Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün491
DünənDünən3835
Bu həftəBu həftə13758
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8470357

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanın yeni daxili işlər nazirinin adı məlum olub

alt

Gürcüstanın daxili işlər naziri postuna Vaxtanq Qomelauri təyin olunub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstan Daxili İşlər Nazirliyindən bildiriblər ki, V. Qomelauri istefa vermiş Aleksandr Çikaidzenin I müavini olub.

V. Qomelauri baş nazirin ona göstərdiyi etimadı doğruldacağını bildirib.

Qeyd edək ki, V. Qomelauri 2013-cü ilədək Bidzina İvanişvilinin şəxsi təhlükəsizlik xidmətinin rəisi olub.

Onlar dollar uğrunda öldülər (FOTO)

altÇində Yeni il şənlikləri onlarla insanın ölümünə, 50-yə yaxın adamın isə yaralanmasına səbəb olub.

ANS PRESS-in məlumatına görə, hadisə yeni ilin başlamasına yarım saat qalmış Şanxayın Çen Yi Meydanında baş verib. 2015-ci ili qarşılamaq üçün meydana toplanan minlərlə adam arasında izdiham yaşanıb.

Sosial mediada yayılan məlumatlarda deyilir ki, çaxnaşma gecə klubunun eyvanından atılan saxta pullara görə baş verib. Qeyri-rəsmi mənbələr izdihama səbəb kimi meydan yaxınlığındakı bir binadan dollara oxşayan kuponlar atıldığını, izdihamı da kuponları əldə etmək istəyənlərin yaratdığını bildiriblər.Adamlar pulları götürmək üçün yolda dayanarkən basabas baş verib.

Şanxay Meri izdihamın səbəbi barədə hələlik məlumatsız olduqlarını bildirib.

Bundan başqa şəhərin mərkəzində insan sıxlığından və qəzalar nəticəsində ölənlərin sayının artdığı bildirilir.

Qeyd edək ki, Çinin bir çox əyalətində məktəblərdə Milad bayramı qadağan olunub. Qadağanın səbəbi bu bayramın qərb mənşəli olması ilə əlaqələndirlir. Vıncou şəhərində və digər bölgələrdə məktəb və liseylərdə yeni il bayramlarının keçirilməsi rəsmi şəkildə yasaqlanıb. Hətta qadağalara necə əməl olunmasını yoxlamaq üçün hökumət komissiya da yaradıb.
O da bildirlir ki, çinli gənclər arasında Milad təbriklərinin dəb halına gəldiyi, bu bayramda dostlarla axşam yeməyində birlikdə olmağın və əylənmələrin artması hökuməti narahat edib. Onlar Yeni il bayramının qeyd edilməsini həm də Çin mədəniyyətinin korlanması kimi dəyərləndirirlər.

Putindən gözlənilməz jest

altRusiya Ukraynanı kömür və elektriklə təchiz etməyə razılıq verib. Bu barədə Rusiya rəsmiləri bildiriblər.

ANS PRESS-in “Reuters”ə istinadla xəbər verir ki, Ukraynanın Atom Elektrik stansiyaları ölkənin şərqindəki münaqişəyə görə xam enerji mənbələrindən məhrumdur. Kiyev hökuməti ötən bazar günündən etibarən Krıma qatar və avtobus nəqliyyat xidmətlərinə qadağa qoyub. Həmçinin Rusiyanın bu ilin martında ilhaq etdiyi regiona elektrik enerjisi verilişini əvvəllər dayandırıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS xəbər agentliyinə bildirib ki, Rusiya qabaqcadan ödəniş şərti olmadan Ukraynaya kömür və elektrik enerjisi verəcək. Bu addım prezident Vladimir Putinin Ukraynaya xoşməramlı jestidir: "Putin enerji təchizatı ilə bağlı böhran vəziyyətinə, həmçinin qabaqcadan ödəniş imkanının olmamasına görə, bu cür qərara gəlib."

Baş nazirin müavini Dmitri Kozak “Rossiya 24” televiziya kanalına bildirib ki, Rusiya Ukraynaya ayda 500 min ton kömür göndərməyi planlaşdırır. Növbəti razılıq əldə olunsa, Rusiya ayda əlavə 500 min ton kömür göndərməyə hazırdır.

Energetika Nazirliyinin statistikasına görə, Ukraynanın kömür ehtiyaları həmişəki 4-5 milyon tonluq qış ehtiyatı ilə müqayisədə indi 1,5 milyon tondur. Ukrayna əvvəllər elektrik enerjisi ilə özünü təmin edirdi. Separatçılarla aylardır davam edən münaqişə atom-elektirik stansiyalarının kömür enerjisi ilə təchizatını pozub. Kömür atom-elektrik stansiyaları üçün lazım olan enerjinin 40%-ni ödəyir.

