Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün505
DünənDünən3835
Bu həftəBu həftə13772
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8470371

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanın dövlət naziri Azərbaycan dilli jurnalistlərlə görüşüb

altBu gün Gürcüstanda fəaliyyət göstərən Azərbaycan dilli mətbuat nümayəndələrinin Gürcüstanın barış ve vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Paata Zakareişvili ilə göruşü keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüşdə çıxış edən Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Zillioğlu Gürcüstanda fəaliyyət göstərən Azərbaycan dilli mətbuat orqanlarının problemlərindən danışıb.

Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin təşəbbüsü ilə baş tutan görüşdə iştirak edən jurnalistlər mətbuatın problemlərindən, informasiya qıtlığının aradan qaldırılması yollarından, habelə mətbuata qərəzli yazıların yol açmasından, jurnalist etikasından, mətbuata dövlət qayğısından və sürətli inteqrasiyaya mane olan əngəllərdən söz açıblar.

P. Zakareişvili ona verilən sualları ətraflı cavablandırıb və belə görüşlərin gələcəkdə də davam etdiriləcəyinin vacibliyini vurğulayıb.

Görüş zamanı dövlət naziri azərbaycanlıların kompakt yaşadığı bölgələrdə informasiya qıtlığının aradan qaldırılması üçün regional televiziyanın açılmasının, gürcü və Azərbaycan mətbuatında xalqlarımızın tarixi dostluğundan bəhs edən yazıların dərc olunmasının önəmini önə çəkib. O həmçinin Tiflisdə fəaliyyət göstərən Azərbaycan Dövlət Dram Teatrı barədə, Azərbaycan dilli mətbuatın durumu, mətbuata dövlət qayğısı və inteqrasiya prosesində qarşıya çıxan problemlərin həllində dövlət idarələrinin daha fəal çalışması və son vaxtlar Adigeni rayonunda dini zəmində baş verən hadisələr barədə danışıb.

Tədbirdə Gürcüstan baş nazirinin köməkçisi Savalan Mirzəyevlə barış ve vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin Kvemo-Kartli bölgəsi üzrə nümayəndəsi Zaur Darğallı çıxış edib.

Gürcüstanda müdafiə nazirliyinin yüksək rütbəli məmurlarına qarşı ittiham irəli sürülüb

altGürcüstanın Baş prokurorluğu tərəfindən saxlanılan 5 nəfər müdafiə nazirliyinin yüksək rütbəli məmurundan ikisinə ittiham irəli sürülüb.

APA-nın Gürcüstan bürosunun gürcü mətbuatına istinadən məlumatına görə, Georgi Lobjanidze və Arçil Alavidze soyadlı məmurlar böyük həcmdə dövlət vəsaitini mənimsəməkdə günahlandırılırlar .

Xatırladaq ki, oktyabrın 28-də Gürcüstanın Baş prokurorluğu müdafiə nazirliyinin 5 nəfər yüksək rütbəli məmurunun saxlanılması barədə məlumat yayıb.

Qadın ərini öldürmək istədi - Özü və 3 uşağı öldü

altFinlandiyada dəhşətli ailə faciəsi baş verib.

AzNews.az xəbər verir ki, qadın ərini öldürmək üçün minik avtomibilini ərinin içərisində olduğu sərnişin avtobusu ilə toqquşdurub.

Hadisə zamanı 33 yaşlı qadın və onun yanında olan 3 uşağı dünyasını dəyişib. Ölən uşaqların 1, 2 və 6 yaşı olduğu deyilir.

Avtobusda olan 15 sərnişindən isə 10 nəfər müxtəlif dərəcədə zədə alaraq xəstəxanaya çatdırılıb.

Qadının ərinin taleyi haqda isə xəbər verilmir.

Gürcüstan paytaxtında "Tbilisoba" bayramı keçirilib

alt

Bu gün Gürcüstan paytaxtında iki gün keçiriləcək "Tbilisoba" ("Tiflis Günü") bayramı başlayıb.


APA-nın Gürcüstan bürosunun məlumatına görə, bayram tədbirində Gürcüstanın baş naziri İrakli Qaribaşvili və bütün Gürcüstanın katalikos-patriarxı II İlya iştirak ediblər.

Tiflisdə fəaliyyət göstərən "Ceyran" folklor rəqs ansamblı "Tbilisoba" bayramında çıxış edib və gənc azərbaycanlı rəqqasələr Azərbaycan və gürcü rəqslərindən ibarət folklor nümunələrini, o cümlədən "Sarı gəlin" rəqsini nümayiş etdiriblər.

