Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün551
DünənDünən3835
Bu həftəBu həftə13818
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8470417

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Ən gözəl müsəlman qızlar yarışacaq

altMüsəlman qadınlar arasında gözəllik yarışı keçirilir. "Miss World Muslimah"ın yarımfinalına vəsiqə qazanan qızlar İndoneziyanın ən qədim buddist məbədində kamera qarşısına keçiblər.

Bu il dördüncü dəfə keçirilən müsabiqədə 25 ölkə yarışacaq. ANS PRESS-in məlumatına görə, müsəlman qadınların yarışacağı müsabiqəyə İndoneziya ev sahibliyi edəcək. Yarışı İndoneziyada yerləşən Dünya Muslimah Dərnəyi (World Muslimah Foundation) təşkil edir.

Bu müsabiqənin fərqi ondadır ki, burada bir ölkədən bir necə qadın iştirak edə bilər. Bu il qalib adı uğrunda mübarizə aparan ölkələr arasında Fələstin, Hollandiya, Misir, Banqladeş, İran, Nigeriya, Tunis, Sinqapur, CAR, İngiltərə, kanada, Hindistan, ABŞ, Malayziya, İndoneziyanın adı var.

Finala çıxan qızların savadı, dünyagörüşü, dini bilikləri, ünsiyyət qabiliyyəti qiymətləndirilir.

Müsabiqənin qalibi isə Həcc ziyarəti, Avropa ölkələri, Türkiyə, Bruney, Hindistan, İran, Malayziyada təhsil haqqı qazanacaq.

Corc Soros Gürcüstana gəlib

alt

Məşhur amerikalı maliyyəçi Corc Soros Gürcüstana səfər edib.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Soros sabah Gürcüstan prezidenti Georgi Marqvelşavili və baş nazir İrakli Qaribaşvili ilə görüşəcək. Məlumatda qeyd olunur ki, “Açıq cəmiyyət – Gürcüstan” fondunun 20 illik yubileyində iştirak etmək üçün ölkəyə səfər edən Corc Soros Tbilisi Dövlət Universitetində mühazirə ilə çıxış edəcək.

Gürcüstan siyasi elitası ilə danışıqlar aparacaq amerikalı milyarderin müxalifətlə görüşəcəyi də bildirilir.

“CNN Türk“ telekanalı səhvini düzəltdi

alt

Türkiyənin "CNN Türk" telekanalı Azərbaycanla bağlı hazırladığı reportajda etdiyi səhvi düzəldib.

AzNews.az xəbər verir ki, yeni reportajda vurulan helikopterin qondarma “Dağlıq Qarabağ ordusu"na deyil, Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus olduğu bildirilib.

Xatırladaq ki, bir gün öncə "CNN Türk" telekanalı reportajda Dağlıq Qarabağı ayrıca subyekt kimi təqdim etmişdi.

“Ermənilər hələ də şokdadır“

"Silahlı Qüvvələrimiz Ermənistan Silahlı Qüvvələrinin istənilən təxribatının qarşısını almağa hazırdır".

Bunu AzNews.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı Ermənistan müdafiə naziri Seyran Ohanyan tərəfindən Azərbaycanın ünvanına səslənən hədə xarakterli açıqlamasına cavab olaraq bildirdi.

Qeyd edək ki, Seyran Ohanyan Ermənistan ordusuna məxsus helikopterin vurulmasına görə, Azərbaycana geniş miqyaslı cavab veriləcəyini söyləyib.

Vaqif Dərgahlının sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri düşmənin istənilən ehtimal oluna biləcək və atacağı hər bir addımının qarşısını qabaqcadan almağa hazırdır: "Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlim keçən Ermənistan ordusunun 2 helikopterinin movqelərimizə etdiyi hücuma cavab olaraq düşmənin bir helikopterinin vurulması düşmən tərəfini şoka salıb. Hələ də ermənilər bu şokun təsiri altındadırlar. İşğalçı ölkənin rəhbərliyinin belə açıqlamaları ancaq və ancaq Ermənistanın daxili auditoriyasına hesablanıb. Və Azərbaycan tərəfini narahat etmir".

Qeyd edək ki, noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan SQ-yə məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.

alt

Obama Medvedevlə görüşdü

altAmerika Birləşmiş Ştatları Cənub-Şərqi Asiya ölkələri ilə əlaqələrini möhkəmləndirməkdə qərarlıdır.

Bunu ABŞ prezidenti Barak Obama Myanmanın Neypyido şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı ыammitində deyib.

"Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası"na üzv ölkələrin sammiti 10 üzv ölkənin dövlət başçısını və bir sıra dünya liderlərini bir araya gətirib. Barak Obama həmkarları ilə yanaşı, Rusiyanı təmsil edən baş nazir Dmitri Medvedevlə də qısa sürən ayaqüstü görüş keçirib.

