Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün848
DünənDünən3331
Bu həftəBu həftə10280
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8466879

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Parisdə atışma: 5 polis yaralandı (Video+ Foto)

Fransa Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı polis dəstələri paytaxt Parisin həndəvərində əməliyyat keçiriblər.

"Liberation"ın verdiyi məlumata görə, əməliyyat noyabrın 14-də Parisdə törədilmiş 7 terror aktı ilə bağlıdır.

Sen-Deni səmtinin Seym Sen-Deni məhəlləsində də polis 4 nəfər şübhəli şəxsi saxlamaq istəyəndə onlar silaha əl atıblar. Atışma baş verib.

Atışmada 5 polis zabiti yaralanıb. Hadisə yerinə təcili yardım avtomobilləri göndərilib.

 

 

Bombaların üzərində - “Parisdən sevgilərlə”

Parisdə törədilən terror aktlarından sonra Fransanın hərbi təyyarələri İŞİD-in əsas şəhəri sayılan Rakka şəhərini bombalayıb.

"Dalğa TV" xəbər verir ki, bombardman zamanı 10 təyyarədən istifadə olunub.

Hücumlarda istifadə olunan bombaların üzərindəki ifadələr diqqət çəkib. Belə ki, bombaların üzərində "From Paris with love" ("Parisdən sevgilərlə") sözləri yazılıb.

Bombaların fotoşəkilləri ictimai mediada da paylaşılıb.

Fransa Müdafiə Nazirliyinin verdiyi açıqlamada təyyarələrin Birləşmiş Ərəb Əmirlikləri və İordaniyadan qalxdığını və İŞİD hədəflərinə 20 bomba buraxıldığını qeyd edib. Əməliyyatda İŞİD-in əmr və nəzarət mərkəzi, arsenal, təhsil düşərgəsi, xadim və alim mərkəzi vurulub.

Qeyd edək ki, İŞİD oyabrın 13-də Parisdə 3 terror aktı törədilib. Törədilən terror aktları nəticəsində 132 nəfər ölüb, azı 200 nəfər yaralanıb.

Parisin "Bataclan" konsert zalında atışmanın başlama anı qeydə alınıb - VİDEO

Parisin "Bataclan" konsert zalında "Eagles of Death Metal" qrupunun konserti zamanı atışmanın başlama anı qeydə alınıb.


"Dalğa TV" xəbər verir ki, video "The Guardian" nəşri tərəfindən yayılıb.
Noyabrın 14-nə keçən gecə Parisdə silsilə terror aktları baş verib. Son məlumatlara görə, 129 nəfər ölüb, 352 nəfər yaralanıb. Onlardan 99 nəfərinin vəziyyəti ağırdır. Terror aktlarına görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb.

 

 

Fransadakı dəhşət Türkiyədə də baş verəcəkmiş – Terrorun qarşısı alınıb

İŞİD noyabrın 13-də Parisdə 132 nəfərin öldüyü terror hadisəsi ilə yanaşı Türkiyədə də terror aktı törətməyi planlaşdırıbmış.

"Dalğa TV" xəbər verir ki, Türkiyə təhlükəsizlik qüvvələrinin terrorun qarşısını vaxtında aldıqları üçün İŞİD İstanbulla bağlı planını həyata keçirə bilməyib.

İŞİD-in rəsmi cəlladı olan "Cihadçı Con"nun köməkçisi də daxil olmaqla təşkilatın beş üzvü cümə günü İstanbulda həbs olunub. Fransanın AFP xəbər agentliyi də xəbəri də təsdiqləyib. Məlumatda bildirilir ki, İŞİD-çilər Parislə eyni gündə İstanbulda da terror törətməyi planlaşdırdıqlarını etiraf ediblər. Keçirilən əməliyyat zamanı onların bu planının qarşısı alınıb.

Fransadan sərt qərar – Məscidlər bağladılır, imamlar deportasiya edilir

Fransanın Daxili İşlər Nazirliyi kin və nifrət dolu çağırışlar edən məscidlərin bağladılacağıyla bağlı xəbərdarlıq edib.


