Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1741
DünənDünən3331
Bu həftəBu həftə11173
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8467772

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Məhbus polis idarəsindən belə qaçdı - VİDEO

İnternetdə polis idarəsindən qaçan məhbusun görüntüləri istifadəçilərin böyük marağına səbəb olub.

Rusiyanın Sankt-Peterburq şəhərində həbs olunmuş zərgərlik mağazalarını soyan 25 yaşlı şübhəli dindirilərkən polis idarəsinin kiçik pəncərəsindən çıxaraq qaçıb.

Daxili müşahisdə kameralarının görüntülədiyi qaçış kadrlarını sizə təqdim edirik.

 

Suriyalı qaçqınları Yunan adalarına aparan daha bir təknə batıb, 17 nəfər ölüb

Türkiyənin Muğla rayonunun Bodrum qəsəbəsində qaçaq yolla Yunan adalarına keçməyə çalışan suriyalı qaçqınları daşıyan təknə batıb, 17 nəfər ölüb.

"Dalğa TV" -nin Türkiyənin Anadolu Agentliyinə istinadən verdiyi məlumata görə, ölənlərin cənazələri Turgutreis limanına gətirilib.

Muğla valisi Amir Çiçek deyib ki, 8 metrlik təknəyə 37 nəfər minib. Valinin bildirdiyinə görə, 20 nəfərin həyatını qurtarmaq mümkün olsa da, 17 nəfərin cəzanəsi dənizdən çıxarılıb.

Vali hadisə ilə bağlı araşdırma başladıldığını da qeyd edib.

Məkkə faciəsinə görə 28 nəfər edam olunacaq

Məkkədə 750-dən artıq zəvvarın ölümünə, 1000-ə yaxın insanın yaralanmasına səbəb olan izdihama görə 28 nəfər edam olunacaq.

Dalga TV-nin Anspress-ə istinadən məlumatına görə, bu haqda Livanda nəşr olunan qəzetlərdən biri yazıb. Livanda nəşr olunan "əl-Diyar" qəzeti bildirir ki, Səudiyyə Ərəbistanı kralının oğlu Məhəmməd bin Salmanın kortejinin Mina dağına getməsi ilə əlaqədar digər hacıların hərəkət istiqamətinin təcili olaraq dəyişdirilməsi üzündən yüzlərlə hacı bir-birinin üzərinə yıxılıb və onların çoxu dünyasını dəyişib.

"əl-Diyar" qəzeti yazır ki, Səudiyyənin müdafiə naziri olan vəliəhdin xidməti və müdafiəçiləri ilə birgə hərəkət etdiyi silahlı kortejin Minanın mərkəzində olması üzündən Mina dağında 1000-dən çox hacı ölüb.

Rusiya İŞİD-i bombalamağa hazırdır

Moskva, prezident Bəşər Əsədin ordusuna dəstək və İslam dövlətinin, eləcə də digər qruplaşmaların hücumunun qarşısını almaq üçün istənilən an Suriyaya aviazərbələr endirməyə hazırdır.


Bu barədə Amerika kəşfiyyatına istinadən Los Angeles Times yazıb.

Aviazərbələrin endirilməsinə 28 qırıcı və hücum təyyarəsi cəlb edilə bilər, onlar Suriyanın Latakiya əyalətinə gizli olaraq ötürülüb, nəşr iddia edir.

Kəşfiyyatın məlumatına əsasən, Suriyaya 12 qırıcı-bombardmançı Su-24, eyni sayda Su-25 hücum və dörd Su-30 qırıcı təyyarə aparılıb.

Vaşinqtondakı mənbələr bildirib ki, təyyarələr Suriyaya yerləşdiyi məkanı təyinetmə cihazı - transporderləri söndürülmüş halda gətirilib.

Los Angeles Times yazır ki, təyyarələr Suriyaya Rusiyanın, İran və İraq üzərində kommersiya hava dəhlizindən istifadə edən nəqliyyat təyyarələri An-124-ün müşayiəti ilə gətirilib.

