Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün546
DünənDünən3835
Bu həftəBu həftə13813
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8470412

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dəhşət: 43 tələbə öldürüldü, cəsədləri yandırıldı (FOTO)

altMeksikanın Gerreo ştatının İquala şəhərində sentyabrın axırlarında oğurlanmış 40-dan çox tələbə “Gerreros unidos” cinayətkar qruplaşmasının qurbanı olub.

Bunu istintaqın nəticələrini açıqlayan ölkənin baş prokuroru Xesus Murilo Karam bildirib.

Onun dediyinə görə, qruplaşmanın bu yaxınlarda həbs olunmuş üç üzvü tələbələrin öldürülməsində iştirak etdiklərini etiraf ediblər.

Cinayətkarlar tələbələri güllələdikdən sonra cəsədlərini yandırıb, sonra isə basdırıblar. Meksika prezidenti Enrike Penya Neto həlak olmuş tələbələrin valideynlərinə cinayətkarların cəzadan yaxa qurtara bilməyəcəkləri barədə vəd verib.

Qeyd edək ki, sentyabrın 26-da İquala şəhərində polislərin və mülki geyimli şəxslərin təhsil sahəsində islahatlara etiraz edən tələbələri atəşə tutması nəticəsində 6 nəfər ölmüş, 25 nəfər yaralanmış, 43 nəfər isə itkin düşmüşdü.

İstintaq zamanı bəlli olub ki, tələbələr polis işçiləri tərəfindən tutulsalar da, sonradan cinayətkarlara təhvil verilib.

“ABŞ İŞİD-ə yardım edib”

altİranın Baş Qərargah rəisinin müavini, general Məsud Cəzayiri ABŞ-ı İraq ordusu tərəfindən mühasirəyə alınan İŞİD yaraqlılarına hərbi yardım göndərməkdə ittiham edib.

Dalgatv-nin APA-ya istinadən verdiyi xəbərə görə, general Cəzayiri ABŞ-ın İŞİD-ə qarşı mübarizəsinin yalan olduğunu bildirib: “ABŞ və rəhbərlik etdiyi koalisiya bir neçə gün öncə Diyaləyə bağlı Celavla nahiyəsində İraq hökumət ordusu və əhali tərəfindən mühasirəyə alınan İŞİD terror qrupunun yaraqlılarına havadan silah, qida və tibbi yardım edib”.

“ABŞ İŞİD-in meydana çıxdığı ilk gündən bu terrorçu qrupa yardım edir”, – deyə İranın ali hərbi rəsmisi əlavə edib.

Əfsanəvi aktyorun ayağı kəsildi

altTəqaüdə çıxan əfsanəvi aktyor Jan Michael Vincent çətin günlərini yaşayır.

GSR.fm-in Oxu.az -a istinadən verdiyi xəbərə görə, o, bir zamanlar serialın hər bölümü üçün dodaq uçuqladan pullar qazanan ulduz olub. Amma indi həmin günlər onun üçün yalnız xoş xatirə olaraq qalır…

Narkotik və içkidən asılı vəziyyətə düşməsi onun həyatını alt-üst edib. Maddi problemlər yaşayan aktyor vergilərini belə ödəyə bilmir.

1980-ci illərdə rol aldığı “Airwolf” adlı serialın hər bölümündə 200 min dollar qazanan aktyor Jan Michael Vincent hazırda pis vəziyyətdə yaşayır.

80-ci illərin ulduzuna çevrilən aktyor “National Enquirer”a müsahibə verib. Qurşandığı pis vərdişlərdən sonra həyatı darmadağın olan aktyor açıqlamasında “Hələ də içkidən asılı vəziyyətdəyəm”, – deyə etiraf edib.

Uzun müddət zərərli vərdişlərdən xilas olmaq istəsə də buna nail ola bilməyən məşhurun karyerası zaman keçdikcə zirvədən uçuruma doğru yuvarlanıb.

Gürcüstan parlamentinin sədri türkiyəli həmkarı ilə görüşüb

altTbilisidə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək Gürcüstan parlamentinin sədri David Usupaşvili ilə görüşüb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüş zamanı D. Usupaşvili C. Çiçəklə beynəlxalq tədbirlərdə görüşdüyünü və bir sıra vacib məsələləri həll etdiklərini bildirib.

