Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2781
DünənDünən3331
Bu həftəBu həftə12213
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8468812

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


NATO-nun baş katibi: “Terrorla mübarizədə Türkiyə ilə həmrəyik”

“Terrorun haqlı səbəbi ola bilməz"

Dalga TV-nin  “cihan.com.tr”-yə istinadən verdiyi xəbər görə, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Türkiyədəki son terror hücumlarına münasibət bildirərkən deyib.

Türkiyə hökumətinə, ölənlərin ailələrinə və yaxınlarına başsağlığı verən Y. Stoltenberq Türkiyə hökuməti və xalqı ilə həmrəy olduqlarını da diqqətə çatdırıb.

Yeddi yaşlı qızla evlənən İŞİD üzvü belə cəzalandırıldı - VİDEO

Ötən ilin avqustunda Suriyada 7 yaşlı qızla evlənən İŞİD üzvü layiqli cəzasına çatıb.

"Dalğa TV" xarici mediaya istinadən xəbər verir ki, İŞİD üzvü adı açıqlanmayan şəxslər tərəfindən əvvəl zorlanıb, daha sonra isə öldürülüb.

Çılpaq vəziyyətində olan İŞİD üzvünün cəsədi bir avtomobilə qoyulub. Tanınmaz vəziyyətə düşən terrorçunun fotoşəkli sosial şəbəkələrdə paylaşılıb.

Qeyd edək ki, İŞİD üzvü Suriyada 7 yaşlı qızı qul bazarından alaraq özünə arvad edib. O, balaca qızla evləndiyi mərasimdən çəkildiyi görüntüləri sosial şəbəkələrdə paylaşmışdı.

 

Türkiyədə 2-ci dəhşətli terror: 10 polis şəhid oldu

"Dalğa TV" xəbər verir ki, Iğdırdan Naxçıvana uzanan yolda PKK terror təşkilatı, polislərin olduğu avtomobilə hücum edib. Bombalı hücum nəticəsində 10 polis şəhid olub, 3 nəfərin yaralandığı bildirilir. Polislərin Naxçıvanla sərhəddə yerləşən Dilucu sərhəd keçid məntəqəsində xidmət edən polislər olduğu bildirilir. Qeyd edək ki, 2 gün öncə PKK-nın xain hücumu zamanı 16 türk əsgəri şəhid olmuşdu.

İŞİD II Yelizavetanı öldürməyi planlaşdırıb

Suriyada məhv edilən İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının yaraqlıları Britaniya kraliçası II Yelizavetaya sui-qəsd planlaşdırıblar. 

"Dalğa TV"-nin xarici KİV-ə istinadən verdiyi xəbərə görə, terrorçular bu il Böyük Britaniyada 6 terror cihadı həyata keçirməyi planlaşdırıblar.

Məlumatda qeyd edilir ki, İŞİD tərəfində vuruşan Britaniyadan olan Cunayd Hüseyn və Reyyad Xan Britaniyanın pilotsuz təyyarəsi tərəfindən avqustun 21-də Suriyanın Rakka şəhərində məhv ediliblər. İddia edilir ki, məhz onlar kraliça  II Yelizavetanı öldürməyi planlaşdırıblar.

Niyyətlərini həyata keçirmək üçün yaraqlılar İkinci Dünya Müharibəsinin başa çatmasının 70 illiyi ilə bağlı Londonda keçirilən tədbir zamanı güclü təsir imkanına malik bomba partlatmağa hazırlaşıblarmış. Həmin tədbirdə kraliça ilə yanaşı, kral ailəsinin digər yüksək vəzifəliləri də iştirak ediblər.

​Rusiyalı qubernator Dövlət Duması komitəsinin iclasında yuxuya gedib - VİDEO

Rusiyanın Nijeqorod vilayətinin qubernatoru Valeri Şantsev Dövlət Dumasının Müdafiə komitəsinin səyyar iclası zamanı yuxuya gedib.

"Dalğa TV" xəbər verir ki, özü də bu zaman o, rəyasət heyətində əyləşənlər sırasında olub.

Müvafiq video internetə yerləşdirilib.

 

Ermənistanda növbəti etiraz aksiyası

"Vanadzor Kimya sənaye" zavodunun işçiləri Ermənistanın Lori vilayətinin administrasiyası qarşısında etiraz aksiyası keçirib.


Bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Aksiya bu gün keçirilib. İşçilər 9-10 aydır ödənilməyən əmək haqlarının verilməsini tələb ediblər. Lori vilayətinin qubernatoru Artur Nalbandyan etirazçılarla görüşərək onlara yardım edə bilməyəcəyini söyləyib. Qubernatorun cavabından sonra aksiya iştirakçıları beynəlxalq əhəmiyyətli Vanadzor-Alaverdi avtomobil yolunu kəsiblər. Polis onlara mane olmağa çalışıb. 

Qeyd edək ki, zavod işçiləri bir ay öncə eyni tələblərlə etiraz aksiyası keçirmişdi.

Türkiyədə terror hadisəsi baş verib, 15 əsgər şəhid olub

Yola basdırılmış minanın partlaması nəticəsində Türkiyə Ordusunun iki maşını tamamilə parçalanıb

 Ötən gecə Türkiyədə baş vermiş terror hadisəsi nəticəsində çoxlu sayda şəhid və yaralının olduğu bildirilir.

"DalğaTV"-nin Türkiyənin Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə,  Hakkarinin Dağlıca bölgəsində PKK terror təşkilatının üzvlərinin yola basdırdıqları mina əsgərləri daşıyan iki zirehli maşın keçərkən partlayıb.

Nəticədə şəhid və yaralıların olduğu bildirilir.

Hadisə ilə bağlı Türkiyə Baş Qərargahının yaydığı açıqlamada şəhid və yaralı sayı göstərilməyib.

