŞ Konqresinin hər iki palatasına nəzarət edən respublikaçılar prezidentin vetosunu dəf etmək üçün lazımi səs çoxluğuna malik deyillər. Beləliklə, prezident veto qoyduqdan sonra yenidən büdcə üzrə məsləhətləşmələrin davam etdiriləcəyi gözlənilir.

Qeyd edək ki, qanun layihəsində Ukraynaya 300 mln dollar məbləğində hərbi və kəşfiyyat sahələrində (döyüş silahı, sursat, pilotsuz təyyarələr, tank əleyhinə silahlar və minaatanlar) yardımın ayrılması nəzərdə tutulmuşdu.

Ərəb şeyxinin Azərbaycandakı evindən – Reportaj (Foto)

Dubay şeyxi Məhəmməd bin Rəşid əl-Məktumun yenidən Azərbaycana gəlməsi ilə bağlı məlumat vermişdik. Tez-tez ölkəmizə səfərdə olan ərəb milyader mətbuatda yer alan xəbərlərə görə, Hacıqabul rayonunun Qarasu kəndində 500 min manat dəyərinə ev alıb.

Gənc milyader öz komandası ilə yenidən Azərbaycana gələrək ov etmək üçün bu dəfə Saatlı rayonuna üz tutub. Saatlı sakinlərinin verdiyi məlumata görə, rayona 50 nəfərədək ərəb qonaq gəlib. Onlar Saatlı şəhərinin mərkəzində hər cür şəraiti olan iki lüks ev kirayələyiblər.

Ümumiyyətlə, ərəblərin son vaxtlar ölkəmizə tez-tez səfər etməsi maraq doğurur. Onların səfərləri ilə bağlı müxtəlif məlumatlar yayılır. Ərəb qonaqların ölkəmizə ov etmək üçün gəldiyi bəyan edilsə də, bu səfərlərin arxasında başqa maraqların olduğu da iddia edilir.

Ərəb şeyxin səfərini araşdırmaq məqsədi ilə Hacıqabul rayonunun Qarasu kəndinə yollandıq. Yağışlı hava olduğundan kənddə çox adam gözə dəymirdi. Sanki hamı qeybə çəkilib, şeyxin evini soruşacaq bir adam tapa bilmirdik.

Nəhayət, bir qədər getdikdən sonra Göyüş adlı kənd sakini qarşımıza çıxdı. Ondan şahzadənin evinin ünvanını soruşduq. Kənd sakini yuxuda cin görmüş kimi cavab verdi: “Nə lazımdır ki, sizə? Tutaq ki, şeyxin evinin yerini dedim, nə edəcəksiz?”.

Bizi hansısa kəşfiyyat idarəsinin agenti kimi qələmə verən kəndə sakini ilə uzun dialoqdan sonra şeyxin yeni aldığı evin ünvanını öyrənə bildik: “Bax, indidən deyirəm, sizi oranın heç 50 metrliyinə belə buraxmayacaqlar. Boş yerə bu havada özünüzü yormayın. Kimliyindən aslı olmayaraq, ora heç kimi buraxmırlar. Güclü nəzarət var. Hər tərəfdə mühafizəçi qoyublar”.

Göyüş kişi bu narahatçılığını belə izah edirdi: “Sizdən çox xahiş edirəm ərəblərin əleyhinə heç nə yazmayın. Kəndimizin 20-yə yaxın gənci orada işləyir. Yaxşı maaş da alırlar. Birdən işdən çıxararlar, çörəyimizə dəyməyin.

Kənd uşaqları ərəblər üçün fəhləlik edirlər, bağa, maşınlara baxırlar. Yazılar başlarını salıb, işlərini görürlər. Guya ərəblər burda neynirlər ki? Özləri ilə quş gətirib uçurdurlar da...”.

Kənd sakininin dediyinə görə, ərəb şahzadənin özü ilə Dubaydan gətirdiyi quşların qiyməti 50 min manatdan bahadır.

“Onlar özləri ilə çox qiymətli quşlar gətiriblər. Bunlar 50 min dollardan baha olan şahin quşlarıdır. Hər gün quşları uçurdular. Quşlara nəsə olsa, bizim uşaqları işdən çıxaracaqlar. Quşlar üçün onlar xaricdən həkim də gətiriblər. Həkim quşları hər gün müayinə edir”.

