Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2771
DünənDünən3331
Bu həftəBu həftə12203
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8468802

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Ərdoğan “like”a görə tutdurdu (FOTO)

altTürkiyənin Qaziantep şəhərində yerli jurnalist Yaşar Elma sosial media hesabından bir başqasının yaydığı materialı “like” elədiyinə görə 1 il 11 ay 10 gün həbs cəzası alıb.

ANS PRESS-in məlumatına görə, materialda həmin dövrdə baş nazir olmuş prezident Rəcəb Tayyib Ərdoğan təhqir edilib.

Material 2014-cü il il 16 iyulda “Facebook”da paylaşılıb. Yaşar Elma mətni bəyənərək paylaşdı. Bunun ardından Yaşar Elma haqqında “Dövlət məmuruna vəzifəsinə görə təhqir məhkəmə iddiası qaldırılıb.

Ərdoğana görə İran Türkiyəyə nota verdi

alt

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İranın regiondakı siyasətini tənqid edən ifadələrinə görə Türkiyənin Tehrandakı nümayəndəsi İran Xarici İşlər Nazirliyinə çağırılıb.

AZNEWS.AZ xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyyə Afham Türkiyənin Tehrandakı Müvəqqəti İşlər Vəkili Barış Sayğını Xarici İşlər Nazirliyinə çağıraraq prezident Ərdoğanın İran məsələsində işlətdiyi ifadələrə aydınlıq gətirilməsini tələb edib.

Afham deyib ki, Ərdoğanın İran məsələsində işlətdiyi sözlər adət-ənənələrə zidddir. O, rəsmi Ankaradan bu barədə inandırıcı və aydın cavab istədiyini vurğulayıb.

Qeyd edək ki, Türkiyənin Tehrandakı səfiri Rıza Hakan Tekinin İranda olmadığına görə onun yerinə Müvəqqəti İşlər Vəkili Barış Sayğın çağırılıb.

İranın bəzi siyasətçiləri və millət vəkilləri bəyanatlar verərək Ərdoğanın gələn ay İrana planlaşdırılan səfərinin ləğv edilməsini tələb ediblər.

Millət vəkilləri məsələni parlamentdə müzakirə edəcəklərini də bildiriblər.

Qəsdən təyyarə qəzası törətdiyi ehtimal olunan pilotun evindən vacib material tapılıb

alt

Almaniya hüquq-mühafizə orqanları qəsdən təyyarə qəzası törətdiyi ehtimal olunan Aaman pilot Montabaur Andreas Lyubitsin evində əməliyyat-axtarış tədbirləri həyata keçirib. Polislər araşdırmalar zamanı vacib bir material əldə etdiklərini, lakin onun nədən ibarət olduğunu açıqlamayıblar.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, pilotun kompüteri də araşdırılmaq üçün nəzarətə götürülüb.
Ətraflı məlumat verməkdən imtina edən polislər yalnız onu bildiriblər ki, pilotun hər hansı intihar məktubu tapılmayıb. Pilotun Düsseldorf şəhərindəki evindəki axtarışlar fransız polisi tərəfindənbir neçə saat müddətinə davam edib. Bundan əvvəl prokuror Marcel Brice Robin açıqlama verərək bildirib ki, ikinci pilot hadisəni qəsdən törədib.

Onun sözlərinə görə, pilot kabinəsini içəridən bağalayan 2-ci pilot Andreas Lubits digər uçuş heyətini içəri buraxmayıb.

Təyyarəni təkbaşına idarəedən pilotun "Airbus 320"ni qəsdən Alp dağlarının cənub yamacına çırpdığı ehtimal olunur. Qəza nəticəsində əsasən Almaniya və İspaniya vətəndaşları olmaqla 150 nəfər həlak olub. Qeyd olunur ki, Andreas Lyubits 28 yaşında olub. 2008-ci ildə uçuş təhsili təlimlərinə başlayıb. Bremen və Arizonada təhsil alıb. 2013-cü ildən o, ikinci pilot kimi çalışıb. Həmkarlarının sözlərinə görə, işindən məmnun olub.

