Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2147
DünənDünən3835
Bu həftəBu həftə15414
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8472013

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Başı kəsilən jurnalistin ailəsini hədələdilər

alt

ABŞ hakimiyyəti İraqda İŞİD terrorçuları tərəfindən edam edilmiş Ceyms Foulinin valideynləri və qardaşını onlar barəsində cinayət işinin açılması ilə hədələyib.

Bu barədə Ceyms Foulinin valideynləri açıqlama verib.

Jurnalistin valideynləri bildirir ki, ABŞ Dövlət Departamenti hədələyib ki, əgər Foulinin meyitinin qaytarılması üçün özbaşına pul yığsalar cinayət işi açılacaq.

Jurnalistin qardaşı Maykl Fouli isə bildirib ki, təhdidlərə heç bir əhəmiyyət vermir.

Qeyd edək ki, ABŞ hakimiyyəti bəyan edib ki, terrorçularla heç bir danışıqlara getməyəcək və onların tələb etdiyi məbləği ödəməyəcək.

Dövlət departamentinin nümayəndəsi Mari Harf da məsələ ilə bağlı açıqlama verib. O, bildirib ki, təmsil etdiyi qurum Foulinin ailəsini hədələməyib.

"Belə dəhşətli vəziyyətdə ailələrə kömək etmək bizim işimizin bir hissəsidir. Bu halda biz ABŞ qanunlarını nəzərə alırıq və onlara görə hərəkət edirik", deyə Harf bildirib.

Qeyd edək ki, jurnalist Ceyms Fouli 2012-ci ilin noyabrında Suriyaya gedib. Avqustun 19-da Foulinin edamının videosu yayılıb.

Con Kerri Türkiyədədir

alt

ABŞ dövlət katibi Con Kerrinin Türkiyə səfəri başlayıb. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Con Kerri artıq Ankaradadır.

Qeyd edək ki, Con Kerrini Türkiy səfəri çərçivəsində Vaşinqton-Ankara münasibətləri və İŞİD məsələsinin müzakirə olunacağı gözlənilir

Con Kerri Türkiyəyə gəlir

altSentyabrın 12-də ABŞ dövlət katibi Con Kerri Türkiyəyə işgüzar səfər edəcək.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Səfər çərçivəsində bır sıra qlobal və regional məsələlərin müzakirə olunacağı gözlənilir. İki günlük səfəri çərçivəsində Kerri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, baş nazir Əhməd Davudoğlu və prezident Rəcəb Tayyib Ərdoğanla gör

Türkiyə İŞİD əleyhinə koalisiyaya qoşulur

alt

Türkiyə İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşması əleyhinə yaradılan koalisiyaya qoşulacaq. Dalgatv Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu hökumətdəki mənbələr bildirib. Məlumatda qeyd edilir ki, bu haqda qərar Türkiyənin baş naziri Əhməd Davudoğlunun ordu və kəşfiyyat nümayəndələri ilə görüşünün nəticəsində verilib. Terror qruplaşması ilə mübarizə ilə bağlı koalisiya NATO-nin sentyabrın 4-5-də Uelsdə keçirilən sammitində yaradılıb.

Digər məlumata görə, Türkiyənin bu koalisiyadakı iştirakı məhdud şəkildə olacaq. Buna səbəb İŞİD-in Türkiyənin Mosuldakı konsulluğunun 49 əməkdaşını hələ də girov kimi saxlamasıdır. Türkiyə tərəfi hesab edir ki, koalisiyada fəal iştirak terrorçuların həmin girovları öldürməsi ilə nəticələnə bilər.

Ayətullah Xamnəi: 95 milyard dollarlıq sərvətin sahibi cangüdənlərindən borc alır - PORTRETƏ CİZGİLƏR

altAyətullah Xamnəi keçirdiyi prostat əməliyyatı ilə bir daha gündəmə damğasını vurdu. Hərgah özü əməliyyatın “bəsit və normal“ olduğunu dilə gətirsə də, dünya dörd gözlə nəticəni gözləyir. Çünki söhbət Yaxın Şərqdə strateji mövqeyi və gücü ilə söz sahibi olan bir ölkənin liderindən gedir. Və taleyin, qədərin vəfasızlığı təkcə bir ölkənin deyil, bütün bölgənin gələcəyini dəyişə bilər. 
“Əlbəttə, bu, xalqımızdan dua istəmədiyim mənasına gəlmir”, – deyən Tehran xəstəxanasının pasienti də elə buna işarə edir.