İndoneziyanın yeni seçilmiş prezidenti Yoko Vidodo isə ilk dəfədir Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı sammitində iştirak edir.

ABŞ-ın helikopter bəyanatı

altRəsmi Vaşinqton Dağlıq Qarabağda vurulan helikopteri ilə bağlı reaksiya bildirib.

ANS PRESS-in ABŞ-ın "Azadlıq" radiostansiyasına istinadən verdiyi məlumata görə, Dövlət Departamentinin mətbuat katibi Cen Psaki bir daha regionda atəşkəsin rejiminə riayət edilməsi və gərginliyin azadılmasının önəmini xatırladıb.

Departament rəsmisi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində səylərin ikiqat artırmağın önəmini qeyd edib. O, deyib ki, münaqişənin hərbi yolla həlli yoxdur.

Xatırladaq ki, Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən keçirilən son təlimlər zamanı düşmən hərbi aviasiyası cəbhəyanı zonada 3 gündür ki, provokasiya xarakterli uçuşlar həyata keçirirlər.

Davamlı olaraq mövqelərimiz üzərində döyüş manevrləri yerinə yetirən düşmən hərbi aviasiyası bu gün daha açıq şəkildə döyüş kursuna çıxaraq uçuşlar keçirməklə mövqelərimizə atəş açmağa cəhd edib.

Noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək mövqelərimizə hücuma cəhd edib. Qoşunlarımız tərəfindən açılan atəş nəticəsində düşmən helikopteri məhv edilib.
Hazırda vurulan düşmən helikopterinin qalıqları müdafiənin ön xəttindən 500 metr qarşıdakı əraziyə düşüb.

Türk əsgərinin qısası alındı

alt

Türkiyədə ABŞ-ın 3 əsgərinin başına çuval keçirilib.

ANS PRESS-in məlumatına görə, Qara dənizdə NATO-nun keçirdiyi hərbi təlimdə iştirak edən USS ROSS (DDG71) adlı döyüş gəmisində xidmət edən 3 vəzifəli hərbçi Türkiyə Gənclik Birliyi (TGB) təşkilatının üzvlərinin "hücumu"na məruz qalıb. Təşkilat üzvləri ABŞ hərbçilərinin başına çuval keçirməklə İraqda Türkiyə əsgərlərinin başına gətirilən təhqiramiz olayın qısasını aldığını bəyan ediblər.

ABŞ əsgərlərinin başına gətirilən hadisə anbaan kameralar tərəfindən çəkilib. Görüntülərdə ABŞ əsgərlərinin qorxduğu öz əksini tapıb.

ABŞ-ın Türkiyədəki səfirliyi hadisəyə sərt təpki göstərib. Səfirliyin "Twitter" səhifəsində ABŞ əsgərlərinə qarşı edilən bu hərəkət qınanılıb. Və Türkiyə hakimiyyətinin də hadisəni pisləyəcəyini gözlədiklərini bildiriblər.

Gənc qız selfinin qurbanı oldu

altİspaniyanın Sevilya şəhərində körpünün üstündə selfi çəkmək cəhdi ölümlə nəticələnib.

GSR.fm Anspress-ə istinadən xəbər verir ki, polşalı turist Silva Rayxel körpüdən yıxılaraq həlak olub.

23 yaşlı qız gecə smartfonla özünü çəkmək istəyirdi. O, tarazlığını itirərək yıxılıb. Dörd metr hündürlükdən yıxılan qız körpünün beton sütununa çırpılıb. Hadisə yerinə gələn həkimlər Silvaya heç bir köməklik edə bilməyib.

Polşa mətbuatının verdiyi xəbərə görə, Rayxel Lublin şəhərində yaşayıb və o, tibbi təhsil alırdı. Təhsilini başa vurduqdan sonra qız daimi olaraq İspaniyada yaşamağı planlaşdırdı.

“Puente de Isabel II” körpüsü XIX əsrin ortalarında inşa edilib və Sevilyanın ən çox ziyarət olunan yerlərindən biri sayılır.

İvanişvili aparıcı olacaq

altGürcüstanın keçmiş baş naziri Bidzina İvanişvili həftədə bir dəfə öz televiziya layihəsində çıxış edəcək.

ANS PRESS-in məlumatına görə, bu barədə sabiq baş nazir özü açıqlama verib.

“"Teleproekt" 2030" həftənin cümə günləri GDC kanalında efirdə olacaq. "2030" üzvləri üç analitik olacaq və mən onlarla birlikdə həftədə bir dəfə digər analitiklərlə təhlil və müzakirələr aparacağıq", – deyə İvanişvili qeyd edib.

İvanişvili 2012-ci oktyabrından 2013-cü il ilin noyabrınadək Gürcüstan hökumətinin başçısı olub.

