Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1290
DünənDünən3835
Bu həftəBu həftə14557
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8471156

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Yəhudilər milli bayramlarını Bulvarda qeyd edirlər

altAzərbaycanın yəhudi icması milli bayramını qeyd edir.


 Dalgatv  “Qafqazinfo” - ya istinadən xəbər verir ki, yəhudilər Roş-ha-şana adlanan yeni il bayramını hal-hazırda Dənizkənarı Milli Parkda keçirirlər.

Onlar bundan əvvəl sinaqoqa baş çəkiblər, dua və bayram adətlərini yerinə yetiriblər. Daha sonra yəhudilər bulvarda bir araya gəliblər.

Bu bayramın gəlişi ilə yəhudi xalqı 5775-ci ilə qədəm qoyur. Roş-ha-şana mərasimləri ənənəyə görə 3 gün davam edir.

Abdullah Gül üçün dövlət məzarlığı hazırlanacaq

alt

Kayseri Böyük Şəhər Bələdiyyə başqanı Mehmet Özhasaki Türkiyənin 11-ci prezidenti Abdullah Gül üçün dövlət qəbristanlığı hazırlanacağını deyib.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Mehmet Özhasaki bunu keçmiş prezident Abdulla Gülün vəsiyyəti olduğunu qeyd edib. Onun sözlərinə görə Abdulla Gül Kayseridə dəfn edilməsini vəsiyyət edib.

“Bu məqsədlə şəhər qəbiristanlığının girişində dövlət məzarlığı hazırlanacaq. Cənab Abdulla Gül ata yurdu olan Kayserini çox sevdiyini və qəbrinin burada olmasını istəyir. Onun bu sözlərindən sonra Böyük Şəhər Bələdiyyəsinin qərarı ilə şəhər qəbiristanlığının girişindəki hüzr məclisləri aparılan evin arxasındakı yaşıl sahədə dövlət məzarlığı olacaq”.,-deyə M. Özhasaki bildirib.

Qeyd edək ki, Abdulla Gül 2007-2014-cü illərdə Türkiyə prezidenti olub.

Tbilisidə işğal olunmuş ərazilərə qanunsuz səfərlərlə bağlı konfrans keçiriləcək

alt

Tbilisidə şərq tərəfdaşlığı ölkələrinin işğal olunmuş ərazilərinə edilən qanunsuz səfərlərlə bağlı beynəlxalq konfrans keçiriləcək. Şuradan Modern.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev 25-27 sentyabr 2014-cü il tarixlərində Tbilisidə “şərq tərəfdaşlığı ölkələrinin işğal olunmuş ərazilərinə qanunsuz səfərlərin hüquqi nəticələri” adlı beynəlxalq konfransda iştirak etmək üçün Gürcüstanda səfərdə olacaq.
Şuranın dəstəklədiyi layihə çərçivəsində təşkil olunan tədbir Gürcüstan, Moldova və Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərin qarşısının alınması üçün müvafiq təklif və mexanizmlərin hazırlanmasına həsr olunacaq.
Konfransda BMT, ATƏT və Avropa İttifaqının təmsilçiləri ilə yanaşı şərq tərəfdaşlığı proqramına daxil olan Gürcüstan, Moldova, Azərbaycan və digər ölkələrin yüksək vəzifəli şəxslərinin iştirakı və çıxışı da nəzərdə tutulub.

Azərbaycan tərəfindən Şura sədri Azay Quliyev işğal altında olan Dağlıq Qarabağ və digər bölgələrə edilən qanunsuz səfərlər və onun nəticələri haqqında məruzə ilə çıxış edəcək.

Tədbirə həmçinin azərbaycanlı millət vəkilləri Bəxtiyar Əliyev, Asim Mollazadə və yerli vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri qatılacaq.

Ağ Evə silahlı basqın zamanı Obama necə hərəkət edib? - AÇIQLAMA

alt

“ABŞ prezidenti Barak Obama Ağ Evə silahlı basqın zamanı ekstremal vəziyyəti dəyərləndirdi”. Modern.az saytı xarici KİV-ə istinadla xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Coş Ernets deyib.