Ukraynanın energetika naziri Voldimir Demçişin ötən həftə Rusiyanın Energetika Nazirliyi ilə kömür və elektrik təchizatı ilə bağlı danışıqlar apardığını bildirmişdi. Sərhəddə gecikmə olduğuna görə, Rusiyadan kömür idxalı ilə bağlı əvvəlki səylər uğursuz olmuşdu: "Təchizat Rusiya qiyməti ilə olacaq."

İstanbulda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə ziyafət təşkil edilib

altİstanbuldakı Türkiyə-Azərbaycan Dərnəyi (İSTAD) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ziyafət təşkil edib. Türkiyə ictimaiyyətinin görkəmli nümayəndələrinin və qardaş ölkədə yaşayan azərbaycanlıların iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.İştirakçıları bayram münasibəti ilə təbrik edən Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov, İSTAD-ın sədri Səfər Qaraqoyunlu və başqaları çıxışlarında Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün milli bayram kimi qəbul olunmasının tarixi əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, hər ilin sonuncu günü xalqımızın böyük sevgi ilə qeyd etdiyi bu bayram türk xalqların birliyi üçün güclü stimuldur. Diqqətə çatdırılıb ki, dünya azərbaycanlılarının həmrəyliyi ölkəmiz və dövlətimiz üçün böyük bir sərvətdir. Soydaşlarımız harada yaşamaqlarından asılı olmayaraq Azərbaycan həqiqətlərinin təbliğində, o cümlədən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinin ağır nəticələrinin dünya ictimaiyyətinə düzgün çatdırılmasında fəal olmalıdırlar. Sonra azərbaycanlıların həmrəyliyi və Azərbaycan-Türkiyə münasibətlərinin inkişafındakı xidmətlərinə görə, bir qrup şəxsə İSTAD-ın diplomları təqdim olunub. Ziyafət rəngarəng konsert proqramı ilə davam etdirilib.

Qaribaşvili diplomatlarla Ukrayna məsələsini müzakirə etdi

altGürcüstan baş naziri İrakli Qaribaşvilinin rəhbərliyi ilə keçirilən işgüzar görüşdə Gürcüstan - Ukrayna münasibətləri və regional təhlükəsizlik məsələləri şənbə günü müzakirə edilib.

Gürcüstan hökumətinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Gürcüstanın xarici siyasət idarəsinin rəhbəri Tamar Beruçaşvili və onun müavinləri, təhlükəsizlik və böhranların idarə olunması üzrə Şurasının katibi David Sucaşvili və Gürcüstanın Ukraynadakı səfiri Mixail Ukleba iştirak ediblər.

Gürcüstanın Ukraynadakı səfiri Mixail Ukleba Ukraynada baş verən hadisələr barədə hökumət başçısına məlumat verib.

Görüş zamanı həmçinin İrakli Qaribaşvilinin planlaşdırılan Ukraynaya və digər hökumət səfərləri barədə də söhbət gedib.

İran dünyaya meydan oxudu

altİran ordusu yeni pilotsuz təyyarəsini sınaqdan keçirib.

ANS PRESS-in məlumatına görə, Quru Qoşunları Komandanlığı general-leytenantı Əhməd Rza Purdestan bildirib ki, pilotsuz təyyarənin sınağı Hörmüz boğazında davam edən genişmiqyaslı hərbi təlimlər zamanı həyata keçirilib.

Yeni pilotsuz təyyarənin özəlliyi ondan ibarətdir ki, təyyarə hücuma keçərək hədəfi dəqiq vurduqdan sonra özünü məhv edir.

"Raad" (göy gurultusu) adlı pilotsuz təyyarə 250 kilometr məsafədəki hədəfi dəqiq vurur. İran ordusu bu təyyarəni "hərəkətli bomba" adlandırır.

Qeyd edək ki, İran ordusu Hörmüz boğazında "Məhəmməd R\əsulullah" adlı genişmiqyaslı hərbi təlimlər keçirir. Təlimlər bir həftə davam edəcək.

Putin NATO-nu şoka saldı

altRusiya prezidenti Vladimir Putin ölkəsinin yeni hərbi doktrinasını təsdiq edib.

ANS PRESS-in məlumatına görə, doktrinada ən əhəmiyyətli xarici təhdid olaraq NATO-nun hərbi potensialının artması göstərilib.

Yeni sənəddə Rusiyaya təhdid olan başlıca xarici faktorlar arasında NATO-nun hərbi potensialının genişləndirilməsi, strateji raket müdafiə sistemlərinin qurulması və genişləndirilməsi, qonşu ölkələrdə hərbi güc istifadə edilməsi, qonşu ölkələrdə Moskvanın maraqlarını təhdid edəcək siyasətçiləri hakimiyyətə gətirilməsi kimi faktorlar göstərilib.

