Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün814
DünənDünən3331
Bu həftəBu həftə10246
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8466845

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İŞİD Fransanı yeni terrorla hədələdi

İŞİD terror qruplaşması yeni hücumlarla hədələyən video yayımlayıb.

Dalga TV  Oxu.Az-a istinadən xəbər verir ki, videomüraciətdə yaraqlıalar Fransa aviasiyasının onları Suriyada bombalamağa davam edəcəkləri halda yeni terror aktları törədəcəklərini bildiriblər.

Video Parsidə baş verən terror aktlarından sonra yayımlanıb.

“Siz bizi bombarduman edəcəyiniz müddətdə sülh içində yaşa bilməyəcəksiniz. Hətta bazara getməyə belə qorxacaqsınız”, - müraciətdə deyilir.

Parisdə ölən və yaralılar arasında Azərbaycanlı yoxdur - XİN

İlkin məlumata əsasən, Parisdə terror aktları nəticəsində ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur.

AzNews.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-ə bildirib ki, Azərbaycanın Fransadakı səfirliyindən nazirliyə saat 16:00-a daxil olmuş məlumata əsasən, ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur.

Azərbaycanın Fransadakı səfirliyi, həmçinin rəsmi saytında bu ölkədə müvəqqəti olan həmvətənlərimizə müraciət dərc edib. Müraciətdə terror aktları zamanı zərərçəkən həmvətənlərlə bağlı hər hansı məlumatı olanlardan 0144186020 "qaynar xətt"inə zəng etmək xahiş olunur.

Parisdə bir gecədə 3 terror aktı - 153 nəfər öldü

Dünən axşam saatlarında Parisdə 3 terror aktı törədilib. Şəhərin şimal bölgəsində restoranlardan birində atışma olub.

Daha sonra “Stad de France” stadionu yaxınlığında Fransa prezidenti, ölkənin xarici işlər naziri və Almaniya XİN rəhbərinin də izlədikləri Fransa-Almaniya futbol qarşılaşması zamanı bir neçə partlayış törədilib.

Eyni zamanda, Parisin 11-ci dairəsində yerləşən “Bataklan” teatrında ABŞ rok-qrupunun konserti zamanı yüzlərlə insan girov götürülüb.

Törədilən terror aktları nəticəsində 153 nəfər ölüb, azı 200 nəfər yaralanıb.

CNN-nin verdiyi xəbərə görə, onlardan 112-si “Bataklan” teatrının konsert zalında ölüb.

APA.az

***
10:29

Fransada 153-dən çox insanın ölməsi ilə nəticələnən terror aktlarını İŞİD terror qruplaşması törədib.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Bu barədə məlumat İŞİD saytında yerləşdirib. Təşkilat Fransa və ətraf ərazilərdə baş verən terror aktlarına görə məsuliyyəti öz üzərinə götürüb. Terrorçular bunu “Fransa üçün 11 sentyabr” adlandırıblar.

Hadisə şahidlərin sözlərinə görə, terrorçular insanlara atəş açarkən “Allahu Əkbər” (“Allah böyükdür”) deyə qışqırıblar.

Kürd qoşunları İŞİD-ə ağır zərbə vurdu

Kürd peşmərgələri ötən gün İraq-Şam İslam Dövləti (İŞİD) qruplaşmasına qarşı başlatdıqları irimiqyaslı hücum əməliyyatları zamanı önəmli uğurlar qazanıblar.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu gün səhər saatlarında kürd qoşunları Şimali İraqın Neynava vilayətinin inzibati mərkəzi olan Sincar şəhərini azad ediblər. Bundan başqa, onlar şəhərin iki tərəfindən də keçən starteji yolu bağlayaraq İŞİD-in nəzarət etdiyi 2 böyük şəhər - Rakka və Mosul arasındakı kommunikasiya xətlərini kəsiblər.

Əməliyyatda iştirak edən 7,5 mindən artıq kürd peşmərgə qüvvlərinə ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya havadan dəstək göstərir.