Valideynlərilə birlikdə Frankfurt yaxınlığında Montabaurda yaşayıb. Bir çox dostları olub və aktiv həyat tərzi keçirib. “Facebook” sosial şəbəkəsindəki profilinə əsasən demək olar ki, o, musiqini çox sevib.

Ərdoğanın Obama ilə telefon danışığının TƏFƏRRÜATI

alt

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidenti Braka Obama ilə telefon danışığı baş tutub.
Modern.az xarici KİV-ə istinadən bildirir ki, prezident Rəcəb Tayyib Ərdoğan ilə Ağ Ev rəhbəri Barak Obama arasında 60 dəqiqəlik bir telefon görüşməsi reallaşıb. Görüş Beştəpədə Fil Dişi Sahili prezidentinin rəsmi səfəri vəsiləsiylə təşkil edilən qarşılama mərasimi öncəsi həyata keçirilib. İki lider son olaraq 19 oktyabrda görüşmüşdü.
Prezident qaynaqları, telefon görüşməsinin Ankaranın tələbiylə edildiyini ifadə edib.

Ərdoğan-Obama görüşməsi haqqında bu açıqlama verilib:

“Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan, ABŞ prezidenti cənab Barak Obama ilə bu gün bir telefon görüşməsi reallaşdırıb. Görüşdə, İŞİD ilə mübarizə mövzusunda davam edən əməkdaşlıq, İraq və Suriyada sülh və sabitliyin təmini məqsədilə həyata keçirilən ortaq səylərdən söhbət açılıb. İki lider, Suriyayla əlaqədar olaraq, “Eğit-Donat” proqramı çərçivəsində konstruktiv Suriya müxalifətini dəstəkləmə və s. məsələlər ətrafında fikir mübadiləsi ediblər.

Prezident Obama, görüş zamanı, Türkiyənin Suriya və İraqdan ölkəmizə sığınan təxminən 2 milyon insana ev sahibliyi etməsindən və xarici savaşçılarla mübarizə mövzusundakı verdikləri töhfələrinə görə cənab prezidentimizə təşəkkürlərini çatdırıb.

Yəmən və Ukraynadakı son inkişafların, həmçinin İranın nüvə proqramıyla əlaqədar müzakirələrin ələ alındığı görüşdə iki lider, xatırlanan məsələlər və digər regional mövzularda önümüzdəki müddətdə də yaxın əməkdaşlıq içərisində birlikdə iş barəsində razı olduqlarını təsdiq ediblər”.

ABŞ tankları Gürcüstanda

alt

ABŞ desantları və ağır hərbi texnikası Gürcüstana gətirilib. Bu barədə Gürcüstan mətbuatı yazır.

Xəbərə görə, ABŞ hərbçiləri, "Bredli" BMP-lərinin və tanklarının Gürcüstana gətirilməsinin səbəbi hərbi təlimlərdə iştirak etməkdir.

Təlimlərin keçirilməsi hələ ötən ilin oktyabr ayında planlaşdırılmışdı. Təlimlərdə Gürcüstan hərbi polisi də iştirak edəcək.

2015-ci ilin payızında isə Gürcüstanda NATO təlim mərkəzinin açılması planlaşdırılır. Hazırda NATO ekspertləri ölkədə aerodrom və poliqonların mövcud olduğu potensial bazalara baxış keçirirlər.

150 sərnişinin öldüyü təyyarə ilə bağlı daha bir şok: Pilot İŞİD-çi olub?

Fransada qəzaya düşən "Germanwings" şirkətinə məxsus təyyarənin pilotu ilə bağlı şok məlumat yayılıb. ANS xəbər verir ki, 150 nəfəri qəsdən öldürməkdə günahlandırılan köməkçi pilotun şəxsiyyətinin açıqlanmasının ardından "Facebook"da hamını şoka salan bir paylaşma edilib.

