Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün838
DünənDünən3331
Bu həftəBu həftə10270
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8466869

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Tbilisidə "Şərq Tərəfdaşlığı" ölkələri səhiyyə nazirlərinin görüşü keçirilib

Bu gün Gürcüstan paytaxtında Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramının iştirakçısı olan ölkələrin səhiyyə nazirlərinin VI qeyri-rəsmi görüşü olub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, dialoq formatında keçirilən görüşdə Azərbaycanı səhiyyə nazirinin müavini Abbas Vəlibəyovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Görüşü Gürcüstan səhiyyə naziri David Sergeyenko açaraq “Şərq Tərəfdaşlığı” çərçivəsində həyata keçirilən proqramın köməyi ilə bir çox problemləri öyrənməyin və təcrübə mübadiləsi aparmağın vacib olduğunu vurğulayıb.

Sonra müzakirələr Avropa Qonşuluq Siyasəti və genişlənmə üzrə komissar Yohannes Han, sağlamlıq və ərzaq təhlükəsizliyi komissarı Vytenis Andriukaitis və digər ölkələrin səhiyyə nazirlərinin iştirakı ilə dialoq formatında başlayıb.

Müzakirələr qapalı aparılıb.

Tədbirdə çıxış edən Y. Han “Şərq Tərəfdaşlığı” ölkələrinə səhiyyə sahəsində kömək etməyə hazır olduqlarını bildirib. Sağlamlıq və ərzaq təhlükəsizliyi komissarı V. Andriukaitis (Latviya) isə “Şərq Tərəfdaşlığı” ölkələri arasında səhiyyə sahəsində keçirilən islahatları müzakirə etdiklərini bildirib: "Biz səhiyyənin sabit inkişafı üçün çalışmalıyıq. Ölkələrimiz ayrılıqda işləyə bilməz. Bu istiqamətdə bir-birimizə töhfə verməliyik. Biz böhran və miqrasiya vəziyyətində də təcrübə mübadiləsi aparmalıyıq".

Rusiya Türkiyə tırlarına hücum etdi - 7 nəfər öldü, 20 tır kül oldu

Suriyanın Hələb şəhərinə yaxın Azez bölgəsindəki qaçqınlara yardım aparan Türkiyəyə məxsus tırların olduğu əraziyə hava hücumu olub.

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hücumlar nəticəsində 7 nəfər ölüb, 10 nəfər yaralanıb. Bundan əlavə 20 tır yanaraq kül olub və çox sayda avtomobilə ziyan dəyib.

Ölən şəxslərin hamısının tırların sürücüləri olduğu bildirilir. Məlumata görə, hücum Rusiya tərəfindən edilib. Müxalif qruplaşmalardan olan Şam Cəbhəsinin sahə komandiri Zəkəriya Qarslı da yardım tırlarına Rus hərbi təyyarələrinin atəş açdığını bildirib.

Vurulan Rusiya təyyarəsinin pilotu: “Bizə xəbərdarlıq edilməyib”

Türkiyənin vurduğu Rusiya təyyarəsinin pilotlarından biri Konstantin Murahtin müsahibə verib.


Dalga TV Türkiyə mətbuatına istinadən xəbər verir ki, Konstantin Murahtin hazırda özünü yaxşı hiss etdiyini bildirib. O, təyyarənin Türkiyənin hava sahəsinə girmədiyini və vurulmadan öncə hər hansı xəbərdarlıq almadıqlarını iddia edib.

O, Türkiyə hava sahəsinə 1 saniyəlik də olsa girmədiklərini, açıq hava sahəsində uçduqlarını, bütün uçuşun özünün nəzarətində olduğunu deyib.

Rusiyada türk şirkətinin ofisinə hücum – FOTO + VİDEO

Hücum edən şəxslər türk bayrağını və prezident Ərdoğanı təhqir ediblər.

Naməlum şəxslər Türkiyənin bayrağını qopardıblar və asfaltın üzərində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ünvanına təhqirlər yazıblar.