Kənd sakinlərinin təkidlərinə baxmayaraq, Şahzadənin yeni evinə üz tutduq. İqamətgahı xatırladan evin önündə bizi qarşılayan mühafizəçilər gəliş səbəbimizi soruşanda jurnalist olduğumuzu dedik.

Bizi dörd bir tərəfdən əhatəyə alan mühafizəçilər “bura gəldiyiniz kimi eləcə də geri qayıdın. Heç kimə icazə verilmir. Başınız ağrımadan buranı tərk edin, yoxsa biz özümüz sizi buradan qovacağıq. Bu rəhbərimizin qəti göstərişidir”-deyə xəbərdarlıq etdilər.

Uzun çəkən söhbətdən sonra çətinliklə də olsa işçiləri danışdıra bildik:

Özünü şeyxin baş mühafizəçi kimi qələmə verən Tural adlı şəxsin sözlərinə görə, ərəb şeyx onlara ciddi tapşırıq verib ki, onun səfərləri ilə bağlı heç kimə məlumat verilməsin, əks təqdirdə onlar işdən qovulacaq.

“Bizə göstəriş verilib ki, heç kimi evin yaxınlığına buraxmayaq. Biz öz işimizi görürük, bunun müqabilində maaş alırıq”.

“Şeyx Hacıqabula tez-tezmi gəlir?” sualına mühafizəçi belə cavab verib: “Şeyx özu burada olmasa da onun qohumları mütəmadi olaraq burda olurlar. Onlar istirahətə gəlmirlər. Burada quş saxlayırlar. Özləri üçün çadr qurub, yaşayırlar”.

Mühafizəçi söhbət əsnasında bildirib ki, bəzi telekanallar çəkiliş üçün müraciət etsə də, şahzadə buna razılıq verməyib.

Müsahibimiz daha sonra deyib: “Ərəblərin heç kimlə işləri yoxdur. Onlar kənddə yaşayan yoxsullara ərzaq və müxtəlif yardımlar edirlər. Köməyə ehtiyacı olanların əlindən tuturlar. Kəndin kasıb sakinlərinə pul da verirlər. Bunun nəyi pisdir ki?”.

Daha bir fakt məlum olub ki, şeyx kənd sakinlərindən ancaq kişilərin evə daxil olmasına icazə verir, qadınlar işə götürülmür.

“Bu evlərə qadınların girişi qadağandır. Orada yalnız kişilər işləyir. Qadınları işə götürmürlər. Deyirlər ki, kişi olan yerdə qadının işləməsi yolverilməzdir. Ümumiyyətlə deyim ki, çox yaxşı insanlardır. Özləri ilə Dubaydan yemək bişirmək üçün aşpaz da gətiriblər. Kənd sakinlərinin onlara yaxınlaşmasına icazə verilmir.

İşçilər evə yaxınlaşan kimi telefonları əllərindən alınır. Bir də işdən çıxanda verilir. Axşam saat 9 olan kimi evin qapıları bağlanır, heç kimi içəri buraxmırlar”.

Söhbətimiz zamanı ərəblərin maşınlara əyləşərək həyətdən çıxmasının şahidi olduq.

Mühafizəçi bildirdi ki, şahzadə (Həmdan bin Məhəmməd bin Rəşid əl-Məktumu-red) qonaqları ilə ova gedir.

Çəkiliş aparmaq istədikdə, mühafizəçilər bizə təzyiq göstərməyə başladılar.

Əməkdaşımızın əlindən fotokameranı alan baş mühafizəçi israrla bizi ərazidən uzaqlaşdırmağa çalışdı.

“Sizin burada çəkiliş aparmağınıza icazə verilmir. Bir daha deyirəm, getməsəniz, zor tətbiq edəcəyik”.

Uzun sürən söz-söhbətdən sonra bir güclə kameranı mühafizəçilərdən alıb, geri qayıdırdıq ki, yaşlı bir kişi bizi yanına çağırdı.

Hamının “ağsaqqal” deyə çağırdığı kənd sakini kişi bizi kənara çəkib, ürəyini boşaltmaq istəyirdi: “Oğlum, biz burada çörək qazanırıq. Bizə maaş verirlər. Mən 25 il Rusiyada işləmişəm. İndi də kəndə gəlmişəm. Amma iş tapa bilmədiyim üçün gəlib ərəblərin evində fəhləlik edirəm. Çörək pulumu qazanıb, ailəmi saxlayıram. Yaxşı is tapsam niyə gəlib ərəblərə hamballıq edim ki? Balalarım ac qalmasın deyə işləyirəm. Biz burada heç kimik”.

