Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3722
DünənDünən3331
Bu həftəBu həftə13154
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8469753

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


ABŞ prezidentiliyinə namizəd Türkiyəni parçalamaq istəyir

daltABŞ-da prezidentliyə namizəd olacaq senator Rand Paul Kürdüstan dövlətinin yaradılması üçün Türkiyədən torpaq alınacağını deyib.

Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, R.Paul kürd dövlətinin qurulmasının vacibliyini vurğulayıb: “Mən Kürdüstan üçün yeni sərhədlər çəkəcəyəm və kürdlərə yeni bir ölkə barədə söz verirəm. Amerikanın bu günə qədər onlara verdiyi dəstək azdır, İŞİD-ə qarşı kürdlər daha çox silahlandırılmalıdır. Onlar yaxşı döyüşçüdürlər”.

Kürdlər üçün göndərilən silahların əvvəlcə Bağdada getdiyini, burada onların bir qisminin oğurlandığını deyən senat silahların yalnız bir qisminin kürdlərə çatdığını deyib. O təklif edib ki, silahlar birbaşa kürdlərin özünə verilsin: “Radikal qruplaşmalarla mübarizə aparmaq üçün kürdlərə öz dövlətlərini qurmağa şərait yaratmaq lazımdır. İnanıram ki, onlara öz ölkələrinin olacağını vəd etsək, ölümü gözə alıb mübarizə apararlar. Amma bunu demək, etməkdən daha asandır. Çünki Kürdüstanı reallaşdırmaq üçün Türkiyə, İraq və Suriyadan torpaq almaq lazım gələcək”.

Gürcüstanın cəzaçəkmə müəssisələrində cəza çəkən azərbaycanlılara ana dilində mətbuat veriləcək

altGürcüstanın cəzaçəkmə müəssisələrində cəza çəkən etnik məhbuslara Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Nazirliyinin təşkilatçılığı ilə bu gündən ana dillərində nəşr olunan qəzetlər veriləcək.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu təşəbbüs Gürcüstan Cəzaçəkmə və Probasiya Məsələləri üzrə Nazirliyi ilə razılaşdırılıb. Məlumata görə, Marneulidəki Azərbaycanlıların Mədəniyyət Mərkəzinin nəşri olan "Region Press", həmçinin Azərbaycan dilli “Gürcüstan” və erməni dilli “Vrastan” (“Gürcüstan”) qəzetləri həftədə bir dəfə etnik məhbuslara çatdırılacaq.

Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Nazirliyinin etnik azlıq məsələləri üzrə müşaviri Zaur Darğallı APA-ya açıqlamasında məhbuslara ana dilində mətbuat nümunələrinin çatdırılmasının həbsxanalarda etnik məhbusların ölkədə baş verən hadisələr haqqında məlumatlandırılması məqsədi daşıdığını bildirib: “Məhbuslarla bağlı bir çox planımız var. Onların həbsxanalarda məşğulluğunu artırmaq və cəmiyyətə inteqrasiyası üçün müxtəlif proqramlar da düşünmüşük. Biz məhbuslar üçün Novruz bayramı proqramı və menyu da hazırlamışıq”.

Ermənistanda atışma olub, 6 nəfər yaralanıb

altErmənistanın Gümrü rayonunda kütləvi dava və silahlı insident baş verib, 6 nəfər yaralanıb.

APA-nın “Novosti Armeniya”ya istinadən verdiyi xəbərə görə, insident nəticəsində güllələnənlərlə yanaşı bıçaqlananlar və döyülənlər də olub.

Ermənistan Baş Prokurorluğu hadisə ilə bağlı hələ ki saxlanılan olmadığını bildirib.

Hadisə yerindən isə gilizlər, taxta parçaları götürülüb. Hadisə nəticəsində ətrafdakı avtomobillər yararsız hala düşüb.

"Nemtsovu mən öldürmüşəm"

altRusiya müxalifət lideri Boris Nemtsovun qətlində ittiham edilən Zaur Dadayev məhkəmə cinayətini etiraf edib

ANS PRESS-in məlumatına görə, hakim bildirib ki, Dadayev Nemtsovu öldürdüyünü böynuna alıb: "Dadayevin təqsirliyi onun etiraf ifadələri ilə təsdiq edilir".

Həbsin müddəti aprelin 28-nə qədər təyin edilib.

Qeyd edək ki, Boris Nemtsovun qətlinə görə daha iki nəfər Boris Nemtsovun qətlinə görə daha iki nəfər - Baxayev və Əsgərxanov şübhəli bilinirlər

Xatırladaq ki, Nemtsov fevralın 28-də gecə saatlarında Moskvanın mərkəzində qətlə yetirilib. Ona dörd güllə dəyib.

