Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün565
DünənDünən3835
Bu həftəBu həftə13832
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8470431

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Rublun dəhşətli iflası

altMoskva bircasında rubl kəskin ucuzlaşıb.

ANS PRESS-in məlumatına görə, 1 dolların qiyməti 72,7 rubla qalxıb. Nəticədə, Moskva valyuta dəyişmə məntəqələri öz işini dayandırıb.

Bu, Rusiya Maliyyə Nazirliyini hərəkətə keçməyə məcbur edib. Nazirlik öz valyuta ehtiyatını bazara çıxardığını bəyan edib. Rusiya Federal Xəzinədarlığının hesabındakı valyuta qalığının $7 mlrd. olduğu bildirilib. Maliyyə nazirinin müavini Aleksey Moiseyev bazara lazım olan qədər valyuta çıxaracaqlarını bildirib. Bundan sonra rublun qiyməti xeyli qalxıb və 1 dollar 62,268 rubla düşüb. Amma sonra proses sonradan tərsinə gedib və Moskva vaxtı ilə saat 11:40-da 1 dollar 66,1 rubla qalxıb.

Dünən Maliyyə Nazirliyi iri Rusiya banklarına $3 mlrd. yerləşdirib.

Obamadan Putinə zərbə

altABŞ prezidenti Barak Obama Konqres tərəfindən qəbul edilmiş Rusiyaya qarşı yeni sanksiyalar haqqında və Ukraynaya dəstək haqqında qanun layihələrini bu həftənin sonunadək imzalayacaq.

ANS PRESS-in məlumatına görə, Ağ evin mətbuat katibi Con Ernest bildirib ki, B.Obama əvvəlki kimi, qanun layihələri haqqında müəyyən narahatlıq keçirir, amma hesab edir ki, bu ona manevr üçün yeni imkanlar açacaq.

Yeni layihə Rusiyanın müdafiə sənayesinə sanksiyaları nəzərdə tutur. Bu barədə ötən şənbə günü Konqresdə əksəriyyət tərəfindən qəbul edilib.

Bildirilir ki, əgər amerika lideri respublikaçılar və demokratlar arasında nadir həmrəyliyi göstərən qanun layihələrini imzalayarsa, "Rosoboroneksport" və Rusiyanın digər müdafiə müəssisələri ağır sanksiyalar gözləyir. Həmçinin sanksiyalarla üzləşəcək fərdi şəxslərin siyahısı da genişləndiriləcək.

Digər qanun layihəsi prezident Barak Obamaya Ukraynaya hərbi kömək göstərməyə icazə verir.

Fransanın ilk müsəlman prezidenti…

altTanınmış Fransa yazıçısı Mişel Houellebek deyib ki, yeni romanı Fransanın müsəlman prezidenti tərəfindən idarə edilməsindən bəhs edir.

Onun bu sözləri qalmaqal yaradıb.

Romanda hadisələr 2022-ci ildə baş verir. Xəyali “Fransa Müsəlman Qardaşlığı Partiyası”nın sədri Mohammed Ben Abbes prezident seçilir.

Bundan sonra ölkə qarışır. “Soumission” (İtaət) gələn il yanvarın 7-də çap ediləcək.

Hətta əsərin adı da birmənalı qəbul edilmir. “İslam” ərəbcə həm də Allahın iradəsinə itaət etmək deməkdir.

Təhkiyəçi 44 yaşlı anti-qəhrəmandır. Ədəbiyyat professorudur. Onu fahişələr və övladı yaşda qızlar cəlb edir.

Romanda indiki sosialist prezident François Hollande reytinqinin yerlərdə sürünməsinə baxmayaraq 2022-ci ilə qədər hakimiyyətdə qalır.

Yazıçı bundan əvvəl “Elementar hissəciklər” romanı ilə də qalmaqal yaratmışdı. Orada deyilirdi ki, “1968-ci ilin tələbə hərəkatındakı hippilər 1990-cı illərin serial qatillərinə çevrildilər”.

