Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2430
DünənDünən3835
Bu həftəBu həftə15697
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8472296

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Ağ ev: “Rusiya Ukraynaya hərbi güc tətbiq etsə ağır itkilər verəcək“

alt

Kütləvi informasiya vasitələrində Rusiyanın Ukrayna sərhədlərinə ordu cəmləşdirməsi xəbəri ABŞ - da narahatçılıqla qarşılanıb.

AzNews.az - ın xarici mətbuata istinadən xəbərinə görə, ABŞ prezidentinin məsləhətçisi Ben Rods bildirib ki, Rusiya Ukraynaya hərbi güc tətbiq etsə bu ona baha başa gələcək.
"Ukraynanın cənubunda və şərqində rus hərbi qüvvələrinin cəmlənməsi bizi çox narahat edir. Biz diqqətlə izləyirik və belə başa düşürük ki, Rusiyanın istənilən hərbi müdaxiləsi ona cox ağır itkilər bahasına başa gələcək", - deyə Ağ evin sözçüsü bildirib.

ABŞ-dan Türkiyəyə çağırış: Sosial şəbəkələri bağlamayın

alt

ABŞ Dövlət Departamentinin nümayəndəsi Mari Hoff Türkiyəni sosial şəbəkələrə girişi əngəlləməməyə çağırıb.

Xanım M.Hoff Vaşinqtonda brifinqdə qeyd edib ki, insanlar öz fikirlərini sərbəst şəkildə "Facebook" və "Twitter"də ifadə etməlidirlər: "Və hakimiyyət bu resurslara girişi bağlamamalıdır. Bu, "Instagram"a da aiddir".

Qeyd edək ki, bundan əvvəl Türkiyə hakimiyyəti məhkəmənin qərarına əsaslanaraq Twitter-ə girişi bağlamışdı. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib ki, cürbəcür yalanların dərc olunduğu "Facebook", "Twitter" və "YouTube" kimi servisləri müdafiə etməyə ehtiyac yoxdur.

MTRŞ-dan “Rossiya 1”də azərbaycanlıların vəhşi kimi təqdim edilməsinə REAKSİYA

alt

“Azərbaycanlıların vəhşi kimi təqdim edildiyi filmin Rusiya dövlət kanalında yayımlanması təəssüfləndirici haldır”. Bunu AzNews.az -a Azərbaycan Milli Televiziya və Radio Şurasında (MTRŞ) sədri Nuşiravan Məhərrəmli bildirib. O, hesab edir ki, indiki vəziyyətdə bu cür məsələlərə soyuqqanlı yanaşmaq lazımdır: “Bu məsələ Rusiyanın hazırda, həssas dövrdə yeritdiyi siyasətdir və bu da başadüşüləndir. Təbii ki, o siyasətə də Azərbaycan tərəfi də lazımi cavabı verəcək”.

Qurum rəhbəri deyib ki, bütün bunları nəzərə alaraq, “Rossiya 1”də yayımlanan “Svoya pravda” (“Onların həqiqətləri”) adlı filmdə Azərbaycan haqqında həqiqəti əks etdirməyən qərəzli məlumatlara görə MTRŞ tərəfindən hər hansı bir rəsmi məktub ünvanlamayacaq. O Azərbaycanın Rusiyanın dövlət kanalına cavabı müxtəlif səpkili yollarla olacağını da istisna etmədi.
Qeyd edək ki, anspress-in məlumatına görə, Rusiyanın dövlət kanalı “Rossiya 1”də yayımlanan “Svoya pravda” (“Onların həqiqətləri”) adlı filmdə Azərbaycan haqqında həqiqəti əks etdirməyən qərəzli məlumatlar Moskvada yaşayan Azərbaycan diasporunun da ciddi etirazına səbəb olub. Rusiyanın politoloqları da Krım hadisələrin davam etdiyi bir vaxtda dövlət kanalında belə bir filmin yayımlanmasının MDB respublikalarına siyasi mesaj məqsədi daşıdığı fikrindədirlər. Filmin nümayiş olunduğu “Rossiya 1” kanalı isə film haqqında hər hansı mövqe bildirməkdən yayınıb. Atıq Azərbaycanın Rusiyadakı səfirliyindən isə film haqqında lazımı tədbirlərin görüldüyü bildirilib. Film Sovet İttifaqının dağıldığı dövrləri əhatə edir. Xatırladaq ki, film Azərbaycanın ucqar dağ kəndindən Bakıya gələn rus qadının taleyi üzərində qurulub. Təxminən 3,5 saatlıq filmdə vəhşi və amansız kimi təqdim edilən azərbaycanlıların erməniləri və rusları döyməsi, erməni ailəni qətlə yetirməsi kimi səhnələr yer alıb. Etirazlara da səbəb Azərbaycanın bu cür yanlış təqdim edilməsidir.