Ramil adlı kənd sakini də “ağsaqqal”ların sözünə qoşulub, çarəsizlikdə ərəblərin evində işlədiyini deyir.

“Əsgərlikdən 6 ay olar gəlmişəm. İş tapa bilmədim. İndi gəlib ərəblərin maşınlarını yuyuram. Ayda 200-300 manata yaxın maaş alırıq. Biz onların paltarlarını da yuyuruq. Evlərini də süpürüb, təmizlik işləri görürük”.

İŞİD Türkmənistana girdi: sərhəddə qanlı döyüşlər

Türkmənistan-Əfqanıstan sərhədində vəziyyət son dərəcə gərgindir.

Rusiyalı politoloq Aleksandr Knyazev "Nezavisimaya qazeta"da yazıb ki, Əfqanıstan ərazisindən "İslam Dövləti" (İŞİD) qruplaşmasına məxsus yaraqlılar Türkmənistanın sərhədyanı yaşayış məntəqələrindən bir neçəsini ələ keçirib.

"Şahidlərin bildirdiyinə görə, Türkmənistanın Marı şəhərinə hər gün sərhəddə həlak olan hərbçilərin cəsədləri daşınır. Marı aerodroumundan hərbi aviasiyanın sərhədə doğru intensiv uçuşları müşahidə olunur. Ümumiyyətlə, Türkmənistan istiqamətində situasiya pisləşməkdədir"- deyə Knyazev yazır.

 

"Dalğa TV" Virtualaz.org saytına istinadən xəbər verir ki, Türkmənistan İŞİD təhdidinə qarşı müttəfiq axtarır və özünün neytral statusundan imtina etməyə hazırlaşır.

Lakin ehtimal olunur ki, bu təhdidə qarşı Aşqabad Rusiya ilə yox, ABŞ-dan kömək istəyi nəzərdən keçirir. Belə ki, bu günlərdə prezident Qurbanqulu Berdıməhəmmədovun tapşırığı ilə xarici işlər naziri Rəşid Meredov Vaşinqtona uçub.

Qazaxıstandakı MDB sammitinə isə Berdıməhəmmədov daha aşağı ranqlı məmuru - baş nazirin müavinini və xarici işlər nazirinin müavinini göndərib.

Rusiyalı politoloq deyir ki, elə bu fakt Aşqabadın müttəfiq kimi kimi seçdiyini göstərir.

Digər rusiyalı politoloq Arkadi Dubnov isə hesab edir ki, Aşqabad Rusiyanın Xəzərdən onunla razılaşdırmadan Suriyaya raket zərbələri endirməsindən narazıdır.

 

Digər tərəfdən, Rusiya Türkmənistan qazının Transxəzər marşrutu ilə Avropaya və TAPİ marşrutu ilə Əfqanıstan, Pakistan və Hindistana nəqlinə imkan vermək istəmir. Vaşinqton isə hər iki layihədə Türkmənistanın tərəfindədir.

Maraqlıdır ki, Aşqabadın özündə Əfqanıstanla sərhəddə döyüşlərin getdiyini təsdiqləmirlər.

 

"Nə İŞİD? Nə "Taliban"? Bizdə Türkmənistanda bu haqda heç nə məlum deyil"- deyə Aşqabaddakı mənbə "Rosbalt"a bildirib.

Həmçinin Türkmənistan XİN Qazaxıstana rəsmi etiraz notası göndərərək bildirib ki, oktyabrın 15-də Astanadakı MDB sammitində Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Mərkəzi Asiyada təhlükəsizliklə bağlı situasiyadan danışarkən "guya Türkmənistan sərhədində hansısa insidentlərin baş verdiyini" bildirməsindən narazılıq ifadə edib.

 

"Türkmən tərəfi Qazaxıstanın mövcud vəziyyətə uyğun olmayan bu bəyanatlarından olduqca narahatdır"-notada bildirilir.

Belə görünür ki, Aşqabad Əfqanıstanla sərhəddə baş verənləri təkcə dünya ictimaiyyətindən deyil, öz vətəndaşlarından da gizlədir. Belə ki, Rusiya və Orta Asiya KİV-lərində Əfqanıstan-Türkmənistan sərhədində döyüşlərin getdiyinə dair xəbərlərin yayılmasından sonra Aşqabad həmin saytlara girişi bağlayıb.