Bayramın proqramı sabah davam edəcək, müxtəlif konsert və şou-proqramlar nümayiş olunacaq, eyni zamanda retro-avtomobillərin, rəsm əsərlərinin sərgisi, meyvə festivalı və şərab paradı keçiriləcək.

Bu gün bayram tədbirləri bölgələrdə də başlayıb. Qardabanidə "Qardabnoba" ("Qardabani Günü") adlanan bayram keçirilir.

"Tbilisoba" bayramı artıq 35-ci dəfədir ki, keçirilir. Bayramın keçirilməsinə 1979-cu ildən başlanıb və 1988-ci ildən bəri mütəmadi olaraq qeyd edilir.

Hindistanın baş naziri küçə süpürür

alt

Hindistanın baş naziri Narendra Modi ölkəni zibiliklərdən təmizləmək üçün qollarını çırmalamalı olub. Əlinə süpürgə alan baş nazir paytaxt Dehlidə “MyCleanIndia” (Mənim təmiz Hindistanım) aksiyasına start verib. Hind xalqına müraciət edən millətçi baş nazir ölkənin zibilliklərdən təmizlənməsi üçün hər kəsin bu kampaniyaya baş vurmasını istəyib. Bu barədə Almaniyanın “Der Spiegel” jurnalı xəbər yayıb.

Baş nazirin YouTube-da və Facebook-da paylaşdığı həmin görüntülər xalq arasında rəğbətlə qarşılanıb. Baş nazirin təkidi ilə dövlət qulluqçuları bundan sonra ildə 100 saat ölkənin təmizlənməsi üçün əlinə süpürgə götürməli olacaq.

Cənab baş nazir deyib ki, ancaq dövlət qullquçuları ilə bu iş bitməz. Hindistanın 1,25 milyard əhalisi bu işə cəlb olunmalıdır. Onun status formasında paylaşdığı bu yazını 2 milyondan çox insan “like” edib. Tweeter-də isə onun 7 milyon izləyicisi var.

Qeyd edək ki, gigiyena baxımından Hindistan dünyanın ən geridə qalmış ölkələrindən sayılır. Bu ölkədə əhalinin 700 milyona yaxını tualetdən belə istifadə edə bilmir.

Ekspert: “Rusiya 2 ildən sonra SSRİ-nin taleyini yaşayacaq”

altRusiyalı politoloqlar “Rusiyalılar 2015-ci ildən nə gözləməlidirlər?” mövzusunda geniş mətbuat konfransı keçirərək öz ölkələrinin gələcəyi ilə bağlı bədbin fikirlər səsləndirib. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, konfans iştirakçısı, “Yabloko” Partiyasının sədri Sergey Mitroxinin fikrincə, ölkəsinin xaricdən idxalı daxili bazar hesabına əvəzləyə bilmək potensialına inanmaq sadəlövlükdür və son 20 ildə xammal ölkəsinə çevrilən Rusiyanın bu yoldan çəkilməsi inandırıcı deyil.

Rusiya Sahibkarlar və İcarədarlar İttifaqının prezidenti Andrey Buniç isə deyib ki, Qərb Rusiya rəhbərliyini qorxutmamaq üçün qəsdən sakitləşdirir: “Qərbdə qəsdən hər şeyin, o cümlədən enerji daşıyıcılarının qiymətlərinin yüksək olacağı ilə bağlı proqnozlar verilər ki, Rusiya rəhbərliyini təlaşa salmasınlar. Lakin onlar artıq çoxdan hesablayıblar ki, 2, ola bilsin 3 ildən sonra indiki neft qiymətləri hesabına Rusiya iqtisadiyyatını çökdüürsünlər”.

Buniçin sözlərinə görə, Rusiya iqtisadiyyatının indiki ağır durumu Qərb sanksiyalarının deyil, Rusiya siyasi rəhbərliyinin qeyri-effektiv idarəetməsi ilə bağlıdır: “Bizdə sabit iqtisadiyyat yoxdur və hər şey neft pulları hesabına örtülür. Kim hakimiyyətə loyaldırsa, ona büdcədən pul verilir. Hətta “Rosneft”də pul istəyir. Əvvəl-axır belə iqtisadiyyat dalana dirənəcək”.

