Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün565
DünənDünən3835
Bu həftəBu həftə13832
Bu ayBu ay100001
Bu günə qədərBu günə qədər8470431

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə məktəb yanıb

altGürcüstanda azərbaycanlıların yaşadığı Qasımlı kəndində orta məktəbdə yanğın baş verib.


APA-nın Gürcüstan bürosunun məlumatına görə, hazırda hadisə yerinə yanğınsöndürənlər və polis əməkdaşları cəlb edilib.

Ermənistan ilə sərhəddə yerləşən Qasımlı kəndinin əhalisi yanğının digər evlərə keçməsindən ehtiyatlanır.

Məktəbin direktoru Əhməd Nağıyev APA-ya açıqlamasında bildirib ki, məktəb 26 ildir qəzalı vəziyyətdədir: "Hadisə günorta saat 15.00-da baş verib. Biz məktəbi odunla qızdırırıq. Düşünürəm ki, yanğın sobadan düşüb. Öncə məktəbin damındakı quru taxtalar yanmağa başlayıb və alov o biri otaqlara keçib. 8 otağımız yanıb. Bizim kənddə şagirdlərin oxumağına şərait və yer yoxdur. İki növbədə dərs keçirik. 1988-ci ildə Ermənistanın Spitak şəhərində Zəlzələ baş verən zaman bizim məktəbin divarları dərin çat verdi və Gürcüstan Təhsil Nazirliyi məktəbdə dərslərin keçirilməsinə qadağa qoydu. Gürcüstanın indiki prezidenti Georgi Marqvelaşvili isə təhsil naziri vəzifəsində işləyərkən məktəbimizin təmir olunacağına dair vəd versə də, bu, yerinə yetirilmədi. Dəfələrlə əlaqədar təşkilatlara müraciət etmişik. Hamı məktəbin vəziyyətindən xəbərdardır. Marneuli rayon icra hakimiyyəti rəhbərliyinin hadisə barədə məlumatı var. Lakin 360-dan çox şagird olan və 40-a yaxın müəllimin işlədiyi orta məktəbin qəzalı vəziyyətdə olması heç kimi narahat etmir", - deyə o bildirib.

Qasımlı kənd sakini Samir Nəbiyev isə kənddə digər təhsil ocağının olmamasından gileylənib: "Biz Azərbaycan dövlətinə də müraciət edirik. Sosial həyat şəraitimiz acınacaqlıdır. Bizə məktəb çox lazımdır. Sərhəd zonasında olan kəndimizdə bir çox çatışmazlıqlar mövcuddur".

Marneuli rayon bələdiyyəsinə Qasımlı kəndindən deputat seçilən Coşqun Zeynalov isə hər il bu məktəbdə oxuyan şagirdlərin tədris ilini yarımçıq başa vurduğunu bildirib: “Biz məktəbin qəzalı vəziyyətdə olması ilə bağlı aidiyyatı təşkilatlara müraciət etmişik, lakin yeni məktəb binasının tikiləcəyi vəd olunsa da, bu vədi yerinə yetirən yoxdur. Bu yanğın baş verdikdən sonra bizə təcili məktəb binası tikilməlidir, əks təqdirdə şagirdlər təhsil ala bilməyəcəklər".

Hadisə yerində olan Marneuli rayon təhsil resursları mərkəzinin rəhbəri Ruslan Hacıyev isə APA-ya bildirib ki, yanğınla bağlı ona günün ikinci yarısında xəbər verilib və o, dərhal məktəbə gəlib: "Məktəbdəki yanğından Gürcüstan Təhsil Nazirliyinin xəbəri var. Hadisə ilə bağlı nazirlikdə müşavirə keçirilir və müəyyən qərar veriləcək. Sabah nazirliklə məsləhətləşmələrdən sonra dərs prosesinin pozulmaması üçün müəyyən işlər görəcəyik. Qısa bir vaxt ərzində şagirdləri başqa məktəblərə göndərəcəyik. Bunun üçün nəqliyyat vasitələrini də təşkil edəcəyik. Çalışacağıq ki, dərs prosesi pozulmasın".

Qeyd edək ki, Qasımlı kəndində 5 min nəfər əhali yaşayır. Qonşu kəndlərdə isə təhsil üçün şərait yoxdur.

Gürcüstanda azərbaycanlı məktəbli müsabiqə qalibi olub

altTbilisidə fəaliyyət göstərən Qara Dəniz Beynəlxalq Universitetində Gürcüstan Təhsil Nazirliyinin təşkilatçılığı ilə məktəblilərin iştirak etdiyi "Danışan arı" adlı müsabiqə keçirilib.