O, ötən cümə günü Ağ Evə basqın cəhdini şərh edərkən bildirib ki, bu xoşagəlməz hadisəyə baxmayaraq Barak Obama məxfi xidmətinə tam şəkildə etibar edir. Ağ Ev rəsmisi ABŞ prezidentinin basqına cəhd zamanı necə hərəkət etdiyini də açıqlayıb:

“ 42 yaşlı Omar Qonsales Ağ Evə girməyə cəhd edərkən Barak Obama ailəsi ilə birgə iqamətgahını tərk edib”,-deyə C. Ernest söyləyib.

Qeyd edək ki, Omar Qonsales Barak Obamanın iqamətgahının hasarını aşaraq bıçaqla Ağ Evə girməyə cəhd etmişdi. Lakin məxfi xidmətin əməkdaşları vaxtında onu zərərsizləşdirə bilmişdi.

Omar Qonsalesin vaxtilə 18 il ABŞ-ın quru qoşunlarında xidmət etdiyi bildirilir.

Gürcüstana sel gəldi

altGüclü yağışlar Gürcüstanın qərb bölgəsində ciddi fəsadlar törədib. 

ANS TV-nin məlumatına görə, güclü leysan yağışları ən çox Gürcüstanın Batumi, Kobuleti, Poti və Qori şəhərlərində fəsadlar törədib. 10 minlərlə insanın elektrik enerjisi və içməli su ilə təchizatı dayandırılıb. Acarıstan hökumətinin rəhbəri Arçil Xabadzenin sözlərinə görə təbii fəlakət insan itkisinə səbəb olmayıb. Batumi meri Georgi Ermakov şəhərdə son 6 ildə belə güclü yağışın müşahidə edilməyini və hazırda Batumidə vəziyyətin ağır olduğunu deyib. 

İki gün yağan güclü yağış Poti şəhərində də ağır fəsadlar törədib. Evlərin birinci mərtəbələri su ilə dolub. Nəqliyyat vasitələrinin hərəkəti çətinləşib. Mer İrakli Kakulya şəhərdə işlək vəziyyətdə olan 7 nasos stansiyasının yaranmış vəziyyəti aradan qaldırmaq üçün kifayət etmədiyini bildirib.

Qori rayonu da güclü yağış səbəbindən daşqınlara məruz qalıb. Rayonun bir neçə kəndində onlarla ev su altında qalıb. Əhali hakimiyyət orqanlarından yardım etmələrini xahiş edir. Yaranmış vəziyyətdən çıxış yolu tapmaq üçün isə Acarıstan rəhbərliyi təcili iclas keçirib. Bütün xilasedici briqadaların, yanğınsöndürənlərin və tibbi heyətin fasiləsiz çalışması tapşırığı verilib. Qeyd olunub ki, hava şəraiti imkan verən kimi küçələrdən və zirzəmilərdən suyun kənarlaşdırılması işlərinə başlanacaq. 

Sinoptiklər isə bu gündən etibarən bir neçə gün ərzində sabit hava şəraitinin hökm sürəcəyini bildiriblər.

Putinin ideoloqundan Sərkisyana HƏDƏ: “Bir dövlət kimi mövcud olmaya bilərsiniz”

alt

“Avrasiya İttifaqı haqqındakı situasiya aydın deyil. Bütün Avrasiya ərazisinin birləşməsi zəruridir, lakin Rusiya bu halda separatizm prinsipi üzrə hərəkət edir. Qazaxıstan, Belarus, Ermənistanda heç də hamı Avrasiya İttifaqına inteqrasiyanın tərəfdarı deyil”.

Modern.az saytının məlumatına görə bu sözləri 1in.am saytına müsahibəsində Beynəlxalq Avrasiya Hərəkatının lideri, Kremlin şovinist və imperiyapərəst ideoloqu, politoloq Aleksandr Dugin deyib. Ekspert Kremlin “yeni SSRİ” layihəsi hesab olunan Avrasiya İttifaqına postsovet məkanındakı ölkələrin cəlb olunması prosesinin perspektivini şərh edərkən bildirib ki, bu təşkilata qoşulan ölkələrin cəmiyyətlərində belə millətçi əhval-ruhiyyə hökm sürür.

Onun sözlərinə görə Belarus, Qazaxıstan, Ermənistandakı millətçiliyi Rusiya Avrasiya layihələri üçün təhdid kimi dəyərləndirir.