Avropa Şurasının iqamətgahında Novruz bayramı ilə bağlı mərasim keçirilmişdir

altAzərbaycanın Avropa Şurası (AŞ) yanında Daimi Nümayəndəliyindən AzərTAc-a bildirmişlər ki, Strasburqda- Avropa Şurasının iqamətgahında bu qurumun və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Beynəlxalq Novruz Günü münasibətilə böyük mərasim təşkil olunmuşdur.
Novruz bayramı tədbirində Avropa Şurasının rəsmiləri, quruma üzv ölkələrin daimi nümayəndəliklərinin rəhbərləri və təmsilçiləri, Avropa Şurasının Mədəniyyət üzrə Daimi Komitəsinin iclasının iştirakçıları və digər qonaqlar iştirak etmişlər.
Tədbiri açan Azərbaycanın AŞ yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Emin Eyyubov iştirakçıları salamlamış, xalqımızın ən əziz bayramı olan Novruz haqqında məlumat vermişdir.
Diplomat Novruz bayramının tarixi kökləri, özünəməxsus xüsusiyyətləri haqqında ətraflı söhbət açmış və bu bayramın sülh, dostluq, mənəvi saflıq, barışıq, birlik, yaxşı qonşuluq, bərəkətlilik, təbiətin oyanışı bayramı olduğunu diqqətə çatdırmışdır.
Xalqımızın dəyərləri arasında Novruz ənənələrinin müstəsna mövqeyə malik olduğunu xatırladan səfir onun mədəni müxtəliflik, dözümlülük, sağlam həyat tərzi kimi dəyərləri təcəssüm etdirdiyini bildirmişdir.
E. Eyyubov Novruz bayramının Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyi nəticəsində 2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyini vurğulamış, habelə 2010-cu ildə 21 mart tarixinin BMT-nin Baş Məclisi tərəfindən "Beynəlxalq Novruz Günü" elan olunduğunu diqqətə çatdırmışdır.
Sonra çıxış edən Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin müavini Sevda Məmmədəliyeva dünyanın müxtəlif ölkələrində yaşayan 300 milyon insanın Novruzu bayram etdiyini bildirərək demişdir: “Bu gün Novruz bayramı münasibətilə Avropa Şurasında keçirilən tədbirin əhəmiyyəti isə xüsusilə vurğulanmalıdır. Azərbaycana belə bir şərait yaratdığına görə təşkilatın rəhbərliyinə təşəkkür edirəm.”
Nazir müavini Novruz bayramının xüsusiyyətləri, hər il ölkəmizdə Prezident İlham Əliyevin təşkilatçılığı ilə bu bayramın yüksək səviyyədə qeyd edilməsi haqqında da danışmışdır.
Avropa Şurasının demokratik idarəçilik üzrə direktoru Klaudia Luçiani Avropa Şurası baş katibinin müavini Qabriella Battaini Draqoninin adından Novruz bayramı münasibətilə mərasim iştirakçılarını təbrik etmiş və bu bayramın mədəni müxtəlifliyə, mədəniyyətlərarası dialoqa böyük töhfə verdiyini vurğulamışdır.
Çıxışlardan sonra Azərbaycanın Xalq Artisti Yusif Qasımovun rəhbərliyi ilə Bakı Xoreoqrafiya Məktəbinin gənc rəqqaslarından ibarət rəqs qrupunun təqdimatında Azərbaycanın milli rəqsləri ifa edilmişdir. Gənc rəqqasların məharətli çıxışları tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır
Sonda tədbir iştirakçılarına Azərbaycan milli mətbəxinin nümunələri və bayram şirniyyatları təqdim olunmuşdur.

