Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün517
DünənDünən3835
Bu həftəBu həftə13784
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8470383

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Türkiyədə daha bir nəfərdə ebola təhlükəsi

alt

Türkiyədə Ebola virusuna yoluxduğu ehtimal edilən daha bir nəfər xəstəxanaya yerləşdirilib.

ANS PRESS-in məlumatına görə, Diyarbəkir vilayəti sakini olan Kadriyə Bilgiç adlı qadının vəziyyəti Həcc ziyarətindən qayıtdıqdan sonra ağırlaşıb.

Müayinə zamanı qadında xəstəliyin simptomları aşkarlanıb. Həkimlər dərhal qadını karantin nəzarətinə götürüblər. Hətta onun yaxınları da xəstəxanaya ziyarətə buraxılmayıblar.

Qadının virusa yoluxduğu hələlik rəsmi şəkildə təsdiqlənməsədə, türk həkimlərinin şübhəsi çoxdur.

Gürcüstanda ebola həyacanı

alt

Gürcüstanda Ebola xəstəliyinə yoluxması ehtimal edilən bir neçə nəfər həkimlərin nəzarəti altındadır.

APA-nın məlumatına görə, bu barədə keçirilən mətbuat konfransında Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin Müşahidə Şurasının rəhbəri Paata İmnadze bildirib. P. İmnadze son üç ay ərzində Qərbi Afrikadan Gürcüstana 84 nəfərin gəldiyini və xəstəlik ehtimalının məhz onlara aid olunduğunun mümkünlüyünü bildirib. "Gürcüstana gələnlərin çoxusu Nigeriyadan olub. Onlar 21 gün karantin keçdikdən sonra, bu adamlara nəzarət edilmir. Məlumata görə, hələlik bir neçə nəfər həkimlərin nəzarəti altındadır".

P. İmnadze bildirib ki, xəstəliyə tutulmaq ehtimalı olunan bir neçə nəfərin karantin müddəti hələ keçməyib və müddət sona yetdikdən sonra müayinə olunan bu insanlara daha nəzarət edilməyəcək.

Qeyd edək ki, Ebola virusu 2014-cü ilin fevralında Qvineyada qeydə alınıb və sonra virus Sierra Leone, Liberiya, Nigeriya, Konqo və Seneqal Demokratik Respublikasına yayılıb. Xəstəlik ABŞ və Avropada da qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Ebola virusuna yoluxanların sayı 8000 nəfəri keçib və bu xəstəlikdən 4 min nəfər ölüb.

Dünyanın 2 ən böyük təhlükəsi

altBMT-nin insan haqları üzrə komissarı Zeyd Raad əl-Hüseyn Ebola xəstəliyi və İŞİD terror qruplaşmasını dünyanın iki ən böyük təhlükəsi adlandırıb.

ANS PRESS-in məlumatına görə, o, bu iki təhlükənin dünyanın etinasızlığı sayəsində baş qaldırdığını bildirib.

Əl Hüseyn BMT-nin insan haqları üzrə komissarı kimi ilk dəfə keçirdiyi mətbuat konfransında belə deyib. Komissar bildirib ki, onun idarəsi Ebola xəstəliyi ilə mübarizədə bələdçi rolunu oynaya biləcək qaydalar azırlayır. Bunlar insanların hüquqlarını müdafiə edəcək.

Əl Hüseyn İŞİD yaraqlılarını isə potensial soyqırım hərəkatı adlandırıb. O, deyib ki, bu qruplaşma insan haqlarının tam əksidir, onlar öldürür, işgəncə verir, onların ədaləti öldürməkdir.

Gürcüstan Rusiyaya görə narahatdır

altGürcüstan Rusiyanın Abxaziya ilə birgə silahlı qüvvələr yaratmaq barədə planından narahatlıq bildirib.

ANS PRESS-in məlumatına görə, Gürcüstanın Xarici İşlər Nazirliyi bəyanat verərək Kremli belə bir müqavilə imzalamamağa çağırıb. Abxaziyanın bəzi media orqanları Rusiya ilə Abxaziyanın birgə silahlı qüvvələr yaratmaq barədə planı və inteqrasiya sazişinin layihəsini dərc edib.

Oktyabrın 14-də Gürcüstan parlamentinin xarici əlaqələr komitəsinin sədri Japaridze bildirib ki, bu saziş Abxaziyanın Rusiyaya ilhaqı olacaq.

