Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün510
DünənDünən3835
Bu həftəBu həftə13777
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8470376

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Rusiyadan sərt mesaj

altSuriyada buffer zonanın yaradılması yalnız Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qərarından sonra mümkündür.

ANS PRESS-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Aleksandr Lukaşeviç bəyan edib.

Moskvada brifinqdə jurnalistlərin suallarını cavablandıran Lukaşeviç bildirib ki, Türkiyə-Suriya sərhədində buffer zonanın yaradılması haqqında qərarı ancaq BMT TŞ verə bilər.

"İraq və Liviyada bunun necə olduğunu və hansı nəticələr verdiyini xatırlayırsınız. Ölkələrin və koalisiyaların bununla bağlı qərarları tək başına verməsi düzgün deyil", deyə Lukaşeviç bildirib.

XİN rəsmisi onu da qeyd edib ki, hər hansı ölkənin torpaqlarında terrorçuluğa qarşı əməliyyatlar keçirilirsə, bu zaman həmin dövlətin haqları və maraqlarına da diqqət yetirilməlidir.

“İŞİD-i yalnız Türkiyə məhv edə bilər” – İngiltərə mətbuatı

alt

"Türklər Qərbin yerinə çirkli işi görməyəcək. Əgər bu, kürdlərin müstəqilliyinə gətirirsə, Türkiyə ordusu İslam Dövləti yaraqlılarını əzməyəcək”.

Dalgatv Azadlıq Radiosuna istinadən xəbər verir ki, bu haqda informasiya “Daily Telegraph” qəzetində çap edilib.

Qəzet yazıb ki, Qərb İslam Dövləti yaraqlılarını dağıtmaq istəyir, ancaq “əlini batırmaq istəmir: “Ayağının yerə dəyməsi Obama və Kameron üçün tabutdur. Ona görə bütün gözlər Türkiyəyə dikilib ki, problemi Ankara həll etsin. NATO-da ikinci ən böyük ordusu olan Türkiyə İD yaraqlılarını asanlıqla əzə bilər. Ancaq ABŞın Dövlət katibi Con Kerrinin çağırışlarına baxmayaraq sərhəddə dayanan Türkiyə tankları yerindən tərpənmir. Kobani kürd şəhəridir, əsas məsələ də bundadır. Sərhəddin hər iki tərəfində kürdlər Türkiyənin hərəkət etməsini istəyir və tələb edir. Türkiyə isə gözləyir. Türkiyənin NATO tərəfdaşları üçün vəziyyət aydındır: İD problemdir və kürdləri silahlandırmaq lazımdır. Türkiyə üçünsə, kürdlərin dövlət iddiaları ölümcül təhlükədir. Reallıq budur ki, 2002-ci ildən Türkiyənin və onun Qərb müttəfiqlərinin baxışları bu məsələdə ayrılır”.

“Daily Telegraph” onu da qeyd edib ki, Ərdoğan İD yaraqlılarına zərbə endirməyə razılaşsa, bunun əvəzində nə istəyəcək?

“Suriya prezidenti Bəşər Əsəd rejimini dəyişməyə icazə verməsələr, Ərdogan hərəkət etməyə bilər. İstənilən hərəkət isə birtərəfli olacaq. Regionda diqtə edən Vaşinqton və ya London olmayacaq, yalnız Ankara olacaq. İD problemi yox olacaq. Ancaq yeni vəziyyət qaneedici olacaqmı? Məsələn, İsrail Suriyada Əsədin yerinə Türkiyə vasitəsilə “Həmas”ın gəlməsinə şad olacaqmı? Türkiyəni oyuna qoşmaq istəyənlər bütün bunları hesablamalıdırlar. İD yoxa çıxacaq, dünya isə başqa başağrısı qazanacaq”. “Daily Telegraph” belə yazıb.

Bu ölkə ilk dəfə İŞİD-i vurdu

alt

Beynəlxalq koalisiya üzvlərindən Avstraliya ilk dəfə İŞİD-ə qarşı təşkil edilən hava əməliyyatlarında iştirak edib.

 Avstraliya Müdafiə Qüvvələrindən edilən açıqlamada "Super Hornet" adlı hərbi təyyarənin dünən gecə hava əməliyyatına qatıldığı və İraqdakı İŞİD üzvlərinə məxsus hədəflərə iki bomba atdığı bildirilib.

İraqda hücumlara qatılan Avstraliya Suriyadakı əməliyyatların qanuni və demokratik vəziyyətin fərqli olduğunu əsas gətirərək iştirak etmir.

Birləşmiş Ərəb Əmirliklərində 200 xüsusi hərbi personalın İraq əsgərlərinə kömək etmək üçün hazır vəziyyətdə gözlədiyini bildirən Avstraliya Baş naziri Toni Abbott ordu yeridilməsi məsələsinin də müzakirə ediləcəyini bəyan edib.