AB Ukraynaya yardımı 1 mlrd. avro artırdı

alt

Avropa Birliyi Ukraynaya yardımı 1 milyard avro artırır.

AzNews.az - ın UNN-ə istinadən verdiyi xəbərə görə, bunu Ukraynanın baş naziri Arseni Yatsenyuk bildirib.
"Avropa Birliyi Ukraynaya makromaliyyə yardımını 610 milyon avrodan 1,61 milyard avroya çatdırmaq barədə qərar qəbul edib" - deyə Yasenyuk qeyd edib.

Yasenyuk deyib ki, pul aprelin sonu və ya mayın əvvəlində köçürüləcək və vəsait Ukraynada iqtisadi vəziyyətin sabitləşməsi üçün istifadə olunacaq.

ABŞ parçalanır

alt

Ağ Evin rəsmi saytında ABŞ-ın ştatlarda yaşayan sakinlərin xahişi ilə yeni petisiya yerləşdirilib. Sakinlər yaşadığı ştatın Vaşinqtona bağlı olmağını istəmir.

Hazırda petisiyaya səs verən ABŞ vətəndaşlarının sayı 300 mini ötüb. ABŞ-dan ayrılmaq istəyən ştat sakinlərinin sözlərinə görə, onlar Müstəqillik bəyannaməsinin şərtlərinə uyğun hərəkət edirlər. Belə ki, bəyannamədə bildirilir: “Ölkədə elə vəziyyət yarana bilər ki, xalqlardan birinin təhlükəsizlik və xoşbəxtliyi naminə digər xalqla siyasi zəncirləri qırmasına icazə verilir”. Sözügedən prosesdə lokomotiv rolunu Texas ştatı oynayıb. Ştatın 70 min vətəndaşı Ağ Evin rəsmi saytında yerləşdirilmiş petisiyaya səs verib. Növbəti sıralarda Luiziana, Florida, Alabama, Missisipi, Nyu-Jersi, Kentukki ştatları gəlir. Petisiyaya ümumilikdə 29 ştat qoşulub. Ştat rəhbərləri məsələ ilə bağlı prezident Barak Obamaya müraciət edib. "Xahiş olunur ki, ştatlara ABŞ tərkibindən çıxmaq hüququ, ya da referendumun keçirilməsinə icazə verilsin”. Müraciətdə həmçinin qeyd olunur ki, 29 ştat ölkədə insanların şəxsi həyatına hakimiyyətin qeyri-adekvat addım atmasına, iqtisadi islahatların keçirilmədiyinə və ABŞ vətəndaşının hüquqlarının pozulduğuna görə ABŞ-dan ayrılmaq istəyir.

Rusiya NATO-nu Krım referendumunun nəticələrini tanımağa çağırıb

alt"Rusiyanın Krım ətrafında qanini situasiya barədə NATO və Avropa Birliyinin razılığına ehtiyacı yoxdur və bun agörə də hər iki təşkilatı referendumun nəticələrini tanımağa dəvət edirik".
AzNews.az-ın xəbərinə görə bunu Rusiyanın NATO-dakı daimi nümayəndəsi Aleksandr Qruşko deyib.
O, NATO-nun baş katibinin Brüsseldəki beynəlxalq konfransında çıxışına cavab olaraq bildirib ki, beynəlxalq qrumlar krımlıların seçiminə hörmətlə yanaşmalıdırlar:
"Beynəlxalq hüquq normalarına əməl etdiyimizə görə bizə NATO və AB - nin razılığı lazım deyil. Amma hesab edirəm ki, NATO - demokratik klubdur və krımlıların demokratik seçimlərini onlar anlamalıdırlar".

ABŞ Rusiya bankının hesablarını dondurdu

alt

Krım böhranı ilə əlaqədar olaraq ABŞ prezidenti Barak Obama sanksiya tətbiq ediləcək rusiyalı milyarderlərin siyahısının artırılması barədə qərar aldıqlarını açıqlayıb.