O, TBMM sədrinin Gürcüstana səfərini vaxtında atılmış addım adlandırıb: "Türkiyə əsas strateji tərəfdaşımızdır. Belə münasibətlər intensiv olmalı, iki ölkə arasındakı əlaqələr daha da möhkəmlənməlidir. Türkiyə Gürcüstanın əsas strateji siyasi və iqtisadi tərəfdaşıdır".

D. Usupaşvili Türkiyənin Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyi və Cənubi Qafqazda sabitliyin təmin olunmasında müsbət rol oynadığı üçün qonağa təşəkkürünü bildirib. Gürcüstan parlamentinin sədri Türkiyə-Gürcüstan-Azərbaycan əməkdaşlığından danışaraq iqtisadi layihələrin çoxaldığını vurğulayıb.

Öz növbəsində C. Çiçək avroatlantik strukturlara inteqrasiya yolunda Türkiyənin Gürcüstanı dəstəkləyəcəyini bildirib. Türkiyə-Gürcüstan əlaqələrini nümunəvi adlandıran TBMM sədri D. Usupaşvilini ölkəsinə rəsmi səfərə dəvət edib. C. Çiçək Azərbaycan, Türkiyə və Gürcüstan arasındakı mehriban qonşuluq və dostluq münasibətləri nümunəvi adlandırıb, onların inkişaf etdiyini vurğulayıb.

Marneulidə Gürcüstanın baş nazirinin təşəbbüsü ilə yaradılan "Həmrəylik Fondu"nun təqdimatı keçirilib

Noyabrın 4-də Marneulidə Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin təşəbbüsü ilə yaradılan "Həmrəylik Fondu"nun təqdimatı keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Həmrəylik Fondunun icraçı direktoru Mariyam Caşi çıxış edərək fondun vəzifələri barədə iştirakçılara ətraflı məlumat verib. M. Caşi bildirib ki, "Həmrəylik Fondu"na Gürcüstan vətəndaşları könüllü olaraq maliyyə dəstəyi keçirirlər.

M. Caşi Kvemo Kartli bölgəsində çalışan 300 nəfər müəllimin və Dmanisi rayonundakı yanğından mühafizə idarəsinin 21 nəfər əməkdaşının da bu təşəbbüsə qoşulduğunu bildirib: "Fondun ölkə üzrə 35 min üzvü var və biz bir çox sosial məsələləri həll etməyə çalışacağıq. Fond öz maliyyə dəstəyini genişləndirdikdən sonra 2015-ci ildə xərçəng xəstəliyindən əziyyət çəkən xəstələrə kömək etməyi qarşısına məqsəd qoyub. Bu günədək fondun büdcəsində 1 080 000 lari vəsait var və biz bu məbləğdən 479 000 lari ayırmışıq ki, xərçəng diaqnozu olan 25 uşağı müalicə etdirək və o cümlədən 8 uşağı qeyd edilən diaqnoz ilə xaricdə müalicə almağa göndərək", deyə icraçı direktor vurğulayıb.

Təqdimat mərasimində Gürcüstanın baş nazirinin köməkçisi Savalan Mirzəyev, Barış və Vətəndaş məsələləri üzrə dövlət nazirinin Kvemo Kartli bölgəsi üzrə namyəndəsi Zaur Darğallı, rayon rəhbərliyi, müəllimlər və ictimaiyyət nümayəndələri iştirak edib.alt

Gürcüstan prezidenti: “Siyasi qarşıdurma ölkənin NATO-ya inteqrasiyasına əngəl törədə bilər”

altAvroatlantik inteqrasiya və Gürcüstanın suverenliyinin təminatçısı olan ordu ölkədaxili siyasi qarşıdurmaya görə təhlükə altına düşə bilər.


APA-nın “Novosti-Qruziya”ya istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstandakı son hadisələri şərh edərkən Vyanada səfərdə olan qonşu dövlətin prezidenti Georgi Marqvelaşvili bildirib.

“Gürcüstana qayıtdıqda biz, dövlət maraqlarını əsas tutaraq, bu proseslərin tənzimlənməsi ilə məşğul olacağıq”, deyə Georgi Marqvelaşvili bildirib.