Reaktiv təyyarələr istənilən an aviazərbə endirməyə hazırdırlar, hal-hazırda bunun üçün heç bir maneə yoxdur”, - Amerika kəşfiyyatına yaxın mənbə bildirib.

Məkkədəki faciəyə Kralın oğlu səbəb olub - FOTO

Xəbər verdiyimiz kimi, Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı yaranan izdiham nəticəsində 717 nəfər ölüb, 863 zəvvar isə xəsarət alıb.

დაწვრილებით...

İlham Əliyev Məkkədəki faciə ilə bağlı başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev iki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuda başsağlığı verib.

Başsağlığında deyilir:

“Əlahəzrət, Əziz Qardaşım,

დაწვრილებით...

Həcc zamanı baş verən faciədə ölənlərin sayı artdı - 717 nəfər

Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı yaranan qarışıqlıq nəticəsində ölənlərin sayı artır.

APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı mülki müdafiə qurumu ölənlərin sayının 310-a yüksəldiyini açıqlayıb. Yaralıların sayının 450 nəfər olduğu bildirilir.

დაწვრილებით...

“Mina dağında ölənlərin arasında azərbaycanlı zəvvar yoxdur” - QMİ

“Məkkədə faciə baş verən ərazidə təxminə 3 milyon zəvvar olub”.

“APA Holding”in Məkkəyə ezam olunmuş əməkdaşı Jalə Məmmədlinin verdiyi məlumata görə, dünən axşam şeytanı daşlamaq üçün daş toplayan zəvvarlar bu gün səhər Mina dağına yola düşüblər.

დაწვრილებით...

Ərdoğan Putinlə Avropanın ən böyük məscidinin açlışında - FOTOLAR

Rusiyanın paytaxtı Moskva şəhərində bu saatlarda Avropanın ən böyük məscidinin açlış mərasimi gerçəkləşir.

 "Dağa TV" Rusiya KİV-nə istinadla xəbər verir ki, 10 illik təmirdən sonra Moskva baş məscidi ziyarətçilərin üzünə açılır.

Təntənəli mərasimdə Rusiya prezidenti Vladimir Putin, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan, Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Fələstin administrasiyasının rəhbəri Mamhud Abbas görüntülənib.

დაწვრილებით...

İham Əliyev də Moskvadakı məscidin açılışına qatıla bilər

Azərbaycan prezidenti İlham Əliyev Moskvada Cümə məscidinin açılış mərasimində iştirak edə bilər.

"Dalğa TV" report-a istinadən xəbər verir ki, mərasim sentyabrın 23-də müsəlmanların müqəddəs Qurban bayramı ərəfəsində keçiriləcək.

დაწვრილებით...

​Tbilisidə mədəniyyət sahəsində Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri üçün proqramlarının təqdimatı keçirilib

Tbilisidə keçirilən konfransda, mədəniyyət sahəsində əməkdaşlıq və inkişafa dəstəyi nəzərdə tutan "Şərq tərəfdaşlığı" təşəbbüsü çərçivəsində Aİ-nin ilk proqramına start verilib.

"Dalğa TV" Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, beynəlxalq konfrans Gürcüstanın Mədəniyyət və abidələrin mühafizəsi nazirliyində keçirilib. Burada "Şərq Tərəfdaşlığı" ölkələri üçün üç əsas proqramın təqdimatı baş tutub.

დაწვრილებით...

Paraqvay parlementi Azərbaycanla bağlı bəyanat verdi

Paraqvay Respublikasının Milli Konqresinin Deputatlar Palatası Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmətlə bağlı bəyanat qəbul edib.


Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Deputatlar Palatasının plenar iclasında qəbul edilmiş bəyanatda Dağlıq Qarabağın Azərbaycan Respublikasının bir hissəsi olduğu bir daha təsdiq edilir, Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğal edildiyi, Ermənistan silahlı qüvvələri tərəfindən həyata keçirilmiş hərbi əməliyyatların minlərlə insanın qətli, əsir və itkin düşməsi, məcburi köçkünə çevrilməsi ilə nəticələndiyi bildirilir.

დაწვრილებით...

Saytda Axtarış

ახალი ამბები