Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün551
DünənDünən3835
Bu həftəBu həftə13818
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8470417

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Ərdoğandan sərt bəyanat

altTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin heç bir halda terror təşkilatlarına dəstək vermədiyini bir daha bəyan edib.

ANS TV-nin məlumatına görə, o, həmçinin quru hücumlarının olmadığı təqdirdə, “İŞİD” qruplaşmasının məhvinin mümkünsüz olacağını deyib. Ərdoğan, Suriyada “İŞİD” qədər təhlükəli bir qüvvə - Bəşər Əsədin olduğunu vurğulayaraq, Əsədin Suriyanı məhv etdiyini bildirib:

"Mən bir az açıq sözlüyəm, yəni sözlərimi gizlətmirəm. Suriyanın başındakı şəxs, dövlət terroru əsdirən şəxsdir. İŞİD terror təşkilatıdır. Amma digər tərəfdə də dövlət terroru əsdirən var. Amma nə deyirlər: “Əsəd getsə, yerinə kim gələcək?” Əgər demokratiyaya inanırıqsa, mən deyirəm ki, xalq kimi istəsə, o da gələcək. Niyə Əsədə bu qədər güvənirsiniz? Əgər Əsəd bacarıqlı lider olsaydı, Suriya bu hala düşməzdi. Əsəd öz ölkəsini bombalayaraq bitirib. Tez bir zamanda ondan qurtulmaq lazımdır və onun yerinə xalıqn seçimiylə gələn adam olmalıdır”.

ABŞ-da erməni şəhər meri seçildi

alt

Erməni Cek Xacinyan ABŞ-ın Montebello şəhərinin meri seçilib.

AzNews.az xəbər verir ki, bu haqda məlumatı “Daily News” saytı yayıb.

Məlumatda deyilir ki, milliyətcə erməni olan şəxsin bu vəzifəyə seçilməsi ilk hadisədir.

Qeyd edək ki, Cek Xacinyan 2011-ci ildə Montebello Şəhər Şurasının üzvü seçilib.
Fox telekanalının müxbiri Araksiya Karapetyan Xacinyanın şəhər sakinlərilə görüşü haqda reportaj hazırlayıb. O, bu görüşü ABŞ erməniləri üçün “tarixi görüş” adlandırıb.
Xacinyanın andiçmə mərasimində 800 nəfərdən çox insan iştirak edib.

O, jurnalistlərə müsahibəsində deyib ki, hələ gəncdir və bu vəzifəyə seçildiyinə görə həyacan keçirir. Erməni mer bildirib ki, şəhərin çiçəklənməsi üçün əlindən gələni edəcək.

Ronaldonun yeni avtomobili başına bəla oldu

altİspaniya mətbuatı Kriştiano Ronaldonun yeni avtomobilindən danışır.

ANS PRESS-in məlumatına görə, "Real Madrid"in portuqaliyalı ulduzu məşqlərə "Rolls Royce" markalı avtomobillə gəlməsi tənqidlərə səbəb olub.

Futbolçunu "Real Madrid"in təlim-məşq toplantılarına lüks avtomobili ilə gəlməsi ölkədə mübahisəyə səbəb olub. Jurnalistlər Ronaldonun bu addımı ilə özünü yuxarıdan apardığını düşünürlər. KİV nümayəndələrinin fikrincə, bu tip maşınlar məşqə gəlmək üçün deyil, qonaqlığa getmək üçündür.

"Real Madrid"ə yaxın qəzet və yazarlar isə Kriştianonun bir kral olduğunu və bu vasitənin krallara yaraşdığını söyləyiblər. Portuqaliyalı ulduz isə haqqında danışılanlara gülüb. Portuqaliyalı yeni aldığı avtomobillə məşqlərə gəlməyə davam edəcəyini söyləyib.

Qeyd edək ki, futbolçu bu avtomobili üçün 3 milyon avroluq xüsusi bir qaraj inşa etdirib. Ronaldo lüks avtomobillərinin sığortası üçün isə ildə 100 min avro pul ödəyir.