Həmçinin xüsusi xidmət əməkdaşlarının nəzarəti altında çoxmərtəbəli binalardan peyk antenalarını sökməyə başlayıblar. Həmçinin əmək kollektivlərində işçilərə başa salınır ki, "antihökumət saytlarına" girməsinlər.

Yeni xəstəlik tapıldı: “16 pasientdən yalnız 2-si sağ qalıb”

Rusiya Şimal-Şərq federal universitetinin Tibb İnstitutunun genetika həkimi, "Genomlu səhiyyə" elmi laboratoriyasının rəhbəri Nadejda Maksimova yeni xəstəlik aşkar etməsi barədə məlumat verib.

"Dalğa TV" Rusiya KİV-nə isitnadən xəbər verir ki, Yakutiya Respublikasının sakinləri arasında müşahidə olunan xəstəlik genetik pozuntularla bağlıdır.

"Hazırda biz bu xəstəliyin tədqiqini davam etdiririk.

Xəstəlik zamanı maddələr mübadiləsinin qəfil pozulması baş verir və uşaqlar maksimum 3 yaşa qədər yaşaya bilirlər. Müşahidə altında saxladığımız 16 pasinetdən yalınz 2-si sağ qalıb".

Nadejda Maksimovanın sözlərinə görə, genetik xəstəliklər, adətən təcrid olunmuş və ünsiyyətə getməyən xalqlar arasında müşahidə olunur.

Bundan əvvəl, həkim-genetik yakutlar arasında SORN sindromu və "alçaqboyluluğun yakut sindromu" xəstəliklərini tapıb.

Tədqiqatlar hər 100-cü yakutun SORN sindromu daşıyıcısı, hər 33-cüsünün isə 3-M sindromu daşıyıcısı olduğunu sübut edib.

​Rusiyanın Suriyada endirdiyi hava zərbələrinin yeni kadrları yayımlanıb - VİDEO

Rusiyanın Müdafiə Nazirliyi Suriyada terrorçuların mövqelərinə endirilən havadan zərbələrin yeni videoyazısını yayımlayıb.

“Dalğa TV” xəbər verir ki, video hərbi idarənin "YouTube"dəki kanalına yerləşdirilib.

Kadrlardan birində görünür ki, Rusiyanın “Su-24M” tipli bombardımançı təyyarələri terrorçuların Xama vilayətində peşəkarcasına gizlətdikləri artilleriya batareyasına və yanacaq-sürtkü materialları anbarlarına zərbələr endirir.

 

 

 

Ankara terroruna görə axtarılan azərbaycanlı qadın barədə - Yeni məlumat

Ötən həftə Ankarada törədilmiş partlayışla bağlı şübhəli şəxs kimi axtarılan Ülkər Məmmədovaya qarşı Azərbaycanda cinayət təqibi aparılmayacaq”.

"Dalğa TV"nin məluatına görə, Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov BBC Azərbaycancaya bildirib.

"Ülkər Məmmədova oturma izni ilə gəlib, uzun müddətdir, ailə qurub Türkiyədə yaşayıb, uşağı var. Onun Türkiyədə törətdiklərinə görə Azərbaycan məsuliyyət daşımır. Amma onunla bağlı aparılan iş nəzarətimizdə olacaq", baş konsul bildirib.

Türkiyə mətbuatı 100-ə yaxın insanın ölümü ilə nəticələnmiş partlayışa görə 21 nəfərin axtarıldığına dair məlumat yayıb. Axtarılan şəxslərdən biri Ülkər Məmmədova adlı bir qadındır.

Axtarışa aid xəbərlərdə Ülkər Məmmədovanın hansı ölkədən olduğu haqda yazılmasa da, Azərbaycan mətbuatında onun azərbaycanlı olma ehtimalından bəhs edilmişdi.

Azərbaycanın İstanbul Baş Konsulluğunun Türkiyə polisinə verdiyi sorğudan sonra adıçəkilən qadının Azərbaycan vətəndaşı olduğu təsdiq edilib, baş konsul Həsən Zeynalov deyib.

Türkiyə paytaxtında şənbə günü baş vermiş iki partlayış nəticəsində 100-ə yaxın insan həlak olub. İndiyədək heç bir qrup partlayışlara görə məsuliyyəti üzərinə götürməyib.