APA-nın Gürcüstan bürosunun məlumatına görə, müsabiqəyə Gürcüstanın bir çox rayon və şəhərlərindən gürcü və azərbaycandilli orta məktəblərin şagirdləri, Tiflisdə fəaliyyət göstərən müxtəlif dövlət və özəl orta məktəblərinin şagirdləri qatılıb.

Məlumata görə, müsabiqə ingilis dilini bilən 50-dən çox şagird arasında keçirilib. Beş saat davam edən müsabiqədə Qara Dəniz Universitetinin professorlarından ibarət münsiflər heyəti final yarışında şagirdlərin ingilis dilində çıxışlarını qiymətləndiriblər. Finalın sonunda Nikoloz Tsereteli adına orta məktəbin 10-cu sinif şagirdi, Azərbaycan vətəndaşı Ulduz İlham qızı Ələkbərova birinci yerə çıxaraq münsiflər heyətinin diplomu və mükafatı ilə təltif olunub. Yarışda ikinci və üçüncü yerləri gürcü məktəbliləri tutub.

Qeyd edək ki, final yarışında birinci yeri tutan qalibə planşet, ikinci və üçüncü yerə çıxan iştirakçılara isə mobil telefon və fotoaparat hədiyyə olunub.

Kadırov öldürüldü (FOTO)

altÇeçenistan Respublikasının lideri Ramzan Kadırov “Instagram” hesabında qohumu Umar Kadırovun Qroznıdakı son hadisələrdə qəhrəmancasına həlak olduğu haqqında yazıb.

ANS PRESS-in məlumatına görə, Kadırov bildirib ki, 22 yaşlı gənc dünən Qroznının mərkəzində anti-terror əməliyyatı zamanı yaraqlılarla atışmada həlak olub.

“Mən indiyədək öz yaxın qohumum Umar Kadırovun qəhrəmanlıqla həlak olması haqqında danışmamışam. Onun 22 yaşı var idi. Amma Allaha, İslama və öz xalqına görə parlaq həyat yaşadı. Beləliklə, İslam uğrunda canlarını vermiş Kadırovlar nəslinin oğullarının uzun siyahısına daha bir ad əlavə olundu”, -deyə Kadırov yazıb.

Respublika başçısının sözlərinə görə, Çeçenistan Respublikasında Umar Kadırovun qəhrəmancasına həlak olmasıyla əlaqədar başsağlığı mərasimi keçirilib.

Yeni doğulan körpə görənləri şoka saldı

alt

Yeni doğulan 6.2 kiloqramlıq körpə hamını təəccübləndirib.

ANS PRESS-in məlumatına görə, ABŞ-ın Kolorado əyalətinə bağlı San Luis Valley xəstəxanasında 6.2 kiloqram ağırlığında dünyaya gələn körpə hər kəsi çaş-baş qoyub. Nəhəng körpənin boyu 55.8 santimerdir.

"USA Today" qəzeti həkimlərin doğum əvvəli körpənin çəkisinin kilosunu təxminən 3.1 kiloqram olaraq hesabladığını yazıb. Nəfəs alma çətinliyi çəkən Mia Yasmin Qarsia adlı qız uşağının müalicəsi başqa xəstəxanada aparılacaq.

Doğuş zamanı tibb bacısının körpənin dünyaya gəlişi əsnasında hay-küy qaldıraraq yoldaşlarından kömək istədiyi bildirilir.

Daha əvvəlki doğuşlardan dörd qız uşağı sahibi olan Mianın atası Françisko Qarsia oğlan uşağı istədiklərini, lakin Allahın onlara beşinci qız uşağının verdiklərini söylədi. Ata Qarsia xəstəxana səlahiyyətlilərini də günahlandırıb: "Bizə normal bir doğuş olacaqlarını, uşağın çəkisinin nə qədər olacağını da söylədilər. Yüzdə-yüz yanılma olar?. Hər şeyə baxmayaraq bu qız uşağımız ilə də qürur duyuruq".

İslam dünyası ayağa qalxacaq

altİranda çəkilən bir film bütün İslam dünyasını ayağa qaldırır.

ANS PRESS-in məlumatına görə, iranlı rejissor Məcid Məcidinin filmində Məhəmməd Peyğəmbərin (s.ə.s) səs və görüntüsü yer alacaq.

Filmin fevral ayında İranın paytaxtı Tehranda keçiriləcək Şəfəq film festivalında nümayiş etdiriləcək.