Sincar şəhəri yezdi kürdlərinin müqəddəs şəhəri sayılır. 2014-cü ilin avqusutunda Sincarı və ətraf bölgələri ələ keçirən İŞİD minlərə yezidi kürdünün ölümünə və 400 min nəfərin qaçqın düşməsinə səbəb olmuşdu.

İkibaşlı uşaq doğuldu

Banqladeşin Brahmanbaria şəhərində yenicə doğulan uşaq görənləri heyrətə gətirib.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bir bədəndə iki başı və boynu olan qız uşağı noyabrın 11-də dünyaya gəlib.

Doğulan körpənin tənəffüsündə problemlər olduğu üçün hazırda reanimasiyada həkim nəzarətindədir. İkibaşlı uşağın normal vəziyyətə gətirilməsini isə həkimlər mümkün hesab etmirlər.

Tiflisdə Beynəlxalq Qafqaz Media Forumu keçirilir - FOTO

Bu gün Tiflisdə “Dünyadakı sarsıntılar dönəmində kim duruş gətirəcək?” mövzusunda ikigünlük Beynəlxalq Qafqaz Media Forumu başlayıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir "Qruziya i mir" qəzetinin və Rusiyada fəaliyyət göstərən "Sever-Yuq" Siyasi Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilir. Foruma Cənubi Qafqaz ölkələri, Rusiyadan olan KİV nümayəndələri, beynəlxalq təşkilatların rəhbərləri və ekspertlər qatılıb.

"Sever-Yuq" Siyasi Mərkəzinin direktoru Yuliya Yakuşeva çıxışında forumun artıq üçüncü dəfədir, keçirildiyini qeyd edib. Tədbirdə "Danışır Moskva" radiostansiyasının direktoru Vladimir Mamontov "Hökmranlıq əsrinin sonu" adlı məruzə ilə çıxış edib. Məruzə ilə bağlı forum iştirakçılarının sualları cavablandırılıb.

Forum çərçivəsində panellərdə diskussiya və gənc jurnalistlərlə ineraktiv oyunlar təşkil olunacaq.

Tədbir sabah davam edəcək.

Tədbirdə iştirak edən APA İnformasiya Agentliyinin baş direktoru Nurşən Quliyev jurnalistlərə forumun regionda və dünyada baş verən hadisələr fonunda aktual olduğunu bildirib: "Burada əsasən, Cənubi Qafqaz ölkələrinin media nümayəndələri iştirak edir və bu cəhətdən istər Azərbaycanda, istər Ermənistanda, istərsə də Gürcüstanda baş verənləri müzakirə etmək üçün şərait yaranıb. Bizim üçün bu forum Azərbaycan həqiqətlərinin çatdırılması baxımdan faydalı meydan sayıla bilər”

Xorvatiya parlament seçkilərində müxalifət qalib gəldi (fotokollaj

 

 

Bidzina İvanişvili “Rustavi 2” ilə əlaqəli şərh verdi

Davit Dvali və Akimidze "Rustavi 2"nin təsisçiləridirlər.

Onların bu televiziyanın yaranmasında böyük əməkləri var. Onlarla çox kobud davrandılar, onların etirazı var ki, televiziyanı əllərindən aldılar – bu haqda keçmiş baş nazir Bidzina İvanişvili bu gün jurnalistlərlə "Rustavi 2” məsələsinə dair söhbət zamanı bildirdi.

İvanişvili cari proseslər haqqında, David Dvali, Carc Akimidze, Kibar Xalvaş, "Milli Hərəkat” və Nika Qvaramiya haqqında geniş söhbət açıb.