“Siyasi qarşıdurma ölkədəki institutların səmərəli fəaliyyətini, dövlətin Avroatlantik inteqrasiyasını, və ən əsası, ölkəmizin suverenliyinin təminatçısı olan ordunu təhlükə altına atır”, deyə Georgi Marqvelaşvili bildirib.

Qeyd edək ki, Gürcüstanın müdafiə naziri İrakli Alasaniya bu gün tutduğu vəzifədən azad edilib. Gürcüstanın yeni müdafiə naziri Mindiya Canelidze təyin olunub. O, təyinatından əvvəl baş nazir yanında Təhlükəsizlik və böhranların idarəetməsi şurasının katibi vəzifəsində çalışıb.

Xatırladaq ki, qərar verilməzdən əvvəl müdafiə naziri İrakli Alasaniya bəyanatla çıxış edərək Müdafiə Nazirliyinə məqsədli hücumun həyata keçirildiyini qeyd edib. İrakli Alasaniya qeyd edib ki, onun rəhbəri olduğu qurum Gürcüstanı NATO və Avropa İttifaqı ilə birləşdirən yeganə amil olub və prokurorluğun addımlarını Gürcüstanın Avroatlantik seçiminə qarşı həmlə adlandırıb.

İrakli Alasaniyanı istefaya göndərildikdən sonra onun silahdaşı olan Gürcüstanın Avropa və Avroatlantik strukturlara inteqrasiya məsələləri üzrə dövlət naziri Aleksi Petriaşvili də istefa verib.

Qeyd edək ki, bundan əvvəl Gürcüstan Müdafiə Nazirliyinin bir qrup yüksək çinli əməkdaşı 2 mln dollar məbləğində büdcə vəsaitlərini talan etməkdə təqsirli bilinərək həbs olunub.

Bundan başqa, bu gün prokurorluq 2013-cü ildə hərbçilərin kütləvi zəhərlənməsi ilə bağlı Gürcüstan Müdafiə Nazirliyinin daha bir qrup yüksək çinli əməkdaşına səhlənkarlıq ittihamı irəli sürüb.

Prokurorluqdan, həmçinin, bildirilib ki, Müdafiə Nazirliyinin daha bir qrup əməkdaşının tikinti tenderi ilə bağlı yol verdiyi nöqsanlara dair istintaq aparılır.

2014-cü ilin ən çox qazanan qadın müğənniləri - SİYAHI

alt

“Forbes” jurnalı 2014-cü ilin ən çox qazanan qadın müğənnilərinin adlarını açıqlayıb. Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, birinci yerdə 115 milyon dollarlıq gəliri ilə Beyons durur. Siyahıda 24 yaşlı Taylor Svift 64 milyon dollar gəliri ilə Beyonsu izləyir.

Forbes jurnalının reytinqinə görə, ilin ən çox qazanan qadın müğənniləri aşağıdakı sıralama üzrə düzülüb:

1 - Beyons - 115 milyon dollar

2 - Taylor Svift - 64 milyon dollar

3 - Pink - 52 milyon dollar

4 - Rihanna - 48 milyon dollar

5- Katy Perry - 40 milyon dollar

6- Cennifer Lopez - 37 milyon dollar

7 - Miley Kuris - 36 milyon dollar

8 - Selin Dion - 36 milyon dollar

9 - Ledi Qaqa- 33 milyon dollar

10 - Britni Spirs- 20 milyon dollar

Prezident iqamətgahının qarşısında özünü yandırdı

altBolqarıstanda qadın prezident iqamətgahının qarşısında özünü yandırıb.

ANS PRESS-in məlumatına görə, hadisə zamanı binada ölkə başçısı Rosena Plevnelievanın "Vətənpərvərlik cəbhəsi" nümayəndələriylə konsultasiyası keçirilmiş.

Sofiyanın mərkəzində özünü yandıran Bolqarıstan vətəndaşı 38 yaşlı Lidiya Petrovadır. Baş vermiş hadisənin iki versiyası mövcuddur. Onlardan birinə görə, şahidlərin danışdıqları Lidiya maşında prezidentin iqamətgahının binasına yaxınlaşıb və benzini üstünə tökərək özünü yandırıb.

Başqa versiyaya görə, Lidiya taksidə gəlib və özüylə avtomobildən çantanı çıxarıb. Benzinlə üstünə tökməzdən əvvəl, iqamətgahın mühafizəsinə işarə verib və özünü yandırıb.