İŞİD geri çəkildi

altSuriyanın Türkiyə ilə sərhəddindəki Kobaniyə girən İŞİD geri çəkilməyə başlayıb.

İŞID-a ABŞ-da daxil olmaqla koalisiya güclərinin havadan müdaxiləsi davam edir.

Xarici işlər nazirinin köməkçisi İdris Nassan "Reuters"ə açıqlamasında İŞİD-ın şəhərin girişinə doğru çəkildiyini deyib.
"Bombardmanın təsiri oldu və İŞİD geri çəkildi. Bu, onların şəhərə girəndən sonra ən böyükmiqyaslı geriləməsidir. Bunu bölgədən tamamilə geri çəkilmənin başlanğıcı olaraq da qəbul edə bilərik".

Qeyd edək ki, İŞİD-ın Kobaniyə girməsindən sonra Türkiyədə də iğtişaşlar baş qaldırıb. Belə ki, son bir gündə baş verən toqquşmalarda 15 nəfər ölüb, yüzlərlə insan yaralanıb.

Türkiyə şərtini açıqladı

altTürkiyə baş naziri Əhməd Davudoğlu ölkəsinin anti-İŞİD koalisiyasına qoşulması üçün şərtini açıqlayıb.

ANS PRESS-in məlumatına görə, ABŞ-ın məşhur CNN kanalının əməkdaşı Kristiyan Amanpura verdiyi müsahibəsində Türkiyə baş naziri bildirib ki, Bəşər Əsəd rejimi də koalisiya qüvvələri tərəfindən hədəfə alınmalıdır:

"Onda türkiyə anti-İŞİD koalisiyasına qoşulub, Suriyaya quru qoşunlar yeridə bilər".

Bu axşam efirə gedəcək müsahibə ilə bağlı Kristiyan Amanpur "Twitter"də paylaşdığı statusda bildirib ki, Davudoğlu Suriyada yaşayan kürdlərə humanitar yardım ediləcəyini deyib.

Bu arada Türkiyə-Suriya sərhədində yaşanan gərginliyə NATO-nun baş katibi Jens Stolberq münasibət bildirib. Onun sözlərinə görə, Türkiyəyə hər hansı bir təhdid yaranarsa NATO hərəkətə keçəcək.

İŞİD kürdlərin yaşadığı Kobani şəhərini ələ keçirib - FOTO

alt

Türkiyə ordusu Suriya ilə sərhəddə hazır vəziyyətə gətirildi

İŞİD terror təşkilatı Suriya ilə Türkiyə sərhədində yerləşən və kürdlərin yaşadığı Kobani şəhərinə bayrağını taxıb.

Türkiyə sərhədindən terror təşkilatının şəhərin 2 binasına bayrağını sancdığı aydın görünür.

Qeyd edək ki, Kobanidə İŞİD-lə kürd yaraqlılar arasında qarşıdurmalar davam edir. Şəhəri 3 tərəfdən mühasirəyə alan terror qruplaşması artıq Kobaninin mərkəzinə qədər irəliləyə bilib.

Kobaninin şəhərinin İŞİD-in nəzarətinə keçməsindən sonra Türkiyə Suriya ilə sərhəddə ciddi təhlükəsizlik tədbirləri görüb. Ağır silahlı texnikalar Suriya istiqamətində atəş mövqeyi seçib.

Dünyanın ən qeyri-adi festivalı

altİlanlara həsr olunmuş “Nag Panchami” adlanan bu festival Nepal və Hindistanda qeyd olunur. Festival bu ölkələrdə yaşayan insanların dini inancları ilə bağlıdır.

Onların inanclarına görə Musson yağışları başladığı zaman özü ilə ölkəyə bir çox fəlakətləri də gətirir.

Festivalın mahiyyəti isə bu fəlakətlərdən qorunmaqdır.

İŞİD Türkiyəyə yaxınlaşır

altİŞİD terrorçu qruplaşması Suriyanın Türkiyə ilə sərhəd Kobani şəhərinə yaxınlaşır.

ANS PRESS-in məlumatına görə, Türkiyə parlamenti İŞİD-ə qarşı hərbi tədbirlərin görülüb-görülməməsinə dair səsvermə keçirir.

Böyük Britaniyada qərərgahlanan Suriya İnsan Haqlarının Müşahidəsi qrupu bildirib ki, kürd döyüşçülər Ayn Əl-Arab adı ilə də tanınan şəhərin 100 metrliyində İŞİD yaraqlılarına qarşı döyüşür.

Türkiyə hökuməti qanunvericilərdən qonşu Suriya və İraqda terrorçu qruplara qarşı hərbi qüvvələrdən istifadəyə icazə vermələrini istəyib.