Kremlin siyasi texnoloqu Rusiyanın postsovet ölkələrində vətəndaş cəmiyyətləri ilə işləməməsini də Avrasiya İttifaqının reallaşmasında maneə kimi dəyərləndirib.

“Postsovet məkanında Qərb dairələri Avrasiyaya inteqrasiyaya mane olmaq üçün bütün imkanlarından istifadə edir. Bu, çox ciddi mübarizə olduğuna görə qələbə haqqında birmənalı danışmaq çətindir. Qərb vətəndaş cəmiyyətləri ilə işləyir, bizdə isə bu tendensiya yoxdur. Məsələn, Rusiyanın Ermənistanla yaxınlaşması üçün belə format yoxdur. Bu, bizim inteqrasiyamızın strateji səhvidir. Avrasiya İttifaqı ilə bağlı proseslərə ziyalılar klubu qoşulmalıdır”.

Aleksandr Dugin hesab edir ki, Avrasiyaya inteqrasiya ilə bağlı vahid şəbəkənin mövcud olmaması təhlükəlidir və əhəmiyyətli proseslərin qarşısını alır.

Kreml mütəxəssisi Ermənistanın Avrasiya İttifaqına girişi perspektivinə də aydınlıq gətirib. Dugin Ermənistanın bu layihədə iştirakının vacibliyini vurğulayıb. O qeyd edib ki, əks təqdirdə Ermənistan ümumiyyətlə mövcud olmaz. “Ermənistan Avrasiya sivilizasiyana aiddir.

Ermənistanın yeri Avrasiyadır, ona başqa yerdə sadəcə olaraq yer yoxdur. Ermənistan ya Avrasiya İttifaqında olacaq, ya da ümumiyyətlə olmayacaq”,-deyə A. Dugin Ermənistanı hədələyib.

Qeyd edək ki, bu ilin may ayının 29-da Astanada Rusiya, Belarus, Qazaxıstan prezidentləri Avrasiya İqtisadi Birliyinin təsis edilməsi ilə bağlı sənəd imzalayıblar. Ermənistanın isə quruma üzvlüyünün oktaybrda reallaşması gözlənilir. Avrasiya Birliyinin 2015-ci ilin ilk aylarından fəaliyyətə başlaması planlaşdırılır.

Saakaşvili facebook-da şəkil paylaşıb bunları yazdı

altGürcüstanın sabiq prezidenti Mixail Saakaşvili vətənində yaxınlarının əmlakına həbs qoyulmasına facebook səhifəsindən cavab verib. 

Saakaşvili Ukraynanın istefaya göndərilmiş prezidenti Yanukoviçin evinin şəkillərini paylaşaraq yazıb ki, "kimə korrupsiyaya uğramış prezidentin evinin necə göründüyü maraqlıdırsa, Yanukoviçin evinə baxsın".

Hazırda ABŞ-da olan Saakaşvili sözlərinə belə davam edib: «Mən ev tikdim – Gürcüstanı və onlar buna həbs qoydular".

Qeyd edək ki, Tiflis şəhər məhkəməsi Saakaşvili və onun bəzi ailə üzvlərinin evinə və maşınlarına həbs qoyub. O, məsrəfçilikdə ittiham olunur.

Gürcüstan prezidenti: “Parlamentin səlahiyyətləri vaxtından əvvəl dayandırıla bilər”

alt“Ölkədə siyasi böhran olacağı təqdirdə, Gürcüstanın dövlət başçısı parlamentin səlahiyyətlərini vaxtından əvvəl dayandıra bilər”.

APA-nın məlumatına görə, bunu Gürcüstan prezidenti Georgi Marqvelaşvili “İmedi” televiziyasına müsahibəsində deyib.

“Mən konkret vəziyyətdən çıxış edərək addımlar atacağam. Bu, mənim vəzifəmdir. Ciddi siyasi böhran yaranacağı təqdirdə, dövlət başçısı parlamenti buraxa bilər, amma hələ Gürcüstanda belə bir vəziyyət yoxdur”, - deyə prezident qeyd edib.