İran və ABŞ-dan tarixi razılıq

altUzun müddətdir ki, İranın nüvə proqramı ilə bağlı aparılan danışıqlar dünya mediasının gündəmindən düşmək bilmirdi. Hətta danışıqların müsbət nəticələnəcəyi təqdirdə Amerika Birləşmiş Ştatları ilə İran arasında buzların əriyəcəyindən ehtiyyatlanan İsrailin baş naziri Netanyahu Konqresdə çıxış da etdi. Amma bütün baş verənlərə baxmayaraq, deyəsən danışıqlar nəticə verir. Artıq ilkin razılaşma da əldə olunub.

ANS TV-nin məlumatına görə, Tehranın nüvə proqramı ilə bağlı aparılan müzakirələrdə Amerikalı nümayəndələrlə “Arak” nüvə reaktoruna dair razılığa gəlinib. Yekun sazişin bağlanmasına mane olan bütün texniki əngəllər aradan qalxıb. İranın vitse-prezidenti və nüvə agentliyinin rəhbəri Əli Əkbər Salehinin sözlərinə görə, nüvə proqramı üzrə danışıqlarda “yalançı narahatlıqlar” çözülüb.

Əli Əkbər Salehinin sözlərinə görə, qarşı tərəflə apardığımız danışıqlarda əsas nəzər nöqtəsi uranın zəngilləşdirilməsi və “Arak” tədqiqat reaktoru olub: “Üçüncü məsələ nüvə tədqiqatlar və istehsalı və “Fordo” nüvə obyekti olub. Həmçinin xırda - əhəmiyyətsiz məsələləri də müzakirə etmişik. Zənginləşdirmə və “Arak” reaktoru məsələsinə gəlincə - bu istiqamətdə mühüm irəliləyişlərə nail olmuşuq və texniki təkliflərlə belə demək olarsa, onların “yalançı narahatlıqlar”ını və nigarançılıqlarını aradan qaldırmışıq”.

İran, ABŞ, Rusiya, Çin, Britaniya, Fransa və Almaniyadan ibarət “Altılıq qrupu” martın sonuna kimi İranın mübahisəli nüvə proqramı ilə bağlı ilkin razılaşmaya gəlməyə çalışır. Və iyunun 30-a kimi isə yekun saziş bağlamağı planlaşdırlar.

Baxmayaraq ki, ötən həftə İsrailin Baş naziri Netanyahu Konqressdəki çıxışı zamanı Amerikanı İranın nüvəylə silahlanmasına qarşı xəbərdar etmişdi. Netanyahu İranın bütün dünya üçün təhlükə olduğunu dilə gətirərək, İslam Respublikasının hər zaman ABŞ-a düşmən olacağını söyləmişdi. Netanyahunun bu çıxışı Vaşinqton və Nyu-Yorkda etirazlara səbəb olmuşdu.

ABŞ-a böyük təhdid: "Qəzəbliyik, əsəbiyik"

altAmerika Birləşmiş Ştatlarında yenidən etirazlar baş qaldırıb. Polisin 19 yaşlı gənci qətlə yetirməsi qəzəblənən əhalini küçələrə tökdü. Hələ də polisin öldürdüyü gəncin silahsız olduğunu etiraf etməsi etirazların daha geniş vüsət alacağını göstərir.

ANS TV-nin məlumatına görə, güllə yarası ilə xəstəxanaya çatdırılan həmin şəxs çox keçmədən dünyasını dəyişib. İddiaya görə, ölən şəxs özünü bilərəkdən maşınların altına atdığına görə, ondan şikayət daxil olub və mənzilinə polis göndərilib. Yerli sakinlər və fəallar hadisə yeri yaxınlığında və polis idarəsi qarşısında etiraz aksiyası keçirib.

“Mən bir qaradərili olaraq çox qəzəbliyəm, əsəbiyəm. Həmişə demişik ki, bizə qarşı irqi ayrıseçkilik və ədalətsizlik hələ də var. Bir azdan bizim şəhərdə də Ferqüson hadisələri təkrarlana bilər. Bizdəki vəziyyət Ferqüsondakından qat-qat pisdir. Bu problem bütün ölkədə var və həll edilməlidir”, – deyə etirazçı Culiya Kolt bildirib.

Qətlə yetirilən gəncin anası Andrea İrvin də onun günahsız olduğunu düşünür: “Mənim oğlum heç vaxt zorakılıq törədən şəxs olmayıb. Və onun bu cür zorakılıqla öldürülməsi məni mənəvi olaraq məhv edir”.

Yerli polis rəisi Mayk Kovala görə, polis zabiti çağırış üzrə mənzildə baxış keçirən zaman gənc polisin üzərinə hücum edib və tərəflər arasında qarşıdurma yaranıb.