Rusiyaya təhdid edən daxili faktorların başında konstitusiya quruluşunu dəyişməyə istiqamətli fəaliyyətlər, Rusiyanın bütövlüyü, birliyi və suverenliyinə qarşı terrorçu təşkilatlarının, ya da fərdlərin fəaliyyəti yer alıb. Putinin təsdiqlədiyi yeni hərbi doktrina sənədinə Rusiyanın Şimal dənizi bölgəsindəki maraqlarının qorunması, Abxaziya və Cənubi Osetiya ilə əməkdaşlığın artırılması kimi maddələr də əlavə olunub.

Ermənistanın yalanları ifşa EDİLDİ

alt

Ermənistan mediası dekabrın 24-dən 25-nə keçən gecə Azərbaycan Silahlı Qüvvələrinin cəbhə xəttində kəşfiyyat-diversiya cəhdi etdiyini bildirib. Ermənistan tərəfi bəyan edib ki, guya bu cəhdin qarşısı alınarkən Azərbayac ordusu itki verib. Lakin Azərbaycan Müdafiə Nazirliyi yayılan məlumatları Ermənistanın növbəti təxribatı adlandırıb və bu addımı informasiya müharibəsinin zəminində aparılan təbliğat kimi dəyərləndirib.

Cəbhə xəttində insidentin olması ilə bağlı ermənilərin tirajladığı informasiyaları Moskva Dövlət Universitetinin İnformasiya-Analitik Mərkəzinin baş direktor müavini, politoloq Andrey Petrov şərh edib.

Modern.az saytının məlumatına görə Andrey Petrov bildirib ki, Ermənistan qoşunların təmas xəttində gərginliyi artırır və sülh prosesi ilə bağlı aparılan danışıqlara zərbə vurur.

Analitik vurğulayıb ki, hər hansı kəşfiyyat-diversiya hərəkətləri ilə bağlı faktları yoxlamaq çətin deyil. Onun sözlərinə görə hansı tərəf itki verirsə, həlak olan hərbçilərin cəsədləri ortada olmalıdır.

“Ermənistan Müdafiə Nazirliyinin bəyanatlarında isə buna oxşar nəsə deyilmir. Azərbaycan Müdafiə Nazirliyi isə qoşunların təmas xəttində ölüm halı olan kimi bunu açıqlayır”.

Ekspert hesab edir ki, ATƏT diversiya hərəkətləri olduğu iddia olunan ərazilərdə yayılan xəbərləri təsdiq və ya təkzib etmək monitorinq apara bilər. Siyasi təhlilçi qeyd edib ki, “diversiyalar” yalnız kağız üzərində qalır.

Politoloqun fikrincə, Ermənistanın kəşfiyyat cəhdlərinin olması ilə bağlı yaydığı məlumatların məqsədi iqtisadi-sosial vəziyyətədən əziyyət çəkən erməni əhalisinin fikrini yayındırmaqdır.

“Faktiki olaraq Qarabağ, fəlakətli iqtisadi vəziyyətdən əziyyət çəkən Ermənistan əhalisinin fikrinin yayındırılması üçün yaxşı mövzudur. Bu gün Ermənistanın yerli KİV-i günbəgün əhaliyə ölkəndə böhran, işsizlik hökm sürür. Belə bir məqamda “bizdə şanlı ordu var və bu, diversiyanı zərərsizləşdirdi” kimi informasiyalar dövriyyəyə buraxılır. Çünki Ermənistanın özündə heç kəs bu cür məlumatları, xüsusilə Ermənistan ordusunda itkilərin olmadığı haqqında informasiyaları yoxlamayacaq. Dağlıq Qarabağ münaqişəsi Ermənistan rəhbərliyinin imicinə müsbət təsir göstərir”,-deyə Andrey Petrov şərh edib.

Türkiyəyə şok ittiham

altAlmaniyanın məşhur "Bild" qəzeti Türkiyəni İŞİD terror qruplaşmasına yardım etməkdə ittiham edib.

ANS PRESS-in məlumatına görə, qəzetdə dərc olunan "İŞİD gənc qızları belə aldadır" başlığı altında verilən məqalədə bildirilir ki, başda İngiltərə olmaq üzrə aldadılan gənc qızlar Almaniya və Türkiyə üzərindən Suriya və İraqa çatdırılır: "Türk sərhədləri nisbətən asan keçilən sərhəd kimi qəbul edilir. Sərhədi qoruyanlar rüşvətə meyllidir, hətta bəziləri də terror təşkilatı üzvlərinə simpatiya ilə yanaşır"

"Bild" İŞİD-in Türkiyəyə neft satdığı barədə deyilənləri təkrar gündəmə gətirib. Alman qəzeti hesab edir ki, İŞİD neft satışından və "fidyə" pullari ilə gənc qızların aldadılması üçün sosial şəbəkələrdə geniş təbliğat apara bilir.