Andrey Buniç fikrini davam etdirərək enerji daşıyıcılarının qiymətlərinin yaxın 10 ildə hazırkı səviyyədə qalacağını və Rusiyanın yaxın bir neçə il ərzində parçalanacağını proqnozlaşdırır: “Qərb politoloqları hələ 6 il əvvl Rusiyanın parçalanacağı ilə bağlı proqnoz verirdilər. Lakin bu parçalanma daha tez baş verəcək. 6 il yox, 2-3 il ərzində. Valyuta, büdcə və bank sistemindəki böhran ani məqamda hər şeyi iflasa apara bilər. 1991-ci ildə heç kim SSRİ-nin çökəcəyinə inanmırdı. Lakin bu baş verdi. İndi də eyni vəziyyətdir”.

Təhlilçi-professor İqor Nikolayev da ümumi bədbin əhval-ruhiyyəni bölüşür: “İndi pulları dollarla da saxlamaq heç nəyi sığorta etmir. Siz, sadəcə olaraq öz pulunuzu bankdan ala bilməyəcəksiniz. Yeni ildən Mərkəzi Bank da rublun məzənnəsini indiki səviyyədə saxlaya bilməyəcək”.

Onun fikrincə, bütün imkanlı şəxslər öz vəsaitlərini Rusiya banklarından çıxarıblar. Bundan zərərçəkən isə sadə rus vətəndaşları olacaq. Rusiyalı ekspert belə fikirləşir.

“Quran”ı tapdalayan türk qız saxlanıldı

altTürkiyədə “Kedibiti” adlı bir twitter istifadəçisinin “Quran”ı tapdalayaraq şəkil çəkdirməsi və bunu internetdə paylaşması böyük rezonansa səbəb olub.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Böyükşəhər Bələdiyyə başçısı Melih Gökçek vəkili Esennur Ezgi vasitəsilə İslamı təhqir edən bu adam haqqında prokurorluğa şikayət edib. “Kedibiti” adlı twitter istifadəçisinin İstanbulda yaşayan, 38 yaşlı Gülbeyaz Atik olduğu müəyyənləşib. Artıq nəzarətə alınan Atikin kompüteri və telefonu müsadirə edilib.
İfadəsində bir inancı olmadığını, “Quran”ı ayağı ilə tapdaladığı fotonun yanında dövlət rəhbərlərini təhqir etdiyini söyləyən Atik haqqında böhtan, xalqı kin və düşmənçiliyə açıq-aşkar təhrik etmə və ictimai barışı pozma maddələri əsas götürülərək cinayət işi açılıb.


Bəlli olub ki, prezident Rəcəb Tayyib Ərdoğan da vəkili vasitəsilə məsələyə müdaxilə edib.

Almaniya Gürcüstanı səyahət üçün riskli ölkələr siyahısına daxil edib

alt

Almaniya Gürcüstanı səyahət üçün riskli ölkələr siyahısına daxil edib.


APA-nın Gürcüstanın “Rezonansi” qəzetinə istinadən verdiyi məlumata görə, əsas səbəb kimi Almaniya vətəndaşlarının bu ölkəyə səfər edərkən terrorçular və kriminal ünsürlər tərəfindən təhlükə ilə üzləşə biləcəyi göstərilir.

“Terror və oğurluq təhlükəsi əvvəlki kimi böyükdür. Dövlət müəssisələri və inzibati binalar, nəqliyyat, iqtisadi və turizm obyektləri, mehmanxanalar, dini ibadət yerləri və səfirliklər hücum üçün prioritet istiqamətlərdir”, – deyə Almaniya Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.

Almaniya vətəndaşlarına Cənubi Osetiya və Abxaziyaya da səfər etmək məsləhət görülmür. Bu ərazilər kriminogen durum baxımından təhlükəli kimi göstərilir. Almaniya XİN-i öz vətəndaşlarını xüsusi olaraq Cənubi Ocetiya və Abxaziyaya Rusiyadan daxil olmamağa çağırır.

Gürcüstanla yanaşı Almaniya XİN-in “qara siyahısı”nda Cənubi Sudan, Liviya, Kamerun, Mali, Burkina-Faso, Nigeriya və Yəmən kimi ölkələr yer alıb.

Məsələyə münasibət bildirən Gürcüstan xarici işlər nazirinin müavini David Zalkaliani Almaniya XİN-in müraciətində narahatlıq doğuran məqamların olmadığını deyib. Onun sözlərinə görə, bu qiymətləndirmə münaqişə zonalarındakı kriminogen duruma əsaslanıb.