"Məhəmməd" adlı film peyğəmbərin həyatından bəhs edir. Livan müftisi Əl Cuzu filmə sərt etirazını bildirib və bunun İslama təhqir olduğunu deyib.

Film İslam dünyasında fil hadisəsi (fillərin Kəbəni yıxmağa çalışdığı hadisə nəzərdə tutulur-red) ilə başlayır. Ekran əsərində Məhəmməd Peyğəmbərin (s.ə.s) anası Əminə, süd anası Həlimə, babası Əbdülmuttəlibə geniş yer verilir.

Hz. Məhəmmədin görüntülü və səsli bir şəkildə təsvir ediləcəyi film bu sahədə bir ilkə sahib olacağı özəlliyinə sahibdir.

Müftü Cuzu peyğəmbərin səs və görüntüsünün verilməsinin günah olduğunu deyib. "Çünki heç kim Məhəmməd peyğəmbəri canlandıra bilməz və onun rolunu oynaya bilməz".

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Misir, İordaniya kimi müsəlman ölkəsində peyğəmbərlərin filmlərdə canlandırılmasının günah olması barədə fətvalar var.

Filmdən bəzi kadrlar yayılıb.

Öcalandan Ərdoğana təklif

altTürkiyədə həbsdə olan PKK terror təşkilatının lideri Abdulla Öcalan türklərlə kürdlər arasında başladılan sülh prosesinin uğurla nəticələnməsi üçün 3 təkliflə çıxış edib.

ANS PRESS-in məlumatına görə, Öcalan təklif edib ki, ilk növbədə sülh prosesi hüquqi status qazanmalıdır, prosesin müşahidəsi üçün bitərəf qurumlar yaradılmalı və faktların araşdırılması da daxil olmaqla 8 komissiya yaradılmalıdır.

Öcalan prosesin tezləşdirilməsi üçün hökumətə çağırış edib. Kürd lider qeyd edib ki, artıq müzakirələrə son qoymaq lazımdır. İtirməyə vaxt yoxdur. Öcalan irəli sürdüyü təklifləri qəbul olunarsa, kürd vətəndaşlara bəzi çağırışlar edə biləcəyini qeyd edib. Bundan başqa o, hökumətin onunla ayda bir dəfə deyil, hər gün görüşməsini də istəyib. Abdullah Öcalan hazırda İmralı adasında həbsxanada saxlanılır.

BMT-dən təcili çağırış

altBMT-nin Qaçqınlar üzrə Agentliyi bir müddət öncə maliyyə böhranı səbəbindən 1,7 milyondan artıq suriyalı qaçqına ərzaq yardımını dayandırmaq məcburiyyətində qaldığını elan etmiş Ümumdünya Ərzaq Proqramına təcili beynəlxalq dəstək verilməsinə çağırıb.

BMT-nin Bakı nümayəndəliyindən ANS PRESS-ə verilən məlumata görə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarı bildirib ki, çətin dövrdə onların yanında olmaq lazımdır.

"Qış artıq suriyalı qaçqınların həyatında son dərəcə çətin dövrdür, amma bu mühüm məqamda ərzaq yardımının dayandırılması vəziyyəti daha da pisləşdirəcək. Bu, ən əlverişsiz durumda olan və demək olar bütünlüklə beynəlxalq yardımdan asılı vəziyyətdə olan on minlərlə qaçqın ailəsinə təsir göstərəcək. Mən təcili olaraq beynəlxalq birliyə müraciət edirəm: indi Ümumdünya Ərzaq Proqramına dəstək verin, qaçqınları ac qalmağa qoymayın", deyə Ali Komissar bildirib.

Türkiyə Azərbaycanı sammitə dəvət etdi

altTürkiyə Azərbaycanı 2015 ci ildə Antalyada keçiriləcək Böyük 20-liyin samitində iştirak etməyə dəvət edib.

ANS TV-nin məlumatına görə, bu haqda Türkiyə baş nazirinin müavini Əli Babacan “TRT Haber” kanalına verdiyi açıqlamada bildirib.

Onun sözlərinə görə, Azərbaycanın Böyük 20-liyin sammitində iştirakı çox vacibdir. Əli Babacan həmçinin onda əlavə edib ki, bu gündən etibarən G20-yə Türkiyə sədrlik edəcək.

İran İŞİD-lə savaşa gedir

altTehran İraq və Şam İslam Dövləti (İŞİD) silahlı qruplaşmasına qarşı birbaşa döyüşlərə əl ata bilər.