Gürcüstan prezidenti: Rusiya ilə Abxaziya arasında bağlanmış saziş münasibətlərin normallaşdırılmasını çətinləşdirəcək

altRusiya ilə Abxaziya arasında bağlanmış “Müttəfiqlik və strateji tərəfdaşlıq haqqında” saziş Rusiya ilə münasibətlərin normallaşmasını çətinləşdirəcək.


APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Tiflisdə təşkil olunmuş xüsusi brifinqdə Gürcüstan prezidenti Qeorqi Marqvelaşvili bəyan edib.

Onun sözlərinə görə, beynəlxalq hüquqa zidd olan müqavilənin imzalanması Rusiyanın Abxaz regionunu ilhaq etməsinə yönələn addımdır. Marqvelaşvili beynəlxalq ictimaiyyəti qeyri-qanuni sazişə müvafiq siyasi qiymət verməyə çağırıb.

Qeyd edək ki, noyabrın 24-də Soçi şəhərində Rusiya ilə Abxaziya arasında imzalanmış saziş ümumi müdafiə və təhlükəsizlik məkanının yaradılmasını nəzərdə tutur.

Qərarını canlı yayımda verdi ABŞ prezidenti müdafiə naziri Çak Heygeli istefaya göndərdi

altABŞ prezidenti Barak Obama müdafiə naziri Çak Heygeli istefaya göndərib.

ANS PRESS-in məlumatına görə, prezident bunu CNN kanalının canlı yayımında bəyan edib.

Qeyd edək ki, 2013-cü ildə nazir postuna təyin olunan Heygel yeni təyinata qədər vəzifəsində işləyəcək.

Amerikanın “New York Times” qəzetinin yaydığı məlumata görə, müdafiə naziri vəzifəsinə əsas iddiaçılar keçmiş nazir müavini Mişel Flurn, senator Cek Rid və müdafiə nazirinin keçmiş birinci müavin Eşton Karter sayılır.

Ata 5 uşağının ölümünə səbəb oldu

alt

Musavat.com xəbər verir ki, hadisə Türkiyədə baş verib.

Suriyadakı döyüşlərdən xilas olmaq üçün Türkiyəyə köç edən minlərlə ailədən biri olan Almahavi ailəsinin 5 uşağı, kömür tüstüsündən boğularaq ölüblər.

Belə ki, ailə başçısı 45 yaşlı İbrahim Almahavi, uşaqlar üşüməsin deyə, dəmir qutuda olan kömürləri yandıraraq, uşaqlarını otağına qoyub. Səhər yuxudan oyananda isə artıq uşaqlar tüstüdən boğularaq ölmüş olub.

Ata ağlayaraq bu sözləri deyib: "Ölməmək üçün Suriyadan qaçdıq. Yenə də ölüm bizə çatdı. Hər şey mənim günahım ucbatından olub. Geridə qalan 3 övladım, mənim təsəlli gücümdür".

Barak Obama helikopterdən tullandı

altABŞ prezidenti Barak Obamanın bir hərəəkəti onun helikopterini uçuşdan saxlayıb.

AzNews.az-ın məlumatına görə, yola düşməzdən az qabaq o, telefonunu ofisdə unutduğunu yada salıb və helikopterdən çəmənliyə tullanıb. Daha sonra o, oval kabinetə qaçıb.

Bir neçə dəqiqdən sonra ABŞ prezidenti geri qayıdıb və curnalistlərə əl edib. O, yeni aldığı qaceti jurnalistlərə nümayiş etdirib.

ABŞ prezidenti daha sonra helikopterə minərək Las-Veqasa uçub ki, mühacirlər barədə yeni qanunu dəstəkləsin.

Quantanamo 3 məhbusu Gürcüstana göndərdi

alt

Amerika Birləşmiş Ştatları Kubada yerləşən Quantanamo həbsxanasından 3 məhbusu Gürcüstana köçürüb.
AzNews.az Azadlıq Radiosuna istinadən xəbər verir ki, bu haqda məlumatı Pentaqon yayıb.

Məlumatda deyilir ki, Yəməndən olan Salah Mohammed Salih Al-Dhabi, Abdel Ghaib Ahmad Hakim və Abdul Khaled Al-Baydani Gürcüstana təhvil verilib.