“Oskar”lı aktyorlar “erməni soyqırımı” haqda filmdə çəkiləcək

alt

Rusiyada prodüserliklə məşğul olan erməni mənşəli Valeri Saaryan “erməni soyqırımı”ndan bəhs edəcək film çəkiləcəyini bildirib. Filmin əsas qəhrəmanı isə ömrünün son illərini Parisdəki ruhi xəstəxanada keçirən erməni bəstəkarı Komitas olacaq. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, 36 yaşlı prodüser filmdə “Oskar” mükafatı alan aktyorlar Edrian Broudi, Dastin Hoffman və Alen Delonun çəkiləcəyini vurğulayıb:

“Edrian Broudi filmdə erməni bəstəkar Komitası canlandıracaq. O, ssenarini oxuyub və çəkilişlərə razılığını verib.

Əgər hər hansı çətinlik yaranmasa, Broudi Komitas rolunu ifa edəcək”.

Bundan başqa, Saaryan ssenaridə yer alan komissar Verjye obrazını ya Jerar Depardyenin, yaxud Jan Renonun canlandıracağını bildirib. Komitasın əsəb xəstəxanadakı müalicə həkimini isə Fransa kinosunun canlı əfsanəsi, 79 yaşlı Alen Delon oynayacaq.

Komitasla xəstəxanada dostluq edəcək digər obraz, yəhudi şahmatçısı Şpilmahr sürətini isə 2 dəfə “Oskar”a layiq görülən Dastin Hoffman canlandırcaq.

Valeri Saaryan 2016-cı ilin yazında premyerası keçiriləcək filmin rejissorunun isə Romçan Polnaski ilə Miloş Formandan biri olacağını vurğulayıb. “Erməni soyqırımı”nın təbliğinə hesablanan filmin büdcəsi 17 milyon dollardır.

Baş nazirdən şok açıqlama

altTürkiyə baş naziri Əhməd Davudoğlu İstanbuldakı Taksim meydanını dünyanın ən çirkin meydanı adlandırıb.

ANS PRESS-in məlumatına görə, jurnalistlərlə söhbət edən Davudoğlu bildirib ki, şəhərlər və mədəniyyətlər barədə kitab yazır. O, iddia edib ki, Taksimi gözəl sayanlarla razı deyil.

“Taksim dünyanın ən çirkin meydanıdır. Biz meydan dedikdə Venetsiya meydanını və ya İsfahan meydanını nəzərdə tuturuq. Taksim təsadüfən meydan olub. Əgər ordakı silah anbarı dağıdılmasaydı, orda meydan olmazdı. Əvvəl orada erməni qəbristanlığı olub”,- deyə Davudoğlu vurğulayıb.

Gürcüstandan aqressiv cavab

altGürcüstan Rusiya və qondarma Abxaziya arasında birgə müdafiə barədə razılığına aqressiv cavab verəcək.

ANS PRESS-in məlumatına görə, bu barədə Gürcüstan xarici işlər naziri Maya Pancikidze bildirib.

“Aqressiv siyasət qabaqlayıcı siyasət deməkdir. Qərar Gürcüstan qarşısında duran çağırışlardan irəli gəlir” - deyərək, Maya Pancikidze əlavə edib.

Qeyd edək ki, 28 oktyabr tarixinə Gürcüstan prezidenti milli təhlükəsizlik şurasının iclasını çağırıb. Bundan əlavə Gürcüstan Rusiya ilə əməkdaşlıq olanı hazırlayacaq. Ölkənin xarici siyasət kursu əvvəlki kimi qalacaq. Burada Rusiya ilə əlaqələri yaxşılaşdırmaqla bərabər NATO və AB-yə inteqrasiyanın mümkünlüyü də nəzərdən keçiriləcək.

İŞİD komandiri öldürüldü

alt

Suriyanın Kobani şəhərində İŞİD terror qruplaşmasının komandirlərindən birinin öldürüüldüyü xəbəri yayılıb.

ANS PRESS-in məlumatına görə, Kobanidə bu gün günorta saatlarından sonra İŞİD-lə Peşmərgə kürd qüvvələri arasında döyüşlər daha da şiddətlənib.

Belə ki, İŞİD kürdləri ətrafdan təcrid etmək üçün Mürşitpınar sərhəd qapısını top atəşinə tutub. Lakin kürd silahlılar da irəliləyərək İŞİD-dən bir bölgəni geri ala biliblər. Şiddətli döyüşlər zamanı koalisiya qqüvvələri də İŞİD-in mövqelərini havadan bombalayıb.

Bombardman zamanı İŞİD-in aparıcı komandirlərindən biri Məhəmməd Casemin öldüyü bildirilir. Komandirin ölüm xəbərini Suriya Haqları Müşahidəsi yayıb.

Saytda Axtarış

ახალი ამბები