"David Dvali və Akimidze "Rustavi 2"nin təsisçiləridir. Onların bu televiziyanın yaradılmasında böyük əməkləri var. Onlarla çox kobud davrandılar və onların etirazı var ki, onların əlindən televiziyanı alıblar. Daha sonrakı isə Xalvaşi olub. Ondan tək televiziyanı deyil, onun hər şeyini yandırdılar və adam xaricə qaçdı. İkinci tərəfdən Qvaramiyanı və onun tərcümeyi-halını yadımıza salaq. O, baş prokurorun müavini idi. Bunu cəmiyyət də yaxşı bilir, biz də. "Rustavi 2" ilə əlaqəli cəmiyyət iki yerə bölünüb.
Cəmiyyətin böyük hissəsi bu abırsızlığa hirslənir ki, Milli Hərəkat bu gün çıxır və məhkəmədə prosesin necə olması haqqında danışır. Bu mövzunu başqa yönə apara bilməyi bacardılar, guya bu azad sözün müdafiəsidir. Qvaramiya bqtqn bunların etalonudur. Əgər sahibkar dəyişsə bu şərti olaraq dəsək bu Milli Hərəkat olmayacaq”, – bildirdi Bidzina İvanişvili.

Yer kürəsi 15 gün zülmətə qərq olacaq - NASA-dan sensasion xəbərdarlıq

NASA astronomları sensasiyalı bəyanatla çıxış ediblər: Yür kürəsi bu il noyabrın 15-dən 29-a kimi qaranlığa bürünəcək.

"Dalğa TV" xarici mediaya istinadən xəbər verir ki, NASA rəhbəri Çarlz Bolden ABŞ prezidenti Barak Obamanın adminstrasiyasına bu hadisənin səbəbləri və nəticələri göstərilən min səhifəlik sənəd təqdim edib. Məsələ ondadır ki, Noyabrın 15-dən 29-a kimi nadir astronomik hadisə - Venera və Yupiterin paralelizmi baş verəcək. Nəticədə onlar arasındakı məsafə 1 dərəcəyədək azalacaq. Venera günəş işığını Yupiterə nisbətən 10 dəfə daha güclü əks etdirəcək. Venera kosmosa görünməmiş miqdarda hidrogen buraxmaqla işığı ilə Yupiterin qazlarını isidəcək. Onun kosmosa buraxdığı hidrogen buludları günəşə çatdıqda günəşin səthində güclü partlayış baş verəcək. Nəticədə günəşdə temperatur kelvin şkalası ilə 9000 dərəcəni ötəcək. Bundan sonra bizim ulduzumuz rəngini qırmızı-sarıdan maviyə dəyişəcək. Əvvəlki temperaturunu qaytarmaq üçün günəşə 2 həftə vaxt lazım olacaq. Bu vaxt da 2015-ci il noyabrın 15-dən 29-a kimi olan dövrü əhatə edəcək.

Şübhəsiz ki, bu kosmik hadisəni bütün insanlar hiss edəcəklər. Günəş daha zəif işıq saçsa da, daha çox istilik püskürəcək. Bu isə planetimizdə temperaturun yüksəlməsinə səbəb olacaq. NASA temperatur dəyişməsinin 13 dərəcə selsidən yuxarı olamayacağını ehtimal edir. Lakin hələ ki dəqiq məlumat vermir. Zahiri görünüşünə görə, günəş işığının solması ikihəftəlik polyar gecəni xatırladacaq. Lakin qəfil temperaturun yüksəlməsi ilə müşahidə olunacaq. Hətta NASA öz hesablarında yanılırsa da, temperaturun belə qəfil yüksəlməsi dəhşətli təbii kataklizmlərə səbəb ola bilər. Soyuq regionlarda buzların əriməsi dünya okeanında suyun səviyyəsinin yüksəlməsilə nəticələnə bilər. Bu isə sahilyanı şəhərlərin əksəriyyətinin suyun altında qalmasına səbəb olar. Bundan əlavə ekvatorial zonada qorxulu istilər buradakı insanların diri-diri yanması riskini yaradar.