Noyabrın 24-də Ulyanovskda Türkiyənin Anadolu Efes şirkətinə məxsus Efes Rus pivə şirkətinin ofisinə hücum olub.

Bu barədə Ulyanovsk-qorod xəbər nəşri məlumat yayıb.

Qeyd edilir ki, hücum edənlər Efes Rus pivə zavodunun ofisinə bir neçə avtomobildə gəliblər, daha sonra onlar Türkiyə bayrağını qopararaq binanın qapısını sındırmağa başlayıblar.

Hücum edənlər Türkiyə bayrağını qopartdıqdan sonra ona yumurtalar atıblar.

Onlar Türkiyə bayrağı əvəzinə zavod üzərində Rusiyanın HDQ (Hava desant qoşunları) bayraqlarını qaldırıblar. Hücum edənlər zavodun darvazası önündə asfaltda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ünvanına təhqirlər yazıblar.

 

Rusiyaya daha bir zərbə - Helikopteri də vuruldu

Suriyada Rusiya məxsus helikopter vurulub.

Dalga TV Reuters agentliyinə istinadən xəbər verir ki, bu barədə Suriyanın Londonda yerləşən Syrian Observatory for Human Rights təşkilatı məlumat yayıb. Suriyada döyüşən qruplaşmalardan biri bildirib ki, vertolyot tank əleyhinə raketlə vurulub. Syrian Observatory for Human Rights dəqiqləşdirib ki, raketin vurduğu vertolyot Suriyanın Latakiya əyalətində təcili eniş edib.

Qeyd edək ki, Rusiya vertolyotu Suriya-Türkiyə sərhədində Rusiya qırıcısı Su-24-ün vurulmasından bir neçə saat sonra vurulub. Türkiyə hərbçiləri təyyarəni Türkiyə hava sərhədini pozduğu üçün vurduqlarını bildiriblər. Rəsmi Moskva isə təyyarənin Türkiyə ərazisinə keçdiyini təkzib edir.

ABŞ Azәrbaycana 115 milyon dollar ayırıb

1993-cü ildәn ABŞ Azәrbaycana humanitar yardım layihәlәri vә qaçqınların yaşayış sәviyyәsini artırmaq üçün 115 milyon dollar ayırıb.

Dalga Tv-nin Trend-ə istinadən məlumatına görə, bunu Bakıda jurnalistlərə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiyaya yardım üzrə koordinator Alina Romanovski deyib.

O, qeyd edib ki, 1992-ci ildәn ümumilikdә Azәrbaycana ayrılan ABŞ yardımları 1.1 milyard dollar tәşkil edib: "ABŞ-ın Azәrbaycana pul olmayan, әşya, geyim, qida kimi yardımı 220 milyon dollar dәyәrindә qiymәtlәndirilir".

A.Romanovski əlavə edib ki, ABŞ 1992-ci ildәn ANAMA-ya 30 milyon dollar ayırıb: "Bu mәblәğ sayәsindә 500 minә yaxın mina vә partlamamış hәrbi sursat tәmizlәnib. ABŞ-ın Azәrbaycana ayırdığı iqtisadi yardımların әsas mәqsәdi Azәrbaycan hökumәtinin qarşıya qoyduğu mәqsәdlәrә çatmaqda yardım etmәk, iqtisadiyyatı diversifikasiya etmәk vә özәl sektoru inkişaf etdirmәyә yönәlib. USAID-in Azәrbaycanda kәnd tәsәrrüfatı sahәsindә hәyata keçirdiyi fәaliyyәt nәticәsindә irәlilәyiş әldә olunub, nar istehsalı 57, digәr istehsal isə 12 faiz artıb. Fermerlәrә yardım nәticәsindә nar ixracı 55, qoz ixracı isә 68 faiz artıb".

O, əlavə edib ki, ABŞ Azәrbaycana demokratiya vә insan haqları sahәsindә dә yardımlar edib: "Bu çәrçivәdә әyalәtlәrdә 97 icma mәrkәzi yaradılıb. Bu mәrkәzlәr insanların yerli hakimiyyәt orqanları ilә münasibәtlәrinin formalaşması vә dialoqu üçün 39 layihә hәyata keçirib".