Baş nazirin xüsusi nümayəndəsi Zurab Abaşidze oktyabarın 15-də Praqaya Rusiyanın xarici işlər nazirinin müavini Karasinlə danışıqlara yola düşüb. Abaşidze bildirib ki, Praqa danışıqlarında bu problem müzakirə olunacaq.

6 kiloqrama yaxın körpə dünyaya gəldi

alt

Rusiyanın Barnaul şəhərində 5,7 kq-lıq körpə dünyaya gəlib.

AzNews.az xəbər verir ki, bu barədə Barnaul doğum evinin baş həkimi Lyudmila Ananin məlumat verib: “Bu çəkidə doğulan nəhəng körpələr nadir halda olur. Mənim doğum evində olduğum müddətdə ilk dəfədir ki, belə körpə anadan olur”.
Körpənin boyunun 63 sm olduğu deyilir.

Körpə qeysəriyyə əməliyyatı ilə ana bətnindən çıxarılıb. Ana və uşaq özlərini yaxşı hiss edirlər.

“Mossad” İŞİD-in “zühuru”nu 32 il öncədən planlaşdırıb

altBu ilin avqust ayında “İraq Şam İslam Dövləti” (İŞİD) adlandırılan terror təşkilatının üç ölkənin – ABŞ, Böyük Britaniya və İsrail kəşfiyyatının layihəsi olduğu barədə Amerika dövlətinin sirlərinin və məxfi yazışmalarının məşhur ifşaçısı, Təhlükəsizlik Xidmətinin ölkədən qaçmış keçmiş əməkdaşı Edvard Snoudenin açıqlamaları yayılmışdı. Açıqlamalar Amerika Təhlükəsizlik Xidmətinin gizli sənədlərinə əsaslanırdı. Xarici məbuata istinadən apardığımız son araşdırmalarda Snoudenin yaydığı sənədlər əsasında yeni maraqlı faktlar əldə edə bildik. Sən demə, İsrail hələ 1982-ci ildən həyata keçirdiyi “Yaxın Şərq sionist planı” əsasında İŞİD kimi qurumların yaradılmasını nəzərdə tutubmuş və “Mossad” kəşfiyyatı bu istiqamətdə geniş hazırlıqlar görüb. İsrail Xarici İşlər Nazirliyi ilə yaxın əlaqələri olan jurnalist Oded Yinonun “Yaxın Şərq üçün sionist planı” adlı geniş araşdırmasındakı mütəxəssis məruzəsində deyilir: “Bütün ərəb dövlətlərinin kiçik parçalara bölünməsi, Livanda olduğu kimi, Suriya və İraqın da etnik, yaxud dini zəmində rayonlara parçalanması İsrailin şərq cəbhəsi üzrə uzunmüddətli planının əsas məqsədidir”. Yəhudi jurnalist aydın şəkildə açıqlama verib ki, ərəb və digər müsəlman ölkələrinin parçalanması onların daxili etnik və dini ziddiyyətlərindən istifadə edilməklə yekunlaşdırılacaq...

Snoudenin yaydığı sənədlər isə sübut edir ki, İŞİD-in yaradılmasında ABŞ, İsrail və Böyük Britaniya məsuliyyət daşıyır. 2014-cü il iyulun əvvəlində İslam Demokratik Cihad Partiyasının banisi və “Əl-Qaidə”nin keçmiş aparıcı komandirlərindən olan Habil Hayem Beyrutda yerləşən “Al-meydin” telekanalına müsahibəsində söyləmişdi ki, İŞİD də daxil olmaqla “Əl-Qaidə”nin bütün qanadları ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə işləyir...

Sənəddə bildirilir ki, İŞİD “Eşşək arısı yuvası” adı almış strategiyanın bir hissəsi kimi Amerika, Britaniya və İsrail kəşfiyyatları tərəfindən yaradılıb. Məqsəd həm də bütün dünyadakı “islam” yaraqlılarını Suriyaya toplamaq olub. Bəhreyndəki Daily News mənbəsinə istinadən bildirilir ki, Əbu Bəkr əl-Bağdadi kimi tanınan İŞİD lideri İsrailin “Mossad” kəşfiyyat qurumunun nəzarəti altında teologiya (dini bilgilər-S.L.) və natiqlik sənəti üzrə kurslardan əlavə, tam bir il intensiv hərbi təlim də keçib...

İyun ayında Aoranu Klyaynu adlı bir İordaniya dövlət məmuru WorldNetDaily nəşrinə müsahibəsində bildirib ki, 2012-ci ildə İordaniyadakı gizli bazalardan birində Amerika təlimatçıları İŞİD terrorçularına təlim keçiblər. Elə həmin ildə məlumat verilmişdi ki, Suriya üsyançılarının Səfəvi şəhərindəki təlim bazasına ABŞ və İordaniya rəhbərlik edir.