"Dalğa TV" xəbər verir ki, nazir Bernard Cazenueve France2 televiziyasına verdiyi açıqlamada sözügedən məscidlərin bağladılması ilə bağlı işlərə start verildiyini qeyd edib.

Baş nazir Manuel Valls isə dünən vediyi açıqlamada nifrət aşılayan əcnəbi imamların ölkədən dərhal deportasiya olunacağını bəyan edib.

Məlumat üçün bildirək ki, noyabrın 13-ü gecə saatların Parisdə 3 yerdə terror aktı törədilib. Məkumata görə, terror hadisələri zamanı 132 nəfər ölüb, 349 nəfər yaralanıb.

İŞİD terror təşkilatı terror hadisələrini özü üzərinə götürüb və bunu "Fransanın 11 sentyabr" adlandırıb.

Ana səkkiz uşağını öldürdü

Bavariyanın Vallenfels şəhərinin 45 yaşlı sakini 8 övladını öldürdüyünü etiraf edib. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, qadın noyabrın 13-dən 14-nə keçən gecə Vallenfelsdən 15 kilometr aralıdakı Kronax şəhərindəki otellərdən birində saxlanılıb.
Uşaqların meyitləri noyabrın 13-də qadının 18 il əri, anası və 5 uşağı (cütlüyün 3 uşağı özlərininki, ikisi isə birinci nikahlarından) ilə birgə yaşadığı mənzildə aşkarlanıb. Öldürülən uşaqların yaşı hələ ki, müəyyənləşdirilməyib. “Cəsədlər çox pis vəziyyətdədir. Aydındır ki, onların bir neçəsi uzun illər qalıb. Ekspertizanın nəticəsi gələn həftə gözlənilir”, - dairə prokuroru Martin Dippold deyib. Digər məlumata görə, qadın ərindən sentyabr ayında ayrılıb.

İŞİD terrorçusu Türkiyədə özünü partlatdı

Türkiyənin cənubundakı Qazientep şəhərində terrorçu-kamikadze özünü partladıb. Modern.az xarici mediaya istinadən bildirir ki, yaraqlı İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının üzvü olub.
İlkin məlumata görə, insident zamanı 4 polis əməkdaşı yaralanıb. 

İŞİD-dən hədə: Parisdən sonra növbə sizdədir

Prezident təcili toplantının keçirilməsini istəyib.

Fransa dəhşətli terror aktları törədən, 129 insanın həyatına son qoyan İŞİD terrorçu qruplaşması daha bir ölkəni hədələyib.

ANS PRESS-in məlumatına görə, Albaniyanın daxili işlər naziri Sami Tahiri bəyan edib ki, İŞİD terrorçularından hədə dolu mesajlar gəlir. İŞİD-dən nazir Tahiriyə gələn elektron müsajda vurğulanır ki, Parisdən sonra növbə Albaniyada, daha dəqiq paytaxt Tiranadadır.

"Siz Allahın önündə müharibəni titrəyərək uduzacaqsınız", deyə İŞİD-in göndərdiyi mesajlarda bildirilir.

Bu məsələni müzakirə etmək üçün daxili işlər naziri Tahiri ölkənin yüksək səlahiyyətli şəxsləri ilə görüşüb. Prezident Buyar Nişani isə təcili toplantı keçirilməsini tələb edib.

Eyfel qülləsi qaranlığa büründü

Fransada baş verən silsilə terror hadisələrindən sonra paytaxt Parisdəki Eyfel qülləsi qaranlığa bürünüb.

ANS PRESS-in məlumatına görə, azı 129 insanın ölümü ilə nəticələnən hadisələrdən sonra şəhər hakimiyyəti qüllənin işıqlandırılmasını dayandırıb.

Şəhər hakimiyyəti 13 noyabr gecəsi silsilə terror aktlarında həlak olanların xatirəsini yad etmək məqsədilə belə bir addım atıb.