Regionda müharibə qoxusu – Rusiya Türkiyə ilə necə hesablaşacaq?

Bu gün Türkiyə hava məkanına daxil olan Rusiyaya məxsus hərbi təyyarənin vurulması regionda vəziyyəti gərginləşdirib.

Rusiya tərəfi təyyarənin vurulmasıyla barışa bilmir, Türkiyə isə sərhədlərinin pozulma halının birinci dəfə olmadığını, bu məsələylə bağlı dəfələrlə xəbərdarlı etdiklərini bildirməklə, haqlı olduqlarını bəyan edirlər. Putin Təhlükəsizlik Şurasının İclasını çağırıb, rəsmi Ankara da gərgin görünür. Qardaş Türkiyədə Rusiyanın onlara hücum edə biləcəyi versiyasının olması barədə xəbərlər dolaşır. Dünya mətbuatı isə bu olayın üçüncü Dünya Müharibəsinə səbəb ola biləcəyi ehtimalını tirajlayır.

Təyyarənin vurulması müharibəyə gətirib çıxara bilərmi?

Politoloq Zərdüşt Əlizadə AzNews.az-a açıqlamasında bildirib ki, Rusiyanın hələ ki, Türkiyəyə hücum eləmək fikri yoxdur: “Sadəcə Rusiya təyyarəsi bundan əvvəl Suriyada əməliyyatlar zamanı Türkiyənin hava məkanını pozub. Türkiyə Rusiyaya xəbərdarlıq elədi ki, fakt təkrar olunmasın. Bu da təkrar olundu. Türkiyə də öz hava məkanını qorumaq üçün rus təyyarəsini vurub saldı. Yəqin ki, Rusiya bundan nəticə çıxaracaq”.

Politolq Qabil Hüseynli isə qeyd edib ki, bu məsələ üçüncü dünya müharibəsinə gətirib çıxarda bilər: “Rusiya təyyarəsi sərhədi keçib, Türkiyə ərazisinə daxil olub. Bundan əvvəl də bir neçə dəfə rus təyyarələri Türkiyənin sərhədini pozub. Bu dəfə isə iki türk vətəndaşı yaralanıb. Rusiya tərəfi iddia edir ki, təyyarə sərhədi keçməyib, biz onu sübut edə bilərik. Türkiyə isə hadisənin videogörüntülərini yayıb. O görüntülərdən də görünür ki, təyyarə Türkiyə ərazisinə daxil olub. Bu hadisə bir daha göstərir ki, Rusiya bölgədə hegemonluq iddiasına düşüb və Türkiyə kimi bir qocaman dövlətlə də hesablaşmır. Belə olan halda vəziyyət gərginləşir. Düzdür, bir təyyarədən ötrü Rusiya Türkiyə münasibətlərində hər hansı bir qarşıdurmanın meydana gəlməsinə inanmıram. Bunu hər iki dövlət danışıqlar yolu ilə çözə bilərlər. Lavrov bəyanat verib və bu bəyanat o qədər də sərt deyil. Amma Rusiyanın o bölgədə ən yaxşı münasibətləri olan bir Türkiyə var. Belə olan halda məsələ ancaq beynəlxalq məhkəməyə çıxarıla və təzminat tələb oluna bilər. Rusiya NATO-nun üzvü olan bir ölkə ilə savaşa girmək istəsə, bu ona baha başa gələcək. Vəziyyətin gərginləşəcəyi qənaətində deyiləm. Müəyyən söz dueli yaşana və fikir ayrılığı yarana bilər. Sonda hər iki dövlət tərəfindən komissiya formalaşdırılaraq, məsələnin mənzərəsini bilib ondan sonra qərar verilə bilər. Türkiyə qarşı savaş NATO-ya qarşı savaşdır. NATO dərhal köməyə gələcək, bu da dünya müharibəsi deməkdir. Türkiyənin baş naziri ruslara bildirmişdi ki, ehtiyyatsızlığınız üçüncü dünya savaşına gətirib çıxara bilər”.