Yeni məlumatlara görə, Əl-Bağdadi İraqın Um-Kəsr şəhəri yaxınlığındakı Kemp Bukka adlı ABŞ zindanında saxlanılıb. 2006-2007-ci illərdə həmin həbsxananın komandiri olmuş ABŞ Hərbi Hava Qüvvələrinin təhlükəsizlik xidməti zabiti Ceyms Skaylar Qerrond etiraf edib ki, əslində həmin türmə “ekstremizmin tez qızışdırılması” düşərgəsi olub. ABŞ-da “terrorla müharibənin” əleyhdarlarından olan, Müsəlman-Xristian-Yəhudi İttifaqının yaradıcılarından biri, fəlsəfə elmləri doktoru, ərəbşünas-islamoloqist doktor Kevin Barret yazır ki, Əl-Bağdadinin şüuru üzərində manipulyasiya məhz o, İraqda Amerika hərbçilərinin əsiri olarkən aparılıb...

Snoudenin yaydığı sənədlərdə o da vurğulanır ki, ABŞ, Britaniya və İsrailin birgə qurduğu sözügedən “Eşşək arısı yuvası” strategiyasının əsas məqsədi guya, İsrailə onunla həmsərhəd ölkələrdən təhlükə gəlməsi barədə yalançı təəssüratı gücləndirmək olub. Halbuki, İsrailin keçmiş baş naziri Moşe Şarettanın şəxsi gündəliyindəki məlumatlara görə, İsrail heç zaman müsəlman, yaxud ərəb təhlükəsini öz milli təhlükəsiziliyi üçün ciddi faktor hesab etməyib.

Rolf Şonman yazır: “Şarettanın gündəliyində tam aydın şəkildə deyilir ki, İsrail siyasi və hərbi rəhbərliyi ölkə üçün hər hansı ərəb təhlükəsinə inanmayıb. Sadəcə, onlar manevr etməyə və ərəb dövlətlərini qarşıdurmalara cəlb etməyə çalışırdılar. Bütün bunlar ərəb rejimləri daxilində sabitliyi pozmağa və yeni ərazilərin zəbt olunması planlarına xidmət edirdi. Və İsrail rəhbərliyi inanırdı ki, o qalib gələcəkdir...”.

Snoudenin İŞİD barədə yeni açıqlamaları, eləcə də bu terror qurumunun əksər aparıcı fiqurlarının Amerika həbsxanalarından vaxtından əvvəl buraxılmış keçmiş məhbuslar olması İslamla heç bir əlaqəsi olmayan həmin qeyri-insani birləşmənin guya, Türkiyə tərəfindən yaradılması və maliyyələşdirilməsi barədəki böhtan və iddaları bir daha alt-üst edir.

Rusiya və Çin ABŞ-ı şoka saldı

altRusiya və Çin arasındakı ticarət əməliyyatlarında ABŞ dolları istifadə olunmayacaq.

ANS PRESS-in məlumatına görə, Qərb ölkələrinin sanksiyaları ilə üzləşən Rusiya ilə Cin arasında 40-a yaxın müqavilə imzalanıb. Müqavilələr enerji, ticarət və maliyyə sahələrini əhatə edir.

Rusiya və Çin hökumət başçılarının Moskvada keçirdikləri görüşün nəticəsi olaraq hər iki ölkənin mərkəzi bankları arasında 150 milyard yuan həcmində valyuta mübadiləsi əməliyyatları barədə də razılaşma əldə edilib.

Dmitri Medvedyev maliyyə vəziyyətinin çətin olduğu dünyada uğurla inkişaf etmək üçün Rusiyanın bir çox çətinliklərlə üzləşdiyini, buna baxmayaraq hər iki ölkənin iri banklarının müştərək layihələr üçün kredit xətlərinin açılması barədə razılığa gəldiyini bildirib.

Ekspertlərin fikrincə, bank sahəsində əldə olunan razılaşma ticarət və sərmayələrdə rublun və yuanın daha geniş istifadəsinə şərait yaradacaq.

Hökumət başçılarının görüşündə Rusiya qazının şərq marşrutu - “Sibirin gücü” qaz kəməri vasitəsi ilə Çinə çatdırılması sahəsində əməkdaşlıq barədə razılığa da imza atılıb.