Baş nazir Ahmet Davutoğlunun bildirdiyinə görə, partlayışlara görə əsas şübhə İslam Dövləti qruplaşmasının üzərinə düşür. Hökumət hesab edir ki, partlayışı iki intiharçı törədib.

Qazaxıstan prezidenti onunla selfi çəkdirmək istəyən milyarderi kənara itələyib - VİDEO

Qazaxıstan prezidenti Nursultan Nazarbayev yerli milyarder Bulat Utemuradovun onunla selfi çəkdirmək istəməsinə düşməncəsinə reaksiya verib.

"Dalğa TV" xəbər verir ki, insident Astanada, MDB ölkələri başçılarının sammiti zamanı baş verib.

Bulat Utemuradov gölömsəyərək telefonla prezidentə yaxınlaşıb və ondan icazə almadan selfi çəkməyə başlayıb. Lakin dövlət başçısı onunla şəkil çəkdirmək istəməyib. Nazarbayev narazı halda və hətta oliqarxın özönə baxmadan onu əli ilə kənara itələyib. Milyarder isə pərt vəziyyətdə kənara çəkilib.

İngilis alimdən dəhşətli zəlzələ PROQNOZU - 40 milyon insan öləcək

Oktyabrın 17-də baş verəcək dəhşətli zəlzələ nəticəsində milyonlarla insan həlak ola bilər.

"Dalğa TV" xarici mediaya istinadən bildirir ki, bu xəbərdarlığı London universitetinin nüvə mühəndisi Mehran Keşe edib.

Alimin sözlərinə görə, güclü yeraltı təkanlar Şimali və Cənubi Amerika arasında parçalanmaya səbəb olacaq. O, iddia edib ki, Amerika və Asiya sahillərində nəhəng snnami dalğaları meydana gələcək. Bu fəlakət 40 milyon insanın ölümü ilə nəticələnə bilər.

Keşenin fikrincə, Amerika hakimiyyətinin bu fövqəladə hadisəyə reaksiyası da təsirli olmayacaq: "Meksika və Meksika körfəzi dağılacaq. Çin və Yaponiyada, eləcə də Karib hövzəsində də böyük itkilər yaşanacaq".

NASA Yupiterin videosunu yaydı - VİDEO

Amerika Milli Aerokosmik Agentliyi (NASA) “Hubble” teleskopunun müxtəlif illərdə apardığı çəkilişlər əsasında Yupiterin yüksək keyfiyyətli (4K) videosunu hazırlayıb.

"Dalğa TV"  xəbər verir ki, fotoların tutuşdurulması planetin yeni xəritəsini hazırlamağa və Yupiterdəki dəyişiklikləri izləməyə imkan yaradıb. Məlum olub ki, Yupiterin üzərindəki böyük qırmızı ləkənin ölçüləri dəyişir. İl ərzində onun ölçüsü 240 km qısalıb.

Xatırladaq ki, amerikalı operator NASA-nın Ayın səthində aparılmış foto çəkilişlərin arxivini açıqlamasından sonra onların əsasında qısa elmi-populyar film hazırlayıb.

 

Rusiyada qətl törədən azərbaycanlı 20 il sonra həbs edilib

Rusiyanın Ulyanovsk vilayətində qətl törədən azərbaycanlı 20 il sonra saxlanılıb.

"Dalğa TV"nin xəbərinə görə, Rusiya İstintaq Komitəsinin Ulyanovsk vilayəti üzrə İdarəsinin yaydığı məlumatda bildirilir ki, yerli sakinin qətli ilə bağlı cinayət işi 1994-cü ilin dekabrında başlanıb.

Cinayətin üstünün açılması ilə bağlı ötən illərdə aparılan sistemli iş nəticəsində hadisədə əli olan şəxs müəyyənləşdirilib və saxlanılıb. Onun 45 yaşlı Azərbaycan vətəndaşı olduğu məlum olub.

İstintaq müəyyənləşdirib ki, həmin şəxs tanışı ilə birlikdə 28 yaşlı qıza bıçaq zərbələri endirərək öldürüb. Hadisə yerindən qaçan şəxslər Ulyanovsk vilayətini tərk ediblər.

Azərbaycanlı Voronej vilayətində saxlanılıb. 20 il müddətində o, ailə qurub, övladları dünyaya gəlib.

 

Tutulan şəxs Ulyanovsk vilayətinə göndərilib və orada barəsində həbs qərarı verilib. Qətli törədən digər şəxs isə axtarışdadır.

Saytda Axtarış

ახალი ამბები