Tiflisdə BMT-nin 70 illik yubileyi qeyd olunub - FOTO

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə BMT-nin və Gürcüstan hökumətinin rəsmiləri, qanunverici orqan və diplomatik korpus nümayəndələri, beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər.

Tədbirdə Gürcüstanın baş naziri İrakli Qaribaşvili çıxış edərək Gürcüstanda həyata keçirilən islahatlara dəstəkdə BMT-nin rolunun vacibliyini qeyd edib və ölkənin ilk dəfə olaraq İnsan Haqları üzrə BMT-nin Şurasına üzv seçildiyi üçün məmnunluğunu ifadə edib.

"BMT dünyada beynəlxalq əməkdaşlığın simvoludur və qlobal sülh daşıyıcısıdır. Təəssüf ki, keçən həftə Parisdə, Beyrutda və Misirdə baş verən vəhşi terror aktları dünyanı narahat edir," deyə Qaribaşvili bildirib.

Tədbirdə BMT-nin Gürcüstandakı daim əlaqələndiricisi Nils Skot çıxış edib. "Birləşmiş Millətlər Təşkilatı davamlı iqtisadi inkişafı, insan haqları, demokratik dəyərlərin aliliyinin gücləndirilməsi üçün Gürcüstan hökumətini dəstəkləməkdə davam edəcək", - Nils Skot bildirib.

Tədbir çərçivəsində İrakli Qaribaşvili və Nils Skot 2016-2020-ci illər üçün "Tərəfdaşlıq və Davamlı İnkişaf Planı" imzalayıblar. İ. Qaribaşvili ümidvar olduğunu bildirib ki, imzalanan sənəd BMT-nin regionda və dünyada rolunu yüksəldəcək.

İŞİD bu gün 5 ölkədə terror hücumları təşkil edəcək - İDDİA

ŞİD terror təşkilatı 22 noyabr tarixində ABŞ, İndoneziya, İtaliya, Livan və Parisdə yeni hücumlar təşkil etməyi planlaşdırıb. Modern.az saytı Publika.az-a istinadən xəbər verir ki, beynəlxalq haker qrupu “Anonymous” bununla bağlı məlumatları əldə etdiyini açıqlayıb.

“Anonymous”a görə, İŞİD ABŞ-ın Corciya ştatının Atlanta şəhərində güləş üzrə dünya çempionatının keçiriləcəyi “Philips Arena”da terror aktı təşkil edəcək.

Haker qrupunun məlumatında bildirilir ki, İŞİD-in digər hədəfləri Parisdə qadınların keçirəcəyi kütləvi nümayiş, İtaliyanın paytaxtı Romada qeyd olunacaq Məsih bayramı mərasimi, ABŞ-ın “Five Finger Death Puch” qrupunun İndoneziyada verəcəyi konsert və Livanda bir universitetdir. “Anonymous” İŞİD-in sözügedən hücumları planlaşdırdığına dair dəlilləri səlahiyyətlilərə verdiyini açıqlayıb.

Kamerunda terror - Azı 10 nəfər ölüb

Kamerunun şimalında terrorçu-kamikadzenin törətdiyi partlayış nəticəsində azı 10 nəfər ölüb.

Dalga TV APA-ya istinadən xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə Nigeriya ilə həmsərhəd Fotokol şəhərində baş verib.

Terror aktının “Boko Haram” terror qruplaşması tərəfindən törədildiyi ehtimal edilir.

Parisdə kafedə atışmanın görüntüləri yayıldı – VİDEO

Videoyazı müşahidə kameraları vasitəsilə qeydə alınıb.

Britaniyanın "Daily Mail" qəzeti öz saytında noyabrın 13-də Parisin mərkəzində terroristlərin törətdiyi atışmanın kadrlarını yerləşdirib.