Məqalədə deyilir ki, dünyanın müxtəlif ölkələrində aldadılaraq Suriya və İraqa aparılan gənc qızlar İŞİD yaraqlıları ilə evləndirilir....

Qəzet İŞİD-ə bu yolla aldadılaraq qoşulan qızlara nümunə olaraq Vyanadan 16 yaşlı Sabina Selimoviçi, 17 yaşlı Samra Kesinoviçi, Bristoldan 15 yaşlı Jusra Husseini və Stockvelldən gedən 17 yaşlı Samia Dirieyi nümünə kimi göstərib

Gürcüstanın baş naziri Vladimir Putinlə görüşməyə hazır olduğunu bildirib

altGürcüstanın baş naziri İrakli Qaribaşvili Rusiya prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu bildirib.


APA-nın “Novosti Qruziya”-ya istinadən verdiyi xəbərə görə, bu barədə İrakli Qaribaşvili bu gün jurnalistlərə bildirib.

“Biz belə bir görüşün baş tutması üçün prinsipial olaraq hazırıq. Lakin görüşün nə vaxt və hansı formatda keçirilməsi üçün yaxşı hazırlıq və vəziyyətin geniş təhlili olmalıdır”, deyə İrakli Qaribaşvili bildirib.

“Mən hesab edirəm ki, görüş xatirinə görüş keçirmək düzgün deyil, görüş konkret nəticəyə istiqamətləndirilməlidir. Mən, özüm də daxil olmaqla, Gürcüstan hökumətinin görüşdə iştirak edəcəyinə hazır olduğunu bildirirəm”, deyə Qaribaşvili qeyd edib.

Qeyd edək ki, dekabrın 18-də Rusiya prezidenti Vladimir Putin Kremlin Gürcüstan hökumətinin istənilən nümayəndəsinin Moskvaya səfərindən şad olacağını bildirmişdi. Onun sözlərinə görə, ilkin mərhələdə münasibətləri, birbaşa təmasları bərpa etmək gərəkdir.

Buna cavab olaraq, Gürcüstan Milli Təhlükəsizlik Şurasının katibi İrina İmerlişvili ötən gün jurnalistlərə dövlət başçısı Georgi Marqvelaşvilinin rusiyalı həmkarı ilə görüşməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, belə bir görüşün baş tutacağı təqdirdə müzakirələrin əsas mövzusu Abxaziya və Cənubi Osetiya problemlərinin həlli olacaq.

Rusiyadan ABŞ-a rədd cavabı

altRusiya Xarici İşlər Nazirliyi ABŞ-ın tətbiq etdiyi sanksiyalara sərt münasibət bildirib.

ANS PRESS-in məlumatına görə, rəsmi Moskva Krımla bağlı tarixi hüquqa malik olduğunu əsas gətirərək ABŞ sanksiyalarını rədd edib:

"Sanksiyalar Rusiyanı Krımdan əl çəkməyə vadar edə bilməyəcək. Krım Rusiyanın tərkib hissəsidir".

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama Rusiyaya qarşı ticarət sanksiyaları tətbiq edib.

Ağ Evin bəyanatında bildirilib ki, qərar regionda bizneslə məşğul olan Amerika korporasiyalarına aydınlıq gətirir. Bəyanatda deyilib ki, prezidentin qərarı Vaşinqtonun Rusiyanın Krımı işğalını qəbul etməməsinə işarədir.

Ticarət yasaqları Ukraynanın şərq bölgəsindəki iğtişaşlarda əli olan 24 fərd və şirkətlərə şamil edilir.

Putin qalib gələrsə...

altGürcü vitse-spiker Georgi Baramidze həyəcan təbili çaldı

Ukraynanın şərqində təkcə ukraynalılar yox, bütün Şərqi Avropa xalqları uğrunda mübarizə gedir.

ANS PRESS-in məlumatına görə, bu sözləri Gürcüstan parlamentinin vitse-spikeri Georgi Baramidze 5-ci kanala müsahibəsində deyib.

“Bir çox gürcülər üçün Ukrayna təkcə özünün azadlığı yox bütün Şərqi Avropa cəbhəsinin önündə durub. Biz bir başa Ukraynanın uğurlarından asılıyıq. Bu təkcə ukraynalıların deyil, eləcədə gürcü, moldovalı və digərlərinin mübarizəsidir. Ukrayna qalib gəlməsə balaca dövlətlərin yaşayacağına inam azdır”, - deyə Baramidze qeyd edib.

Bundan əlavə o bildirib ki, Donbas münaqişəsində Avropa və bütövlüklə dünyanın necə olacağı müəyyənləşir.

Saytda Axtarış

ახალი ამბები