2001-ci ildəki bir müsahibəsində Houellebecq İslamı dinlərin ən pisi adlandırmışdı.

Bundan sonra Fransanın müsəlman birlikləri yazıçını dini ayrı-seçkilikdə ittiham edib hüquq-mühafizə orqanlarına müraciət etmişdilər. Məhkəmə iddianı rədd etmişdi.

Houellebecq-in son romanı olan “Xəritə və ərazi” Fransanın ən yüksək ədəbiyyat mükafatı olan “Goncourt”a layiq görülüb.

Houllebecq əsərləri xarici dillərə ən çox tərcümə edilən çağdaş fransız yazarıdır.

“İtaət” 56 yaşlı yazıçının 6-cı romanı olacaq.

Çərşənbə axşamı isə Fransanın mədəniyyət naziri Fleur Pellerin yerli radioya deyib ki, romanı mütləq oxuyacaq. Onun sözlərinə görə, Houellebecq həmişə “provokativ romançı” olub və onun “qəribə yumor hissi var”.

Gürcüstan azərbaycanlılarına şad xəbər

altBu gün Kvemo-Kartli (Şərqi Gürcüstan) bölgəsində daha 23 məscid Gürcüstan Müsəlmanları İdarəsinin mülkiyyətinə keçirilib.

ANS PRESS-in məlumatına görə, bu barədə Gürcüstanın dini işlər üzrə Dövlət Komitəsinin rəhbəri Zaza Vaşakmadze xəbər verib.

Qərar dini qurumların mülki və maliyyə məsələlərinin araşdırılması yönündə keçirilən iclas zamanı verilib. 2 iclasın nəticələrinə görə isə cəmi 44 məscid dövlət balansından Gürcüstan Müsəlmanları İdarəsinin balansına keçirilib.

Gürcüstan Müsəlmanları İdarəsinin başçısı azərbaycanlı Şeyx Ramin İgidovun sözlərinə görə, ölkədə 300-dən çox məscid və ibadətgah var.

“Bu məscidlərdən bir çoxunun taleyi məlum deyildi. Belə ki, bizim əlimizdə hüquqi sənəd yox idi. Buna görə də biz dini işlər üzrə Agentliyə məscidlərin statusunun müsəlman idarəsinə verilməsi xahişi ilə müraciət etdik. Məsələ bizim xeyrimizə həll olundu”, - deyə Ramin İgidov bildirib.

Qeyd edək ki, Kvemo-Kartli Gürcüstanda azərbaycanlıların sıx yaşadığı bölgədir.

İŞİD üçün 64 milyard ayrıldı

altABŞ Senatı 585 milyard dollarlıq hərbi xərcləri yekdilliklə qəbul edib.

AzNews.az-ın məlumatına görə, hərbi büdcəyə dair qanun layihəsi imzalanmaq üçün prezident Barak Obamaya göndərilib.

Sənədin qəbul edilməsi ilə ABŞ hərbi qüvvələrinin 2015-ci il oktyabrın 1-dən başlayacaq maliyyə ilində müdafiə xərcləri üçün ayrılmış maliyyə fondlarından istifadə etməsinə icazə verilir.

Buraya ABŞ prezidentinin İraq və Suriyada İŞİD-ə qarşı hərbi əməliyyatlar aparılması üçün müraciət etdiyi təcili maliyyə fondları da daxildir. Büdcədə Suriyada mötədil üsyançılar və İraqda kürd hərbi qüvvələrinə iki il müddətinə təlim verilməsi üçün maliyyə fondlarının ayrılması nəzərdə tutulur.

Müdafiə xərclərinə dair qanun layihəsi ABŞ-ın hərbi əməliyyatları, habelə hərbçilərin maaşlarının bir faiz artırlıması, hərbi gəmilər, təyyarələr və döyüş texnikasının alınması üçün nəzərdə tutulan maliyyə xərclərini əhatə edir.

Prezident Obamanın etirazına baxmayaraq, büdcə haqda qanunla ABŞ-ın Kubada Quantanamo hərbi həbsxanasının bağlanması üçün qoyulmuş məhdudiyyətlər və Quantanamo məhbuslarının Birləşmiş Ştatlara gətirilməsinə qadağa saxlanır.