Şahidlər yanğını söndürməyi bacarıb. Tezliklə hadisə yerinə həkimlər və yanğın söndürənlər gəlib, qadının hazırda vəziyyəti kritik olaraq qiymətləndirilir. Lidiya Petrov "Piroqov" Sofiya xəstəxanasına çatdırılıb. Qadının niyə özünü yandırması hələlik məlum deyil.

Ruslar erməni səfiri vurdu

altMoskvada Ermənistan səfirinin avtomobili qəzaya düşüb.

ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Verilən məlumata görə, diplomatik missiyanın “Mercedes” markalı avtomobili yolun qarşı zolağına çıxıb və yol polisinin BMW markalı maşınına toxunub.

Qalmaqal bu gün Moskvanın Çerkizov keçidində baş verib. Qəza nəticəsində heç kimi zərər çəkməyib. Moskva yol polisinin mətbuat xidməti hadisəni təsdiqləyib.

İŞİD daha 50 nəfər müsəlmanı öldürdü

alt


İŞİD terror qruplaşması İraqda bu gün 50 nəfəri edam edib.

İŞİD yaraqlıları onlara müqavimət göstərənlərə qarşı həyata keçirdikləri kütləvi qətl kampaniyası Ənbar vilayətində həyata keçirilib.

Məlumata görə, İŞİD tərəfindən güllələnənlər sünni müsəlmanlar olub.

Bir neçə gün əvvəl İraq hökümətindən verilən rəsmi açıqlamada deylirdi ki, Ramadi şəhəri yaxınlığında qəbiləyə aid 150-dən çox cəsədin basdırıldığı kütləvi məzar aşkar edilib. Qəbilə İŞİD-in Bağdadın qərbinə doğru genişlənməsinə müqavimət göstərir. 70-dən çox nəfər isə Hit qəsəbəsində qətlə yetirilib.

İŞİD yaraqlılarından biri bildirib ki, edamlar onlara müqavimət göstərən hər bir şəxsə şamil olunacaq.

179 yaşlı adam: “Əzrail məni unudub”

altHindistanın Varanasi kəndində yaşayan kişinin yaşını eşidənlər heyrətini gizlədə bilmir. Mahasta Murasi nə az, nə çox düz 179 yaşındadır.
Dalgatv xarici KİV-ə istinadən xəbər verir ki, 2 əsri tamamlamaq üzrə olan bu kişi yaşını təsdiq edəcək rəsmi sənədlərini də saxlayıb. 6 iyun 1835-ci ildə anadan olan hindistanlı 1957-ci ilə qədər ayaqqabı təmiri ilə məşğul olub. Mahasta “Deyəsən Əzrail məni unudub. Nəvəmin nəvəsinin ölümünü gördüm. 150 yaşını keçən adam eşitmədim. Belə baxıram ki, mən ölümsüzəm” deyib. 
Xəstəliklə bağlı keçmişdə hər hansı problemi olmayan bu şəxsin son həkimi 1971-ci ildə vəfat edib. Hindistan sakini insanlıq tarixinin ən yaşlısı olaraq Ginnesin Rekordlar kitabına düşüb.

Almaniyada Ərdoğanı təhqir etdilər - FOTO

alt

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı it şəklində göstərən karikaturanın Almaniyanın Friedrişafen şəhərindəki liseyin kitablarında çap edilməsi böyük reaksiyaya səbəb olub. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Almaniyada yaşayan türklər Ərdoğanı təhqir edən karikaturanın dərs kitabından çıxarılmasını istəyiblər.

Mövzu haqqında bir açıqlama verən bölgənin köklü türk idman klublarından “Dostlukspor”un başçısı Nuru Ay belə bir kitabla məktəblərdə təhsil verilə bilməyəcəyini qeyd edərək deyib: “Türkiyə Cümhuriyyəti prezidentinin it şəklində çəkilərək üstünə adının yazılması və bir it daxmasına bağlanması kimi bir karikaturanın məktəb kitabında yer alması çox anormal bir vəziyyətdir. Bu karikatura qəzet və ya jurnallarda çap olunsa anlarayam, ancaq belə bir karikaturanın məktəb dərs kitabında yer alması pis niyyətli insanların işidir”.

Saytda Axtarış

ახალი ამბები