Sentyabrın ortalarında İŞİD-in hücumlarının Kobani ərazisində intensivləşməsindən bəri 160 mindən çox qaçqın sərhədi aşaraq Türkiyəyə keçib.
Suriyada vətəndaş müharibəsi başlayandan bəri bir milyondan çox insan Türkiyəyə pənah aparıb.

İŞİD daha 9 nəfərin başını kəsdi

alt

Britaniyadakı insan haqları üzrə Monitorinq Qrupu Suriyanın şimali kürd əyalətində daha 7 kişi və 3 qadının başını kəsərək edam elədiyi haqda xəbər yayıb.

Musavat.com-un xarici KİV-ə istinadən verdiyi məlumata görə, İngiltərədə mənzillənən Suriya İnsan Haqları Rəsədxanasının başçısı Rami Abduraxmanın sözlərinə görə, sentyabrın 30-da üçü qadın olmaqla 5 kürd silahlısı, həmçinin 4 Suriya qiyamçısı saxlanılıb. Az sonra İŞİD-in ələ keçirdiyi Kobani şəhəri yaxınlığında onların başları kəsilib.

“Mən bilmirəm onları niyə saxlayıb və niyə edam ediblər. Yəqin ki, yalnız İŞİD yaraqlıları bilir, niyə görə. Onların məqsədi odur ki, bizi qorxutsunlar” - əlavə edib Abdulrəhman.

 

Rəsmi Tbilisi Suriya müxalifətinə “qucaq açdı”

altGürcüstan hökuməti ABŞ və müttəfiqlərinə Suriyada İŞİD-ə qarşı aparılan əməliyyatlarda yaxından kömək olmaq istəyir.

AzNews.az xəbər verir ki, rəsmi Tbilisi bu günə qədər Əfqanıstana və İraqa öz sülhməramlı qoşunlarını göndərərək, ABŞ və müttəfiqlərinin bu ölkələrdə apardığı əməliyyatlara dəstək olub. “New York Times”qəzetinin verdiyi xəbərə görə, Nyu-Yorkda BMT-nin sammitində iştirak edən gürcü rəsmiləri Suriyada İŞİD-ə qarşı vuruşan şəxslərə yardım etmək üçün, onlara öz ərazisində təlim mərkəzi yaratmağa hazır olduğunu bildirib.

Gürcüstan rəsmiləri BMT-nin sammitində belə bir təklif səsləndirməyi planlaşdırsalar da Rusiya və İŞİD-in hədəfinə çevrilməmək üçün bu bəyanatı sammitdə açıq formada səsləndirməkdən imtina ediblər.

Həkimin “ölüb” dediyi 45 yaşlı qadını diri-diri dəfn etdilər

altYunanıstanın Saloniki şəhəri yaxınlığındakı qəbiristanlıqda 45 yaşlı qadını diri-diri basırıblar. Musavat.com BBC-yə istinadən xəbər verir ki, qəbirdən gələn qadın səsi qəbiristanlıqda vahiməyə səbəb olub. Adamlar qəbiri açmağa başlayıblar. Lakin tabutu açanadək qadın artıq ölübmüş.

Məlumata görə, xərçəng xəstəsi olan qadının həkimi onun öldüyünü rəsmən qeydə alıb. Lakin qəbiristanlığa gələn tibb işçiləri bildiriblər ki, qadın sağ imiş və boğulmadan ölüb.

Diri-diri dəfn edilən qasının ailəsi həkimi məhkəməyə verməyə hazırlaşır.

Obamadan Putinə növbəti həmlə

altABŞ prezidenti Barak Obama bütün dünyanı Rusiyaya qarşı birləşməyə çağırıb.

ANS PRESS-in məlumatına görə, bu haqda prezident xalqa müraciətində bildirib.

Obama növbəti dəfə Rusiyanın təcavüzü haqqında danışaraq bütün dünyanı onlara qarşı birləşdirməyə hazırlaşdığını qeyd edib.

“Birləşmiş Ştatlar bundan sonra da ən əhəmiyyətli beynəlxalq problemlərin həllində aparıcı rolu oynamaq niyyətindədir. Bura həmçinin Ukrayna böhranı da daxildir. ABŞ tarixin düzgün tərəfindədir. Deməli bütün qalan ölkələr də həmin tərəfə keçməlidir”, - deyə Barak Obama bildirib.

ABŞ prezidenti Ukrayna xalqına dəstəyini bildirərək bunları söyləyib:

"ABŞ Ukraynada Rusiya təcavüzünə qarşı bütün dünyanın birləşməsinə başçılıq edir. Bizim müttəfiqlərimizlə birlikdə biz Ukrayna xalqını demokratiya və iqtisadiyyatın inkişafında dəstəkləyəcəyik".

Saytda Axtarış

ახალი ამბები