Əsas pilotun kobinədən çıxmasından istifadə edərək qapını bağlayıb təyyarəni başı aşağı yerə salan Andreas Lubitzin kimliyi açıqlanandan sonra "Facebook"da "İŞİD qəhrəmanı Anders Lubitzə dəstək" adlı səhifə yaradılıb.

Özüylə birlikdə 150 ​​adamın ölümünə səbəb olan köməkçi pilotun fotoşəkilinin paylaşıldığı səhifədə "Allah sizi sevir" yazısı diqqət çəkib.

Görənləri şoka salan səhifə qısa bir müddət sonra "Facebook" tərəfindən bağlanılıb.

alt

Qəzaya uğrayan təyyarənin ən kiçik sərnişini (FOTO)

alt

“Daily Mail” nəşri Fransanın cənubunda qəzaya uğrayan A320 aerobusun göyərtəsindəki ən kiçik sərnişinin fotosunu yayıb. Musavat.com-un məlumatına görə, bu, İspaniya vətəndaşı olan bir ananın 7 aylıq oğludur.

Belə ki, həlak olanlar arasında 37 yaşlı Marina Bandres və onun körpəsi Culian da var. Məlumata görə, qadın südəmər övladı ilə ailə üzvlərindən kiminsə dəfnindən sonra Barselonadan öz evinə qayıdırmış.

Xatırladaq ki, martın 24-də baş vermiş aviaqəza nəticəsində 15 ölkədən ümumilikdə 150 nəfər həlak olub.

Qəzaya düşən təyyarə ilə bağlı şok iddia təsdiqləndi

altFransada qəzaya düşən Almaniyanın "Germanwings" aviaşirkətinə məxsus “Airbus A320” təyyarəsi haqqında şok iddia ortaya atılıb.

Sərnişin təyyarəsini bilərəkdən qəzaya salıblar. Bu iddialardan sonra araşdırma aparan Marsel prokurorluğu şayiələrin doğru olduğunu təsdiq edib.

Prokurorluğun yaydığı məlumata görə, qəzaya köməkçi pilot səbəb olub. Ancaq pilotun bu addımı hansı səbəblə etdiyi hələlik bilinmir.

Xatırladaq ki, "Germanwings" aviaşirkətinin 4U-9525-i təyyarəsi Fransanın cənubunda qəzaya düşüb. Qəzaya düşmüş təyyarənin sərnişinlərinin əksəriyyəti Almaniya vətəndaşlarıdır - 67 nəfər, başqa məlumatlara görə 72 nəfər. Siyahıda həmçinin Britaniyadan 3 sərnişin, Qazaxıstanın 3 vətəndaşı, 2 yapon, 2 kolumbiyalı, 2 avstraliyalı göstərilib.

Siyahıda həmçinin Hollandiya, Danimarka, Türkiyə və İsrailn bir vətəndaşı var. Dəqiqləşdirilmiş məlumatlara görə, bortda İspaniyanın 35 vətəndaşı olub.

Türklərdən dünyaya mesaj (FOTO)

altTürk Amerikan Assosiasiyalarının Assambleyası martın 13-14-də Vaşinqtonda 35-ci illik Türk-Amerikan Konfransı təşkil edib. Türkiyə Nazirlər Kabineti yanında xaricdəki türklər üzrə komitənin də dəstək verdiyi iki günlük konfransda Türkiyə və ABŞ rəsmiləri, Birləşmiş Ştatlardakı bir sıra türk təşkilatlarının təmsilçiləri, yerli elm xadimləri və tədqiqatçılar məruzələrlə çıxış ediblər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Baş nazir Əhməd Davudoğlu və xarici işlər naziri Mövlüd Çavuşoğlu tərəfindən konfrans iştirakçılarına yazılı müraciətlər ünvanlanıb.

Konfransın martın 14-də keçirilmiş sessiyalarının əsas qonaqları arasında Türkiyənin ABŞ-dakı səfiri Sərdar Kılıc ilə yanaşı, Azərbaycan səfiri Elin Süleymanov da olub.