Bir yəmənli və bir tunisli məhbus isə Quantanamodan Slovakiyaya köçürülüb.
ABŞ Quantanamo həbsxanasının bağlanması üçün görülən işlərə Gürcüstan hökumətinin göstərdiyi dəstəyə görə minnətdarlıq edib.

Qeyd edək ki, Gürcüstan ilk dəfə 2010-cu ildə Quantanamodan 3 məhbus alıb. Onların kimliyi hələ də açıqlanmır.

JEM-dən Batumi Forumundakı olaylara - REAKSİYA

alt

Jurnalist Ekspert Mərkəzi (JEM) “Avropa Birliyinin Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində Gürcüstanın Batumi şəhərində keçirilən Vətəndaş Cəmiyyəti Forumunda Azərbaycan əleyhinə aprılan qərəzli erməni təbliğatına etiraz bəyanatı yayıb.

Bəyanatda deyilir:
- “Avropa Birliyinin Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində Gürcüstanın Batumi şəhərində keçirilən Vətəndaş Cəmiyyəti Forumunda baş verən xoşagəlməz hadisədən təəssüfləndiyimizi bildiririk. Eyni zamanda, hesab edirik ki, bu olayın da arxasında məkrli erməni siyasəti və Azərbaycana qarşı durmadan fəaliyyət göstərən erməni təbligat maşını dayanır.

Yayılan xəbərlər, foto və video materiallardan aydın şəkildə görünür ki, Azərbaycana qarşı yönəlmiş aksiyanın təşkilatçıları arasında ermənilər var. Xüsusi fəallıq nümayiş etdirən ermənilərin bizə “ürək yandırması”, şübhəsiz ki, insan haqları, söz və mətbuat azadlığı kimi prinsiplər müstəvisində şərh oluna bilməz. Bu, indiki həssas məqamda yalnız Azərbaycanın maraqlarına, torpaqlarının işğaldan azad olunması istiqamətində atdığı addımlara xələl yetirmək, işğal olunmuş ərazilərdəki erməniləri öz vətəndaşlarımız kimi qəbul etdiyimiz barədə bəyanatlara kölgə salmaq məqsədinə hesablanıb.

Aydındır ki, Azərbaycandakı hanısısa məhbusun taleyi erməniləri qətiyyən maraqlandırmır. Onlara həmin məhbusun fotolarından yararlanıb Azərbaycanı qara rəngdə təqdim etmək və bu ölkədə yaşamağın mümkün olmadığına dair beynəlxalq ictimaiyyətin rəyini qazanmaq lazımdır.

JEM hesab edir ki, ermənilərin bu məqsədinə hesablanmış aksiyalara dəstək vermək, başqa ölkələrin QHT təmsilçilərinin əli ilə Azərbaycanın yalnız mənfi obrazının yaradılmasına hesablanmış fəaliyyət növləri ilə məşğul olmaq, elə erməni siyasətinə, Ermənistan dövlətinin maraqlarına xidmət etmək anlamına gəlir. Xüsusən indiki həssas məqamda qarşılaşdığımız bu kimi davranışlar bizə əsas hədəfimizə çatmaqda çətinliklər yaradır.

JEM Forumun işinin və dünənki asksiyanın işıqlandırlmasında yüksək peşəkarlıq göstərmiş “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğluna təşəkkür etməklə yanaşı, onun fəaliyyətinə kölgə salmağa yönəlmiş ittihamlara da etiraz edir. Bir jurnalistin üzərinə düşən vəzifələri yerinə yetirdiyinə görə qərəzli reaksiyalarla üzləşməsindən təəssüfləndiyimizi bildiririk. Hesab edirik ki, Rauf Arifoğlunun Forumdan, onun işini işıqlandırmaqdan imtina etməyə məcbur olması bilavasitə Avropa Birliyinin söz və mətbuat azadlığına göstərdiyi münasibətin bariz nümunəsidir. Ölkələrdən söz və mətbuat azadlığı tələb edən beynəlxalq təşkilatlar bunu birinci növbədə özləri nümayiş etdirməlidirlər. Batumi Forumu bizə əksini göstərdi”.