Modern.az-ın bu yazısında aqibətini taleyin cilvəsinə yox, Allaha bağlamış İran İslam Respublikasının dini liderinin portretinə bəzi cizgilər verməyə cəhd edəcəyik.

Qara əmmaməli adamın “qaranlıq həyatı”

Bir çox nüfuzlu nəşrlərin və araşdırma mərkəzlərinin dünya liderləri cərgəsinə saldığı Ayətullah Xamnəinin rəsmi tərcümeyi-halı geniş bilgi toplumu sayıla bilməz. Çünki onda yalnız dini-siyasi fəaliyyət əksini tapıb və illər boyu Ali Məqamlı Rəhbər titulu daşıyan Seyid Əli Xamnəinin şəxsi həyatı, ailəsi, alışqanlıqları, şakərləri və ən əsası da misilsiz sərvəti haqqında dedi-qodular gün işığına çıxmır.

İnsan təsəvvüründə hər bir dövlət başçısı mütləq şəkildə zəngin şəxsdir. Bunun əksini iddia edənə sonadək qulaq kəsdirən çətin ki tapıla. Hətta söylənənə iki gözü ilə şahid olan da şübhə torbasını beynindən atmağa tələsməyəcək. Qısası, işi qurama, başaldatma sayacaq.

Ayətullah Xamnəi haqda da belə deyilir. Yəni iddia olunur ki, onun sərvəti 95 milyard dolları çoxdan aşıb. Bu nəhəng sərvətin (ailənin digər üzvlərinin kapitalı nəzərə alınmadan) böyük hissəsi isə İrandan kənarda, xarici banklar və sərmayə qoyuluşlarındadır. İddianı əsassız və qərəzli hesab edən digər kəsim isə deyir ki, o, çox sadə, xudmani həyat keçirir və tez-tez ehtiyacı olduğundan yaxın bildiyi adamlardan borc alır.

Əslində Xamnəinin gündəlik həyatı, ailəsi və sərvəti haqqında bütün iddialar üçüncü şəxslərin dilindən çıxdığından nəyin doğru, nəyi yalan olduğunu özündən və Allahdan başqa kimsə dəqiq bilmir.

Xamnəi, Xamnəyi, Xamenei...

Bu müxtəlif yazılışlı adlardan yalnız biri – birincisi doğrudur. Çünki miladi təqvimlə 1939-cu il iyulun 17-də Məşhəddə dünyaya gəlmiş İranın ali dini lideri nəsil-şəcərə baxımından Xamnə (danışıq dilində “Xumnə”) qəsəbəsindəndir. Şərqi Azərbaycan vilayətinin Şəbüstər mahalında yerləşən bu ərazisinə görə kiçik, amma şöhrətinə görə böyük yaşayış məskənindən daha kimlər çıxmayıb: Arazın bu tayında tanınan (taleyin ironiyasına bax!) – Mirzə Fətəli Axundzadə, Məmmədmübariz Əlizadə (Zərdüşt və Araz Əlizadələrin atası), o tayda – Şeyx Məhəmməd Xiyabani, Mir Hüseyn Musəvi (Xamnəi)...

Məşhəddə Seyid Cavad Xamnəinin evində anadan olmuş İranın hazırkı müəzzəm rəhbəri uşaqlığını belə xatırlayır: “Doğulduğum ev Məşhədin yoxsul bir məhəlləsində yerləşirdi. Ev 60-70 metrlik bir otaq və qaranlıq bir zirzəmidən ibarət idi. Atamın yanına qonaqlar gəldiyi zaman (o, ruhani və məhəlləmizin mərcəyi-təqlidi olduğu üçün adətən, evimiz gediş-gəlişli olardı) onlar gedənə kimi hamımız zirzəmidə qalardıq. Atama rəğbəti olan bir neçə nəfər yaxınlıqdakı kiçik bir ərazini alaraq evimizə əlavə etdilər. Bununla da evimiz genişlənərək üçotaqlı oldu.

Atam məşhur ruhani olsa da, sadə və yoxsul yaşayırdıq. Bəzən evimizdə şam yeməyi olmadığından anam bizə kişmişlə çörək yedizdirərdi”.