Almaniyanın ən gözəl türk qızı (FOTO)

altAlmanyada düzənlənən "Miss Turkuaz 2014" gözəllik yarışmasında Aslı Cankat birinci seçildi.

ANS PRESS-in məlumatına görə, "Ekip Group" tərəfindən beşinci də təşkil edilən yarışmanın finalı Gelsenkirçen şəhərində "Hans Sachs Haus" adını daşıyan bələdiyyə binasının foyesində reallaşıb.

20 yarışmaçının qatıldığı və "Almanyanın rəngləri" şüari ilə hazırlanan yarışmanın finalında 24 yaşlı Aslı Cankat birinci, 22 yaşlı Cansu Ezim ve 21 yaşlı Yasemin Akan ikinci, 22 yaşlı Aylin Sezgin isə üçüncü seçilib.

Keçən il "Miss Turkuaz" seçilən Elif Özkanın əlindən birincilik tacını alan Aslı Cankat, "Çok şadam, sanki röyadayam.'' deyərək sevincini bölüşüb.

Türklər Gürcüstanda hidroelektrik stansiyası tikdilər

altTürkiyənin Enerji və Təbii Sərvətlər naziri Taner Yıldız Gürcüstanda səfərdədir.

ANS PRESS-in məlumatına görə, rəsmi danışıqlar məqsədilə Gürcüstana gedən nazir Türk şirkətinin burada inşa etdiyi Paravani hidroelektrik stansiyasının açılış mərasiminə qatılıb.

Gürcüstanın Baş naziri Irakli Garibaşvilinin də qatıldığı mərasimdə çıxış edən Taner Yıldız iki ölkənin belə bir müvəffəqiyyətə imza atmasının əhəmiyyətli olduğunu ifadə edib.

Nazir hidroelektrik stansiyasının açılışından əvvəl Gürcüstan hökuməti ilə Türk firmalar arasında reallaşan imza mərasimində iştirak edib.

ABŞ növbəti dəfə “İŞİD” mövqelərinə zərbələr endirib

altABŞ Hərbi-Hava Qüvvələri ötən gün “İslam Dövləti” (“İraq və Şam İslam Dövləti”) terrorçu qruplaşmasının Suriya-Türkiyə sərhədi yaxınlığındakı mövqelərinə 6 zərbə endirib, həmçinin.

Dalgatv-nin  APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ komandanlığının nümayəndəsinin açıqlamasında deyilir.

Məlumata görə, zərbələr terrorçular tərəfindən mühasirəyə alınmış Suriyanın Kobani şəhərinin ətrafına endirilib. Zərbələrin hədəfi “İslam Dövləti”nin texnikası və canlı qüvvəsi olub.

Marneulidə yeni kitabxana tikiləcək

altAzərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində yeni kitabxana tiliəcək.


APA-nın Gürcüstan bürosunun məlumatına görə, Marneulinin Rustaveli 71/73 küçəsində tikiləcək kitabxana üçün rayon büdcəsindən 417 000 lari vəsait ayrılıb. Tikinti üçün artıq tender də elan olunub.

Marneuli rayon icra hakimiyyətindən bildirilib ki, yeni kitabxana müasir standartlara cavab verəcək, yeni avadanlıqlar və müasir qurğularla təmin olunacaq və oxucular üçün yüksək səviyyəli şərait yaradılacaq.

Məlumata görə, kitabxananın tikintisi 2015-ci ildə başa çatacaq.

“Biz Türkiyəyə xəbərdarlıq etmişdik” – İran rəsmisi

alt

ran xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahyan açıqlama verərək ölkəsinin Suriya prezidenti Bəşər Əsədə tam dəstək verəcəklərini və onu iqtidarda saxlayacaqlarını deyib.

İran rəsmisi Türkiyəyə xəbərdarlıq etdiklərini də bildirib.

“Biz Türkiyədən Suriya sərhədlərini pozmamağı, uçuşa qadağan olunmuş zonalarda uçuşlar həyata keçirməməyi istədik. Bu halların pis nəticələnə biləcəyinə dair Türkiyə hökumətinə xəbərdarlıq etdik. ABŞ İŞİD-ə hücum etməzdən öncə, İran və Suriyaya hücum etməyəcəyinə dair təminat verdi. Biz hazırda Kobanidəki insanlara dəstək veririk, şəhərdəki gərginliyin aradan qaldırılması üçün regiondakı ölkələrlə danışıqlarımızı davam etdiririk”, - deyə İran xarici işlər nazirinin müavini əlavə edib.

Saytda Axtarış

ახალი ამბები