"Dünya Gözəli - 2014" seçiləcək (FOTO)

alt“Dünya gözəli -2014” yarışmasının final mərhələsi Londonda keçiriləcək. ANS PRESS-in məlumatına görə, dünya gözəli adı uğrunda bu il 125 iştirakçı mübarizə aparacaq.

Yarışmada iştirak edən qızlar artıq 20 noyabrdan Londondadırlar. Gözəllər burada müxtəlif xeyriyyə tədbirlərinə qatılıblar. Bununla yanaşı onlar podiuma çıxıblar, həmçinin bir- birləri ilə idman və intellek üzrə müsabiqələrdə yarışıblar.

Bu ərəfədə, “Top Model” yarışmasının qalibləri artıq açıqlanıb. Dəniz modası, multimediya, istedad müsabiqəsi, fitness və idman üzrə yarışlarda onlar mübarizə aparıblar.

İlk beşliyə daxil olanlar Çin, Cənubi Sudan, Bosniya - Hersoqovina, Macarıstan və Avstraliyadan olan təmsilçilər qərarlaşıb. Beşliyə dəniz modası mükafatı üzrə Meksika, Keniya, İsveç, Cənubi Afrika və Hindistandan olan təmsilçilər daxil olub.

Multimediya müsabiqəsi üzrə Niderland, Qayana , Hindistan, ABŞ və İngiltərə təmsilçiləri qərarlaşıb.

Xüsusi bacarıq və istedadları ilə mübarizə aparan qızlar isə Malaziya, Şotlandiya, Russiya, İsveç və ABŞ təmsilçiləri olub.

İdman üzrə müsabiqədə isə Filippin, Macarıstan, Serbiya, Uelsdən olan təmsilçilər yer qazanıblar.

Qeyd edək ki, "Dünya Gözəli 2014" yarışmasının final mərhələsində qalib olan xanıma hazırki filippinli dünya gözəli Meqan Yanq öz tacını təqdim edəcək.

İŞİD İraq Ordusunun helikopterini vurdu

altİŞİD terror qruplaşması İraq Ordusunun helikopterini vurub.

“The Associated Press” agentliyi bildirir ki, İŞİD döyüşçüləri şənbə günü İraq Ordusuna məxsus hərbi helikopteri vurub. Bu barədə hökumət nümayəndələri məlumat verib. Nəticədə helikopteri idarə edən 2 nəfər ölüb. İŞİD-ın bu əməliyyatı ciddi narahatlıq yaradıb. Çünki onlar eyni uğurla ABŞ-ın rəhbərliyi altında olan Alyansın İraq və Suriyada həyata keçirdiyi hava hücumlarının qarşısını almaq üçün də oxşar əməliyyatlar təşkil edə bilərlər.

Hadisə şiələrin müqəddəs şəhəri olan Samirədə baş verib. Adının çəkilməsini istəməyən rəsmi şəxs deyib ki, vurulmuş helikopter “EC635”-dir. Bu uçuş aparatı dünyaca məşhur “Airbus” şirkəti tərəfindən istehsal olunur. Həm hərbi, həm də mülki məqsədlər üçün istifadə edilir.

Agentlik qeyd edir ki, İŞİD döyüşçüləri oktyabr ayında da İraq Ordusunun 2 helikopterini Beyji şəhəri yaxınlığında məhv etmişdi. Mütəxəsislər ehtiyat edirlər ki, İŞİD artıq “Yer-Hava” tipli raketlərə sahibdir. Bu cür raketlərlə havada olan hədəfləri vurmaq xeyli asandır.
Avropaya məxsus sərnişin təyyarələri, o cümlədən “Virgin Atlantic”, “KLM” və “Air France” , Amerikaya məxsus “Delta Air Lines” və Birləşmiş Ərəb Əmirliyinin təyyarələri İraq hava məkanından yan keçməyə üstünlük verirlər.