NASA mütəxəssisləri günəş şüalarının zəifləməsinin 100 faizlik nəticələrini proqnoz edə bilmirlər. Həmçinin onlar günəşin əvvəlki parlaqlıq səviyyəsini bərpa edəcəyinə zəmanət verə bilmirlər. Lakin mütəxəssislər Yer kürəsinin dəfələrlə belə hadisələr yaşadığını xatırladaraq təşvişə düşməməyi məsləhət bilirlər. Düzdür, onlar bu kimi hadisələrin on min illərlə davam edən buz dövrü ilə müşaiət olunduğunu əlavə etməyi unudurlar. Bundan əlavə ictimaiyyətin gözlənilən hadisə ilə bağlı xəbərdar olunmaması NASA-nın hər zaman olduğu kimi nəyisə gizlətdiyi və ya tam demədiyi fikrinə gətirib çıxarır. Bəlkə də, NASA sadəcə yalan deyir. İstənilən halda, planetin 15 gün qaranlığa qərq olacağına hazır olmaq lazımdır.

Gürcüstanın dövlət naziri etnik azlıq nümayəndələri olan tələbələrlə görüşüb

Tolerantlıq Günü çərçivəsində Gürcüstan Parlamentinin Milli Kitabxanasında Gürcüstanın Barışıq və Vətəndaş bərabərliyi məsələləri üzrə Dövlət naziri Paata Zakareişvili ilə Gürcüstanın müxtəlif ali məktəblərində təhsil alan etnik azlıq nümayəndələri olan tələbələrlə görüş keçirilib.

"Dalğa TV"nin verdiyi məlumata görə, tədbirdə gürcü dilində universitetlərdə təhsil alan digər etnik nümayəndələri ilə birgə azərbaycanlı tələbələr də iştirak edib. Görüşdə dövlət naziri etnik və dini müxtəlifliyin vacibliyindən söhbət açıb.

"Gürcüstanda hər il keçirilən Tolerantlıq Günü cəmiyyətin əhval-ruhiyyəsini yüksəldən vacib tədbirlərdən biridir. Gürcüstan etnik və dini müxtəlifliklə fərqlənir və bu fərq Gürcüstanın sərvətidir. Biz dünyada bu müxtəlifliklə fəxr edirik. Bununla belə problemlərimiz də mövcuddur ki, onları həll etməliyik", dövlət naziri bildirib.

Görüşdə dövlət naziri tələbələrin müxtəlif suallarını cavablandırıb. O, eyni zamanda münaqişələrin tənzimlənməsinə aid suallara da cavab verib. Tədbirdə dövlət nazirliyinin müşaviri Zaur Darğallı da iştirak edib.

Rusiyalı fəal FSB-nin qapısını yandırıb

Rusiyalı incəsənət xadimi və siyasi fəal ölkənin Federal Təhlükəsizlik Bürosu (FSB) Moskva qərargahının qapısına od vurduğu üçün həbs edilib.


Pyotr Pavlenski Lubyanka binasının qapısını yandırıb və əlində benzin çəlləyi yanan qapının önündə şəklini çəkdirib.
Cənab Pavlenski 2013-cü ildə etiraz olaraq qasığını Qızıl Meydanda mıxladığı üçün həbs edilmişdi.
Lubyanka binası Rusiya təhlükəsizlik xidmətlərinin tarixi evi sayılır.
Bina ölkənin gizli polisi, daha sonralar isə KQB binası kimi istifadə edilib və içərisində həbsxana var.
Etiraz edən sənətçi nümayişdən video paylaşıb və bildirib: "FSB fasiləsiz terrordan istifadə edir və 146 milyon insan üzərində hökm sürür".

Erosi Kintsmarişvilinin hüquqi varisi “Rustavi 2″nin hissələrini tələb edəcək

Erosi Kintsmarişvilinin hüquqi varisi "Rustavi 2" teleşirkətinin hissəsinin tələb edilməsini planlaşdırır, - bu haqda "Kviris palitra" qəzetinin məqaləsində qeyd olunub. Qəzetin yazdığına əsasən belə bir ehtimal var ki, media maqnatı Erosi Kintsmarişvilinin müammalı ölümü "Rustavi 2" ilə bağlıdır. Məlumata əsasən Erosi Kintsmarişvili teleşirkətdə ona aid olan hissənin qaytarılması üçün hüquqi davanı prokurorluğa 2009-cu ildə daxil edib. Lakin iş yerindən tərpənməyib.

Saytda Axtarış

ახალი ამბები