Möhnətin nə olduğunu kiçik yaşlarından dadmış Ayətullah Xamnəinin indi ləziz yeməklərin düzüldüyü süfrə başında oturması, ağız tamını tamam dəyişməsi - müxaliflərinin iddiası, uşaqlıq illərində olduğu (üstəlik, əsl mütəvazi zahid həyat keçirən ruhani) kimi eyni sadə mətbəxlə kifayətlənməsi - tərəfdarlarının iddisıdır. Məsələn...

“Həkimlər ona qara kürü və Lar çayından tutulan alabalıq yeməsini tövsiyə edirlər. Hazırda bu iki qida onun şəxsi menyusu halı alıb. Qara kürünü Rəştdən şəhərin imam-cüməsi göndərir. Qırqovul Şirasdan gətirilir. Xolesteroldan yayınmaq üçün bildirçin və dəvəquşu ətindən də istifadə edir. 500 min dollarlıq bir aparat yeməklərin zəhərli olub-olmadığını yoxlayır və bu test cihaz Amerikadan alınıb”.

Bu qeydləri öz facebook səhifəsində 2009-cu ildə iranlı kinorejissor və hakim rejimə müxalifliyi ilə tanınan Möhsün Möhməlbaf açıqlayıb. Mir Hüseyn Musəviyə yaxınlığı ilə seçilən “yaşıl inqilabı” fəalı.

İnqilab Qvardiyasının sabiq rəhbəri Yəhya Rahim Səfəvi də bir xatirə bölüşüb. Tam əksini isbatlayan xatirə. O deyib ki, Xamnəinin yaşadığı evdə nahar yeməyinə qalıb və yeməyin yalnız qayğanaqdan ibarət olduğunu görəndə çox təəccüblənib.

Möhməlbaf dini liderin həftəlik görüş proqramlarında da iki süfrə ziyafəti xüsusi qeyd edir: bazar ertəsi günü – İran prezidenti, çərşənbə axşamı – Mühafizə Şurası və çərşənbə – Konstitusiya Şurası rəhbərləri ilə... və s.

Ayətullah Xamnəinin gündəlik proqramı haqqında iranlı rejissorun iddiası da maraq doğurur:

04.00: Yuxudan oyanma və ibadət

06.00-06.30: Təhlükəsizlik Xidməti rəhbəri ilə toplantı

06.30-07.00: Yaşadığı iqamətgahın təsərrüfatçısı ilə toplantı

07.00-08.00: Oğlu Müctəba ilə (həftədə 3 dəfə) toplantı

08.00-10.30: Kəşfiyyat, siyasət və iqtisadi hesabatların nəzərdən keçirmə.

10.30-12.00: Günorta yuxusu və istirahət

12.00-13.00: Camaat namazı və günorta yeməyi

13.00-15.00: Toplantılar

15.00-17.00: Şəxsi məsələlər

17.00-20.00: Özəl toplantılar

20.00-20.30: Axşam yeməyi

20.30-21.00: Son qeydləri dinləmə

21.00: Yatmağa hazırlıq...

Ali Məqamlı Rəhbərin asidə vaxtı: alpinizm, kitab...

Kim nə deyirsə desin, gərgin iş qrafiki olan Rəhbərin asudə vaxtı necə keçirməsi də mübahisəli və ixtilaflı mövzudur. M. Möhməlbaf iddia edir ki, Xamnəinin əsas şakərlərindən biri (bunu onun yayımladığı köhnə bir foto da əyani isbatlayır) alpinizm və at çapmadır. “1999-cu ildə Xamnəi tək əli işlək olduğundan atdan yıxılıb qolunu qırdı”, – iddiasında bulunan kinorejissor deyir ki, Xamnəi ailəsi ümumi dəyəri 40 milyon dollar olan 100 başlıq yüyrək at ilxısına malikdir.

Yeri gəlmişkən, 1981-ci ildə cümə xütbəsi zamanı baş verən sui-qəsd cəhdindən sonra İran liderinin sağ əli şikəstdir. Buna görə də hətta kameralar qarşısında seçki qutusuna bülleten atarkən və ya mühüm sənədlərə imza atan liderin “solaxaylığı” təəccüblü görünməməlidir.

Gənclik illərində qırmızı rəngli “Volsvagen”i olan Rəhbərin avtomobilə xüsusi ehtirası heç vaxt olmayıb. Amma...