Gürcüstan 46 milyon aldı

altAvropa İttifaqı (Aİ) Gürcüstana 46 milyon avroluq makro-maliyyə yardımı (MFA) üçün anlaşma memorandumu imzalayıb. Yardım 2015-ci ildə iki bərabər hissədə həyata keçiriləcək. Proqramın məqsədi Gürcüstanın büdcə balansını və mövqeyini, iqtisadi idarəetmə və sosial fəallığı, eləcə də Aİ ilə sıx iqtisadi inteqrasiyasını inkişaf etdirməkdir.

ANS PRESS-in Avropa Parlamentinin rəsmi saytına istinadla verdiyi məlumata görə, sənədi imzalayan Aİ-nin iqtisadiyyat, maliyyə, vergi qoyma və gömrük məsələləri üzrə komissarı Pyer Moskovisi deyib ki, Gürcüstan Avropa İttifaqının davamlı dəstəyinə etibar edə bilər. Biz Gürcüstanın iqtisadi islahatlar gündəliyini dəstəkləməklə yanaşı, ölkədə maliyyə gərginliyinin azalmasına kömək edirik. Gürcüstanın inkişafyönümlü islahatların icrası ilə yanaşı, makro-iqtisadi sabitliyi qorumasını və Aİ ilə yaxın iqtisadi inteqrasiyasını dəstəkləyirik.

Xatırladaq ki, makro-maliyyə yardımı (MFA) Aİ-nin qonşuluğunda büdcə balansında ciddi problem olan tərəfdaş ölkələr üçün müstəsna böhran proqramıdır. Həmçinun BVF-nin yardımlarına əlavədir. İndiki MFA proqramı 2008-ci ilin oktyabrında Rusiya ilə hərbi münaqişədən sonra Brüsseldə beynəlxalq donorlar konfrasında təklif olunan 2 yardımın ikincisidir. 2013-cü il avqustun 12-də Avropa Parlamenti və Aİ Nazirlər Şurası bunu təsdiqləyiblər. Əvvəlki 46 milyon avroluq MFA proqramı 2009-2010-cu illərdə uğurla həyata keçirilib.

Gürcüstanda Rusiya bayrağı qadağan oluna bilər

altGürcüstanın keçmiş müdafiə naziri Dmitri Şaşkinin rəhbərlik etdiyi “İslahatçılar klubu” siyasi təşkilatı bu ölkədə Rusiya bayrağından istifadədən imtina etməyə çağırıb.

APA-nın “Georgia Online” xəbər saytına istinadən verdiyi məlumata görə, siyasi təşkilat bununla bağlı Gürcüstan parlamentinə müraciət edib.

“Parlament Rusiya Federasiyasının bayrağının Gürcüstanda istifadə olunmasını cinayət hesab edən qanun layihəsinə baxmalıdır”, - deyə müraciətdə bildirilir.

Söhbət Gürcüstana uçuşlar həyata keçirən “Aeroflot” aviaşirkətinə məxsus təyyarələrin üzərindəki bannerdən, küçələrdə yerləşdirilən bayraqdan, o cümlədən etiraz aksiyaları zamanı istifadə olunan Rusiya bayrağından gedir.

“İslahatçılar klubu”nun üzvləri öz ölkələrində Rusiya bayrağından istifadə edənləri iki ilə qədər azadlıqdan məhrum etməyi təklif edir.

Keçmiş müdafiə nazirinin tərəfdarları hesab edir ki, Rusiya bayrağının Gürcüstanda istifadə olunması “ümumi milli dəyərlərə təhqirdir”.

Gürcüstan prezidenti Ermənistanın baş naziri ilə görüşüb

altGürcüstan prezidenti Georgi Marqvelaşvili Tiflisdə Ermənistan baş naziri Ovik Abramyanla görüşüb.

APA-nın gürcü mətbuatına istinadən verdiyi məlumata görə, görüşdə ikitərəfli iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib.