Gürcüstan prezidenti 121 məhbusu əfv edib

altGürcüstan prezidenti Georgi Marqvelaşvili 121 məhbusun əfv edilməsi haqqında sərəncam imzalayıb.

APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, qərar müqəddəs Georgi bayramı öncəsi verilib.

Gürcüstanın Əfv üzrə dövlət komissiyasının sədri Zviad Koridze bildirib ki, 93 nəfər dərhal azadlığa çıxacaq, digərlərinin isə həbs müddəti azaldılacaq.

Əfv olunanlar arasında narkotiklərlə əlaqəli cinayətlərə görə həbs edilən şəxslər də var.

Xüsusi komissiya 752 işə baxıb, onlardan 350 müvafiq kriteriyalara cavab verməyib.

Gürcüstanda ATƏT-in dəstəyi ilə milli azlıqların ölkənin siyasi həyatında iştirakına həsr olunmuş görüş keçirilib

altÇoxpartiyalı demokratiya uğrunda Niderland İnstitutu (ÇDNİ) ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarlığının Gürcüstandakı ofisinin dəstəyi ilə azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində "Gürcüstanın siyasi həyatında milli azlıqların iştirakının gücləndirilməsi" adlı layihə çərçivəsində görüş keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüşdə Gürcüstanda fəaliyyət göstərən 8 partiyanın təmsilçiləri, Gürcüstan parlamentinin deputatı, QHT nümayəndələri, jurnalistlər və yerli bələdiyyə üzvləri iştirak ediblər.

Tədbirdə qeyd edilib ki, görüşün əsas məqsədi "Gürcüstanın siyasi həyatında milli azlıqların iştirakının gücləndirilməsi" adlı layihə çərçivəsində ölkədə baş verən dəyişikliklər barədə yerli əhaliyə məlumat vermək, ölkənin siyasi həyatında milli azlıqların atdığı addımları müzakirə edərək mövcud problemləri təhlil etməkdir. Görüşdə ÇDNİ-nin Cənubi Qafqaz üzrə nümayəndəsi Levan Suskiridze, ATƏT-in Gürcüstan ofisinin nümayəndəsi Nino Qoqoladze, ÇDNİ-nin Kvemo Kartli bölgəsi üzrə layihə koordinatori Kamran Məmmədov və başqaları çıxış ediblər.

N. Qoqoladze ATƏT-in Gürcüstandakı fəaliyyəti və missiyası haqqında məlumat verərək bildirib ki, missiyanın məqsədi milli zəmində problemlərin baş qaldırmamasına xidmət etməkdir.

L. Suskiridze isə son illərdə milli azlıqların nümayəndələrinin Gürcüstan hakimiyyətində təmsil olunmaları haqqında düşündüklərini deyib: "Belə görüşlərin tez-tez keçirilməsini istəyirik. Düşünürəm ki, əlaqələrimizin və əməkdaşlığımızın inkişaf etdirilməsi, Gürcüstan hakimiyyətində milli azlıqların təmsil olunması Gürcüstanı demokratik və inkişaf edən bir ölkəyə gətirib çıxaracaq".

Tədbir diskussiya şəraitində davam edib. Görüş iştirakçıları müxtəlif təkliflə çıxış ediblər.

Gürcüstan ABŞ-a üz tutdu

altGürcüstan ABŞ-dan silah alınması ilə bağlı danışıqlar aparır.

ANS PRESS-in məlumatına görə, bu barədə Gürcüstanda səfərdə olan ABŞ ordu generalı Frederik Hodges açıqlama verib.

ABŞ hərbi qüvvələrinin komandanı bildirib ki, danışıqların nəticə verəcəyi barədə danışmaq tez olsa da, rəsmi Tiflisə müdafiə silahlarının satılması vacibdir.

Gürcü müdafiə naziri ilə görüşən ABŞ qoşunlarının Avropa komandanı Gürcüstanın müdafiə imkanlarının gücləndirilməsi istiqamətində ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirə edildiyini deyib.

Saytda Axtarış

ახალი ამბები