Möhməlbafın digər iddiasına görə, Ayətullah Xamnəinin digər hobbisi Qacar xanədanı, xüsusən Nəsrəddin şah dönəminə dair tarixi əsərlərdir. "Lakin geniş mütaliəyə əsla vaxtı yoxdur". Yaxın çevrə və digər şahidlər bu iddianı təkzib edir və böyük ehtimalla kinorejissorun söylədiyi iftiradır. Gündəlik mətbuat icmalından başqa, ali dini rəhbər bədii ədəbiyyata geniş maraq göstərir. Buna çoxsaylı sübutlar var. Məsələn, höccətül-islam Məhəmmədi Gülpayiqani xatırlayır: “Böyük Rəhbər öd kisəsini cərrahiyyə əməliyyatı elətdirmək üçün xəstəxanada yatırdı. Mən, höccətül-islam Məhəmmədi Əli Zəm və digər bir neçə qələm əhli olan dostlarla onun görüşünə getdik. O görüşdə Ayətullah Xamnəi bir neçə romanın adını çəkdi. Onların hamısını xəstəxanada müalicə olunan vaxt oxumuşdu. Kitabların adları bizim üçün yeni idi. Odur ki, utandığımızdan başımızı aşağı salmışdıq...”

Ola bilsin ki, bu kitablar arasında Tolstoyun əsərləri də varmış. Ayətullah Xamnəinin dediyinə görə, oxuduğu kitablar arasında ən çox bəyəndiyi 3 roman var. Onlardan biri cavanlığında oxuduğu Mixail Şoloxovun “Sakit Don” romanıdır. Lev Tolstoyun adını da o, məhz bu açıqlamanı verərkən çəkib.

Höccətül-islam Şirazi deyir: “Ayətullah Xamnəi oxuduğu kitablara haşiyə yazardı. Bu adət onda cavanlıqdan vardı. Yanına yenicə çapdan çıxmış bir romanı aparanda artıq həmin kitabı oxuduğunu deyərdi. Elə məşhur bir kitab yox idi ki, ondan xəbəri olmasın. Kitab oxumağa xüsusi proqram tutmuş, vaxt ayırmışdı. Məsələn, bir müddət rus ədəbiyyatının mütaliəsi ilə məşğul olurdu. Sonra bu minvalla başqa xalqların ədəbiyyatını mütaliə etməyə keçirdi”.

“Kitab mütaliəsi xalqımızda, xüsusən də gənclərimizdə həmişəlik vərdişə çevrilməli, ailələrin istehlak səbətində məqbul bir paya malik olmalıdır”. Bu, Xamnəinin öz dilindən çıxan sözlərdir: “Kitab istehsalı, tərcüməsi və nəşri cəmiyyətin intellektual ehtiyaclarının, bu sahədəki boşluqların aradan qaldırılmasına xidmət etməlidir. Hazırda müşahidə olunan bir neçə minlik tirajlar və təkrar nəşrlər 75 milyonluq əhalisi və geniş miqyaslı gəncliyi olan bir ölkəyə yaraşmaz”, – sitatın ardı.

Ayətullah Xamnəinin şeiriyyatdan uzaq dolanmadığı da iddialar arasındadır. Onun öz qələmindən çıxan misraları görən olmasa da, Ustad Şəhriyarla dostluğu geniş məlumdur. Onların bir yerdə, səlis azəri türkcəsində şeir deyişməsi YouTube-da xeyli izləyici toplayıb. Lakin müxalifləri Böyük Rəhbərin qəzəbinə tuş gəlmiş şairləri də sıralayırlar. O cümlədən 2000-ci ildə vəfat etmiş azərbaycanlı şair Əhməd Şamlunu...

“Şəkli yayımlamayın!”

Köhnə alışqanlıqlarından biri siqaret olan Rəhbər onu, deyilənə görə, öz hökumətində baş nazir olmuş Mir Hüseyn Musəvi ilə eyni gündə tərgidib. Həmşəhrilər sözləşiblər. Doğrudur, bir müddət Xamnəinin qəlyan çəkdiyi də gözə görünüb (fotolar sübutdur və iddialara görə bu köhnə fotoların yayımlanmasına özü qadağa qoyub). Hətta iddia olunur ki, Rəhbərin böyük qəlyan kolleksiyası var.