ANS PRESS-in məlumatına görə, İranın briqada generalı Mohammad Bakeri bildirib. Onun sözlərinə görə, əgər şiələrin müqəddəs yerləri yerləşən şəhərlərə təhlükə yaranarsa, İran açıq hərbi əməliyyatlara başlayacaq.

“Tehran indiyə kimi İraqda silahlı terrorçulara qarşı heç bir birbaşa hərbi əməliyyat keçirməyib. Amma Bağdad və şiə ziyarətgahların yerləşdiyi digər İraq şəhərləri hücuma məruz qalarsa, biz sərt və açıq əməliyyatlara başlayacağıq”,- deyə Bakeri bildirib.

Onun sözlərinə görə, İran qarşı bütün gücündən istifadə edərək terrorçuları və onların qərərgahlarını dağıdacaq.

Kosmosda selfi

altSelfi qəbinə kosmonavtlar da qoşuldular. 2009-2010-cu illlər arasında mobil telefonlarda ön kameranın peyda olması ilə üzə çıxan selfie fotolarının populyarlığı gün keçdikçə artır.

Əsasən sosial şəbəkələrdə dəbdə olan selfie çəkilişi zamanı arxa fona da diqqət yetirilir. Belə ki, fon şəklin qəhrəmanının harada olduğunu zövqünü və hətta statusunu belə müəyyənləşdirə bilər.

Bəs yer planetinin iştrakı ilə selfi necə qəbul edilər? Şəkillərə baxsaq məlum olar ki, planetin bu şəkil çəkmək üslubu kosmosda da dəbə minib.

ANS PRESS kosmosda çəkilən selfiləri təqdim edir.

Putinin gizli görüşü

altBöyük Britaniya mətbuatı "Çelsi" futbol klubunun sahibi Roman Abramoviçin futbol üzrə Dünya Çempionatının 2018-ci ildə ("Mundial-2018") hansı ölkədə keçiriləcəyi barədə təşkil olunan seçkilərdən əvvəl FİFA prezidenti Yozef Blatter ilə gizli görüşü barədə iddia irəli sürüb.

ANS PRESS-in xəbərinə görə, "The Independent" qəzeti yazıb ki, hazırda bununla bağlı araşdırma davam edir. Belə ki, "Mundial-2018" və "Mundial-2022" üzrə səsvermənin nəticələri saxtalaşdırılıb, dünya çempionatının keçirilməsi hüququ Rusiyaya və Qətərə satılıb.

Qəzetin məlumatına görə, yarışı qəbul etmək hüququ üçün mübarizə aparan rəqibləri haqqında məlumat alınması üçün ingilis nümayəndələri xüsusi xidmət orqanlarından istifadə ediblər. Həmçinin bildirilir ki, səsvermədən əvvəl Rusiya prezidenti Vladimir Putin "Çelsi"nin sahibi Roman Abramoviçin başçılığı ilə oliqarxlar qrupu formalaşdırılması barədə tapşırıq verib ki, onlar Rusiyanın sifarişinin qəbul olunmasını təmin etsinlər.

Hətta, bu məqsədlə Roman Abramoviç Cənubi Afrika Respubliksında FİFA prezidenti Yozef Blatter ilə gizli görüş keçirib.

ABŞ düşmənlərini AÇIQLADI

alt

Amerika Birləşmiş Ştatlarının (ABŞ) müdafiə nazirinin müavini Robert Uork yerli mətbuata müsahibəsində rəsmi Vaşinqton üçün təhlükə törədən əsas xarici amillərin adını açıqlayıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Uork bu təhdidlərin 3 formada özünü göstərdiyin bildirib.
“İlk təhlükəyə Rusiya və Çin daxildir. Bu ölkələr dünya hegemonluğuna iddalıdırlar və BMT-nin Təhlükəsizlik şurasında veto hüququ var.
İkinci təhlükə nüvə texnologiyalarına sahiblənmək istəyən regional dövlətlərdir. Xüsusən İran və Şimali Koreya qeyri-demokratik idarəçilik quruluşu ilə ABŞ- və dünya üçün təhlükə törədirlər. Üçüncü təhlükə mənbəyi isə terroçu və mütəşəkkil cinayətkar dəstələr daxildir”.

Robert Uork müsahibəsində ABŞ-ın yaxın 10 ildə hərbi xərclərini 1 trilyon dollar azaltmaq planlarının bu təhlükələr fonunda məqsədəuyğun olmadığını da diqqətə çatdırıb.

Saytda Axtarış

ახალი ამბები