Qafqaz gözəlləri – FOTOLAR

altQafqaz çoxsaylı xalqların yaşadığı geniş regiondur. Zəngin flora və faunası bu gözəl diyarda yaşayan xanımların da xarici görkəminə müsbət təsir gösərib. Dalgatv Qafqaz gözəllərini təqdim edir. altaltalt

İranlı deputat Azərbaycanı hədələdi: “Sizə qarşı tədbirlər paketi hazırlanır”

alt

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini Mənsur Həqiqətpur növbəti dəfə Azərbaycanın ünvanına ittihamlar səsləndirib. Modern.az saytı İran mətbuatına istinadən xəbər verir ki, Həqiqətpur İran səmasında vurulan İsrail pilotsuz təyyarəsinin Azərbaycandan havaya qalxdığını bildirərək, buna görə Azərbaycana qarşı tədbirlər paketinin hazırlandığını söyləyib.

“İran Məclisi İsrail təyyarəsinin öz ərazisindən uçuşuna icazə vermiş ölkəni cəzalandırmaq üçün tədbirlər paketi hazırlayır”.

İsrail müdafiə nazirinin yaxınlarda Azərbaycana səfər etməsindən narahatlığını bildirən iranlı deputat Azərbaycanın İranla münasibətlərdə “səmimi” olmasını vacib hesab edir.

Qeyd edək ki, Azərbaycan tərəfi bundan öncə bəyan edib ki, İsrail pilotsuz təyyarəsinin ölkəmizin ərazisindən havaya qalxması haqda deyilənlər əsassız iddialardır.Xatırladaq ki, Mənsur Həqiqətpur tez-tez antiazərbaycan bəyanatlarla çıxış edir. Onun bir müddət əvvəl Azərbaycan Milli Məclisinin deputatı Siyavuş Novruzovla da mübahisəsi düşmüş və tərəflər “söz duelinə” çıxmışdılar.    

“New York Times” Ərdoğandan üzr istədi - FOTO

alt

Amerikanın məşhur gündəlik qəzeti olan “New York Times” Türkiyədən İŞİD (İraq Şam İslam Dövləti) terror təşkilatına qoşulanlarla bağlı verilən yazıya düzəliş edib. AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sözügedən yazı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazirin Ankaradakı Hacıbayram Məscidindən çıxarkən çəkilən fotosu ilə dərc olunmuşdu.

Sonradan isə həmin yazıya düzəliş edilib. Qəzet öz saytında həmin fotonun yanlışlıqla o yazıya verildiyini bildirib: “Nə həmin məscid, nə də prezidentin ora səfəri yazıda bəhs edilən İŞİD könüllülərinə aidiyyəti yoxdur”. Ceylan Yeginsunun imzasıyla verilən yazıda bildirilib ki, terrorist qruplaşması olan İŞİD-ə Türkiyədən qoşulanlar daha çoxdur.

Qeyd edək ki, bu yazıdan sonra R. Ərdoğan sərt açıqlama verərək, bunu “ədəbsizlik”, “alçaqlıq” adlandırıb.

İŞİD İstanbulda – Video

alt

Türkiyənin İstanbul şəhərində İŞİD üzvləri peyda olub.


Türkiyənin İŞİD-ə dəstək verib-vermədiyi mübahisə edildiyi bir vaxtda sensasion hadisə baş verib.

Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbulda İŞİD terrorçuları kimi geyinən adamlar ortaya çıxıb.

Həmin gənclərin İŞİD uniformasında olduğu görüntülənib və şəhərin Kabataş tramvayından sərnişin kimi istifadə ediblər. İŞİD geyimli şəxslərin özlərini gizlətmədiyi, rahat apardığı bildirilir və ətrafdakıları diqqətlə müşahidə etdikləri qeyd olunur.

Bildirək ki, Türkiyənin İŞİD-ə qarşı NATO-nun koalisiyasına qoşulmaması ciddi müzakirələrə səbəb olub. AKP iqtidarının bu terror təşkilatına dolayısı ilə dəstək verdiyi iddia olunur. Bu gənclərin tramvayda İŞİD-çi uniformasında peyda olması isə müəyyən şübhələrə yol açır. Ehtimal etmək olar ki, bu bir provokasiyadır və cəmiyyətin nəbzini yoxlamağa hesablanıb.

Saytda Axtarış

ახალი ამბები