Elin Süleymanov məruzə ilə çıxış edərək müasir Türkiyənin beynəlxalq aləmdəki mövqeləri barədə danışıb və bu ölkəni regionda əvəzolunmaz tərəfdaş kimi xarakterizə edib. E.Süleymanov Türkiyə və Azərbaycanın iştirakı olmadan regionda hər hansı strateji layihənin uğur qazanmasının qeyri-mümkün olduğunu söyləyib. Səfir, eyni zamanda, Azərbaycanın regionda oynadığı strateji rol barədə söhbət açıb və ölkələrimiz arasında sarsılmaz bağların olduğunu vurğulayıb. O, Azərbaycan dövləti və xalqının ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamına sadiq şəkildə ölkələrimiz arasında münasibətlərin dərinləşməsinə önəm verdiyini söyləyib.

Keçmiş SSRİ respublikalarından hazırda Azərbaycanın ən müstəqil ölkə olduğunu vurğulayan səfir bu tarixi nailiyyətin ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin rəhbərliyi və strateji seçimləri sayəsində mümkün olduğunu deyib.

Diplomat Türkiyənin ölkəmizə verdiyi dəstəyin, xüsusilə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə cavab olaraq rəsmi Ankaranın tutduğu ədalətli və qəti mövqenin yüksək qiymətləndirildiyini vurğulayıb. O, Dağlıq Qarabağda müharibə cinayətləri, xüsusilə Azərbaycan xalqına qarşı Xocalı soyqırımının törədilməsində əli olan Ermənistanın keçmiş və hazırkı rəhbərliyinin 1915-ci il hadisələri ilə əlaqədar Türkiyəyə qarşı irəli sürdüyü iddiaların tamamilə uydurma olduğunu vurğulayıb. Bildirib ki, erməni lobbisinin dəstəyi ilə Türkiyəyə münasibətdə irəli sürülən bu böhtanlar türk kimliyini alçaltmağa yönəlmiş rəzillikdən başqa bir şey deyil. Səfir Ermənistanın Türkiyəyə münasibətdə bu əsassız iddialarının Azərbaycana qarşı apardığı işğalçı siyasəti ört-basdır etmək üçün istifadə etdiyini söyləyib. E.Süleymanov əlavə edib ki, Ermənistan rəhbərliyinin yürütdüyü düşmənçilik siyasəti bu ölkənin real müstəqillik və suverenlikdən məhrum olması ilə nəticələnib.

Səfir Azərbaycandan başlanan mühüm regional layihələrdə Türkiyənin iştirakını və qardaş ölkənin iqtisadiyyatına sərmayə qoyuluşunu xalqlarımız arasındakı qarşılıqlı etimadın əməli göstəricisi kimi qiymətləndirib və bu mənada Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və “Cənub” qaz dəhlizini misal göstərib.

E.Süleymanov ABŞ-dakı türk və Azərbaycan icmalarının aktiv fəaliyyətlərinin və onların sıx əməkdaşlığının önəmini vurğulayıb.

Tatlısəs altı gündür oyanmır

alt

Başından silahla vurulan, uzun müddət ölüm-dirim mübarizəsi aparan İbrahim Tatlısəs yenidən əməliyyat olunmasından sonra reanimasiyada yatırılır. ANS PRESS-in məlumatına görə, martın 9-da ABŞ-ın Florida ştatının Mayami şəhərində beyin əməliyyatı keçirən məşhur türk müğənnisi İbrahim Tatlısəs 5 saatlıq əməliyyatdan sonra reanimasyaya köçürülmüşdü.

Artıq bu gün də daxil olmaqla, 6 gündür ki, yuxudan oyanmayan müğənninin vəziyyəti yaxınlarını dərin hüznə qərq edib. Həkimlər sənətçinin həyati təhlükə ilə üz-üzə olduğunu bildirirlər.