Medison polis rəisi Mayk Koval etiraf edir ki, o, silahsız idi və bu fakt müstəntiqlərin işini bir az da çətinləşdirir: “İctimaiyyət təmkinli olmalıdır və səbrlə nəticəni gözləməlidir. Ola bilər ki, hadisə yerində başqa şəxslər də olub və polis güc tətbiq etməli olub”.

Koval zabitin özünü müdafiə məqsədilə atəş açdığını desə də, bu etirazçıları sakitləşdirməyib. Etirazçılar car çəkərək, polisə etibar etmədiklərini bildirib.

Etirazçılar əllərində “nə ədalət var, nə də ki, sülh” yazılı plakat tutub. Narazı kütlədən “Qaradərili vətəndaşın da həyatı qiymətlidir” şüarı səslənib. Fəallardan biri xəbərdar edib ki, bu irqçilik məsələsinin qarşısı alınmasa, Ferqüsyon hadisələri təkrarlana bilər.

Batumidə iqtisadi görüş

altBatumidə keçirilən 4-cü Gürcüstan-Türkiyə-Azərbaycan biznes forumu çərçivəsində Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, bu ölkənin iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kvirikaşvili və Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci ilə görüşüb.

İqtisadiyyat və Sənaye Nazirliyindən ANS PRESS-ə bildirilib ki, görüşdə ölkələrimiz arasındakı əlaqələrin uğurla inkişaf etdiyi, iqtisadi münasibətlərimizin genişləndiyi, strateji tərəfdaş olan Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə regionda irimiqyaslı layihələrin uğurla həyata keçirildiyi bildirilib. Bununla belə, iqtisadi əməkdaşlığın daha da gücləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb. Batumidə reallaşdırılan tədbirlərin əlaqələrimizin genişləndirilmsində əhəmiyyətli olacağı qeyd olunub.

Şahin Mustafayev gürcüstanlı həmkarı Giorgi Kvirikaşvili ilə görüşündə ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələri, nəqliyyat, energetika, turizm, İKT, kənd təsərrüfatı, investisiya sahələrində əməkdaşlıq, Azərbaycanda yaradılan sənaye parklarında Gürcüstan şirkətlərinin iştirakı və digər məsələlərə dair müzakirələr aparılıb.

Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci arasında keçirilmiş görüşdə isə ölkələrimiz arasındakı iqtisadi əlaqələrin daha da genişləndirilməsi perspektivləri müzakirə edilib. Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə keçirilən üçtərəfli formatda biznes forumların və görüşlərin strateji əməkdaşlığın, mehriban qonşuluq və qardaşlığın göstəricisi olduğu vurğulanıb.

Görüşdə aqroparkların yaradılması sahəsində əməkdaşlıq, ixracın təşviqi mexanizmləri və sənaye məhəllələrinin yaradılması istiqamətində Türkiyə təcrübəsinin öyrənilməsi, Azərbaycanda yaradılmaqda olan sənaye parklarına türkiyəli investorların cəlb edilməsi, üçüncü ölkələrdə birgə müəssisələrin yaradılması imkanları, iki ölkə arasında və regional miqyasda ikitərəfli və tranzit yükdaşımalarının genişləndirilməsi, tekstil, turizm, maliyyə və digər sahələrdə əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib.

Sonra isə Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kvirikaşvili və Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci arasında görüş keçirilib. Görüşdə Gürcüstan-Türkiyə iqtisadi əlaqələri və əməkdaşlığın genişləndirilməsi perspektivləri diqqət mərkəzində saxlanılıb.

Boris Nemtsovun qatilləri tutuldu

alt

Moskvanın mərkəzində qətlə yetirilən rusiyalı siyasətçi Boris Nemtsovun qatilləri tutulub. Modern.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, saxlanılanlar 2 nəfər Şimali Qafqaz əsilli şəxsdir.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov məlumat verib ki, bu gün həyat keçirilən əməliyyat tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən 2 nəfər – Anzor Qubaşov və Zaur Dayaev həbs olunub.

Boris Nemtsov fevralın 27-də gecə saatlarında Kremlin yaxınlığında güllələnib.

Düşmən ordu ağır itki verdi

altErmənistan ordusu cəbhə xəttində ağır itki verib.

ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistan Müdafiə Nazirliyi açıqlama verib.

Bildirilir ki, bu gün saat 14:25 radələrində Qarabağın şimal-şərq hissəsində 2 erməni əsgəri öldürülüb.

Belə ki, 1979-cü il təvəllüdlü hərbçi Artak Aqekyan və 1995-ci il təvəllüdlü Hayk Baroyan öldürülüb.