Şəxsi kolleksiyadan söz düşmüşkən, onda bahalı əqiq üzüklərin (300) və əsaların (170 ədəd) olduğu söylənir.

Geyim məsələsinə dair də iddialar çeşidlidir. Möhməlbafa görə, Ayətullah Xamnəinin hətta birinin 30 min dollar qiyməti olan dəvə yunundan toxunmuş 120 cübbəsi var.

Ali dini rəhbərin bioqrafı kimi tanınan Vaşinqton İnstitutunun Yaxın Şərq siyasəti üzrə eksperti Mehdi Xələci deyir ki, Xamnəinin geyimləri ən yaxşı materialdan tikilir: “Bəzən çox bahalı parça olur. O, bunları özü almır, hədiyyə, ianə kimi qəbul edir. Onun evində dəbdəbəli həyatın izi yoxdur. İran qanunlarına əsasən, ali dini xadim üçün maaş təyin edilmir. Prezidentin maaşı var, nazirlərin, deputatların da. Dini qurumlardan ödəniş aldığından Xamnəinin aylıq maaşı yoxdur. O, öz xərclərini ödəməyi bacarır. Borc alması ilə bağlı deyilənlər isə şişirdilib. Onun dəbdəbədən kənar əxlaqlı həyat tərzi var”.

Rəhbərin sadə “dəbdəbə”si

İranın ali dini lideri tez-tez nağd pula ehtiyac duyur. Ona görə də şəxsi mühafizəçilərindən borc alır. Bu barədə “Fars” xəbər agentliyinə müsahibəsində köhnə dostu və yardımçılarından biri Ayətullah Rəsulu Məlahəti bildirib: “Mən ona pul aparanda bəzən eşidirəm ki, deyir: "Rza, gəl, borcumu qaytarım”. Ağayi Məlahəti liderin dolanışıq üçün Tehrandakı evini icarəyə verdiyini qeyd edib. “Mən bəzən onun şəxsi kabinetində oluram. Onun evində yalnız bir xalçası var. Təbriz xalçasıdır, özü də köhnəlib, bəzi yerlərdə sapları yeyilib”.

Söz düşmüşkən, xalça İranda zənginliyin rəmzidir. Xalçalarınızın sayı sizin sosial binanın hansı mərtəbəsində olduğuna dəlalət edir.

Ekspertlər Məclisinin (Məclese Xobreqan) üzvü Ayətullah Əbülhəsən Məhdəvi də dünya malında gözü olmayan Xamnəi haqda maraqlı bir fakt deyir: “Bəzən məndən borc alır. Onun sərəncamında külli miqdarda pul var, amma o, bir quruşu da öz ehtiyaclarına xərcləmir”.

Qumdakı elmi-dini hövzənin tanınan siması Ayətullah Ruhullah Qərəhi deyib ki, həkim Xamnəiyə kürəyindəki ağrılara görə divanda oturmağı məsləhət görüb: "Onlar da kiçik divan alıblar, daha doğrusu, divanın bir hissəsini, hamısını yox. Həmin vaxt xanımı Məşhədə ziyarətə gedibmiş. Qayıdanda evdə divanı görüb, götürüb onu bağçanın qapısı ağzına qoyub. Xamnəi evə dönəndə görüb ki, divan qapının ağzındadır. O, arvadından divanı niyə atdığını soruşub. Xanımı da cavab verib ki, bizi dəbdəbəli həyata sürükləmək istəyirsən? Xamnəi gülərək deyib ki, bu, dəbdəbədirsə, çox kiçik dəbədədir. O, izah edib ki, divanı ona həkim məsləhət görüb. Bundan sonra xanımı divanı saxlamağa razılaşıb...”

Ayətullah Xamnəinin ailə üzvlərini tanıtmanın əsl məqamıdır:

Xanımı – Xocəstə Bağırzadə

Övladları – Müctəba, Mustafa, Məsud, Meysəm, Xuda, Büşra.