Onu da bildirək ki, İ.Tatlısəs 2011-ci ildə silahlı hücuma məruz qalıb. Başından silahla yaralanan müğənni illərdir ki, müalicə alsa da hələ tam sağalmayıb. O, uzun müddət davam edən müalicədən sonra qismən səhhəti yaxşılaşmışdı, lakin qırılan beyin sümüyü riskli olduğu üçün çıxarılmayıb və sol tərəfi iflic qalıb. Məşhur türküçü həmin sümüyün çıxarılması üçün Mayamidə yenidən əməliyyat olundu. O, əməliyyatın riskli olduğunu nəzərə alaraq əvvəlcədən yaxınları və dostları ilə halallaşıb.

Dünya liderlərinin maaşları – 400 min dollar

 

alt

Rusiya prezidenti Vladimir Putinin ötən həftə özünün və məmurların maaşını azaltması digər dünya liderlərinin də maaşlarını diqqət mərkəzinə gətirib.
AzNews.az “CNNMoney”-ə istinadən aparıcı ölkələrin liderlərinin maaşlarının illik miqdarını təqdim edir. ABŞ prezidenti Barak Obama illik 400 min dollar maaşla siyahıya başçılıq edir.

1. ABŞ prezidenti Barak Obama – 400 000 dollar

 

2. Kanada prezidenti Stefan Harper – 260 000 dollar

 

3. Almaniya baş naziri Angela Merkel – 234 400 dollar

 

4. CAR prezidenti Yakob Zuma – 223 500 dollar

 

5. İngiltərənin baş naziri Devid Kameron– 214 800 dollar


6. Yaponiyanın baş naziri Şinzo Abe – 202 700 dollar


7. Fransa prezidenti Fransua Olland – 194 300 dollar


8. Rusiya prezidenti Vladimir Putin – 136 000 dollar


9. İtaliyanın baş naziri Matteo Renzi – 124 600 dollar


10. Braziliya prezidenti Dilma Russef – 120 000 dollar


11. Hindistanın baş naziri Narendra Modi – 30 300 dollar


12. Çin Xalq Respublikasının prezidenti – 22 000 dollar

 

Putindən şok qərar - İslam dinini qəbul etdi

alt

Rusiya prezidenti Vladimir Putin islamı qəbul edib.

AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı “gezitter.org” saytı yayıb.

Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bu faktı “lifenews” saytına müsahibəsi zamanı təsdiq edib.

Peskovun sözlərinə görə, Putin islamı qəbul etmək haqda qərar verib: “Vladimir Vladimiroviç bunun detalları haqda mənə heç nə açıqlamayıb. Mən onu çoxdan tanıdığıma görə deyə bilərəm ki, o, islama doğru çox meylli olub. Putinin bu addımı məni də çox maraqlandırdı, indi “Quran” kitabını oxuyuram”.

Rusiya Pravoslav kilsəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vselovod Çaplin “Rossiya” telekanalının efirində deyib ki, xəstədir və bu xəbərə münasibət bildirmir.

Ancaq o, əlavə edib ki, Putin bu addımı atıbsa, onun dini baxışlarına hörmət edir.

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov da özünün Tvitter səhifəsində yazıb ki, bu xəbəri eşitdikdən sonra indiki kimi heç vaxt xoşbəxt olmayıb: “Vladimir Vladimiroviç nəhayət, bütün kafirlərə qarşı cihad elan etdi”.

Politoloq Sergey Markov isə bu xəbərə münasibətini “Dojd” telekanalında açıqlayıb: “Bizim prezident öncə Rusiya haqda düşünür. Qərbin əxlaqsız liberal düşüncələrinin əhatəsinə düşməmək üçün bizə güclü tərəfdaşlar lazımdır. İslam dünyasının ölkələri etibarlı tərəfdaşlardır. Onsuz da Allah birdir”.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bu xəbəri təsdiq edib: “Bununla bağlı bu yaxınlarda İslam dövlətlərinin nümayəndələri Moskvaya gələcək”.

 

Saytda Axtarış

ახალი ამბები