Qeyd edək ki, son aylar erməni hərbi birləşmələr Azərbaycan Ordsunun mövqelərinə kəşfiyyat-təxribat hücumları həyata keçirirlər. Əsgərlərimizin sayıqlığı nəticəsində düşmən itki verərək geri çəkilir. 2014-cü ildən bu yana Ermənistan silahlı qüvələri 100-dən çox itki verib.

Putin Tiflisə ultimatum verdi

altBu həftə Rusiya və Gürcüstan arasında Praqada keçirilən görüşdə Abxaziya dəmir yolunun açılması müzakirə olunmalı idi.

ANS PRESS-in məlumatına görə, bunu Rusiya tərəfi bildirmişdi, amma Gürcüstan təmsilçisi Zurab Abaşidzenin dediyinə görə, görüşdə bu məsələ müzakirə olunmayıb. Tiflisdən verilən məlumata görə, Rusiya Gürcüstandan Abxaziya yolunu açmağı tələb edir. Tiflisdə bunu Putinin yeni ultimatumu adlandırırlar.

Əslində, Abxaziya dəmir yolunun açılması öhdəliyi Rusiyanın adamı sayılan Bizdna İvanişvilinin də qarşısına məqsəd kimi qoyulmuşdu. O, hətta baş nazir təyin olunandan sonra dərhal İrəvana getmişdi və orada dəmir yolunun açılmasını vacibliyini vurğulamışdı.

İrəvan da dərhal bu ideyanı dəstəkləmişdi. Təbii ki, Gürcüstanın özündə əsas qüvələr ideyanı dəstəkləməmişdilər, çünki bu, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması demək idi.

O vaxt Rusiya məsələnin üstünə çox getməmişdi, çünki Bidzina İvanişvilinin müvəqqəti olduğu göz qabağında idi. Amma indi Rusiya tələbini yeniləyib. Ermənistan parlamentində də bir canlanma var. Əslən Axalkalakidən olan deputatlar dəmir yolunun açılmasını vacib sayırlar.

Amma bu, bir sıra erməni şərhçiləri qorxudur. “Əgər Rusiya Gürcüstanı təslimə məcbur edə bilərsə, onda Gürcüstan və Ermənistan müstəqilliyini itirəcək və Rusiya imperiyasının bir hissəsinə çevriləcək”, - deyə erməni şərhçi Naira Hayrumyan vurğulayır.

Putindən rusları qorxudan qərar

altRusiya Prezidenti Administrasiyasında çalışanların əmək haqqı 10 faiz ixtisar ediləcək. ANS PRESS-in məlumatına görə, bunu prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.

Ölkənin maliyyə nazirinin müavini Tatyana Nesterenko deyib ki, Rusiya hökuməti Dövlət Dumasından 2,7 triliyon rubl (44 milyard ABŞ dolları) əlavə vəsait istəyir. Proqnozlara görə, bu il büdcə kəsiri 3,7 faiz olacaq, bu, əvvəlcə nəzərdə tutulduğundan 0,6 faiz çoxdur. Nazirlik büdcə xərclərini 17,5 milyard dollar ixtisar etmək fikrindədir.

Əvvəllər ehtiyat fondundan 500 milyard rubl istənilsə də Maliyyə Nazirliyi bir qədər sonra əlavə 3,1 trilyon rubl lazım olacağını açıqlayıb.

Maliyə naziri Anton Siluanov Rusiya televiziyasına müsahibəsində hökumətə əlavə vəsait lazım olacağını bildirib.

Xatırladaq ki, dünya bazarında neftin düşməsi və Ukraynaya görə Moskvaya qarşı tətbiq edilən iqtisadi sanksiyalar Rusiya iqtisadiyyatına ciddi ziyan vurub.

Ərdoğan Moskvaya gedir

altTürkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bu ilin mayında Böyük Vətən müharibəsində qələbənin 70-ci ildönümü ilə əlaqədar keçiriləcək bayram şənliyində iştirak etmək üçün Moskvaya gedəcək.

ANS PRESS-in məlumatına görə, bunu Türkiyənin Rusiyadakı səfiri Umit Yardım bildirib.

O deyib ki, indi bu məsələ müzakirə edilir: "Bəli, iki tərəf üçün qarşılıqlı dəvət var və buna böyük əhəmiyyət verilir. Bu tədbirlərə dvətlə bağlı yekun təqvim hələlik təsdiqlənməyib."

Xatırladaq ki, qələbənin 70 illiyi şərəfinə keçiriləcək tədbirlərə 22 dövlət başçısının qatılacağı təsdiqlənib. Onlar əsasən MDB və Asiya ölkələrinin, həmçinin İsrailin liderləridir. Avropa ölkələrinin başçıları isə hələlik dəvətə cavab verməyiblər.

Saytda Axtarış

ახალი ამბები