Açıqlamada qeyd olunub ki, hadisədən dərhal sonra bölgədə həyata keçirilən hava əməliyyatında terror təşkilatına məxsus 13 hədəf vurulub.

“Reuters” xəbər agentliyi isə terror nəticəsində  15 əsgərin şəhid olduğunu yazıb.

Məlumata görə, yola basdırılmış minanın partlaması nəticəsində Türkiyə Ordusunun iki maşını tamamilə parçalanıb.

Agentlik hadisədə yaralanan əsgərlərdən 6-nın Yüksəkova Dövlət Xəstəxanasına yerləşdirildiyini də qeyd edib. 

Daha bir mühacir gəmisi batdı: 50 ölü

Liviya sahillərində göyərtəsində Avropaya getmək istəyən mühacirlərin olduğu gəmi batıb.

"DalğaTV" xarici KİV-ə istinadla xəbər verir ki, gəmi qəzasında azı 50 nəfər həlak olub.

Beynəlxalq Miqrasiya Təşkilatı isə ilin əvvələrindən dəniz yolu ilə Avropa Birliyi ərazisinə çatmaq istəyən 2701 nəfərin həlak olduğunu bildirib.

364 mindən artıq insan isə bu müddətə İtaliya, İspaniya və Yunanıstan sahillərinə çata bilib.

Türkiyədə 20:00-dan sonra küçəyə çıxmaq qadağan olundu

"DalğaTV" xəbər verir ki, Türkiyənin Şırnak valiliyinin Cizre mahalında küçəyə çıxmaq qadağan olunub. 

Türkiyə KİV-inin məlumatına görə, separatçı terror təşkilatı mənsublarının tutulması, xalqın can və mal təhlükəsizliyinin təmin edilməsi üçün 5442 saylı İl İdarə Qanununun 11 / C maddəsinə uyğun olaraq mahalda küçəyə çıxmaq qadağan edilib. 

Qadağa gecə 20:00-dan sonrakı müddətə şamil edilib. 

Dünyanın ən balaca adamı ölüb - FOTO

Ötən gün Amerika Samoasında yaşayan dünyanın ən kiçik boylu insanı Çandra Bahadur Danqi dünyasını dəyişib.

APA-nın məlumatına görə, Nepal əsilli Çandra Bahadur Danqinin adı dünyanın ən balaca boylu adamı kimi Ginnesin Rekordlar Kitabına düşüb. Onun boyu 54,6 sm olub.

Ç.B.Danqi 76 yaşında ölüb. Bir həftə öncə o, pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Ç.B.Danqi həmçinin indiyə kimi qeydə alınmış ən balacaboy insan kimi də Ginnes Rekordları tituluna sahibdir. O, bu titulları 2012-ci il 26 fevral tarixindəki yoxlamalardan sonra əldə edib.

ABŞ vətəndaşlarına çağırış etdi: “Türkiyəni tərk edin”

ABŞ hökuməti Türkiyədə yaşayan amerikalı hərbçilərin və diplomatların ailələrini ölkə ərazisini tərk etməyə çağırıb.

Dalga TV-nin apa-ya istinadən xəbərinə görə, bu barədə “France Presse” ABŞ Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Piter Kuka istinadən məlumat yayıb. ABŞ onlara xərcləri ilə bağlı kompensasiya ödəyəcəyini də bildirib.

Pentaqon Adana şəhəri yaxınlığındakı “İncirlik” hərbi bazasında və ABŞ-ın Adanadakı Baş Konsulluğunda 900 nəfər Amerika vətəndaşının yaşadığını bildirib. Onlara İŞİD-lə mübarizənin güclənməsi fonunda könüllü şəkildə Türkiyəni tərk etmələri təklif olunur. Piter Kuk təklifin hər hansı yeni insidentlə bağlı olmadığını söyləyib: “Adanadakı konsulluq adi rejimdə fəaliyyət göstərməkdə davam edəcək. Bu addım əlavə təhlükəsizlik tədbirləri üçün təklif edilir. Aydındır ki, bizim əməliyyatlardan sonra “İncirlik” bazasında çox şey dəyişib”.

Bakıda təhsil alan prezident öz ölkəsində islam dinini qadağan etdi

Bütün məscidlər bağlanacaq.


"DalğaTV" xəbər verir ki, Anqola höküməti ölkədə rəsmi olaraq islam dinini qadağan edib. Bununla da Anqola Respublikası dünyada məscidlərin olmayacağı yeganə dövlət olacaq.
Ölkə prezidenti Joze Eduardu duş Santuş vəziyyəti belə şərh edib:
“Bu islamın ölkəmizə göstərdiyi təsirinə son qoyacaq”.
Mədəniyyət naziri Roza Kruz e Silva isə bildirib ki, respublikada islamın rəsmiləşdirilməsi prosesi Ədalət və İnsan Haqları nazirliyi tərəfindən təsdiq edilməyib, və ölkədəki bütün məscidlər növbəti sərəncama qədər bağlanacaq.
Nazir qeyd edib ki, islam dininin qadağan edilməsi, onun Anqola xalqının mədəniyyətinə və dəyərlərinə zidd olmasıdır.
Anqolanın 16 milyonluq əhalisinin əksəriyyəti xristian dininə ibadət edir.
ABŞ Dövlət Departamentinin məlumatlarına əsasən bu ölkədə təxminən 90.000 müsəlman yaşayır və onların əksəriyyəti Qərbi Afrika və Livandan gələn miqrantlardır.
Qeyd edək ki, Anqola prezidenti Joze Eduardu duş Santuş 1963-1969-cu illərdə Bakıda Azərbaycan Neft və Kimya institutunda təhsil alıb.

Saytda Axtarış

ახალი ამბები