 

Terror aktlarından sonra Eyfel qülləsinin sosial şəbəkədə paylaşılan şəkli


Bundan başqa, internetdə və sosial şəbəkələrdə "#JeSuisParis" ("Mən Parisəm") və "#PrayForParis" ("Paris üçün dua et") həştəqləri ilə yazılar paylaşılır.

Terror hadisələrindən sarsılan insanlar "mən insanları görürəm, insanlığı deyil" ("I see humans, but no humanity") kimi yazılarla etirazlarını bildirirlər. Bəziləri isə terroru lənətləyən insanlarların küçəyə axışan şəkillərini paylaşırlar.

Sonuncu dəfə Eyfel qülləsi bu ilin yanvarında "Charlie Hebdo" hadisələrindən sonra qaranlığa qərq olmuşdu.

Noyabrın 13-ü Fransanın paytaxtı Parisdə azı 129 insanın ölümü ilə nəticələnən terror hadisələri baş verib. Hadisə metroda və stadionun yaxınlığında 2 partlayış, restorana və konsert zalına silahlı hücum şəklində baş verib.

Parisin 10-cu bölgəsindəki “Le Petit Cambodge” adlı restorana küçədən atəş açılıb. Bu hücumla eyni zamanda Parisin şərqindəki 11-ci bölgədə olan “Bataclan” adlı konsert zalına da atəş açılıb. Futbol üzrə Fransa – Almaniya dostluq qarşılaşmasının keçirildiyi “Stade de France”nin yaxınlığında isə iki ayrı partlayış baş verib.

Fransanın prezidenti Fransua Olland terrorçuların ölkədən qaçmaması və başqa terrorçuların ölkəyə daxil olmaması üçün bütün sərhədlərin bağlandığını bildirib. Fransa prezidenti həmçinin ölkədə fövqəladə vəziyyət elan olunduğunu bəyan edib. İkinci Dünya müharibəsindən sonra Fransada ilk dəfədir fövqəladə vəziyyət elan edilir.

Fransada 3 aylıq fövqəladə vəziyyət elan edilə bilər

Fransada ötən cümə günü elan olunmuş fövqəlada vəziyyəti daha 3 ay uzadıla bilər.

APA-nın xəbərinə görə, bununla bağlı Fransa prezidenti Fransua Olland bu gün ölkə parlamentinin hər iki palatasının sədrləri ilə məsləhətləşmələr aparıb.

Belə ki, Fransa qanunveciliyinə görə, ölkə başçısı öz qərarı ilə fövqəladə vəziyyəti yalnız 12 gün uzada bilər. Uzunmüddətli fövqəladə vəziyyət üçün parlamentin qanun qəbul etməsinə ehtiyac var. Bu gün Fransua Olland parlamentin müvafiq komitələrindən belə həssas vəziyyətlərdə ölkə qanunvericiliyinin fövqəlada vəziyyətlərə dair 1955-ci il qanununa yenidən baxmağa çağırıb.

Parisdə ciddi yoxlamalar aparılır, insanların kütləvi toplaşmasına icazə verilmir

Fövqəladə vəziyyət elan olunmuş Paris şəhərinə gələn elektrik qatarları, sərnişin avtobusları vağzallarda, avtomobillər isə şəhərin girişində polis və hərbçilər tərəfindən ciddi yoxlanılır.

APA-nın Parisdəki müxbirinin verdiyi məlumata görə, Parisdə terror aktından sonra bağlanmış metro stansiyaları yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə saat 15:00), terror aktları baş vermiş “Bataklan” teatrı, “Stad de France” stadionu yaxınlığındakı metro stansiyaları isə az əvvəl açılıb.