“Əli ağır”, hökmlü hakim

Özü İranın ilk ali dini rəhbəri Ayətullah Xomeyninin dönəmində İranın sayca 3-cü prezidenti (Bənisədr və Rəcaidən sonra) olmuş Ayətullah Xamnəi 4 prezidentə etimadnamə verib: Haşimi-Rəfsəncani, Xatəmi, Əhmədinejad və Ruhani. Konstitusiya və “Vilayəti fəqih” nəzəriyyəsi ona böyük səlahiyyətlər verir. Bu səlahiyyətlər təkcə siyasi çərçivəylə məhdudlaşmır, həm də dini liderliyi ehtiva edir.

Xamnəi hər zaman cəmiyyətdə vasitəçi, barışdırıcı sima kimi təqdim edilir. Onu siyasi qruplaşmalardan çəkinməsinə, açıq qovğalara girməməsinə görə tənqid edənlər Rəhbərin sayıqlığını və hökmlülüyünü 2009-cu ildə əyani görə bildilər. Böyük mübahisələr və qarşıdurmalar doğurmuş prezident seçkiləri zamanı Mir Hüseyn Musəvini dəstəkləyən yalnız burjua sinfi deyildi. Aralarında nüfuzlu din xadimləri də olan “yaşıl inqilab” tərəfdarları haqda bir Cümə xütbəsində sərt sözlər (“o cümlədən “mənfur” kəlməsi) işlədən Ayətullah Xamnəinin nüfuzu hazırda dəlil-sübut tələb eləmir.

Əcnəbi mənbələr və xaricdəki İran müxalifləri Rəhbərin “gizli sərvəti” haqda müxtəlif rəqəmlər açıqlayırlar. Məsələn, Reuters agentliyi Xamnəinin 95 milyard dollarlıq varidata malik olduğunu iddia edir. Bu, doğru ola bilər. Amma qismən. Çünki rəsmən heç bir maaş almayan və kommersiya ilə məşğul olmayan Ayətullah Xamnəi digər nüfuzlu ruhanilər kimi böyük sərvəti idarə edir. Əsasən çoxsaylı fondlara yatırılan xüms və ianələr, bəxşişlər. Şəriət onlara bu malın bir hissəsini öz ehtiyacları üçün xərcləməyə izn verir. Lakin...

İranda ticarətdə bəxti gətirmiş, yaxud başqa sahələrdə iri sərmayədar kimi tanınan din xadimləri az deyil. Lakin (hamısı olmasa da) ixtiyarındakı böyük varidatın bir quruşuna belə kəm baxmayan, zahid həyatı keçirən, ixlasına şəkk gətirilməyən ruhanilər hələ də qalmaqdadır. Bu səbəbdən cəmiyyətdə din xadimlərinin nüfuzu və kütləyə təsir qüvvəsi sarsılmır.

Gürcüstan polisi ermənilərdən külli miqdarda silah-sursat götürdü

altGürcüstanda Samsxe-Cavaxetiya regionunda yaşayan ermənilər bu ölkənin Daxili İşlər Nazirliyinin əməkdaşlarına silah-sursat təhvil veriblər. 
Dalgatv gürcü mətbuatına istinadən xəbər verir ki, ermənilərin kompakt şəkildə məskunlaşdığı Samsxe-Cavaxetiya sakinləri çoxlu sayda silah-sursatı könüllü olaraq hüquq-mühafizə orqanlarına verib. 
Ermənilər polisə 2 avtomat, 3 tapança, 4 ədəd kiçik kalibrli odlu silah, 2 ov tüfəngi, 1 böyük kalibrli tüfəng, 2 minaatan, 3 kiloqrama qədər tirotil, 114 əl qumbarası, 3 tank əleyhinə qumbara atan və 7682 döyüş patronu veriblə

NATO-nun yeni Baş katibi seçilib

altVəzifəsindən gedən NATO-nun Baş katibi Anders Foq Rasmussen Norveçin sabiq Baş naziri Yens Stoltenberqi rəsmi olaraq Alyansın yeni Baş katibi kimi təqdim edib.

Dalgatv-nin  Trend-ə istinadən verdiyi məlumata görə, o, vəzifəsinin icrasına oktyabrın 1-dən başlayacaq.

Kılıçdaroğlu yenidən CHP-nin lideri seçilib

altTürkiyənin ana müxalifəti - Cümhuriyyət Xalq Partiyasının (CHP) Ankarada keçirilən fövqəladə qurultayında Kamal Kılıçdaroğlu yenidən partiyanın lideri seçilib.