Yeni doğulan körpə hamını heyrətləndirdi (FOTO)

altSuriyada qadınlardan biri saçının yarısı qara, yarısı ağ rəngdə olan uşaq dünyaya gətirib.

ANS PRESS-in məlumatına görə, Hələb şəhərində xəstəxanalardan birində dünyaya gələn uşağın saçının ön hissəsi ağ, arxa tərəfi isə qara rəngdədir.

Uşağı görən həkimlər xeyli təəccübləniblər. Həkimlərin sözlərinə görə, bu cür uşağa birinci dəfədir ki, rast gəliblər.

Ana və uşağın adı açıqlanmır. Lakin onların sağlığının çox yaxşı olduğu bildirilir.

Azərbaycanlı qadının başını kəsən kişi tutuldu

alt2001-ci ildə uşaq baxmaq adı ilə Türkiyəyə gedən və öldürülən Azərbaycanlı qadının meyiti 13 il sonra müəyyən edilib. ANS PRESS-in məlumatına görə, qadının başsız bədəni Şişlidə, başı isə Bakırköy sahilində tapılmışdı.

Tapılan qalıqların İstanbulda dayəlik edən 37 yaşlı Tazəgül Daşadoşa adlı Azərbaycan vətəndaşına aid olduğu üzə çıxıb. Cinayət hadisəsi ilə bağlı 51 yaşlı kişi saxlanılıb.

Məlumata görə, qadın 21 aprel 2001-ci ildə evdən çıxıb. Bundan sonra onu görən olmayıb. Hadisədən 6 gün sonra onun 14 yaşlı oğlu anasının itkin düşməsi ilə bağlı polisə müraciət edib. Uşaq anasının Mövlud adlı bir kişi ilə birlikdə olduğunu, onun ailəni tez-tez narahat etdiyini deyib.

Polis bu istiqamətdə araşdırma aparanda başsız qadın cəsədi aşkar edilib. Cəsədin üzərində çox sayda kəsilmiş-deşilmiş xəsarətlər olub. Bundan sonra türk polisi Azərbaycana müraciət edərək qaının bəzi qohumlarının DNT nümunələrinin göndərilməsini istəyib. DNT araşdırmasından sonra ötən ilin noyabr ayında tapılan qalıqlarının Azərbaycan vətəndaşına aid olduğu bəlli olub.

Bundan sonra polis qadının oğlunun ifadəsi əsasında axtarışa başlayıb və qadının dostu olduğu iddia edilən kişini tapıb. Bəlli olub ki, qadın itən tarixdə adıçəkilən şəxs həkimdən belində sınıq olması ilə bağlı sənəd alıb. O, həkimlərə yağışlı yolda motosikletinin qəzaya uğradığını deyib.

Lakin polis onun qəzaya uğradığı yerlə qadının cəsədinin tapıldığı yerin bir-birinə çox yaxın olduğunu müəyyən edə bilib. Mövlud S. saxlanılan zaman qəribə hadisə baş verib. Belə ki, o nə üçün saxlandığını soruşub. Dedektivlər ona 3 kəlmə deyiblər "2001, İstanbul, Tazəgül". Bu sözləri eşidəndən sonra o olduğu yerdə çpküb və bir kəlmə belə danışmayıb.

Qətlin əsas şübhəlisi olan kişi bundan sonra saxlanılıb. Adı açıqlanmayan 51 yaşlı kişi məhkəmədə ifadəsindən sonra həbs edilib.

Avropadan sərt Qarabağ tələbi

Ermənistan vətəndaşı Hraçik Muradyanın Avropa Məhkəməsinə etdiyi şikayət rəsmi İrəvanın daha bir yalanını ortaya çıxarıb.

ANS PRESS-in məlumatına görə, oğlu Suren Muradyan 2001-ci ildə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində həlak olduqdan sonra Hraçik Murayanın Avropa Məhkəməsinə şikayət edib.

Məsələ ilə bağlı qaldırılan məhkəmə işinə “Sünik vilayətinin Stepanakert rezidensiyasının ümumi yuridiksiyalı məhkəməsində” baxılıb. Sünki Ermənistanın Zəngəzur mahalında yaradılmış vilayətdir. Məhz bu, Hraçik Muradyanın məhkəməyə şikayət etməsinə imkan yaradıb.

Erməni vəkil Muşeq Şuşanyan Avropa məhkəməsinə müraciət etmək üçün Hraçik Muradyana yardım edib. Avropa İnsan haqları məhkəməsi isə məsələ bağlı İrəvana sorğu göndərib ki, hansı sənəd əsasında Ermənistan vətəndaşları Azərbayjanın Qarabağ bölgəsində xidmət edir?

Ermənistan məsələ ilə bağlı heç bir cavab verə bilməyib. Nəticədə, hadisə Avropa İnsan Haqları Kronvensiyasının pozulması kimi qeydə alınıb.

Saytda Axtarış

ახალი ამბები