Qeyd edək ki, O. Abramyanın başçılıq etdiyi nümayəndə heyəti Gürcüstanda ikigünlük rəsmi səfərdədir. Dünən Ermənistanın baş naziri gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə görüşüb.

Gələn həftə Gürcüstanla Avropa İttifaqı arasında imzalanmış assosiasiya sazişi ratifikasiya olunacaq

altDekabrın 17-də Avropa Parlamentində Gürcüstanla bağlı debatlar və bu ölkə ilə Avropa İttifaqı arasında bağlanmış assosiasiya sazişinin ratifikasiyası baş tutacaq.

APA-nın “Qruziya Online” saytına istinadən məlumatına görə, Gürcüstanla bağlı məruzəçi Andrey Mamikin olacaq. Onun hesabatı əsasında Gürcüstanla bağlı qətnamənin qəbulu gözlənilir.

Gürcüstan və Avropa İttifaqı arasında saziş 2013-cü ildə paraflanıb, 27 iyun 2014-cü ildə isə imzalanıb. Noyabrın 17-də Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi bu sazişi dəstəklədiyini bildirib.

Avropa Parlamentinin plenar sessiyası dekabrın 15-dən 21-dək keçiriləcək.

Gürcüstanda soydaşlarımızın yığcam yaşadığı Kvemo-Kartli Borçalı bölgəsində Ümummilli lider Heydər Əliyevin anım günü qeyd edilib

altGürcüstanda soydaşlarımızın yığcam yaşadığı Kvemo-Kartli Borçalı bölgəsinin Marneuli şəhərində Ümummilli liderimiz Heydər Əliyevin anım gününü qeyd edilib.Mərasim Mədəniyyət Mərkəzində baş tutub.
            Mərkəzin rəhbəri Fazil Həsənov toplaşanlara Heydər Əliyevin həyat və fəaliyyəti barədə ətraflı məlumat verib. Fazil Həsənov qeyd edib ki, Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyi böyük təhlükələrdən xilas oldu, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsaslı dönüş yarandı. Ulu öndərin tarazlaşdırılmış və balanslaşdırılmış siyasəti Azərbaycanı ciddi təhlükələrdən xilas etməklə yanaşı, xaricdə yaşayan soydaşların, o cümlədən Gürcüstan azərbaycanlılarının da bu ölkədə durumunu sabitləşdirdi, köçün qarşısını aldı. Heydər Əliyevin yenilməz iradəsi və uzaqgörən siyasəti nəticəsində əsrin qlobal layihələrinin məhz Borçalı azərbaycanlılarının mənafeyi də nəzərə alınaraq, Gürcüstan ərazisindən keçməklə reallaşması Azərbaycanı dünyanın aparıcı dövlətlərinin maraq dairəsinə çevirməklə yanaşı, bölgədə sabitliyi, əmin-amanlığı bərpa edib. Ərazisi xain qonşu tərəfindən işğal altında olan Azərbaycan dünyaya təcavüzkar dövlət kimi təqdim edilir, haqq səsi eşidilmirdi. Məhz Heydər Əliyev cəsarəti, əzmkarlığı sayəsində haqq səsimiz dünyaya yayıldı, nəhayət, beynəlxalq ictimaiyyət təcavüzkarı tanımaq məcburiyyətində qaldı. Ulu öndərin xalq, vətən qarşısında xidmətləri əvəzsizdir. Bu gün fəxrlə deyə bilərik ki, H.Əliyevin xalqlarımızın xoşbəxt gələcəyinə istiqamətlənmiş siyasi kursu Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Gürcüstan azərbaycanlıları ümummilli liderimizin xatirəsi önündə baş əyir və Heydər Əliyev irsinə sədaqətlə xidmət edən Azərbaycan Respublikasının rəhbərliyinə qayğı və diqqətə görə minnətdardırlar.Ulu öndərin anım günü münasibətilə paytaxt Tbilisidə,eləcə də , Qardabani, Bolnisi və Dmanisi rayonlarında geniş tədbirlər keçirilib. Mərasimdə rəsmi şəxsləri iştirak edib.

Saytda Axtarış

ახალი ამბები