Ən çox insan tələfatının baş verdiyi “Bataklan” teatrının ətrafı polis tərəfindən əhatəyə alınıb, 150 metr radiusda əraziyə heç kim buraxılmır. Teatr Parisin ən böyük bulvarı olan Volter bulvarı yaxınlığında yerləşir və faktiki olaraq bulvarın yarısı giriş üçün bağlıdır. “Eyfel” qülləsi, Luvr muzeyi, konsert salonları və digər turizm məkanları isə ziyarətçilər üçün qapalıdır. Bu məkanların nə zaman ziyarətçilər üçün açılacağı barədə məlumat verilmir.

Polis Parisdə insanların bir yerdə kütləvi toplaşmasına icazə vermir. Bununla belə insanların 50-100 nəfər olmaqla toplaşaraq terror baş verən bir sıra məkanlarda terror qurbanlarını yad etmək üçün gül dəstələri qoymasına mane olmur. Şəhərə çıxmaq qadağan edilməsə də, insanlara daha çox evlərində qalmaq tövsiyə edilir.

Hazırda Parisdə miqrantlara münasibətdə təhlükəli tendensiya müşahidə olunmur. Şəhərdə insanlar bir-birinə təskinlik verməyə, həmrəylik nümayiş etdirməyə çalışırlar.

İnsanlar bu dəfə də “Charlie Hebdo” jurnalının redaksiyasına yanvar ayında edilən terror hücumundan sonra yığışdıqları Parisin Respublika meydanına axışırlar. Polis insanları dağılışmağa çağırsa da, axın davam edir. İnsanlar heykəlin altında şamlar yandırır, gül dəstələri qoyurlar.

Terror aktları ilə bağlı mətbuatda ciddi senzura da müşahidə edilir. KİV-lər yalnız polis orqanları tərəfindən verilən rəsmi məlumatları dərc edir, efirə verir. Məqsəd şayiələrin qarşısını almaqdır.

Tiflisdə Tolerantlıq Günü münasibətilə mükafatlandırma mərasimi keçirilib - FOTO

Gürcüstanın Xalq Müdafiəçisinin təşkilatçılığı ilə Beynəlxalq Tolerantlıq Gününə həsr olunan mükafatlandırma mərasimi keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Tolerantlıq Gününə həsr olunan mükafatlandırma mərasimi ənənəvi tədbirə çevrilib. Xalq müdafiəçisi Uça Nanuaşvili və ABŞ-ın Gürcüstandakı səfirinin müavini Nikolay Berlinski Tolerantlıq Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib və tolerantlığın Gürcüstanda həmişə təntənəli şəkildə qeyd olunduğunu bildiriblər.

Tədbirdə ümumilikdə 10 nəfər mükafatlandırılıb, onlara fəxri mükafat və sertifikatlar verilib. Mükafatlandırma mərasimində Tiflisdə fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin direktoru Leyla Əliyevaya və onun rəhbərlik etdiyi Mədəniyyət Muzeyinin kollektivinə fəxri mükafat və sertifikatlar təqdim olunub.

Tədbirdə Gürcüstan hökumətinin, diplomatik missiyanın, beynəlxalq və QHT təşkilatların, KİV-lərin və dini və etnik azlıqların nümayəndələri iştirak edib.

L. Əliyeva APA-ya açıqlamasında Tolerantlıq Günü münasibətilə hər il azərbaycanlılar da mükafatlandırıldığını bildirib: "Bundan əvvəl bu mükafata "Gürcüstan" qəzetinin redaktoru Süleyman Süleymanov layiq görülüb. Bu il isə Xalq Müdafiəçisi bu mükafatı mənə və Tiflisdəki Azərbaycan Mədəniyyət Muzeyinə tolerantlığı təbliğ etdiyimizdə göstərdiyimiz xidmətlərə görə təqdim edib".

Xatırladaq ki, 1995-ci noyabrın 16-da YUNESKO tolerantlıq prinsipləri barədə qətnamə qəbul edib. BMT Baş Assambleyasının təşəbbüsü ilə 1996-cı ildə Tolerantlıq Günü elan olunub.

Saytda Axtarış

ახალი ამბები