"Dalğa TV" xəbər verir ki, videoyazı müşahidə kameraları vasitəsilə qeydə alınıb.

Nəşrin mənbələrinin verdiyi məlumata görə, hücumda Brüsseldə doğulan Fransa vətəndaşı 26 yaşlı Salah Abdeslam iştirak edib. Terrorçular kafenin pəncərələrinə ard-arda atəş açıblar.

Kadrlarda hücumun başlandığı an kafedə olan müştərilərin və personalın döşəməyə uzanmaları və masaların arxasında gizlənmələri görünür. Bir qadının qaçaraq kafeyə girib bar piştaxtasının arxasında gizlənərək xilas olması görünür. Orada qadını kafenin əməkdaşı özünə sıxaraq gizlədir.

Atışma dayandıqdan sonra hamı məkanı tərk edib. İçəridə olanlardan heç kim həlak olmayıb.

Xatırladaq ki, noyabrın 14-də Parisdə və şəhər ətrafında silsilə terror aktları törədilib. Bu terror aktlarında 129 nəfər insan həlak olub, 352 nəfər isə xəsarət alıb.

Yaraqlılar bir neçə kafe və restoranda atışma törədiblər, kamikadze yaraqlı özünü Volter bulvarında partladıb, “Bataklan” konsert zalında insanlar girov götürülüb, paytaxtın ətrafında yerləşən Sen-Denidə “Stad de Frans” stadionunda üç partlayış baş verib.

Azərbaycanda terror təhlükəsi

İllik "Qlobal terrorçuluq indeksi - 2015"in (The Global Terrorism Index) hesabatında dünya ölkələrindəki terror təhlükəsi qiymətləndirilib. Siyahıda Azərbaycanın da adı çəkilib.

AzNews.az-ın ans press-ə istinadən məlumatına görə, siyahı İqtisadiyyat və Sülh İnstitutunun (The Institute for Economics and Peace) mütəxəssislərinin araşdırmaları nəticələrinə əsasən hazırlanıb.

Həmin siyahıda Azərbaycan 160 ölkə içərisində 93-cü yerdədir. Terror təhlükəsinin ən yüksək olduğu ilk üçlükdə isə İraq (1-ci yer), Əfqanıstan (2-ci yer) və Nigeriyadır (3-cü yer).

Cədvəl 2014-cü ilin məlumatlarına əsasən hazırlandığı üçün Fransa və Misirdə baş verən və yüzlərlə insanın ölümünə səbəb olan terror hadisələri hesaba alınmayıb.

Eyni məlumatda terrorun nəticələri və qurbanları haqqında məlumat verilib və bildirilib ki, 2014-cü ildə terror qurbanlarının sayı 32 min 658 nəfər olub. Bu, o deməkdir ki, terror qurbanlarının sayı 2013-cü illə müqayisədə 80 faiz artıb.

Eyni zamanda qeyd edilib ki, qurbanların ümumi sayının 78 faizi Əfqanıstan, İraq, Nigeriya, Pakistan və Suriyanın payına düşüb. Onlardan təxminən 10 min nəfəri İraqda, 7,5 min nəfəri isə Nigeriyada həlak olanlardır.

Lakin son zamanlar Avropada - Fransada baş verən terror hadisələrini, Rusiyanın sərnişin təyyarəsinin Misirdə partladılmasını nəzərə alsaq, 2015-ci ilin terror indeksinin 2014-dən fərqli olacağını ehtimal etmək olar. Bu fərq isə özünü təkcə ölkələrin sıralanmasında deyil, həmçinin qurbanların sayında da göstərəcək.

Məsələn, təkcə Rusiyanın A321 sərnişin təyyarəsinin Misirdə qəzaya uğraması nəticəsində təyyarədəki bütün sərnişinlər və ekipaj üzvləri - 224 nəfər həlak olub.

Bundan başqa Fransanın paytaxtı Parisdə eyni gündə bir neçə yerdə baş verən terror aktları nəticəsində 150-dən çox insan həlak olub.

Saytda Axtarış

ახალი ამბები