Dalgatv-nin APA-ya istinadən verdiyi xəbərə görə, keçirilən səsvermədə K. Kılıçdaroğlu 740 səs, onun rəqibi Məhərrəm İncə isə 415 səs alıb.

Lakin bu nəticə K. Kılıçdaroğlu və onun tərəfdarlarını məmnun etməyib. M. İncə gözləniləndən daha çox səs alıb. Belə ki, M. İncə cəmi 177 imza ilə partiya sədrliyinə namizəd göstərilsə də, qurultay nümayəndələrinin üçdə birinin sisini ala bilib. K. Kılıçdaroğlunun sədrliyə namizədliyi üçün 944 nümayəndə imza versə də, onların yalnız 740-ı öz imzasına sadiq qalıb. Bu durum CHP daxilində mövcud rəhbərliyə qarşı ciddi narazılıqların olduğunu göstərir.

İlham Əliyev NATO-nun sammitində erməni işğalından danışıb

altSentyabrın 4-də Uelsdə keçirilən NATO-nun sammitinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də qatılıb. Sammitin gündəliyinə Ukrayna hadisələri, Əfqanıstanın gələcəyi, yeni təhdidlərə qarşı mübarizə, təhlükəsizliyin təmininə töhfə verən silahlı qüvvələrə dəstəyin artırılması, əməkdaşlığın möhkəmləndirilməsi, İraq və Suriya böhranı ilə bağlı məsələlər daxil edilib.
NATO-nun Zirvə toplantısının Əfqanıstan üzrə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib.
Dalgatv  Azərbaycan Prezidentinin çıxışını təqdim edir:

-Hörmətli cənab baş katib.
Xanımlar və cənablar.
Azərbaycan ilə NATO arasında tərəfdaşlığın iyirmi ili ərzində ölkəmiz Alyansın bir çox fəaliyyət sahəsinə töhfə verən etibarlı tərəfdaşa çevrilib.
Azərbaycan regional təhlükəsizlik və sabitlikdə mühüm rol oynayır. Bununla belə, bu gün regionumuzdakı təhlükəsizliyə ən böyük hədə Azərbaycan ərazisinin iyirmi faizini təşkil edən Dağlıq Qarabağ və yeddi ətraf rayonu işğal altında saxlayan Ermənistanın işğalçılıq siyasətidir. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirib və bunun nəticəsində 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Əfsuslar olsun ki, Ermənistan onlara məhəl qoymamaqda davam edir və münaqişə həll olunmamış qalır. Münaqişə beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməlidir.
Biz NATO-nun bu məsələ ilə bağlı mövqeyini və əvvəlki sammitlərdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə verdiyi tam dəstəyi yüksək dəyərləndiririk. Biz qətiyyətlə inanırıq ki, NATO-nun beynəlxalq hüququn bu cür mühüm hissəsinə sadiqliyi bundan sonra da davam edəcək. Beləliklə, o, ədaləti bərpa etməyə və beynəlxalq səviyyədə tanınmış sərhədləri güc hesabına dəyişmək kimi səhv düşüncədən yayındırmağa birmənalı şəkildə yardım edir.
Azərbaycan Əfqanıstana uzunmüddətli inkişafın təmin edilməsi üçün hərtərəfli töhfə verir. Azərbaycan bu sammitin bütün üç sahəsinə töhfə verən NATO-nun 5 tərəfdaşından biridir. Azərbaycanın hərbi kontingenti lap ilkin vaxtlardan İSAF qüvvələrində xidmət edir. Azərbaycanın müxtəlif akademiyalarında Əfqanıstanın hüquq mühafizə və hökumət rəsmiləri üçün geniş təlim proqramları həyata keçirilir. Əfqanıstanın Milli Ordusunun Qəyyumluq Fonduna 3 milyon avro keçirilib, digər 1 milyon isə istehkam əməliyyatlarına sərf olunub.
İSAF qüvvələri üçün məhvetmə gücünə malik olmayan malların tranzitinin 40 faizi Azərbaycan tərəfindən təmin edilir. Bundan əlavə, gələcəkdə iştirak edəcəyimiz “Qətiyyətli dəstək” əməliyyatı üçün mühüm tranzit imkanları yaradacaq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilməsi gələn bir neçə ay ərzində başa çatdırılmalıdır. Xəzər regionunda ən böyük Azərbaycan Beynəlxalq Dəniz Limanı ilə birgə bu dəmir yolu xətti həm bütün region, həm Əfqanıstan üçün böyük ticari və iqtisadi imkanlar açacaq. Bu, Uzaq Şərq ilə Avropanı birləşdirən marşrutun tam ortasında yerləşən Əfqanıstana iqtisadi inkişaf verə bilər. Müstəqilliyin ilk illərində durğunluq və böhrandan davamlı sabitlik və surətli iqtisadi artıma keçmiş ölkə kimi Azərbaycan öz təcrübəsini Əfqanıstan ilə bölüşməyə və həmin ölkədə müxtəlif yenidənqurma və sərmayə layihələrində iştirak etməyə hazırdır.