Obama Rusiyaya xəbərdarlıq edərək daha sərt sanksiyaların hazırlandığını bildirib. Obama tətbiq ediləcək rusiyalı səlahiyyətlilərə qarşı sanksiyaların siyahısına 20 nəfəri yenidən əlavə edib. ABŞ lideri daha sonra vurğulayıb ki, "Ukrayna böhranı daha da təhlükəli duruma gəlib. Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq edəcəyik. Bundan əlavə Rusiyaya məxsus "Bank Rossiya"nın hesabları dondurulub".

Türkiyədə Twitter blok edildi

alt

Türkiyə höküməti Twitter şəbəkəsinə girişi blok edib.

Twitter şəbəkəsinə girişinin blok edilməsi Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın çıxışından bir necə saat sonra baş verib.

Belə ki, Türkiyənin Baş naziri cümə axşamı partiyasının mitinqində söyləyib ki, Twitter ölkədən ortadan qaldırılacaq.

Onun sözlərinə görə, Twitter-in azadlığa heç bir aidiyyatı yoxdur.

Fələstin də Rusiyaya birləşmək istədi

altQəzza Sektorunun rus icması Rusiyaya birləşməklə bağlı Haniyə hökumətinə müraciət etməyə hazırlaşır.

“Axar.az”ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, icma üzvləri qüvvədə olan konstitusiyaya istinad edərək, referendumun keçirilməsinin onların hüququ olduğunu açıqlayıblar. Hazırda Qəzza bölgəsində 50 minə yaxın Rusiya vətəndaşının yaşadığı deyilir. İcmadan verilən məlumatda deyilir: ”Moskva ölkə sərhədlərindən kənarda yaşayan vətəndaşlarının, soydaşlarının hüquqlarının qorunması üçün lazımı tədbiləri görəcəyini bəyan edib. Bildirmək istərdik ki, illərdir İsrailin hədə-qorxusu altında yaşayırıq. Davamlı müharibələr zamanı yüzlərlə Rusiya vətəndaşı qətlə yetirilib. İsrailin mühasirəsi bizi cana gətirib”.

İcma aktivistləri həmçinin bildiriblər ki, Rusiyanın tərkibinə keçməklə bağlı ideya günün tələbidir: ”Əgər Qəzza Rusiyanın tərkibinə keçərsə, mükəmməl sərhədlərimiz qurular. Bu zaman sionist İsrail bizmlə hörmətlə danışar”. Məkan etibarı ilə Rusiya ilə Qəzzanı uzun məsafənin ayırması məsələsinə gəlincə isə, icma üzvləri bunu problem saymayıblar: ”Məgər Qibraltar və Folklen adaları Britaniyaya yaxın ərazilərdə yerləşir? Məsəfə məsləsi problem deyil”.

Avstraliya sahillərində itən “Boeing”in qalıqları tapılıb

alt

Avstraliya sahillərində “Malaysia Airlines” aviaşirkətinin yoxa çıxmış təyyarəsinin olduğu güman edilən qalıqlar aşkarlanıb.

Dalğa TV -nin APA-ya istinadən verdiyi məlumata görə, bundan əvvəl Vyetnamın xilasedici xidməti Boeing 777-200 təyyarəsinin qalıqlarının tapdığı barədə məlumat vermişdi.

Sonradan Cənubi-Çin dənizində axtarış əməliyyatında iştirak edən ABŞ-lı mütəxəssislər qalıqların yoxa çıxmış avialaynerə məxsus olduğunu təkzib ediblər.

Krım müstəqilliyini elan etdi

alt

Bu gün Krım Muxtar Respublikası parlamentinin növbədənkənar iclası keçirilib.

AzNews.az-ın verdiyi məlumata görə, iclasda Krımın parlamenti yarımadanın müstəqilliyini elan edib.

Bu qərar martın 16-da keçirilən “referendum”un nəticələri əsasında verilib.

Artıq yarımada Krım Respublikası adlandırılacaq. Sevastopol isə xüsusi statuslu şəhər olmaqla respublikanın ərazisinə tabe ediləcək.
Xatırladaq ki, Krımın separatçı rəhbərliyi martın 16-da muxtar republikada referendum keçirib. Referendumda seçicilər yarmadanın Ukraynadan ayrılaraq, Rusiyaya birləşdirilməsinə səs verib.

Saytda Axtarış

ახალი ამბები