Gürcüstanda Azərbaycanın iştirakı ilə "Təhlükəsiz Qafqaz-2014" adlı beynəlxalq təlim keçiriləcək

altBu gün Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Fövqəladə Hallar Departamentində "Təhlükəsiz Qafqaz-2014" adlı beynəlxalq təlimlə əlaqədar hazırlıq görüşü keçirilib.

APA - nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, sözügedən təlim sentyabrın 5-də Yağlıca poliqonunda Gürcüstan və Azərbaycanın iştirakı ilə keçiriləcək.

Təlimdə əsas məqsəd əməkdaşlığın təkmilləşdirilməsi və iki ölkə arasında imzalanan Anlaşma Memorandumu çərçivəsində Azərbaycanla Gürcüstan arasında genişmiqyaslı fövqəladə hallar zamanı xilasedicilərin işinin koordinasiyası, habelə Gürcüstan hökuməti ilə "British Petrolium" (BP) arasında imzalanan müqaviləyə əsasən suda və quruda neftin dağılmalarına qarşı fəaliyyətin tənzimlənməsi, eləcə də əlaqələndirmə işlərinin təkmilləşdirilməsidir.


Bu gün keçirilən hazırlıq görüşündə planlaşdırılan təlim ssenarisinin detalları, müvafiq texniki və təşkilatçılıq məsələlər müzakirə edilib. Qonaqlar həmçinin poliqonda təlim nöqtələrinə baxış keçiriblər.


Təlimdə Gürcüstanın daxili işlər, əmək, səhiyyə və sosial müdafiə nazirliklərinin, Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin, habelə "British Petrolium", BP "BRIGGS" ASC və "Energy Invest" şirkətlərinin nümayəndələri iştirak edəcəklər.

ABŞ “İslam dövləti”nin mövqelərinə 123 zərbə endirib

altABŞ Hərb Hava Qüvvələri “İslam dövləti” qruplaşmasının İraqdakı mövqelərinə ümumilikdə 123 zərbə endirib.

Dalgatv-nin APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Amerika Birləşmiş Ştatlarının Mərkəzi Komandanlığı bildirib.

Son iki gün ərzində strateji əhəmiyyət kəsb edən “Mosul” bəndi yaxınlığında silahlıların mövqelərinə üç zərbə endirilib.

ABŞ Hərb Hava Qüvvələri avqustun 8-dən başlayaraq “İslam dövləti” mövqelərinə 24 dəfə Ərbildə, 13 dəfə Sincar dağı, 82 dəfə Mosul bəndi yaxınlığında və 4 dəfə Amerli qəsəbəsinə zərbə endirib.

Hərbi əsirlər dəyişdirildi – Ukrayna

alt

Ukrayna Silahlı Qüvvələrinin 63 hərbçisi Rusiya Ordusunun 9 desantı ilə dəyişdirilib.

AzNews.az-ın məlumatına görə, əsirlərin dəyişdirilməsi prosesi Xarkov vilayətinin “Qoptovka” sərhəd keçid məntəqəsində həyata keçirilib.

Əvvəlcə, saat 21.00 radələrində desantlar Rusiya tərəfindən təhvil alınıb. Saat 03.00 radələrində isə 63 hərbçi Ukraynaya verilib.
Qeyd edək ki, bir neçə gün əvvəl Rusiya Silahlı Qüvvələrinin 98-ci diviziyasının 331-ci desant-paraşüt alayının hərbçiləri Donetsk istiqamətindən sərhədi keçdikləri zaman Ukrayna güc strukturlarının əməkdaşları tərəfindən tutulmuşdular.

Saytda Axtarış

ახალი ამბები